Azərbaycan miLLİ elmlər akademiyasi iQTİsadiyyat institutu



Yüklə 2,55 Mb.
Pdf görüntüsü
səhifə14/48
tarix20.09.2018
ölçüsü2,55 Mb.
#69418
1   ...   10   11   12   13   14   15   16   17   ...   48

“AZƏRBAYCAN RESPUBLİKASINDA FOND BAZARININ FORMALAŞMASI VƏ
İNKİŞAF İSTİQAMƏTLƏRI”
MƏMMƏDOV YAŞAR ƏZİMAĞA OĞLU
42
əyyən olunur. Müddətli əməliyyatların növlərinə qəti, şərtli, uza-
dılmış, fyüçers və opsionlar aid edilir.
Fyüçers
əməliyyatları satıcı ilə alıcı arasında bağlanan,
gələcəkdə müəyyən müddət ərzində  əvvəlcədən qəti müəyyən
edilən məzənnə ilə qiymətli kağızlaın müəyyən hissəsinin almaq
və ya satmaq öhdəlikli, standart müddətli müqavilədir. Opsion alı-
cıya müəyyən müddət ərzində müəyyən qiymətlə  əmtəənin stan-
dart miqdarını almaq hüququ, satıcıya isə satmaq hüququ verən
əqd formasıdır.
Qəti əqdlərin iştirakçıları qiymətli kağızlatın müəyyən edilmiş
müddətdə çatdırılması və alqısı üzrə öhdəliklər götürür, bu zaman
tərtib edilmiş  şərtlər dəyişdirilə bilməz. Şərtli əqdlər zamanı işti-
rakçılardan biri digərinə müəyyən mükafat ödəməklə öz
öhdəliklərindən imtina etmək hüququna malikdir. Burada əsas
məqsəd məzənnə tərəddüdləri nəticəsində yaranan itkiləri məhdud-
laşdırmaqdır. Müddətli əməliyyatların report və deport kimi növ-
ləri də mövcuddur. Report qiymətli kağızların satış gününün
məzənnəsi əsasında, onun müəyyən müddətdən sonra yuxarı mə-
zənnə ilə geri alınması şərti üzrə banka satılmasıdır. Belə ki, söv-
dələşməyə görə möhtəkir şəxs səhmləri banka 300 pul vahidi mə-
zənnəsi ilə iki həftədən sonra 302 pul vahidi məzənnəsi ilə (burada
iki pul vahidlik əlavə report adlanır) məcburi geri alınması şərti ilə
satır. Bank bütün hallarda qazanır, möhtəkir isə yalnız alınma anı-
na səhmlərin məzənnəsi 302 pul vahidindən yüksək olduqda əlavə
vəsait əldə edir. Deport əqdləri müəyyən müddətdən sonra aşağı
məzənnə ilə geri satılması  şərti ilə qiymətli kağızların cari
məzənnə ilə alınmasıdır. Möhtəkir səhmləri bankdan 300 pul vahi-
dinə alır və  şərtləşir ki, iki həftədən sonra 298 pul vahidi məzən-
nəsi ilə geri satacaq (aradakı 2 pul vahidlik fərq deport adlanır).
Ümumilikdə nəticəyə olaraq göstərmək olar ki, müasir fond ba-
zarlarının  fəaliyyətinin tənzimlənməsində  əsasən iki: dövlət və
özünütənzimləmə mexanizmi modellərindən istifadə edilir. Və
fond bazarlarının fəaliyyətinin tənzimlənməsində özünütən-
zimləmə mexanizminin rolu yüksəkdir.


“AZƏRBAYCAN RESPUBLİKASINDA FOND BAZARININ FORMALAŞMASI VƏ
İNKİŞAF İSTİQAMƏTLƏRI”
MƏMMƏDOV YAŞAR ƏZİMAĞA OĞLU
43
İKINCİ FƏSİL
BEYNƏLXALQ TƏCÜRBƏDƏ FOND BAZARLARI:
TƏŞKİLİ VƏ İNKİŞAFI
Fond bazarları inkişaf etdikləri ölkələrdə iqtisadiyyatın müxtəlif
sahələri üzrə maliyyə-pul resurslarının, kapitalın bölüşdürülməsi-
nin ən vacib aləti kimi çıxış edirlər. Bu amil maliyyə-kredit siste-
minin şaxələnməsindən, pul yığımlarının xüsusi çəkisindən və
təkrar istehsal prosesinə təsirdən asılı olaraq dəyişkən ola bilər.
Məsələn, sövdələşmələrin həcminə və birjanın kapitallaşma səviy-
yəsinə görə Qərbi Avropa birjaları ABŞ və Yaponiya birjalarından
geri qalır. ABŞ-da qiymətli kağızların birja kapitallaşma səviyyəsi
müvafiq dünya göstəricinin 35%-ni, Yaponiyada 32,4%-ni, Qərbi
Avropada 26,5%-ni, Ingiltərədə 10,2%-ni, Almaniyada 3,6%-ni,
Fransada 3,5%-ni təşkil edir [41; 53]. Fond bazarının inkişafı və
onun pul kapitalının səfərbərliyindəki rolu dövlət tənzimlənməsi-
nin idarəetmə mexanizminə inteqrasiyası dərəcəsindən də asılıdır.
İqtisadi cəhətdən inkişaf etmiş hər bir ölkədə vahid mərkəzə və
regional şaxələnməyə malik olan fond birja sistemi mövcudur.
Fond birja sisteminin inkişafında fiktiv kapitalın artımı və geniş
dövriyyəsi önəmlidir. Müəssisələrin özünü maliyyələşmədirmə və
büdcə vəsaitlərindən istifadə imkanına baxmayaraq, müasir şəra-
itdə pul vəsaitlərinin cəlb olunmasında özəl firma və kompaniyalar
tərəfindən buraxılan istiqraz və səhmlər də daha cəlbedici görünür.
Elə bu baxımdan fond bazarları iqtisadiyyatın maliyyələşmə siste-
mində xüsusi yer tutur. Aparılan əməliyyatların miqyası, dövriyyə-
nin həcmi bu sistem çərçivəsində fond bazarının rolunu və əhəmiy-
yətini müəyyən edir.
İnkişaf səviyyəsinə və imkanlarına görə beynəlxalq fond  birja-
larını aşağıdakı baxımdan fərqləndirib, təsnifləşdirmək  məqsə-
dəuyğundur:
v Nəhəng birjalar: Nyu-York, Tokio və London birjaları.


“AZƏRBAYCAN RESPUBLİKASINDA FOND BAZARININ FORMALAŞMASI VƏ
İNKİŞAF İSTİQAMƏTLƏRI”
MƏMMƏDOV YAŞAR ƏZİMAĞA OĞLU
44
New York Stock Exchange, NYSE
v (Bu üç birjada aparılan qiymətli kağızlar üzrə  əməliyyatın
həcmi dünya birjalarının 60% -ni təşkil edir dir.)
v Böyük birjalar: Paris, Milan, Frankfurt və Honkonq birjaları.
v Orta ölçülü birjalar: Boston, Filadelfiya, Madrid, Barselona,
Bruksel, Kopenhagen, Seul, Tayvan, Sidney, Bombey, Buenos-
Ayres, Toronto, Monreal.
v Kiçik birjalar: İstanbul, Afina, Helsinki, Nigeriya birjaları və s.
Hal-hazırda hər bir ölkədə müxtəlif cəhətdən inkişaf etmiş və
özünə məxsus tənzimləmə mexanizmi olan fond bazarları fəaliyyət
göstərir. Müasir iqtisadi şərait və inkişaf meylləri nəzərə alınmaqla
fond bazarlarının inkişaf etdiyi ölkələrdə bu  bazarların təşkili və
inkişaf təcürbəsini tədqiq etmək xüsusi əhəmiyyət kəsb edər.
2.1.
A
merika Birləşmiş Ştatları
ABŞ-ın inkişaf tarixi nəticəsində fond birjalarının çoxşaxəli şəbə-
kəsi meydana gəlmişdir. Əsasən onlar Nyu-York, Çikaqo, Boston,
San-Fransisko, Kanzas-Siti, Los-Anceles, Detroyt, Yeni Orlean, Dal-
las, Filadelfiya, Çinçinatti, Solt - Leyk-Sitidə yerləşir.
ABŞ-da  Nyu-York  fond  birjası  (New York Stock Exchange,
NYSE) aparıcı yerlərdən birini tutur, burada ölkə üzrə səhmlərlə apa-
rılan əməliyyatların 70%-i həyata keçirilir. Birjanın tərkibi 1366
üzvdən ibarətdir və onun 1226-si 523 xüsusi korparasiyanın mara-
ğını müdafiə edirlər. Uol-Stritdə
yerləşən ABŞ-ın bu baş fond
birjası həmçinin əhatə dairəsinə,
əməliyyatlarının həcminə və ti-
cari əlaqələrinə görə də dünya-
nın ən yüksək nüfuzlu maliyyə-
fond bazarı kimi qəbul edilir.
Dünyanın ən iri, ən tanınmış
və  ən fəal ticarət şirkətlərinin
səhm payları Nyu-York Fond
Birjasında qeydə alınmışdır.


Yüklə 2,55 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə