Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə8/94
tarix25.06.2018
ölçüsü2,8 Kb.
#51034
1   ...   4   5   6   7   8   9   10   11   ...   94

 
 
26
ğırey, səsi oralara tüşüf. Qaçhaqaç, deey, yalı aşdıx. Eləlihnən, 
deey, həmən Təpəgöz də qaldı orda böyrə-böyrə. 
 
30. ƏZRAYIL 
 
Azreyilə  dedilər,  get,  paraxoddakı  adamların  hamısının 
canını al. Bu geder, hamilə qadının da canını aler. 
Allah soruşor: 
– Nooldu? 
Deer: 
– O qadının da canını aldım. 
Deer: 
– San
ı
a nəhlət olsun, demədimmi, qadına toxunma, hələ 
onun vaxdı döyül? 
Deer: 
– Get gör nə baş verif. 
Gəlif göör ki, meyitdən bir cüt uşax oluf. 
Bir müddət keçer. Allah deer: 
– Get həmin yerdə dur, bax nə görəjəhsən
ı

Azreyil  geder  duror  orda.  Görör  an
ı
arıdan  bir  cüt  atdı 
gəler, atdarın da ağzınnan aloy çıxer, oğlannarın da. Pah! Qa-
raqaş, qaragöz… Tez bir çökəhdə gizdəner. 
Allah deer: 
– Nooluf? 
Azreyil deer: 
–  Özünə  agahdı,  əgər  o  atın,  oğlannarın  əlinə  keşsəy-
dim, parça-parça olardım. 
Deer: 
– Bilersən
ı
, olar kimdi? 
Deer: 
– Yox. 
Deer: 


 
 
27
– O meyitdən gələn uşaxlardı. 
Yetim pis-yaxşı yekələnəjəh, vay ölənin halına. 
 
31-34. İLAN 
 
31. 
Bir neçə il qavax, deellər, bura qırx dənə ilan gəlmişdi. 
Bular müharibə eliyiflərmiş. Kimisinin beli, kimisinin quyru-
ğu  yaralıymış.  Düzü,  mən  getmədim  baxmağa,  bu  qonum-
qon
ı
şunun  hamısı  getdi.  Deellər,  ilannarın  hamısı  yaralıydı. 
Bu oluf ilan ilində ha. Onnan başqa ilan hakqında elə bir şey 
eşitməmişəm. 
 
32. 
Mən  ilan  müharibəsini  görmüşəm.  Hardasa  bəlkə  beş 
yüz-altı  yüz,  min  dənə  ilan  görmüşəm.  İçərilərində  bir  dənə 
qara, yekə ilan vardı. Bunu pütün kənt görüf. Olar müharbiyə 
gedirdilər. Bizə deerdilər ki, burdan körpü salmax lazımdı ki, 
keşsinnər. Camahat ordan iri ağaş qoydular, ilannar onun üs-
dünnən  keşdilər.  On  beş-iyirmi  günnən  son
ı
ra  ilannar  qayıt-
dılar. Birinin quyruğu  yox, o birinin belində  yara, qanın için-
də…  Gözdərimnən  gördüm  ki,  ilannar  əsl  müharbədən  çıxıf-
lar. İlannarın da müharbəsi olur da. 
 
33. 
Bir  gözəl  oğlan  olor.  O  qədər  gözəl  olor  ki,  hamı  onun 
gözəlliyinə  heyran  qalarmış.  Oğlan  nişannı  olur.  Bir  günnəri 
öz  otağında  yatanda  görör  kü,  bir  ilan  onun  çarpayısına  tərəf 
gəler.  İlan  duruf  oğlana  baxer.  Oğlan  gözdərinə  inammer. 
Gözdərini yumuf açer ki, bəlkə yuxu görör. Bu hadisə hər gün 
təkrar  olor.  Hər  gün  ilan  gəlif  oğlana  tamaşa  eleer,  oğlan  da 
qorxusunnan  huşunu  itirer,  özünnən  geder.  Oğlan  qorxusun-
nan ölör. Aparıf onu basırellar. İlan gedif girer oğlanın qəvri-


 
 
28
nə,  oğlanın  gözdərini  yiir,  üzünü  oğlanın  üzünə  qoyuf  ölör. 
Sən demə, ilan oğlana vurulufbuş, oğlana aşiq olufbuş. 
 
34. 
Bilmirəm,  aran  rayonnarının  hansında  bu  əhvalat  oluf. 
Deer, bir kişiynən cavan oğlu otu piçellərmiş. Göröllər ki, iki 
ilan  –  bir  qara  ilan,  bir  də  bir  ağ  ilan  boğuşor.  Oğlan  vuruf 
ilannarın birini öldürör, o biri ilan qaçer. O birini tapa bilmer. 
Dədəsi deer: 
– Onnar sevgiliymiş, öyün yıxılmasın. 
Bir  gün  genə  ot  pişdiyi  yerdə  ilan  şığeer.  Oğlan  vuror, 
ilanın quyruğnun ujunnan qırer. Əmbə ilan qaçıf geder. Kən-
də gəlif camahata danışellar. Bir qoja deer ki, gərəh o ilanı ta-
pıf  öldürəsiz.  O  oğlan  çıxıf  başqa  bir  rayona  geder,  orda  ev-
eşih  salıf  yaşeer.  Bir  gün  genə  ot  pişməyə  geder.  Bardaxdan 
su içer, son
ı
ra bardağı qoor bir qırağa. Qıraxda bir maşın diya-
nıfbış. Maşının şoferi görör ki, bir ilan getdi girdi düz barda-
ğın içinə. Ot biçən oğlanın ilannan xəvəri  yoxdu hələ. Başde-
er şikəsdə deef oxumağa. Şofer soruşor ki, nə  yaman qəmgin 
oxuyursan
ı
? Oğlan deer: 
–  Qəmgin  olmuyum  neyniyim?!  Bir  ilanın  ujunnan  və-
tənnən uzax tüşmüşəm. 
Şofer deer: 
–  Heş  fikir-zad  eləmə.  Sənin  dediyin
ı
  o  ilanı  salmışam 
bax bu bardağın içinə. 
Oğlan  çox  şad  olor.  Bardağın  ağzını  möhgəm  bağlıyıl-
lar.  Odun  yığellar,  möhkəm  ojax  qaleellar.  Bardağı  atellar 
ojağın içinə. Həmən o quyruğu qırıx ilan yanıf kül olor. Oğla-
nın canı kutarer. Oğlan öz atını yüyənniyif, yedəhliyif verer o 
şoferə ki, sən məni ölümnən kutardın
ı

 
 


 
 
29
35-36. HOP-HOP, GÜLTOP, NƏSİB, YUSUF 
 
35. 
Bir quş beləcə oxuyur. Ona görə oxuyur ki, lap qavaxlar 
bular  yetim  uşaxlarımışdar.  Bu  qızın  qardaşdarının  ikisi  də 
itif, tapa bilmeyif. Deef, ay Allah, qadan
ı
 alem, məni Hop-hop 
elə,  qardaşdarımı  axdarem  tapem.  Allah  bunu  quş  eleer.  O 
vaxdan  da  bu  quş  ağaşdara  qonor,  deer  ki,  Hop-hop,  Gültop, 
Nəsif,  Yusuf.  Ancax  tapbeyıf.  Ona  görə  də  elə  hey  çağırey. 
Atamnan soruşurdum ki, o niyə elə hey deey,  Hop-hop, Gül-
top, Nəsif, Yusuf? 
Deeydi,  qızım,  o,  qardaşdarını  axdarer:  Hop-hop,  Gül-
top, Nəsif, Yusuf deey. 
 
36. 
Deməhlərinnən,  quşun  iki  oğlu  olar.  Birinin  adını  Hop-
hop, birinin də adını Gültop qoər. Bunnar da itər, tapa bilməz. 
Ona  görə  də  Hop-hop,  Gültop  dəə-dəə,  çağrə-çağrə  yaşeey. 
Neçə ki elə ömrü var. Bax elə söypət eleellər onu. 
 
37. GÖYƏRÇİN 
 
Göyərçini  vurmax  el  arasında  günah  sayılır.  Deellər, 
imamların  suyu  tuluxdaymış,  sərçələr  onu  deşermiş,  ancax 
göyərçin  onu  deşmir.  Göyərçin  harda  su  varsa,  onu  biler. 
Onun iziynən həmişə gedif su  tapıflar. Ona görə də göyərçin 
bizdə  müqəddəs  sayıler.  Qərif  yerə  tüşmüsənsə,  göyərçinin 
uçuşuna bax. Hara uçursa, deməli, orda su var.  
 
38. MƏLEYKƏ GƏLİN 
 
O vaxdı bir oğlan olor. Bu bir göyərçin tutur gətirer. Bir 
gün oğlanın anası ölör. Oğlan görör kü, bu göyərçin yüyürdü-


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   94




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə