Azərbaycan miLLİ elmlər akademiyasi iQTİsadiyyat institutu



Yüklə 2,55 Mb.
Pdf görüntüsü
səhifə2/48
tarix20.09.2018
ölçüsü2,55 Mb.
#69418
1   2   3   4   5   6   7   8   9   ...   48

5
GİRİŞ
Fond bazarı müasir bazar iqtisadi münasibətlərinin for-
malaşmasında və inkişafında önəmli rol oynamaqla yanaşı,
həmçinin maliyyə-pul resurslarının investisiya məqsədləri üçün
cəlbində də əsas bazar kimi əhəmiyyət kəsb etməkdədir. Bu bazar
maliyyə resurslarının səfərbər olunub, məqsədli istifadəsi, daxili
investisiya mənbəyinin yaradılması, fiziki və hüquqi şəxslərin
sərbəst pul vəsaitlərindən onların və cəmiyyətin xeyrinə səmərəli
istifadəsi, inflyasiya kimi neqativ proseslərin qarşısının alınması,
iqtisadi inkişafın sürətləndirilməsi və mühüm məqsədlərin həyata
keçirilməsinə  də xidmət edir.
İnkişaf etmiş bir çox ölkələrin dövlət büdcəsinin 30 faizinə
qədəri məhz fond bazarlarında yaranır. Fond bazarı real sektora və
iqtisadiyyata geniş təsir imkanlarına malikdir.
Beynəlxalq təcürbədə olduğu kimi, Azərbaycanda da tam
əminliklə belə bir mülahizənin əsaslığını sübut etmək olar ki, fond
bazarı ölkədə makro və mikro iqtisadi inkişafa təkan verməklə ya-
naşı, həm də sosial-iqtisadi inkişafın sürətləndirilməsinə, vətən-
daşların maddi rifah halının artırılmasına birbaşa təsir edib, sivil
bazar münasibətlərinin təşəkkülündə öz əvəzsiz xidmətini göstər-
mək iqtidarındadır. Azərbaycanda 2000-ci ildən başlayaraq fond
bazarının təşkili istiqamətində önəmli addımlar atılmış, onun
tənzimlənmə mexanizmi, institutsional infrastrukturu yaradılmış,
hüquqi-normativ bazası formalaşdırılmışdır. Müasir inkişaf daxili
və xarici iqtisadi əlaqələrin təkmilləşdirilməsini gündəmə gətir-
məklə, müəssisə və təsərrüfat subyektlərinin investisiya cəlbində
önəmli rol oynayan  fond bazarına diqqəti daha da artırmaqdadır.
Məhz bu kimi səbəblərdəndir ki, ölkədə qəbul edilən bir çox
hüquqi-normativ sənədlərdə qiymətli kağızlar, əsasən də fond ba-
zarının inkişaf məsələlərinə xüsusi diqqət yetirilməkdədir. Belə
sənədlərdən olan Azərbaycan Respublikası Prezidentinin 2012-ci il
29 dekabr tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan 2020:
Gələcəyə baxış” İnkişaf Konsepsiyasi”-ında və “2011-2020-ci
illərdə Azərbaycan Respublikasında qiymətli kağızlar bazarının


6
inkişafı” Dövlət Proqramında qiymətli kağızlar bazarının insti-
tusional inkişaf səviyyəsinin yüksəldilməsi və onun beynəlxalq
standartlara uyğunluğunun təmin edilməsi, ölkə iqtisadiyyatında
onun kapitallaşma dərəcəsinin yüksəldilməsinə nail olunması və
iqtisadi layihələrin maliyyələşdirilməsində fond bazarı vasitəsilə
cəlb olunan qeyri-inflyasiya mənşəli investisiya vəsaitlərindən isti-
fadənin genişləndirilməsi kimi mühüm məsələlər əsas diqqət
mərkəzində götürülmüşdür.
Son on ilin qlobal iqtisadi və maliyyə təzadları, böhran halları
fond bazarının təşkili və tənzimlənməsi, onun problemlərinin təd-
qiqi məsələlərinə daha geniş çərçivədə baxılmasını aktualaşdır-
maqdadır. Bu bazarın dünya və ölkə iqtisadiyyatının sağlam-
laşması və inkişafı ilə bağlı proseslərdə önəmli rol oynadığını nə-
zərə alsaq burada baş verən proseslərin mütəmadi olaraq təhlil edi-
lib,  qiymətləndirilməsinə ehtiyac artır.
Azərbaycan Respublikasında qəbul edilən hüquqi-normativ
sənədlər bu bazarın təşkilinin fundamental əsaslarını möhkəmlən-
dirməkdədir. Lakin, daim inkişaf etməkdə olan iqtisadi münasi-
bətlər, qlobal inkişaf meylləri fond bazarının perspektiv inkişaf
istiqamətlərinin də bu baxımdan təkmilləşdirilməsi zərurətini ön
plana çəkməkdədir.


“AZƏRBAYCAN RESPUBLİKASINDA FOND BAZARININ FORMALAŞMASI VƏ
İNKİŞAF İSTİQAMƏTLƏRI”
MƏMMƏDOV YAŞAR ƏZİMAĞA OĞLU
7
BİRİNCİ FƏSİL
FOND BAZARLARININ INKIŞAF MƏRHƏLƏLƏRI
VƏ FƏALIYYƏT ƏSASLARI
1.1.Fond bazarlarının inkişaf tarixi və fəaliyyətini
şərtləndirən səbəblər
Fond bazarının fəaliyyəti fiziki və hüquqi şəxslərin geniş həcmli
maliyyə və qiymətli kağızlar üzrə aktivlərini əhatə etməklə, müasir
dövrümüzün maliyyə sisteminin təşkilində mühüm bir sahə kimi
əhəmiyyət kəsb etməkdədir. Tədqiqat obyektinə, predmetinə görə
fərqlənməsinə baxmayaraq bu bazarlar vahid və sıx əlaqəli formada
təşkil olunması ilə diqqəti cəlb edir. Müasir maiyyə-fond bazarları-
nın fəaliyyətində nəzərə çarpan fərqləndirici cəhətlərə aşağıdakılar
aid edilir:
v Sövdələşmənin və əməliyyatların aparılmasının tənzimlənən
qaydalarının mövcudluğu;
v Əməliyyatların həyata keçirilməsində aydın və  şəffaf
mexanizmin formalaşması;
v Bazarda əməliyyat predmetinə çevrilən qiymətli kağızların və
digər vəsaitlərin alqı-satqısı üzrə qiymət kurslarının, onların
dəyişmə  qaydalarının müəyyən edilməsi;
v Bu qurumların fəaliyyətini təşkil edəcək infrastrukturun, işti-
rakçıların (hüquqi və fiziki şəxslər) mövcudluğu;
v Texniki təminatın, əlaqənin və təkmil informasiya sisteminin
fəaliyyəti.
Fond bazarının ilkin və bəsit formalaşma rüşeymi Qədim Roma
İmperiyasında kök salmağa başlamışdır. Antiq və ilkin tarixi qay-
naqlara görə bu sahədə dağınıq da olsa bir çox informasiya
mənbəyi mövcud olmuşdur. Belə ki, Romada tacirlərin toplanması
qeyd edilir, bu proses “əməkdaşlıq merkatoru”mu (alqı-satqı
məsələlərinin müzakirəsi) adlanırılır [54,91]. Müəyyən olunan top-


“AZƏRBAYCAN RESPUBLİKASINDA FOND BAZARININ FORMALAŞMASI VƏ
İNKİŞAF İSTİQAMƏTLƏRI”
MƏMMƏDOV YAŞAR ƏZİMAĞA OĞLU
8
lantı yerləri müasir fond bazarlarının, birjalarının bir çox təşkili
xüsusiyyətini özündə təcəssüm etdirir. Toplantılar müəyyən olun-
muş yerlərdə keçirilir, bu yerlər “fora vendaliya” adlanmaqla ta-
cirlərin özünün alış-satış mərkəzinə çevrilirdi [54,93]. Belə bazar-
larda imperiyanın və dünyanın müxtəlif bölgələrindən gətirilən
əmtəələr, mallar alınıb-satılırdı. Eyni zamanda, müvafiq əmtəə və
malların alqı-satqısı üzrə  əvvəlcədən sövdələşmələr aparılır,
qiymətlər müəyyən edilirdi. Həmçinin, bu yönümlü aktiv pro-
seslərdə bazarın digər qeyri-ticarət iştirakçıları, yeni alqı-satqıya,
sövdələşmələrin bağlanmasına köməklik edən peşəkar qruplar,
şəxsər də (müasir diller, broker) fəal iştirak edirdi. Xüsusilə baza-
rın fəaliyyətində, sövdələşmələrdə qiymətlərin tənzimlənməsi, on-
lara təsiredici amillər də az əhəmiyyət kəsb etmirdi. Maliyyə və
digər pul resursları ilə yanaşı tacirlərin, etibarlı  şəxslərin verdiyi
vədlər və kağızlar da bu bazarın dövrəyyiəsinin mühüm  alğı-satqı
predmetinə çevrilirdi [55,47].
Orta əslərin sonunda kapitalizm quruluşunun ilkin inkişaf rü-
şemlərinin yaranması, ticarətin əhatə coğrafiyasının genişlənməsi
fond bazarlarının mövcudluğunu daha da zəruriləşdirirdi. Xüsusilə,
ölkələr arası ticarət münasibətlərinin təkmilləşməsi küllü miqdarda
pul vəsaitlərinə ehtiyacı artırmaqla, alqı-satqıda yeni vəsaitlərin,
alətlərin istifadə zərurətini doğurmaqda idi. Bütün bu kimi tarixi
amillər səhmdar evlərinin, cəmiyyətlərinin yaranmasına əsaslı
şəkildə təsir göstərməyə başladı. Belə ki, bu dövrlərdə yaradılan
ingilis və holland ticarət kompaniyaları öz mütərəqqililiyi baxı-
mdan o dövr üçün xüsusi əhəmiyyət kəsb edirdi [55, 54-55]. Bu
cəmiyyətlər, kompaniyalar ilk iri həcmli qiymətli kağızların emi-
tentləri kimi çıxış edirdilər. Məhz bu yolla pul vəsaitlərinin, kapi-
talın cəlbi ticarət əlaqələrinin təkmilləşdirilməsinə, bazar müna-
sibətlərinin formalaşmasına öz müsbət təsirini göstərməyə başla-
yırdı. Mövcud tarixi gedişat artıq belə qurumların ayrı-ayrılıqda,
sistemsiz fəaliyyətinin qeyri-mümkünlünü göstərməklə, pro-
seslərin genişlənməsini, kapital və  əlavə maliyyə resurslarının
cəlbi üçün daha əlverişli rol oynaya biləcək institutların formalaş-


Yüklə 2,55 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə