Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə6/94
tarix25.06.2018
ölçüsü2,8 Kb.
#51034
1   2   3   4   5   6   7   8   9   ...   94

 
 
20
dən əlin atıf tutor. Gəlir danışer ki, belə bir şey tutmuşam. İy-
neyi sancellar üsdünə. Saxleellar bunu. Deellər ki, buna xəmir 
yoğurtdurun
ı
,  qoy  bərəkətdi  olsun.  Elə  eleellər.  Xəmir kutar-
max bilmer.  Axırda xəmiri  yarıda qırellar. Halın əli elə bərə-
kətdiymiş ha. 
 
20. 
Mən özüm uşağa  yatmışdım. Belə dalıüsdə  yaterdım. Bir 
də  ördüm,  bax  bu  sinəmin  üsdünə  bir  yekə  arvat  minif,  and 
olsun  Allaha.  Mən  kravatdayam,  qaynənəm  də  yerdən  salıf 
yater. Bunu nə qərtə eleerəm, sinəmin üsdən tüşmör ki, tüşmör. 
Fikirrəşdim  ki,  bu  tərəf  divarda iynə  var. Dedim, bu iyneyi  bu 
sahat  sənin  göydən
ı
ə  doldurajam.  Əlimi  belə  iynəyə  uzadan 
kimi  yoxa  çıxdı,  and  olsun  Allaha.  Yoxa  çıxdığınnan  uşaxdan 
bir kışqırıx çıxdı. Uşax bərk çığırdı, ağladı. Arvat ayıldı dedi ki, 
uşağa nağayrdın
ı
? Dedim, belə-belə, başıma bir iş gəldi. Dedi: 
– San
ı
a ajığı tutuf da, gedif uşağı vuruf. 
Təzdən durdu, uşağın qorxuluğunu götdü, nağayrdı, on-
nan son
ı
ra uşax yaxşılandı. 
 
21. 
Yetmiş beş yaşdı Südabə nənə söylöör ki, mənim nənəm 
Səri  qarıgil  o  vax  Hal  tutuflar.  Hal  qaşmasın  deyə,  onun  üs-
dünə sancax keçiriflər. Adını da Məryəm qoyuflar. Ona xamır 
qatdırıllarmış,  inəyin  altını  təmizdədəllərmiş,  evi-eşiyi  yığış-
dırtdırallarmış.  Pütün  işdəri  ona  gördürəllərmiş.  Əli  o  qədər 
bərəkətdiymiş  ki,  xamırı  kündələdihcə,  kündənin  sayı  artar-
mış. Kündədən bir qırıx götürüf tavıya atıf deyərmiş, bərəkət. 
Onu suya göndərməzdər ki, sancağını kimsə çıxardar. Bir gün 
Səri qarıgilə qonax gələr, evdə su olmaz. Məryəmi suya gön-
dərər. Bulaxda suyu dolduranda bulağa bir uşax gələr. Uşağa 
deyər ki, mənim sancağımı çıxart. Uşax da sancağını çıxardar, 


 
 
21
o  vaxdan  Məryəm  qaçıf  gedər.  Nənəm  söylöördü  kü,  həmişə 
ona and verdirirdim ki,  yeddi arxa dönənin
ı
ə dəymiyəjəm de-
nən. Halın məmələri çox  yekəydi, qarnının üsdünə sallanırdı, 
vız-vız saşdarı, ağzında təh-tüh dişdəri varıydı. 
 
22. 
Bir gün Kəbleyi Əfkər kişi dəyirmana gedəndə görör ki, 
dəyirmanda  çoxlu  qız-gəlin  çalıf  oynuyur.  Bilir  ki,  bular 
Haldı. Üsdündə xam iynə varmış. Bulardan birin tutuf. Bir il, 
para il saxlıyıf. Bir gün bu Hal xamır qatanda yanındakı uşağı 
alladıf,  iyneyi  çıxartdırıf  qaçıf.  Evin  adamları  xamırı  yuğu-
rullar, kutarmer. Həmən Halı çağırıf deellər ki, qatdığın xamır 
kutarmer  axı.  O  da  deef  ki,  kündədən  kəsif  tavağa  atmax  la-
zımdı ki, xamır kutarsın. Son
ı
ra da ona tova dedirdiflər. Tova 
eliyif  ki,  sizin
ı
  nəslə  dəymiyjəm.  O  çörəhdən  də  saxlıyıflar, 
balaca, körpə uşaxların üsdünnən assınlar ki, Hal olara toxun-
masın. Hal qız uşağı da olur, oğlan uşağı da. 
 
23-28. CİN 
 
23. 
Dayım  danışerdı  ki,  əmimnən  qoyun  otarerdıx.  Gejədi. 
Mənim cavan, dimrik
21
 vaxdımdı. Deer, qoyunu arxaşdadıx
22

Gördüm ki, qəyanın divinnən işıx gəler. Bir damdıra
23
 vurol-
lar,  gəl  görəsən.  Gördüm  işıx  da,  damdıra  vurannar  da  bizə 
sarı gəler. Əmim dedi, görən kimin toyudu. Son
ı
ra əmim dedi, 
toy-zad  döy,  qorxma,  cinnərdi,  onnarın  adətidi,  zurna  çalıf, 
işıx yandırıf oynoollar. 
 
                                                             
21
 Dimrik – yekələnmiş, bir az böyümüş 
22
 Arxaşdadıx – qoyunları yataq yerinə gətirdik. 
23
 Damdıra – dambadurum, nağara səsinə oxşar səs-küy 


 
 
22
24. 
Bizim kətdə bir Söyün kişi var. Deer, gəvə toxuyullarmış. 
Nətər olufsa, qız-gəlin  yatışannan son
ı
ra baxır görör ki, cinnər 
işdiyir gəvədə. Kişi qalxer qomarer
24
, xam iynəni birinin üsdü-
nə sancer. Bir beş ay, üç ay deer, bularnan yaşıyıf bu Cin. Bu-
lağa-zada gedəndə qavağına çıxana deermiş, mənim bu iynəmi 
çıxart.  Hamı  bilirmiş  bu  Cindi  dana.  Son
ı
ra  da  deef,  mən  əli-
uşaxlı  gəlmişəm  da,  duz-çörəh  qoyur,  əlini  duza,  çörəyə  basır 
ki,  taa  bir  də  sizin  tayfıya,  yeddi  arxa  dönəninə  sataşmıyjam. 
Bir nəfər iyneyi çıxarder, Cin yox olur, qayva çəkiler. 
 
25. 
Bizim  kətdə  bir  kişi  varıymış.  Gedermiş  səfərə.  Görör 
dərədə  toydu,  bir  vurhavurdu.  Kişi  deer,  mən  də  tüşöm  gö-
röm,  bu  nə  toydu.  Gedif  belə  baxıf,  görüf  vallah,  qız-gəlinin 
hamısı burda. Şıppıltıdan qulax tutulor. Baxer birinin əynində 
gəlinnərinin  paltarıdı.  Əlini  yağa  buluyuf  belə  vuror.  Deer, 
qoy göröm genişdığa çıxanda bu düzdü, yoxsa yalan. Mənim-
kidi,  yoxsa gözümə belə görünör. Gətirif  kişiyə çörəh qoyol-
lar. Deellər,  toydu,  yi.  Axı bizdə ədətdi
25
, çörəh  yiəndə “Pis-
simillah”  deellər.  Kişi  də  “Bismillah”  deer,  çörəyi  götürəndə 
görör  heş-zad  yoxdu.  Nə  çal-çağır  var,  nə  toy.  Oturuf  yerdə, 
qavağında da at məsi
26

Kişi  geri  dönör,  gəler  öyə.  Arvadına  deer,  gəlinnərin 
paltarını  gətir  göröm.  Arvat  gətirəndə  paltarı  o  yana  çevirir, 
bu yana çevirir. Görör əlinin nişanəsi burdadı. Deer, həə, Cin 
yığnağına, Cin toyuna getdim tüşdüm. 
İncafara
27
 çörəyi yimiyif. Yisə, dəli oluf tüşərmiş çöllərə. 
                                                             
24
 Qomarer – qovur 
25
 Ədət – adət 
26
 At məsi – at peyini 
27
 İncafara – yaxşı ki 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   94




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə