Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu



Yüklə 4,24 Kb.
Pdf görüntüsü
səhifə6/85
tarix26.09.2017
ölçüsü4,24 Kb.
#1660
1   2   3   4   5   6   7   8   9   ...   85

Nübar Həkimova ___________________________________  
 
 
18 
bir həqiqətdir ki, hər hansı bir məsafədən müəyyən bir fikri 
başqa bir adama təlqin etmək olar. A.A.Vasilyevin yazıların-
da buna aid çoxlu həyati misallar da göstərilir. 
Onu  qeyd  edək  ki,  bu  həyati  misallarda  öz  əksini  tap-
mış hadisələrin çoxu əslində bizim dastanlarımızda və ümu-
mən  şifahi  xalq  ədəbiyyatımızın  ayrı-ayrı  janrlarında  təsvir 
olunmuş yuxugörmə və yuxuyozmaları ilə bilavasitə çox ya-
xından səsləşir. Bu nöqteyi-nəzərdən məsafəli təlqin proble-
mi  sahəsində  aparılmış  tədqiqatlar  dastan  materialları  əsa-
sında  nəzərdən  keçirdiyimiz  yuxugörmə  və  yuxuyozumları 
ilə müqayisəli araşdırılmaq üçün son dərəcə maraqlıdır. 
Müasir  təsəvvürlərə  görə,  beynin  özünəməxsus  bioloji 
cərəyanları  vardır.  Hər  hansı  bir  adam  xüsusi  həssaslıqla 
onun üçün lazımi əhəmiyyətə malik olan şəxsin fikrini məhz 
"bu  bioloji  cərəyanlar"  vasitəsilə  oxuya  bilər.  Bu  qəbil  bio-
loji  cərəyanları  diqqətlə  təhlil  etsək,  o  zaman  aydın  görərik 
ki, xalq dastanlarımızda yuxugörmə halları məhz bu yozum-
da  təsvir  olunub.  Haqq  aşıqları  xüsusi  həssaslıq  şəraitində 
başqalarının,  ilk  növbədə,  butalarının-sevgililərinin  fikirlə-
rini  müəyyən  məsafədən  asanlıqla  oxuyurlar.  Elə  əslində 
tərəf-müqabil  dastan  qəhrəmanlarının  "ürəyinə  damma", 
"gözü  yol  çəkmə",  "gözü  səyrimə",  "qulağı  cingildəmə", 
"qulağı güyüldəmə" və s. məhz bu kimi hallar ilə bağlıdır. 
Yuxu,  yuxugörmə  ilə  bağlı  fizioloqlarımız,  təbibləri-
miz, psixoloqlarımız kimi, folklorşünaslarımız da dastan ya-
radıcılığı araşdırmalarında öz  fikirlərini söyləmişlər. Bu ba-
xımdan,  professor  M.H.Təhmasibin  söylədiyi  fikrə  nəzər 
yetirək. O, yazır: 
"...Məhəbbət dastanlarımızın, demək olar ki, hamısının, 
PDF created with pdfFactory Pro trial version 
www.pdffactory.com


__________________________________ Nübar Həkimova 
 
 
19 
"Kitabi-Dədə Qorqud"  və  "Koroğlu" kimi qəhrəmanlıq das-
tanlarımızın da bir sıra boy və qollarının əsas məzmunu, yəni 
süjeti  qəhrəmanın  öz  butasına  çatmaq  uğrunda  apardığı 
mübarizənin təsvirindən ibarətdir. Bu sujeti, macəranı, əhva-
latı əsasən dörd hissəyə bölmək olar: 
1. Qəhrəmanın anadan olması və ilk təlim-tərbiyəsi. 
2. Qəhrəmanların, yəni aşiq və məşuqənin buta almaları. 
3. Qabağa çıxan maneələr və onlara qarşı mübarizə. 
4. Müsabiqə və qələbə. 
M.H.Təhmasibin  tədqiqatında  diqqətimizi  ikinci  bir 
bölgü də cəlb edir: 
1. Qəhrəmanın hələ öz vətənində qarşılaşdığı maneələr. 
2. Yol. 
3. Butanın vətəninə çatdıqdan sonra macəralar. 
Dastan süjetinin ikinci hissəsi "Butanın ortaya çıxması" 
ilə  başlanır.  Bu  "ortaya  çıxıb",  "süjetə  daxil  olmanın"  əsas 
formalarından  biri  yuxuda  "buta  almaq"dan  ibarətdir  ki,  bi-
zim  məhəbbət  dastanlarımız  üçün  çox  səciyyəvi  olduğuna 
görə, bu barədə bir qədər ətraflı danışmaq lazım gələcəkdir. 
Qəhrəmanların bir-birini yuxuda görüb aşiq olmaları çox qə-
dim ədəbi priyomlardandır. Bu motivə hələ  yeni eradan qa-
baqkı IV əsrin rəvayət-əfsanələrində də təsadüf edilməkdədir 
deyən və araşdırmalarına düzgün başlayan alim nədənsə, bir 
abzas sonra yazır: "Bunun dastanlarımızda xüsusi "buta ver-
mək"  şəklinə  düşməsi  isə,  bizcə  daha  sonrakı  dini  qanun-
qaydalarla,  xüsusilə  islamiyyətin  gətirmiş  olduğu  hicabla 
əlaqədardır…  İslamiyyətin  dini  qanun  şəklinə  saldığı  hicab 
hətta oğlanın başqasının qızına baxmasını, qızın isə oğlanla 
danışmasını, oğlan haqqında düşünməsini belə  yasaq etmiş-
PDF created with pdfFactory Pro trial version 
www.pdffactory.com


Nübar Həkimova ___________________________________  
 
 
20 
dir.  Bu  hicab  qızlarla  oğlanlar  arasında  elə  sonsuz  bir  uçu-
rum yaratmışdır ki, bu uçurum sahillərində dayananların bir-
birini  görməsi,  bir-birinə  baxması,  hətta  baxmağa  təşəbbüs 
göstərməsi  qeyri-mümkün  olmuşdur.  İslam  qayda-qanunlu 
Şərqdə, o cümlədən, bizim ədəbiyyatımızda sevgi lirikasının 
bu qədər geniş vüsətlə  yayılmasının və bu qədər uzun müd-
dət  yaşamasının səbəblərindən də elə həmin bu hicab, onun 
yaratdığı yasaqlar, məhrumiyyətlər idi. 
İlk öncə, oxucuya həqiqət təsiri bağışlayan bu fikir oğ-
lanlarla qızlar arasında uçurum yaradan hicab, İslam dininin 
yasaqları  orta  əsrlər  dastanında  özünü  tam  təsdiqləmir.  Bir 
neçə dastandan parçalara müraciət edək. 
"Tahir və Zöhrə" dastanında oxuyuruq: 
"...Nağıl dili yüyrək olar. Vaxt dolandı, il keçdi, oğlan-
la qız yeddi yaşa doldular. Bunlar elə gözəl idilər, gözəllikdə 
bərabərləri  yox idi. Əhməd vəzir Hatəm Soltana xəbər gön-
dərdi  ki,  uşaqların  məktəb  vaxtıdı,  bir  kamil  molla  tapıb, 
uşaqları  oxumağa  qoymalıyıq.  Hər  ikisi  də  həmrəy  olub, 
uşaqları  kamil  bir  mollaya  tapşırdılar.  Uşaqlar  bir  yerdə 
məktəbə  gedib-gəlir,  bir  oturub,  bir  dururdular.  Oyun  vaxtı 
da uşaqlara qatışmayıb bir küncdə söhbət edirdilər. 
Məktəbin  həyətində  bir  sərv  ağacı  var  idi.  Hansı  tez 
gəlsə onun dibində oturub, o birini gözlərdi. 
Deyirlər  ki,  bu  məktəbdə  bir  keçəl  də  var  idi.  Bir  kö-
nüldən  min  könülə  aşiq  olmuşdu  Zöhrəyə.  Amma  nə  qədər 
əlləşirdisə,  Zöhrə  ona  üz  vermirdi.  Bir  gün  keçəl  yenə  də 
onları bir yerdə görüb, tez özünü yetirdi mollanın yanına: 
–  Molla,  mənə  de  görüm,  bura  məktəbxanadı,  yoxsa 
lotuxana? Tahir ilə Zöhrə öpüşün səkkizini bir qara pul elə-
PDF created with pdfFactory Pro trial version 
www.pdffactory.com


Yüklə 4,24 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə