275
lər, sağ olsun, öydə din
ı
şədim, xeyir eşitdim. Pis danışana
deellər nahax getdim onun qapısına mən. O xəvərçidi.
10.
Doxsan iki yaşında bir arvat varıydı. Uşağıydım, mə-
nim on-on iki yaşım varıydı. Deerdi ki, bu çərşəmbə heç, bu
çərşənbə yalançı çərşəmbədi. Boz ay girmiyif, bax onda çər-
şəmbə yalançı çərşəmbədi. Boz ay girif, ayın iyirmi ikisin-
nən son
ı
ra çərşəmbə olanda düz çərşəmbə olor. Xıdır Nəviy-
nən Boz ayın birinci çərşəmbəsi arasındakı çərşəmbə yalançı
olor. Nənəm deerdi, dəriyə gederdih su gətirməyə. O birinci
olan çərşəmbiyə deerdi, heş vacib də döy. Hələ deer, qoy
uşax yatsın. Bu çərşəmbə yalançı çərşəmbədi. Su çərşəmbə-
sində ağaç əyiler, başını suya salleer su işməyə. Su çərşəm-
bəsində bir qarı gətirer də inansınnar deyin kalçee
228
ağacın
putağına bağleer. Ağaş əyiler ki, su içə, su bədəninə yayıla.
Kalçee düz göyə qaldırer. Savax camahata deer ki, mənim
kalçam ağacın başına çıxıf. Deellər ki, niyə çıxıf? Deer ki,
inanmeyjıydın
ı
ız kin, ağaç əyilif, başınnan su içer. Kalçee
bağladım ki, görün kü, ağac əyilif başınnan su içer.
11.
Cəmlələr yadımdadı, birinci cəmlə, ikinci cəmlə, üçüncü
cəmlə, dördüncü cəmlə, axırda da bayram gəley. O cəmlənin
biri suya tüşöy, biri oda tüşöy, biri torpağa tüşöy, biri yelə tüşöy
– hərəsi birinə tüşöy, onatən da bayrammız gəley, yaz oloy.
12.
Bizdə «cəmlə» deellər, biri oda tüşür, biri suya tüşür,
biri yelə tüşür, biri də torpağa.
228
Kalça – camışın balası
276
Neynirsən
ı
elə, martın iyirmi iksi gejə saat on ikidə il
təhvil olor. İl təhvil olanda balıx suda çöyrülür, sular bir dəyqə
diyanır. Məsələn, Kür çayı diyanır, balıx içində görükür.
13.
Bu çərşəmbələr girəndə köhnə arvatdar əlimizə cəm ve-
rerdi, su gətirderdi, niyyət tutordular. Deerdilər, bu cəmin ge-
din birini boş eleen
ı
, birini doldurun
ı
. Gederdih. Ağlımız hası-
nı kəserdi, cəmin birnə suyu doldurordux, gətirerdih əlmizdə.
Ya düz gələrdi, ya səf gələrdi. Niyyət tutan özü bilerdi onu.
14.
Boz ayın dört çərşəmbəsi olor. Əmə dört-beş ildən bir
Boz aya beş çərşəmbə tüşör, onda o çərşəmbeyi yalançı çər-
şəmbə addandırellar. Birinci çərşəmbeyi muştuluxçu, qalan-
narını da həqiqi, ya da cəmlələr addandırellar.
Pütün çərşəmbələri biz təmtəraxnan keçirerih. Çərşəm-
bələrdə ərişdə aşı pişirellər, qapı pusmuya gedellər, niyyət tu-
tollar. Su gətirellər. Su gətirməyin üsdündə qız-gəlinnər bir-
birlərinnən bəhsə girerdilər. Obaşdan oyanıf hamıdan tez suya
çatmax isdiyirdilər. Əllərində soğan, sarımsax, kömür götürüf
suya salam verellər:
– Salaməlöyküm, a su, əlöykümsalam, a su.
Üş dəfə bunu deyənnən son
ı
ra soğanı, sarımsağı, kömü-
rü suya atıf “mən ajılığımı, qaralağımı san
ı
a verirəm, ay çay,
sən də əvəzində man
ı
a abaddıx, şirinnih gəti” deef çaydan su
götüröllər, əllərində qum, bir az da su çıxardıf öyə gətirer,
mallarının, kartovunun üsdünə səpellər kin, bin-bərəkət gəti-
sin, həmən ili ruzuları artıx olsun.
277
15.
Çərşəmbələrdə cavan uşaxlar kosa bəziyillər, saznan-ba-
labannan bir dəsdə düzəldif qapı-qapı gəzif kosa payı yığellar.
Qapıyı döyöllər, qapıya kim çıxsa, oxuyollar:
Beyjə nə gejəsidi?
Noyruz gejəsidi.
Verin
ı
mənim payımı.
Verənin oğlu olsun,
Vermiyənin kor qızı.
Təndirə tüşsün,
Qırmızı pişsin.
Çərşəmbələrdə təzə gəlini qonax çağırellar, ağsakqallar
küsülüləri barışdırellar.
16. NOVRUZ FALLARI
Bu fala ilin axır çərşənbəsi baxıllar. Özü də bu fala qız-
dar baxa biləllər. Qız sakit, heş kimnən danışmadan ləyənə su
tökür. Əlinə bir böyüh güzgü alır. Həmin güzgüdə Aya baxır.
Qız sevdiyi oğlanın şəklini görərsə, bu, onun xeyrinədi. De-
məh, təzə il onun üçün uğurlu olajax, mətləbi həyata keçəjəh.
Pütün bu vaxdı qız danışarsa, fal düz çıxmaz.
17. BƏXTİ BAYRAM
Baxdı bayram Noyruz bayramında keçirileydi. Qızdar
öydən yağ, əriştə, yumurta, düyü götüröydülər. Aşağıda çayın
qırağında yekə söyüd ağacı varıydı, onun divində aparıf qaza-
nı quroydular, orda aş pişireydilər, özdərinə yelləncəh quruf
yelləneydilər. Yalnız qızdar oloydu. Oynoydular, pişirey-çü-
şüröy, yiif-içif çıxıf gəleydilər. Bizim vaxdımızda belə oluf.
“Baxdı bayram” deerdilər adına. Ona görə “Baxdı bayram”
deermişdər ki, qızdarın hamısının baxdı açılsın.
278
18. AYIN TUTULMASI
Ay tutulanda nənəm rəhmətdih əlimizə bir qazan, bir
dənə də taxda qaşıx verərdi ki, qazanın g...nə taxta qaşıxnan
döyün
ı
, Ayın üzü açılsın. Ayın üzü tutulanda heş də yaxşı ha-
disələr olmur. Ona görə də biz taxda qaşıxnan qazanın g...nə
vuruf Ayın üzünün açılmağını gözdüyürdüh.
19. TƏKNƏDƏ KÖKƏ SAXLAMA
Köhnədən çörəh salırdılar. Gərəh hər dəfə balaca kökə
də saleydın
ı
. Çörəyi heş vax kökəsiz pişirməzdim. Çörəh ku-
tardımı, dalınnan kökə salerdım. O kököyü balaca uşaxlar
yiirdilər, ya da ən axırda yiilirdi.
Təhnəmizə qoyurdux kin, bu kökə bizə bərəkət versin,
öyümüz urzalı olsun. Həməşə kökəni təhnənin dal tərəfinə qo-
yardıx. Çörəh yiilir-yiilir, axırda kököyü çıxardırdıx. Kökəni
pişirməsəh, olmaz. Məleykələr həməşə ojağın, suyun qırağın-
da hərrənellər. O kököyü ona görə pişiririh kin, çörəh kuta-
randa məleykələr tullana-tullana sajın qırağında hərrənellər
ki, görəh kökə pişirillərmi? Əgər pişirmersən
ı
sə, qarğış eliyil-
lər ki, səni görüm kökə tutan əllərin
ı
heş var olmasın. Qarğış
eliyə-eliyə, ağlaşa-ağlaşa gedellər.
20. HƏMZAD
Çiy yumurtuyu suyun içinə, cəmin içinə qoyurdular.
Son
ı
ra da doğan arvadın kravatının altına çiy yumurta qoordu-
lar ki, zahıya həmzat-zad keşməsin.
Dostları ilə paylaş: |