Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu



Yüklə 4,24 Kb.
Pdf görüntüsü
səhifə4/85
tarix26.09.2017
ölçüsü4,24 Kb.
#1660
1   2   3   4   5   6   7   8   9   ...   85

Nübar Həkimova ___________________________________  
 
 
12 
– Oğul, mən də Herata gedirəm. 
İvrahımı da dəvənin belinə mindirib apardı. 
Hüreynisə  xanım  da  vağıyada  görmüşdü  ki,  İvrahım 
dəvənin belində gələcək. Qızlara dedi:    
– Qızlar, mən vağıyada (yuxuda – M.H.) gördüyüm oğ-
lan bu boyda, bu nişanda dəvənin üstündə gəlib buradan keçə-
cək. Kim görüb mənə desə, bu boyunbağımı ona verəcəyəm. 
Qızlar yolun kənarında gözləyirdilər. Kök qızlar hamısı 
gözlədi,  yorulub  yatdılar,  amma  cin  qaravaş  (arıx  qız)  bo-
yunbağının  ucuynan  barmağını  yarıb  içinə  duz  basdı,  saba-
hacan  yatmadı.  Bir  də  gördü  ki,  sabaha  yaxın  qəflə-qatırın 
ağzı açıldı. Qız o saat gedib xanıma xəbər verdi..." 
Bu qəbil yuxugörmənin bədii təsdiqinə "Abbas-Gülgəz 
Pəri" dastanından Gülgəz Pərinin yuxusuna diqqət yetirək: 
"...Qulluqçular Abbasa dedilər: 
– Bu küçə ilə getmək qadağandır. Bura Batmanqılıncın 
bacısı Pəri xanımın küçəsidir.  
Abbas dedi: 
– Mən bu küçə ilə gedəcəyəm. 
Pəri xanım Abbasın gəlməyini eşitmişdi. Ora-bura vur-
nuxub, Abbası görməyə çalışırdı. Evinin eyvanında, bağında 
gəzib  Abbası  gözləyirdi.  Həmin  gecə  o,  yuxuda  görmüşdü 
ki, Abbas onun küçəsi ilə gedəcək. Odur ki, tezdən yerindən 
durub  bağa  çıxmışdı.  Çeşmənin  başında  oturub,  əlləri 
qoynunda Abbası gözləyirdi..." 
Bu  qəbil  səbəbli,  nəticəli  yuxuları  biz  "Seyidi-Pəri", 
"Muğumşah",  "Abdulla-Cahan",  "Məsim-Diləfruz",  "Səy-
yad-Səadət",  "Nəcəf-Pərzad",  "Qul  Mahmud",  "Səlim  və 
şah", "Lətif şah", "Şahzadə Əbülfəz" və daha başqa məhəb-
PDF created with pdfFactory Pro trial version 
www.pdffactory.com


__________________________________ Nübar Həkimova 
 
 
13 
bət dastanlarımızda da rast gəlirik. 
Göründüyü  kimi,  xalq  ədəbiyyatı  janrlarında  yuxu, 
yuxugörmənin  yalnız  səbəbi  deyil,  real  nəticəsi  də  aydınca 
aşkarlanır. 
Dastan  poetikasında  yuxu,  yuxugörmə  və  yuxuyoz-
maların  özünəməxsus  yeri  var.  Lakin  şifahi  xalq  ədəbiyya-
tında  çox  təsadüf  olunan  yuxugörmə  və  yuxuyozmalarını 
poetik  baxımdan  təhlil  edərkən,  onların  dastan  süjeti  və 
kompozisiyasındakı  bədii  funksiyası  zəruri  surətdə  nəzərə 
alınmalıdır. Bizim fikrimizcə, yuxugörmə və yuxuyozumları 
psixoloji təhlil vasitəsi kimi özünü göstərir. 
Qeyd  etdiyimiz  kimi,  Azərbaycan  ədəbiyyatşünaslı-
ğında, eləcə də folklorşünaslığında psixoloji təhlil məsələləri 
sistemli şəkildə öyrənilməmişdir. Son zamanlar Azərbaycan 
ədəbiyyatşünaslığında  bu  məsələlərə  müəyyən  dərəcədə 
diqqət  yetirilsə  də,  folklorşünaslıqda  dastan  poetikasına,  bu 
mühüm  məsələyə,  mahiyyət  etibarilə  hələ  də  elmi-nəzəri 
cəhətdən  ciddi  əhəmiyyət  verilmir.  Bu  baxımdan  bəzi 
cəhətləri qeyd etməmək olmaz. 
Dastanlarımızda  nəzərdən  keçirdiyimiz  telepatik  feno-
menlər psixoloji dəqiqliklə təsvir olunur. Dastan qəhrəmanları 
bəynişan ərgən (subay) oğlan və qızlar uzunmüddətli yuxuya 
– huşa getmişlər. Ayılandan sonra onlar özlərinəməxsus hallar 
keçirirlər. Dastan qəhrəmanlarının gözləri yol çəkir, qulaqları 
cingildəyir, güyüldəyir, gözləri səyriyir, dalağı sancır, sümüyü 
üşürgəyir, ürəyinə nə isə damır... Bütün bunlardan başqa, on-
lar qəribə intuitiv duyumla da seçilirlər. Belə ki, baş verəcək 
möcüzələri irəlicədən duyurlar. Öz sevgililərinin – butalarının 
və  eləcə  də  ünsiyyətdə  olduqları  hər  kəsin  fikirlərini  heç  bir 
PDF created with pdfFactory Pro trial version 
www.pdffactory.com


Nübar Həkimova ___________________________________  
 
 
14 
səhvə yol vermədən məharətlə oxuyurlar. 
Fikrimizi  təsdiq  etmək  üçün  "Kitabi-Dədə  Qorqud" 
dastanından  "Salur  Qazanın  evi  yağmalandığı  boyu  bəyan 
edər" boyundan aşağıdakı parçaya diqqət yetirək: 
"...Məgər, xanım, ol gecə Qalın Oğuzun dövləti, Bayın-
dır xanın göyküsü, Ulaş oğlu Salur Qazan qara qayğılı vaqeə 
gördi,  sərmərdi  urı  turdı.  Aydır:  "Bilürmisən,  ğarındaşım 
Qaragünə, düşimdə nə göründi? Qara qayğılı vaqeə gördüm. 
Yumrığımda taynan şahin bənim quşımı alur gördüm. 
Kökdən  ildırım  ağ-ban  evim  üzərinə  şaqır  gördüm. 
Düm pusarıq ardımın üzərinə tökülü gördüm. Quduz qurtlar 
evimi  dəlir  gördüm.  Qara  dəvə  ənsəmdən,  qarvar  gördüm. 
Qarğu  kibi  qara  saçım  uzanır  gördüm.  Uzanıban  gözümü 
örtür  gördüm.  Biləngümdən  on  barmağımı  qanda  gördüm, 
necə kim bu düşi gördüm, şundan bərü əqlim-usım dərə bil-
mən, Xanım qardaş, mənim bu düşimi yorğıl mana! – dedi." 
Gətirdiyimiz parçanın Salur Qazanın qardaşı Qaragünə 
tərəfdən yozum-yorumuna diqqət yetirək: 
"Qaragünə aydır: "Qara bulıt dedigin sənin dövlətindir. 
Qar ilə  yağmur dedigin,  ləşkərindir. Saç qayğudur. Qan qa-
radır. Qalanısın yora bilmən, allah yorsun" – dedi..." 
Yuxunun qalan yorumuna isə Qazan xanın şəxsən özü-
nün təsdiqi baxımından diqqət yetirmək yerinə düşərdi: 
"...Belə degəc Qazan aydır: "Mənim avımı bozma: ləş-
kərimi  tağıtma!  Bən  bu  gün  Qonur  ata  qaqaram,  üç  günlük 
yolı  bir  gündə  aluram,  evilə  olmadın  yurdum  üstünə  vara-
ram, əgər sağdır, əsəndir, axşam olmadın genə man sana gə-
lürəm.  Ordım  sağ  –  əsən  dəgil  isə  başınuza  çara  edin.  Mən 
dəxi  getdim"  –  dedi.  Qonur  atın  mahmuzladı,  Qazan  bək 
PDF created with pdfFactory Pro trial version 
www.pdffactory.com


Yüklə 4,24 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə