21
Sözlərin müəyyən bir qismində fonetik baxımından fərqlilik
görünür. Bəlkə də yazıda yazılış qaydaları qorunmuş, tələffüz edilərkən
Türkiyə türkcəsində olduğu kimi deyilmişdir. Əlbəttə, biz yazıya
əsaslandığımızdan sözlərin tələffüz formasını deyil, yazılış şəkillərini
qəbul edirik. Türk mənşəli sözlərin o dövr ilə günümüzdəki istifadə
formaları arasında fərqli olanlardan bir neçəsini müqayisə edək:
altun- (نﻮﭡﻟا ) altın. Qədim türk dilində “altun” formasında
işlənmişdir. Sarı rəngdə, parlaq və ağır, asan emal oluna bilən, xarici
təsirə məruz qalmayan, paslanmayan, ziynət əşyası kimi istifadə edilən
bir elementdir.
11
Azərbaycan dilində “altun” və “qızıl” olaraq istifadə
edilir.
12
Azərbaycan klassik ədəbiyyatının dilində, dialekt və şivələrdə,
digər türk dillərində "u" saiti bəzən "ı" saitinin yerində işlənmişdir.
13
Azgun (azgın), bağlu (bağlı), kılur (kılır), asılu (asılı), armud (armıt-
türkmən); sabun (qazax, tatar və türkmən dillərində "sabın" formasında
işlədilmişdir). Azərbaycan və uyğur dillərindən başqa türk dillərində bu
söz altın kimi lüğətlərdə öz əksini tapır.
14
Himmeti altun eyleyüp kânım/Sikke-dâr oldı nakd-ı âsârum (ND
5/433)
barmak- ( ﺎﻣرﺄﺑ
ﻖ
) parmak. Qədim türk dilində barımak “tutmaq üçün
istifadə edilən”
15
mənasında işlənmişdir. Azərbaycan, başqırd, qazax,
özbək, tatar, türkmən və uyğur dillərində “barmaq” kimi “əlin barmağı”
mənasında istifadə edilir.
16
Anadolu türkcəsində sözün başındaki “b”
səsi sərtləşərək “p” səsinə çevrilmişdir. Ancaq Anadolunun, əsasən də
Şərqi Anadolu yaylasının bir hissəsində (məsələn Kars vilayətinihn
11
Ayverdi İ. Misalli Büyük Türkçe Sözlük. İstanbul:Kubbealtı Neşriyat, 3 cilt, 2006, s.
120
12
Orucov Ə. Azərbaycan Dilinin İzahlı Lüğəti. Bakı: Şərq-Qərb, 2006, s. 109
13
Zeynalov F. Türk Dillərinin Müqayisəli Qrammatikası. Bakı:
nəşriyyatı,
2008, s. 24
14
Ercilasun A. B. Karşılaştırmalı Türk Lehçeleri Sözlüğü. Ankara: Kültür Bakanlığı
Yayını,1991, s. 18
15
Eyuboğlu İ.Z. Türk Dilinin Etimoloji Sözlüğü. İstanbul: Sosyal Yayınları, 1998, s.
549
16
Ercilasun A. B. Karşılaştırmalı Türk Lehçeleri Sözlüğü. Ankara: Kültür Bakanlığı
Yayını,1991, s.692
22
dialekt və şivələrində “parmak” sözü “barmak”, “pişirmek” sözü
“bişirmək” formasında işlənir.
17
Əslində Orxon-Yenisey abidələrində bir sıra sözlərdə b samitinin
işləndiyi müşahidə edilir. Belə ki, Güntəkin abidəsində ben və men
sözlərinin paralel işləndiyi görülür. Görünür, sonralar bir dilin dil
qruplarına parçalanması prosesində hər bir qəbilə öz payını
götürdüyündən belə fərqliliklər ortaya çıxmışdır. Bu eyni zamanda b
samitinin türk dilləri üçün xarakterik olmaması ideyasını da inkar edir.
"b" samiti "p" samitinin yumşaq qarşılığı olub, daha çox oğuz qrupu
türk dillərində sözün əvvəlində istifadə edilir. Məsələn, baş, bir, beş,
bilmək, bişirmək (Azərbaycan); baba, balık, bal, baş, bey, boy, boş,
budak (Qaqauz); bulut, boyun, bir, buzav, boz, buz (Türkmən). Bununla
yanaşı digər türk dillərində də bunun nümunələri mövcuddur. Məsələn,
bil, boyun, birga, baş, backa (Qaraim); bul, biz, bolgan, batır, bek,
batmak, baş (Qumuk) və b.
18
Dülbend-i-ebri barmağına sarmasın hilâl,
Mıstar-keş-i şahîfe-i âşârumuz degül (ND 828/8)
Məlum olduğu kimi, Orxon kitabələrində səslərdə karlaşma özünü
göstərir. Müasir türk dilinin mövcud qrammatik qaydalarına görə sözün
sonu kar samitlə bitərsə, həmin sözə şəkilçi əlavə olunduğu zaman
şəkilçinin samiti də kar olmalıdır.
Ərəb-fars mənşəli sözlərin
dilə
daxil olması özlüyündə türk dilində
bir sıra dəyişikliklərə səbəb oldu. Belə ki, söz başında işlənən və
abidələrlə səsləşən t samiti ilə düzələn sözlərin bir çoxunda dəyişmə baş
verdi və bir sıra sözlər artıq d vartiantına keçdi ki, hazırda həmin
formada müasir türk dilində sabitləşmişdir. Məsələn: toldı (doldu),
tayanmaz (dayanmaz), tağıldı (dağıldı), tokunsa (dokunsa), tolar (dolar),
tolaşur (dolaşır), turur (durur), və s.
Nabinin dilinə nəzər saldıqda bu prosesin getdiyi tarixi qəti şəkildə
müəyyən edə bilərik.
Aşk iklimine sermâye tayanmaz Nabi,
Bâr u büngâh ile her kim ki, gelür cerd gider (ND 601/7)
17
Ercilasun A. B. Kars İli Ağızları Ses Bilgisi. Ankara: Gazi Ünv. Yayını, 1983, s. 109
18
Zeynalov F.Türk Dillərinin Müqayisəli Qrammatikası. Bakı: nəşriyyatı,
2008, s. 32
23
Nümunədən göründüyü kimi XVII əsrdə hələ türk dilində qədim
ulu dilimizin elementləri saxlanılmaqda idi. Bu müəyyən mənada
ərəb-fars sözlərinin təsiri ilə bağlıdır. Başqa sözlə ərəb-fars dilinin
Türkiyə ərazisində geniş vüsət alması bir çox qədim elementlərin
izolə olunmuş şəkildə qalmasına, qorunmasına da səbəb olmuşdu.
Səs əvəzlənmələrini bir sıra fellərə əlavə edilən şəkilçilərdə də
müşahidə edirik. Dodaqlanan sait u və ü-nün, dodaqlanmayan sait ı və i-
yə çevrilməsi hadisəsi Nabinin dilində çox müşahidə olunan
hallardandır: bildürmek~bildirmek, kalmasun~kalmasın, benüm~benim,
benümçün~
benim
için,
aldun~aldın,
başladum~başladım,
bitürdi~bitirdi, çevürdi~ çevirdi, geldüm~geldim, alınur~alınır,
alurum~alırım, anlarum~ anlarım, bilinür~bilinir,
bilür~bilir,
bilürüz~biliriz,
çalınur~çalınır,
getürür~getirir,
aldukça~aldıkça,
andukça~andıkça, anlayup ~anlayıp, arayup~arayıp, bakup~bakıp,
bildügi~bildiği, bildügin ~bildiğin, bindükçe~bindikçe, içüp~içip,
idüp~edip,
irüşüp~erişip,
kaplayup~kaplayıp,
alçakdur~alçaktır,
aramuzda~aramızda, bağlamışdur~bağlamıştır, başarundur~başarındır,
bellü~belli, birinün~birinin, böyledür~böyledir, cânum~canım və s.
Əslində “can” sözü fars dilindən alınma sözdür. (نﺎﺟ)
19
Ancaq türk
dillərinin əksəriyyətində, o cümlədən də türk dilində özünə elə bir
mövqe tutmuşdur ki, həmin sözlə bağlı onlarca frazeoloji birləşmələr
yaranmışdır: can alıcı, can çekişmek, can acısı, can evinden vurmak,
can korkusu, can kurban, can sağlığı və s. nümunələr buna əyani
sübutdur. Nabidə aşağıdakı kimi işlənmişdir.
Ba’dî leke hitâblarından gelür mi hiç,
Harf-ı a cânum âh efendüm halâveti.
Saitlərdəki dəyişiklikləri keçmiş zaman şəkilçilərində də görürük.
Təbii ki, bunların hamısı müasir türk dilinin ahəng qanununa uyğun
olaraq sonradan dəyişdirilmişdir. Çünki dodaq ahəngi (dodaqlanan və
dodaqlanmayan saitlərin ahəngi) qanununa görə ilk hecada dodaqlanan -
açıq (o,ö) saitlərindən biri gələrsə, sonrakı hecada ya dodaqlanmayan-
açıq (a,e) ya da dodaqlanan-qapalı (u,ü) saitlərdən biri gəlməlidir.
Sözlər bu qanuna uyğun olaraq dəyişdirilmişdir.
19
Ayverdi İ. Misalli Büyük Türkçe Sözlük. İstanbul:Kubbealtı Neşriyat, 3 cilt, 2006,
s.949
24
bozdı~bozdu
Bozdı geçdi otuz altı kez anı bî-pervâ;
dönmiş~dönmüş
Dil-i vîrâna dönmiş idi hemîn;
göçdi~göçtü
Göçdiler dâr-ı bedenden didi Nabi târih;
Tədqiqat Nabi “Divan”ında işlənən türk mənşəli sözlərin daha çox
fellər olduğunu göstərir. İsimlərin isə böyük bir qisimini alınma sözlər
təşkil edir. Üç əsr əvvəl istifadə edilən Anadolu türkcəsindəki sözlər,
onların qəbul etdikləri şəkilçilər, həm də köklərində meydana gələn səs
əvəzlənmələri normal qarşılanmalıdır. Həmin əvəzlənmələr heç də
sözlərin mənalarının başa düşülməməsinə səbəb olmur. Sözlər
ümumiyyətlə, hal-hazırda da o dövrdə istifadə olunmuş mənalarını
mühafizə edir. Səs əvəzlənmələri təbii ki, hər dildə baş verə biləcək
təbii bir prosesdir. Vaxt keçdikcə dilin fonetik tərkibində baş verən
fərqli qrammatik proseslər yazıda da özünü göstərmiş və oxucular
vasitəsi ilə xalqın dilinə keçmişdir. Müasir dövrdə oxucu kütlələrinin o
dövrdə yazılan əsərləri asanlıqla başa düşməməsinin səbəblərindən biri
əsərlərdə çoxlu miqdarda istifadə edilən ərəb və fars mənşəli sözlərin
hal-hazırda istifadə edilməməsidir. Təbii ki, o dövrdə istifadə edilən
onlarla alınma söz də zamanla dilimizə girmiş və artıq o dilin ayrılmaz
parçasına çevrilmişdir. Bu da dilin daimi dəyişikliyə uğradığının
göstəricisidir.
Yuxarıdakı sözlər orfoqrafiyada dövrümüzdəkilərdən fərqli olaraq
yazılmış olsalar da, məna baxımından hər hansı bir dəyişikliyə
uğramamışdır.
İkinci fəsilin ikinci yarımfəsli "Nabi “Divanı”ndakı türk mənşəli
sözlərdə məna dəyişmələri” adlanır. Burada türk mənşəli sözlər tədqiq
edilərək aradan keçən təxminən üç yüz illik müddətdə eyni mühitdə
yaşayan insanların istifadə etdikləri sözlərin mənaları müasir dövrdəki
mənaları ilə tutuşdurularaq mənası dəyişən və dəyişilməyən sözlər
haqqında fikirlər qeyd olunmuşdur. Klassik Türk ədəbiyyatının XVII
əsrdəki məşhur əsərlərindən biri olan Nabi “Divan”ında işlənən türk
mənşəli sözlərin bir qismi səs dəyişmələrinə məruz qaldıqları kimi,
bəziləri də məna dəyişmələrinə məruz qalmışdır. Lakin qeyd edək ki,
sözlərin böyük əksəriyyəti həmin proses xaricində qalmışdır və hazırda
o dövrlərdəki mənalarında olduğu kimi istifadə edilir. Məsələn:
ağrımaq, açmaq, axmaq, aldatmaq, qızıl, ancaq, anlamaq, atmaq, heyva,
baş, müvəffəqiyyət, başqa, bənzər, bildirmək, tapmaq, oğurlamaq,