Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu



Yüklə 4,24 Kb.
Pdf görüntüsü
səhifə9/85
tarix26.09.2017
ölçüsü4,24 Kb.
#1660
1   ...   5   6   7   8   9   10   11   12   ...   85

__________________________________ Nübar Həkimova 
 
 
29 
 
 
 
 
 
 
 
 
MÜDRİKLƏRİMİZİN 
YUXU YOZUMLARI 
PDF created with pdfFactory Pro trial version 
www.pdffactory.com


Nübar Həkimova ___________________________________  
 
 
30 
YUXUGÖRMƏNİN XALQ ARASINDA  
YORUM VƏ YOZUMLARI 
 
Yuxuda hamilə qadın alma görsə qızı, armud görsə  
oğlu olar. 
Yuxuda hamilə qadın buğda yığarsa oğlu, arpa yığarsa 
qızı, noxud, lobya yığarsa, əkiz uşağı olar. 
Yuxuda hamilə qadın torpaq işi görərsə, oğlu olar. 
Yuxuda  yuxu  görən  adam  döyülərsə,  o,  sağlam  və 
qüvvətli olar. 
Yuxuda bit görən varlı, dövlətli olar. 
Yuxuda  duru  su  görmək  aydınlıq,  bulanıq  su  görmək 
işi düz gətirməmək və dolaşmaqdır. 
Yuxuda ilan görmək səfərdir, yoldur. 
Yuxuda qoz görmək pis səs, bəd xəbərdir. 
Yuxuda  çalıb-oynamaq  –  qəmginlik,  niskinlik,  ağla-
maq-sevinmək əlamətidir. 
Yuxuda  ata  minmək  arzuya  çatmaq,  yüksəlmək,  qalib 
gəlmək əlamətidir. 
Yuxuda bostan görmək işin düz gəlməsidir. 
Yuxuda seyid görən xeyir, molla görən ziyan tapar. 
Yuxuda qaçan xəstə olar, bədbəxt hadisəyə düçar olar. 
Yuxuda döyən adam, döyülər. 
Yuxuda  samanlıq  görənin,  divar  hörənin  evindən  ölü 
çıxar. 
Yuxuda ağac kəsənin ailəsində adam ölər.  
Yuxuda  pul  görmək,  həm  var-dövlət,  həm  də  xeyir-
xəbər eşitməkdir. 
Yuxuda keçəl adam görənin işi düz gətirməz. 
PDF created with pdfFactory Pro trial version 
www.pdffactory.com


__________________________________ Nübar Həkimova 
 
 
31 
Yuxuda uzunboğaz corab görənin, uzaqdan qonağı gəl-
mək əlaməti kimi yozulur. 
Yuxuda qızıl tapmaq xeyir xəbər eşitməkdir. 
Yuxuda çox istədiyin adamı görmək ziyan tapmaq,  
işi bəd gətirmək kimi yozulur. 
Yuxuda  hamilə  gəlin  qaynanasını  görsə  qızı,  qaynata-
sını görsə oğlu olacaq kimi yozulur. 
Yuxuda üzüm görmək göz yaşı deməkdir. 
Yuxuda  ayaqqabı  geymək,  görmək  dara  düşmək,  işi 
bəd gətirmək, dalaşmaq əlaməti kimi yozulur. 
Yuxuda  təzə  paltar  geymək  bədbəxtlik,  köhnə  paltar 
geymək xoşbəxtlik əlaməti kimi yozulur. 
Yuxuda  ocaq  qalamaq,  çıraq  yandırmaq  yuxugörənin 
işinin uğurlu olacağı əlaməti kimi yozulur. 
Yuxuda  başa  papaq  qoymaq  ucalmaq,  vəzifəcə  böyü-
mək əlaməti kimi yozulur. 
Yuxuda  yer  şumlamaq,  taxıl  səpmək,  taxıl  döymək, 
dəyirman görmək var-dövlət, bolluq, bərəkət əlamətidir. 
Yuxuda  öküz,  buğa,  cöngə  görmək  şadlıq,  inək,  düyə 
görmək qəmginlik əlamətidir. 
Yuxuda  zurna,  züy,  tütək  görmək  bəd  xəbər  eşitmək 
kimi yozulur. 
Yuxuda çuval görmək bərəkət əlamətidir. 
Yuxuda baş-üz qırxmaq yuxu görənin öləcəyi kimi yo-
zulur. 
Yuxuda güzgü görmək elçi getmək, nişan taxmaq kimi 
yozulur. 
Yuxuda  hamilə  qadın  cücəli  toyuq  görərsə,  gələcəkdə 
onu külfət basması əlaməti kimi yozulur. 
PDF created with pdfFactory Pro trial version 
www.pdffactory.com


Nübar Həkimova ___________________________________  
 
 
32 
Yuxuda hamilə qadın pomidor görsə, qızı olacağı  
kimi yozulur. 
Yuxuda dərz, taxıl tayası, taxıl tığı, dolu buğda çuvalı 
görmək var-dövlətin, bərəkətin çox olması kimi yozulur. 
Yuxuda çıraq görmək yüngüllük, sağlamlıq, ailədə toy-
nişan, xeyir iş olacağı kimi yozulur. 
Yuxuda arxalıq görmək yüksəlmək, qüvvətlənmək əla-
məti kimi yozulur. 
Yuxuda meşə görmək ziyandan uzaq olmaq, xeyirxah-
lığa qovuşmaq əlaməti kimi yozulur. 
Yuxuda  hamilə  qadın  tut  yeyərsə,  uşağı  şirindil  olar. 
Yuxuda  qoyun  sürüsü  görmək,  dövlət  tapmaq  əlamətidir. 
Yuxuda dağdağan ağacı görmək sevinmək, işi düz gətirmək 
əlaməti kimi yozulur. 
Yuxuda  işığın  sönməsi  ailədən  ölü  çıxması  əlaməti 
kimi yozulur. 
Yuxuda  nar  görmək  yuxugörənin  göz  yaşı  tökəcəyi 
əlaməti kimi yozulur. 
Yuxuda ələk, xəlbir, şadara görmək xeyir-bərəkət kimi 
yozulur. 
Yuxuda  evdən  kiməsə  çörək  vermək,  bərəkəti  vermək 
əlaməti kimi yozulur. 
Yuxuda kəmər görmək, onu belə bağlamaq, qüvvətlik, 
sağlamlıq əlaməti kimi yozulur. 
Yuxuda  quyuya  düşmək,  yuxugörənin  işinin  düyünə 
düşməsi əlaməti kimi yozulur. 
Yuxuda oda düşmək sevinmək, əziz adama qovuşmaq, 
birləşmək, görüşmək əlaməti kimi yozulur. 
Yuxuda tüstü görmək qarışıqlığın, bədbəxtliyin üz ve-
PDF created with pdfFactory Pro trial version 
www.pdffactory.com


__________________________________ Nübar Həkimova 
 
 
33 
rəcəyi kimi yozulur. 
Yuxuda duz görmək bərəkətdir. 
Yuxuda  dişin  sınması,  çıxması,  laxlaması  ailəyə  bəd-
bəxtlik üz verəcəyi əlaməti kimi yozulur. 
Yuxuda  gənə  görmək  natəmizlik,  pisliklə  üzləşmək 
əlaməti kimi yozulur. 
Yuxuda  dəvə  görmək  yüksəlmək,  vəzifəyə  çatmaq, 
xoşbəxtlik əlaməti kimi yozulur. 
Yuxuda saz, aşıq görmək xeyirxahlıq, ailədə xoşbəxtlik 
əlamətidir. 
Yuxuda  təzəgəlin  qatır  görərsə,  onun  heç  vaxt  uşağı 
olmaz. 
Yuxuda  hamilə  gəlin  turac,  kəklik,  qırqovul,  bildirçin 
görərsə, qızı olar. 
Yuxuda təndir,  sac görmək evdə süfrənin bolluğu əla-
mətidir. 
Yuxuda  ip,  kəndir,  sicim,  çatı  görmək  səfər,  yola  çıx-
maq əlaməti kimi yozulur. 
Yuxuda duz-çörək görmək, bolluq əlaməti kimi yozulur. 
Yuxuda ot biçmək, düşmənə qalib gəlmək əlaməti kimi 
yozulur. 
Yuxuda toy görənin evindən ölü çıxar. Yuxuda ölənin 
ömrü uzun olar. 
Yuxuda  çörəyi  yarı  bölmək,  qisməti  yarı  bölmək 
deməkdir.  
Yuxuda halva görmək, ailədə şirinlik əlamətidir. 
Yuxuda soğan, bibər görmək acılıq əlamətidir.  
Yuxuda qar görmək şər əlamətidir. 
Yuxuda yol salmaq, xeyirxahlıq əlamətidir.  
PDF created with pdfFactory Pro trial version 
www.pdffactory.com


Yüklə 4,24 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə