Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu



Yüklə 4,24 Kb.
Pdf görüntüsü
səhifə3/85
tarix26.09.2017
ölçüsü4,24 Kb.
#1660
1   2   3   4   5   6   7   8   9   ...   85

Nübar Həkimova ___________________________________  
 
 

Xalq ədəbiyyatında elə bir janr yoxdur ki, biz orada yu-
xu,  yuxugörmə, fəhm,  telepatiya,  intuisiya kimi məsələlərin 
bədii örtüyə bükülərək bir-birinə qovuşduğunu görməyək. 
Haqq aşıqlarımız, el şairlərimiz yurdumuzda tarixin çox 
qədim  dövrlərində  yuxu,  yuxugörmənin  mürəkkəb,  anla-
şılmaz  mexanizmini  elat  psixologiyası  səviyyəsində  olsa  da, 
onu özlərinə məxsus maraqlı şəkildə təsvir etmiş və məharətlə 
yorub-yozmuşlar.  Xüsusilə,  ustad  aşıqların  ayrı-ayrı  əsrlərdə 
yaratdıqları  rəngarəng  dastan  süjetlərində  "aşiqin  məşuqəsini 
yuxuda  görməsi",  "buta  alması"  özünəməxsus  psixoloji 
reallıqla əsaslandırılır – desək fikrimizdə yanılmarıq. Dastan, 
nağıl  qəhrəmanları  yuxuda  gördükləri  gözələ  aşiq  olub,  buta 
alırlar.  Onların  arxasınca  ayaqlarında  dəmir  çarıq,  əllərində 
dəmir  əsa  el-el,  oba-oba  gəzib  qəhrəmanlıqlar  göstərirlər. 
Sazın-sözün  sirli-sehirli  qüvvəsindən  istifadə  edib,  min  bir 
əzab-əziyyətlərə  qatlaşırlar.  Nəhayət,  xalq  ədəbiyyatına  xas 
olan  nikbinliklə  aşiq  məşuqəsinə  qovuşur.  Bu  qəbil  yuxu 
gerçəkliyinə  biz  "Bənidaş  şəhərinin  sirri",  "Al-dərviş" 
nağıllarında, "Dan atma" xalq mərasimlərində, "Mehri-Mah", 
"Məhəmməd-Güləndam",  "Seyfəlmülk",  "İvrahım",  "Lətif 
şah",  "Əmrah",  "Heydər  bəy",  "Nəcəf-Pərizad",  "Qurbani", 
"Abbas-Gülgəz Pəri", "Aşıq Qərib-Şahsənəm" və sayını daha 
çox  artıra  biləcəyimiz  dastanlarımızda  da  rast  gəlirik.  Fikri-
mizi qədirbilən oxucularıma çatdırmaq üçün dastanlarımızdan 
bəzi detalları misal gətirməyi məqsədəuyğun hesab etdik. 
"Qurbani" dastanında oxuyuruq: 
"...Bəli,  vaxt  gəldi  keçdi.  Qurbani  üçüncü  günü  ayılıb 
gördü ki, başına çoxlu qız-gəlin yığılıb, dedi: 
Ay dədə, xalxınkı burdadı, bəs mənimki hardadı? 
PDF created with pdfFactory Pro trial version 
www.pdffactory.com


__________________________________ Nübar Həkimova 
 
 

Mirzəli xan dedi: 
 Oğul, ölmüsən o dünyadan danış, sağsan bu dünyadan. 
Səninki, mənimki nədi? Qurbani dedi: 
–  Dədə,  bir  başı  limcə,  bir  başı  çömçə  olsa,  dərdimi 
senə söyləyə bilərəm. Dədəsi dedi: 
–  Oğul,  bir  başı  limcə,  bir  başı  çömçə  nə  deməkdi? 
Qurbani dedi: 
– Dədə, ona həm dəm, həm de qəm çömçəsi deyərlər. 
O, gahdan dəmə çalır, gahdan qəmə. 
Beli, gətirdilər Qurbaniyə bir dənə saz verdilər. Qurba-
ni  sazı  aldı  əlinə,  öpüb  gözünün  üstünə  qoydu.  Zilini  zil, 
bəmini bəm eylədi, sinəsinə basıb görək nə dedi: 
 
Yatmışdım, üstümə gəldi ərənlər, 
Səfil, nə yatmısan, oyan dedilər. 
Oyandım qəflətdən, açdım gözümü, 
Al, abi-kövsərdən iç, qan dedilər. 
 
Mirzəli xan dedi: 
– Ay oğul, bir əməlli bizi başa sal, görək nə deyirsən? 
Biz sənin sözündən heç zad başa düşmürük. Qurbani atasının 
cavabında dedi: 
–  Dədə,  qulaq  as,  bir  ağız  da  deyim,  bəlkə  başa  düşə-
sən..." 
Bura qədər verdiyimiz parçanı Qurbaninin butası üçün 
yuxugörmənin səbəbi adlandırsaq, bundan sonra verəcəyimiz 
hissəni,  sözün  əsl  mənasında,  yuxugörmənin  nəticəsi  hesab 
edə bilərik. 
"...Aldı Qurbani: 
PDF created with pdfFactory Pro trial version 
www.pdffactory.com


Nübar Həkimova ___________________________________  
 
 
10 
Bir kimsənə gəldi mənim üstümə,  
Yazılı şəninə ya minəl-əta. 
İmam ola, damad-Əhmədi-Mürsəl,  
Doldurub camini eylədi ata. 
 
Tərəhhüm eylədi abi-kövsərdən, 
Onunçun keçmişəm can ilə sərdən. 
İstədim mətləbim payi-Qənbərdən, 
Kəramət elədi mənə bir buta. 
 
Eşq əlindən namus-arım qalmadı, 
Nə bir səbrim, nə qərarım qalmadı. 
Qurbaniyəm, ixtiyarım qalmadı, 
Dönmüşəm kamana, qəddimdi düta. 
 
Mirzəli xan dedi: 
– Hə oğul, indi başa düşdüm. Sənə buta veriblər. Ancaq 
de  görüm,  butanı  sənə  harada  veriblər  və  sən  haraya  gedə-
cəksən? 
Qurbani dedi: 
–  Dədə,  mən  Gəncə  şəhərinə  gedəcəyəm.  Gəncəli  Zi-
yad xanın qızı Pəri xanımı mənə buta veriblər..." 
Yaxud  "Aşıq  Qərib-Şahsənəm"  dastanından  Qəribin 
butası  Şahsənəm  haqqında  gördüyü  yuxunun  səbəb  və  nəti-
cəsinə diqqət yetirək: 
"...Rəsul  yatmışdı,  yuxuda  gördü  ki,  Tiflis  şəhərində 
behişt  misallı  bir  bağdadı,  bunun  başının  üstündə  ceyran 
misallı gözəl bir qız var. Qız nə qız – qaşlar kaman, gözləri 
qan  piyaləsi,  burun  hind  fındığı,  sinə  Səmərqənd  kağızı, 
PDF created with pdfFactory Pro trial version 
www.pdffactory.com


__________________________________ Nübar Həkimova 
 
 
11 
baxanın  ağlını  aparır.  Rəsul  bir  də  baxıb  gördü  bu  qızın 
yanında bir dərviş var. Dərviş qızın əlini Rəsula uzadıb dedi: 
–  Rəsul  (Qərib  –  M.H.),  bu  qız  tiflisli  Xoca  Sənanın 
qızı Şahsənəmdi. Bunu sənə buta verirəm..." 
Yuxugörmənin  telepatik  baxımdan  daha  dəqiqliyinə 
"İvrahım"  dastanından  bir  parçaya  diqqət  yetirmək  yerinə 
düşərdi: 
"...Ustadlar  deyirlər  ki,  İvrahım  günbəzdə  yatıb,  vağı-
yada  gördü  ki,  Heratda  Fətəli  xanın  qızı  Hüreynisə  xanımı 
ona buta veriblər. 
İvrahım  başladı  Herata  getməyə.  Bir  qədər  gedəndən 
sonra yolda Xoca Hasan adında bir sövdayara rast oldu. 
Xoca ona dedi: 
Oğul, hara gedirsən? 
İvrahım dedi:   
 
 
Başına döndüyüm, bəzirgan xoca,   
Xoca, bir yar deyim, ver nişan barı. 
Malın qismət olsun, gedəsən Haca, 
Xoca, bir yar deyim, ver nişan barı... 
 
Aldı Xoca: 
 
...Xoca Hasan xocaların gözüdü,  
Aşıqların söhbətidi, sözüdü. 
İndi bildim: Fətəli xan qızıdı, 
 
Oğul sən adın de, mən nişan verim. 
 
 
Xoca dedi: 
PDF created with pdfFactory Pro trial version 
www.pdffactory.com


Yüklə 4,24 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə