Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə5/94
tarix25.06.2018
ölçüsü2,8 Kb.
#51034
1   2   3   4   5   6   7   8   9   ...   94

 
 
16
du. Bu sahat da oların əjdaddarının iri qəbirrəri yadımdadı. Er-
mənistanda qəbirrəri var, bilirəm. 
  
12. 
Bir  vaxdar  buralarda  iri  adamlar  yaşıyırdılar.  Cəngavər 
kimiydilər. Yaxşı döyüşürdülər. Qəti  yorulmazdılar. Oraxnan 
nə cür taxıl, ot piçirdilər, gəl görəsən. Bizim bir qucax otumu-
zu olar bir əlində pühməliyirdi
7

 
13. 
Deməli,  mən  cavan  oğlanıydım.  Bir  iri  adam  vardı. 
Onun  bir  qoluyla  pişdiyini  götürə  bilmirdim.  Helə  cəngavar 
adamıydı. İndi elə adamlara  vəhşi diyillər. Çox qavarıx
8
  yiir-
dilər. İndiki on nəfər adam oların birinin işdəməyinin əvəzini 
verə bilməzdi. Ermənilər oların yanında uşax kimi görünürdü. 
Olardan  yaman  qorxurdular.  Bığ  saxlıyırdılar.  Yekəydilər  e, 
çox  yekə. Bax, bu uzun kişi onun olsa-olsa, ortasınnan ancax 
olardı. Bu uzunnan iki dənəsini bir-birinin üsdünə qoy, gör nə 
çıxar. 
Toyda zurna havasına yaman oynuyurdular. Oynuya-oy-
nuya dedihləri sözdər yadımdadı: 
Ay haşabaş, 
Gəl yavaş-yavaş.  
Gör neynədi,  
Beşi on beş eylədi.  
Olardan  birinin  adı  Məmmədtağıydı.  Çox  hündür  ada-
mıydı e. Bizim kimi adamları çiyninnən tuturdu, vurmurdu e, 
əyaxlarını  göydə  yelliyə-yelliyə  götürüf  çıxardırdı  eşiyə.  Za-
rafatcılıydı. 
                                                             
7
 Pühməliyirdi – bükürdü 
8
 Qavarıx – tutumlu, çox 


 
 
17
14-22. HAL 
 
14. 
Bu Mustafa kişinin Haravaçıda
9
 dəyirmanı varıymış. Bir 
gün  bu  çıxanda  görör  kün,  bir  gəlin  dəyirmanın  noyunda  bir 
ciyar  yuur.  Geder  yanna.  Başa  tüşör  kü,  bu  Haldı.  “Pıssı-
mıllah” eliyir də, munu tutor. Tutanda soruşor: 
– Bu nə hak-hesafdı, nə ciyar yuursan? 
Deer kin, Fərzalıda
10
 bir gəlin doğuf. Onun ciyarını suya 
çəkerəm ki, ölsün. Bu kişi munnan əl çəhmer. Nə qərtə
11
 yal-
varer, nə qərtə  yoncuyursa
12
 da, mümkün olmor. Axır bu Hal 
davanınnan bir qırıx kəser də, bu kişiyə  verer,  özü də xalası-
nın goruna and içer kin, sənin yeddi arxa dolananın
ı
a dəymiy-
jəm, özüm də pusahat
13
 gedif Gərməşöylüdə
14
 bir it qancıxlı-
yıf, onun ciyarını çıxardıf o gəlinə qoyajam. Bu kişi Halı bu-
raxdığınnan  üzü  Fərzalıya  haydı,  geder.  Gəler  görör  yas  qa-
zannarı  asılıf,  ağlaşma-şivən  qopuf.  Təzdən  deer  ki,  hələ  bir 
az  durun  görəh,  bir-iki  sahat  gözdüyəh.  Buna  qulağ  asellar, 
bir-iki  sahat  işi  ləngidellər.  İki  sahat  keçer,  üçüncü  sahatda 
gəlin  ahsırer
15
  da  oyaner.  Təzdən  yas  qazanı  toy  qazanı  olor. 
Həmən  gəlin  bu  yaxınatan  yaşeerdı.  O  kişinin  də  yeddi  arxa 
dolananında doğurdan doğuş üsdə ölən gəlin olmor. 
 
15. 
Bir gün Qələndər kişi fermanın malını qoruyurmuş. Fer-
ma sədriymiş. Özünə bir daldeyda
16
 taxdadan dam qayırıf da 
                                                             
9
 Haravaçı – Gədəbəy rayonunda Arabaçı kəndi 
10
 Fərzalı – Gədəbəy rayonunda kənd 
11
 Nə qərtə – nə qədər  
12
 Yoncumaq – dil tökmək 
13
 Pusahat – bu saat 
14
 Gərməşöylü – Gədəbəy rayonunda Gərməşovlu kəndi 
15
 Ahsırer – asqırır 
16
 Daldeyda – gizli yerdə 


 
 
18
gejə  burdaja  yatermış.  Malın  yanında  yater  dana,  qorxor  ku, 
gejə malı aparallar. Uzanıpbış, ojax da yanermış. Başını ayna-
dan bir Hal çıxardıf da, haylıyıf deer: 
– Ay Qələndər, ay Qələndər! Niyə durorsan
ı
? Mal qarto-
vu basdı. 
Onun  an
ı
arı  yanı
17
  da  qartovuymuş.  Bu  yüyürör  geder. 
Görör oralarda mal-zad yoxdu. Malın ağzı da açıx döy, qayrı-
lıdı.  Təzdən  bu  barmağını  tişdiyer  ki,  yağın  bu,  Haldı.  Gəler 
tüfəngi dolduror da, ujunu aynıya sarı hazır qoyor. Bir də əler
başını saler, deer: 
− Hi, hi gördün
ı
mü, səni yaxşı allatdım. 
Çattttt! Tüəng açıler. Qanı tökülə-tökülə bu qaçer. Qələn-
dərin əmisi Camal kişi də öydə yatdığı yerdə tüəngin səsini eşi-
der. Deer, tova, malı da apardılar, Qələndəri də vurdular tüəh-
nən.  Tez  duror,  tuman-köynəhdə  yavıyı  ötürör,  tərpəner.  Qa-
pının ağzına ələndə örör, işıx yaner. Kişi də içərdə uzanıf. Qə-
ləndər yazıx da Camalı yörəndə elə biler ki, bu Haldı. Tüəngin 
ujunu  muna  sarı  döndərer  ki,  vursun.  Camal  haylıyır  kı,  ayə, 
nağayrersan
ı
?  Dəlimi  olufsan
ı
?  Bu  da  tüəngin  ujunu  təntiyir
18
 
də  yuxarı  tutor,  xatadan  uzax  qaler.  Təzdən  Qələndər  başına 
ələni Camala danışer. Camal da aparer onu öyündə yatızdırer.  
 
16. 
O vaxdı bavalarımız bir Hal tutuflar. Səhər qalxellar ki, 
at pütün sudu. Həə, deməzsən
ı
mi, bunu Hal gejələr miney. Bə 
bunu  nağayrax?  Gəl  bunun  belinə  bir  dənə  keçə  atax,  onun 
üsdünə qır tökəh. Qırı töküflər, Hal gəlif atı minəndə yapışey. 
Səhər  ağsakqal  gəlif  baxey  ki,  atın  belində  balaja  bir  qaraltı 
var.  Gedif  bir  xam  iyneyi  gətiriflər,  yaxasına  sancanda  o  bö-
yüyüf. Bəyaxdan balaja bir şeydi. Hal atın belində tutulannan 
                                                             
17
 An
ı
arı yan – o yan 
18
 Təntiyir – özünü itirir 


 
 
19
son
ı
ra  bunu  işdədellər.  Onu  buraxanda  tovalatma  verellər  ki, 
bə Hal yeddi arxa dönəninə yaxın tüşmüyəjəh.  
 
17. 
Bir gün qıza deellər ki, apar bu Halı, su gəti. Bu qız gə-
tirif aparermış. Hal buna deey ki, ağız, noolar, suyu dolduran-
da əlimə tikan batdı, gə bu tikanı iyneynən çıxart. Qız iyneyi 
çıxardanda Hal itey gözünnən. Çünki Hal xam iyneynən gözə 
görükördü.  Anası  da  Hal  olanda  xamır  yoğurufmuş.  İndi  bu 
çörəyi  pişirey,  çörəh  kutarmey,  çörəyi  pişirey,  çörəh  kutar-
mey. Günnərnən belə olor. Qıza qarğeey anası. Deey ki, niyə 
Halı buraxdın
ı
? Qız da ağlıya-ağlıya vedreyi götürüf suya ge-
dəndə Hal onun gözünə görükmədən deey: 
– Gedif anan
ı
a deyərsən
ı
 ki, xamırı kəssin, üş dəfə xamı-
rın  üsdünə  qoysun.  Kəssin,  bir  də  vursun,  kəssin,  bir  də  vur-
sun. Onnan son
ı
ra xamır kutarajax. 
Qız gəley, anasına Halın dediyini deey. Xamır onnan da 
kutarey.  
 
18. 
Bizim qon
ı
şunun uşağı olurdu, amma sağ qalmırdı, ölür-
dü. Bir dəfə heylə olanda man
ı
a bir berdanka
19
, iki zəncir ver-
dilər. Dedilər ki, uşağı Hal aparıf. Getdim dəyirmanın yanına. 
İki güllə atdım, zəncirrərin də birini dəyirmanın o tərəfinnən, 
birini  də  bu  tərəfinnən  saldım  suya,  çıxdım  gəldim.  Onnan 
son
ı
ra arvadın uşağı ölmədi. 
 
19. 
Hal atnan öc olor
20
. Bir kişi görör ki, at toylada o yan-bu 
yana qaçır. Görör ki, bir əcinnə atı minif də çaper. Kişi qəfil-
                                                             
19
 Berdanka – tüfəng növü 
20
 Öc olmaq – incitməyə çalışmaq, yola getməmək, xasiyyətləri tutmamaq 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   94




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə