40
NOVRUZ VƏ HIDIRELLEZ
Əski türk mövsüm mərasimlərindən biri də Hıdırellez
bayramıdır. Bu mərasim hər il yazda, may ayının beşindən
altısına keçən gecə keçirilir. Novruza bənzər xüsusiyyətləri
vardır. Eyni zamnda digər yürk xalqlarında müşahidə
etdiyimiz mövsüm mərasimləri ilə ortaq cəhətləri də kifayət
qədərdir. Türk və islam mifologiyasında xüsusi bir yeri olan
Xızır obrazı özündə əski ritual və inancların izlərini
saxlamışdır. Qışın bitib baharın gəlməsi mövsüm mərasimi
olaraq qeyd edilməkdədir. Burada Xızır baharı simvolizə
edir.Bu bayramda insanlar müxtəlif törənlər təşkil edər,
müxtəlif ayinlər icra edərlər. İslam inancına görə Xızır haqq
vergisi almış şəxsiyyətdir.Tanrı tərəfindən müsəlmanlığı
qorumaq vəzifəsi verilmişdir. İstənilən zaman zühur edə bilən
mübarək bir şəxsiyyətdir.Rəvayətə görə Xızır ilə İlyas qardaş
və ya dostdur. Xızırın ab-I həyat suyu içərək ölümsüzlük
qazanması söylənilir.Əsas vəzifəsi darda qalanlara yardım
etmək, yaxşılıq etmək, təbiətin yaşıllanmasını təmin etmək,
bolluq, bərəkət, qismət və sağlamlıq verən
bir vəlidir,
kəramət
sahibidir. Xidirellez bayramının da əsas xarakterini bu
xüsusiyyətlər müəyyənləşdirir. Xızır ənənəsində mərasimlərin
keçirildiyi günə ümumi olaraq Ruzi-Xızır və ya Hıdırellez adı
verilmişdir. Ruzi-Xızır və Ruz-I Qasım deyə iki mövsümə
ayıran təqvim məlumatları Ruz-I Xızırı yaz mövsümünün
başlanğıcı sayıb 6 maydan 8 noyabra qədər davam edən
müddəti 186 günlük bir dövrü əhatə etdiyi bildirilir. Rumi 23
aprelə təsadüf edən bu tarix indi də işlətdiyimiz Miladi
təqvimlə 6 maya uyğun gəlir. İlin 9 noyabrdan 5 maya qədər