Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu



Yüklə 4,24 Kb.
Pdf görüntüsü
səhifə5/85
tarix26.09.2017
ölçüsü4,24 Kb.
#1660
1   2   3   4   5   6   7   8   9   ...   85

__________________________________ Nübar Həkimova 
 
 
15 
yola getdi. Gəli-gəli yurdının üzərinə gəldi. Gördi kim, uçar-
dı quzğun, tazı talaşmış, yurtda qalmış..." 
Dastandan  gətirdiyim  nümunələrdə  Qazan  xanın  təs-
diqli, möhürlü intuitiv duyumu inkarolunmazdır. Burada Də-
də  Qorqudun  deyimi-duyumu  ilə,  düzülüb  qoşulan  boy  ilə 
tanışlıq  aydın  göstərir  ki,  Qazan  xanın  intuitiv  duyumu 
zəngin, çoxçalarlı həyat təcrübəsinə söykənir. 
Bu kimi halları nə ilə izah etmək olar? Onlar psixoloji 
baxımdan nə dərəcədə əsaslıdır? 
İnsan  beyninin  möcüzələri  çoxdur.  Dastanlarımızda 
"ürəyə  dammağın",  "dalağı  sancmağın",  "gözləri  səyrimə-
yin",  "sümüyü  sancmağın"  özünəməxsus  psixoloji  yozumu 
olsa  da,  istər  fiziologiyada,  istər  psixologiyada  onların  ma-
hiyyəti  nəinki  elmi  zəmindən  təhlil  edilmiş,  hətta  uzun 
müddət birtərəfli aydınlaşdırılmışdır. 
İndi yuxu və yuxugörmə problemləri həm psixologiya, fi-
ziologiya, təbabət sahələrində çalışan alimlər, həm də biokim-
ya,  etnoqrafiya,  etimologiya,  folklorşünas  alimlər  tərəfindən 
öyrənilir ki, bu da öz növbəsində diqqətdən kənar qala bilməz. 
Bu baxımdan, A.M.Tsuzmer və O.L.Petrişinanın Azər-
baycan  dilinə  tərcümə  olunmuş  "İnsan,  anatomiya,  fiziolo-
giya, gigiyena" kitabında söylədikləri fikirlərlə çətin ki, razı-
laşmalı olaq. Kitabda deyilir: "Bəzi yuxu tormozlanması ha-
lında  olan  beyin  qabığında  ayrı-ayrı  nahiyələr  oyaq  qalır. 
Belə olduqda adam müxtəlif yuxular görür, qabıqda tam tor-
mozlanmaya  mane  olan  qıcıqların  törətdiyi  duyğular  baş 
verir və o, surətlər görür. Üstü çox qalın örtülmüş adam yu-
xuda qızmar səhra görə bilər. Göy guruldadıqda çox vaxt yu-
xuda adam  vuruşma  və partlayışlar görür. Bəzən adama elə 
PDF created with pdfFactory Pro trial version 
www.pdffactory.com


Nübar Həkimova ___________________________________  
 
 
16 
gəlir ki, onu boğurlar. Bu cür qarışıq yuxulara səbəb narahat 
yataqda  döş  qəfəsinin  basılması  üzündən  tənəffüs  hərəkət-
lərinin çətinləşməsidir. Həmçinin, yatmazdan əvvəl möhkəm 
yemiş adamlar da bu cür yuxular görürlər. Çünki diafraqma-
nın hərəkəti azaldıqda ağciyərlərin ventilyasiyası zəifləyir. 
Çox vaxt yuxugörməyə səbəb adamı xüsusən çox məş-
ğul edən hadisələr olur. Adam mühüm bir xəbər gözləyir və 
bu  onun  fikrini  özünə  cəlb  edir.  O,  yuxuya  getdikdə  həmin 
hadisə ilə əlaqədar olaraq oyaq qalan nahiyələrdən başqa be-
yin yarımkürələri qabığı tormozlanır. Odur ki, adam yuxuda 
həsrətlə  gözlədiyi  xəbəri  aldığını  görür.  Səhər  yuxudan  du-
randa nəhayət teleqram alır. Belə hadisələr haqqında mövhu-
matçı adamlar deyirlər: "Yuxum düz çıxdı". 
Bəzən elə olur ki, adamlar özlərinə  lazım olan şeyi hara 
qoyduqlarını unudur və bu onların yuxusuna girir. Bu cür "düz" 
yuxunun  səbəbini  başa  düşmək  çətin  deyil.  Gün  ərzində  baş 
verən  saysız-hesabsız  sinir  prosesləri  həmin  adam  əşyanı  giz-
lətdikdə  onun beynində  əmələ gələn əlaqələri  tormozlamışdır. 
Yuxu  zamanı  beyin  qabığına  tormozlanma  yayılır.  Lakin  ola 
bilsin  ki,  lazım  olan  əşyanın  axtarılması  ilə  əlaqə  dar  olan 
nahiyələr oyaq qalsın. Çünki adam itki ilə əlaqədar narahatdır. 
Onda oyanma heç bir maneə olmadan qabıqda lazımi  yollarla 
keçir və yatan adam yuxuda əşyanın harada olduğunu görür. 
"Yuxunun  düz  çıxması"  haqqındakı  fikirlər,  belə  yaran-
mışdır. Yuxulara inanan mövhumatçı adam isə gördüyü yuxunu 
yozmağa  çalışır:  "Axı  gün  ərzində  çox  hadisə  olur".  Çox 
fikirləşdikdən sonra yuxuda görülənə oxşar bir şey tapmaq olur. 
"Yuxuların  düz  çıxmasına"  inanmaq  adamların  iradə-
sini zəiflədir və hətta bu, bədbəxt hadisəyə də gətirib çıxara 
PDF created with pdfFactory Pro trial version 
www.pdffactory.com


__________________________________ Nübar Həkimova 
 
 
17 
bilər.  Bəzən  elə  olur  ki,  mövhumatçı  adam  "pis"  yuxu  gör-
dükdə  "Bədbəxtlik  üz  verəcək"  deyir,  qorxuya  düşür,  fikri 
dağılır. Bu vəziyyətdə o, asanlıqla yanar, yıxılar, yaxud bərk 
əzilə bilər. Onda belə adamlar "Yuxum düz çıxdı" deyərlər". 
A.M.Tsuzmer,  O.L.Petrişina  kimi,  L.P.Latoş  və  L.Q. 
Kramanovada  da  yuxugörmə  təxminən  eyni  aspektdə  təhlil 
olunur. Sözsüz, müasir dövrümüzdə, texnika əsrinin belə bir 
dövründə  yuxu,  yuxugörməyə  bu  qədər  səthi  şərh  vermək, 
onu  ilahi  qüvvələrə  bağlamaq,  yuxuyozumunu  "mövhu-
matla", yuxuya inananları "iradə zəifliyi" ilə damğalamaq sa-
dəcə səbatsızlıqdır.  
Bu bir həqiqətdir ki, əsrlər boyu əzəli-ədəbi təbiətin öv-
ladı  olan  insanlaera  yoldaşlıq  edən  zəngin,  rəngarəng  janrlı 
şifahi  xalq  ədəbiyyatımızda  dünyanın  bütün  xalqlarında  ol-
duğu  kimi,  yuxu,  yuxugörmə  motivləri  saysız-hesabsızdır. 
Yurdumuzun  ulu  müdriklərinin  yaratdıqları  çoxşaxəli,  çox-
saylı  əfsanə,  əsatir,  nağıl,  dastanlarda  yuxunun  yaranma  sə-
bəbləri  və  nəticələri  məntiqi  cəhətdən  bir-birini  tamamlayır. 
Ona  görə  də  yuxunun,  yuxugörmənin  səbəblərini  təsadüflərə 
bağlamaq; kiminsə kimdən pis və ya şad bir xəbər gözləməsi 
fikrini həmin hadisə ilə məşğul olmağa yönəltməsi, gizlətdiyi, 
haradasa qoyduğu, itirdiyi əşyanı, yuxu, huşagetmə vasitəsilə 
tapması  və  s.  kimi  inandırıcı  olmayan  gülünc  yozumlara  əl 
atmaqla,  "mövhumat",  "cəhalət",  "nadanlıq",  "iradə  zəifliyi" 
ilə damğalamaqdansa, onu günün tələbi baxımından elmi-nə-
zəri cəhətdən aramaq-araşdırmaq daha düzgün olardı. 
Müasir  təbabət,  psixologiya,  fiziologiya  elmlərində  bu 
sahədə artıq müəyyən addımlar atılmaqdadır. Hətta eksperi-
mental surətdə müqayisələr də edilmiş  və edilməkdədir. Bu 
PDF created with pdfFactory Pro trial version 
www.pdffactory.com


Yüklə 4,24 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə