Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə9/94
tarix25.06.2018
ölçüsü2,8 Kb.
#51034
1   ...   5   6   7   8   9   10   11   12   ...   94

 
 
30
yünnən yükün belinə çıxer. Oğlan bərk təəccüvləner. Deer ki, 
nətər  olur,  mənim  anam  öldü,  sən  qaşdın
ı
  yükün  üsdünə  çıx-
dın
ı
? Qız deer: 
– Bu sirri sənə desəm, onda gərəh mən uçam gedəm. 
Oğlan deer: 
– Yox, bu sirri açajan
ı

Qız deer: 
– Onda elədisə, mən bu sirri açajam, ancax uçuf gedəjəm. 
Oğlan deer: 
– Yox, deyəjən
ı
, ancax getmiyəjən
ı

Qız açır deer. Deer: 
–  Azreel  alma  verer,  armut  verer,  bir  şeynən  adamı  al-
lada-allada  özünə  gətirif  canını  aler.  Heləsi  də  var,  yıxey  də, 
boğazdıır. Sən bilmədin
ı
, öyü qan götüdü. Əyağım qan olajax 
deyə sıçradım da,  yükün üsdünə çıxdım. Sənin
ı
 anan
ı
ı boğaz-
dadılar, allatmeynən öldürmədilər. 
Bu kəlmeyi deer də, uçur gedir. Çünki o, Allahın sirrin 
aşmışdı, öydə dura bilməzdi. Oğlan məjbur elədi, sirri aşdırdı, 
göyərçin də uşdu getdi. 
 
39. QARA PALTARLI QADIN 
 
Bunu  kəççimiz  Mədinə  qarıdan  eşitmişəm.  Bir  dəfə  də 
yaylağa gederdim. Evdən axşamüsdü çıxdım. Yolda, Zərv de-
yilən  yerdə  meşənin  içində  qarannıx  qarışdı.  O  vaxlar  meşə 
çox qalınıydı. Məni vahimə basdı, gedə bilmədim. Meşədə ar-
mud ağaşdarı da varıydı. Bir armud ağacının divinə pənahlan-
dım.  Fikirrəşdim  ki,  bar  ağacının  divində  xətər  dəyməz.  Bir 
xeyli keçənnən son
ı
ra başımın üsdündə qara atın belində, qara 
paltarrı bir qadın peyda oldu. Dedi ki, dur, ata min. Durmax is-
dəmədim.  Bir  də  dedi.  Durdum.  Əyağım  üzəngiyə  çatar-çat-
maz özümü bunun tərkində gördüm. 


 
 
31
Dedi: 
– Gözdərin
ı
i bərk-bərk yum. 
Gözdərimi yumdum. Azca keçən kimi dedi: 
– Gözdərin
ı
i aç. 
Gözümü aşdım, gördüm öz comamızın
35
 qavağındeyım. 
Dedi: 
– Bu sizin
ı
mi comadı? 
Dedim: 
– Hə. 
Dedi: 
– Çüş. 
Atdan çüşdüm, dedim: 
– Gəlirəm. 
Comaya  girdim.  Təzə  bir  şalım  varıydı.  Fikirrəşdim  ki, 
şalı  gətirif  buna  verem,  yaxşılığınnan  çıxem.  Şalı  götürdüm, 
çıxdım comanın qavağına, gördüm heşcə kəs yoxdu, nə at var, 
nə atdı.  
   
 
 
 
                                                             
35
 Coma – alaçıq 


 
 
32
RƏVAYƏTLƏR 
 
PEYĞƏMBƏRLƏR, DİNİ ŞƏXSİYYƏTLƏR, PİRLƏR 
VƏ OCAQLARLA BAĞLI RƏVAYƏTLƏR 
 
1-4. NUH PEYĞƏMBƏR 
 
1. 
Nuh peyğəmbər həmişə bir qarının  evinin  yanınnan gə-
lif gedermiş. Bir gün qarı buna deef ki, ya peyğəmbər, deellər, 
dünyuyu su alajax, bizi də götür o gələndə. 
Deef: 
– Yaxşı. 
Dünyuyu su alıf. Gəmi gedif Ağrı dağının başında diyanıf. 
Qayıdıf gələndə peyğəmbər görüf ki, qarı burda cəhrə əyirir. 
Deef: 
–  Ay  peyğəmbər,  dünyuyu  su  alanda  məni  niyə  götür-
mədin
ı

Deef: 
– Ay qarı, bəs nətəəri oldu, nə gördün
ı

Deef: 
– Vallah, üş gün ojağım yanmadı, bir də cəhrənin böyrü 
suya bulandı. 
Deyəndə deef: 
–  Ay  qarı,  nooloydu,  sinən
ı
dəki  tükün  bircəjiyi  mən 
oloydum. 
   
 
 
 
2. 
Nuha agah olur ki, dünyanı su alajax. Özünə gəmi düzəl-
dir.  Çox  söz-söhbətdən,  çox  hərəkətdən  son
ı
ra  İlahi  tərəfinnən 
gəmi  nizamlandı,  öz  qaydasına  tüşdü.  Ojağın  altınnan  su  qay-
nadı,  dünyanı  su  aldı.  Nuh  peyğəmbərə  demişdilər  ki,  özüyçün 


 
 
33
töyuxdan, qazdan, hinduşkadan, heyvannan – hər şeydən götür, 
yığ gəmiyə. Nuh peyğəmbər götürdü gəldi gəmiyə. Gəmi qalxdı, 
çox gəzdi. Birinci gəldi Ələyəz dağına çıxdı, orda genə durmadı, 
su  qaldırdı.  İndi  Nuh  peyğəmbərin  gəmisi  Ağrı  dağının  başın-
dadı.  Ağrı  dağının  başınnan,  deməli,  samalyot  da  keçir,  onnan 
heş bir sirr öyrənə bilmir. Aşıxların bir söhbəti var. Deellər: 
– Çox sirrər səndə var, bil, Ağrı dağı. 
Yaz, qış,  yay, nə vax olur olsun, onun başı qarnan dolu 
olar. Baxırsan ki, eləcə dümağ qardı. 
 
3. 
Nuh  peyğəmbərə  Allah-tala  tərəfinnən  Cənabi-Cəbrayil 
gətirif ağaş matiryalı, mismar verey. Deef ki, Nuh peyğəmbər, 
günorta dünyanın üzünü su alajax. Bu taxdaları quraşdırarsan
ı
 
mismarnan,  külfətini  üsdə  yığarsan
ı
.  Külfətdihcə  su  qaldıra-
jax, siz qalxajaxsın
ı
ız. Əmmə hamı qırılajax. 
Nuh  elə  eleey.  Nuh  bunu  quraşdırey  Cənabi-Cəbrayil 
dəən kimi. Dünyöyü su alanda qalxey Ağrı dağının başında su 
dəyaney.  Taxda  gəmi  dağın  başında  da  qaley.  Nuh  orda  qaley. 
Su  çəkiley.  Ağrı  dağı  da  ən  hündür  dağdı,  daa  onnan  hündür 
dağ  yoxdu. Nuh ordan baxey göröy kü, dünya  həm göərey
36

həm də ağarey. Deey: 
– Allah-tala, o qar nədi, o göy-göyərti nədi?  
Deey ki, o insannarın sümüyüdü ağarey, o yaşıl da otdu, 
qalxey. Biz o Nuh peyğəmbərdən dünyaya gəldih. 
 
4. 
Nuh  öz  gəmisiynən  qalxdı  Ağrı  dağının  başına.  Baxdı 
ki,  heyvannar  tərpəner,  əmbə  pişik  tərpəmmer.  Baxdı  gördü 
ki,  siçan  gəmini  yavaş-yavaş  deşif,  pişik  də  quyruğunu  salıf 
                                                             
36
 Göərey – göyərir 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   94




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə