Azərbaycan miLLİ elmlər akademiyasi iQTİsadiyyat institutu



Yüklə 2,55 Mb.
Pdf görüntüsü
səhifə6/48
tarix20.09.2018
ölçüsü2,55 Mb.
#69418
1   2   3   4   5   6   7   8   9   ...   48

“AZƏRBAYCAN RESPUBLİKASINDA FOND BAZARININ FORMALAŞMASI VƏ
İNKİŞAF İSTİQAMƏTLƏRI”
MƏMMƏDOV YAŞAR ƏZİMAĞA OĞLU
18
təsirləri təcəssüm etdirir. Bu baxımdan fond bazarlarına maliyyə-
pul vəsaitlərinin çevik hərəkətini təmin edən, başlıca vasitəçi ma-
liyyə institutu, maliyyə-kredit, pul funksiyalarını icra edən bir iqti-
sadi kateqoriya kimi yanaşmaq mümkündür.
İqtisadi ədəbiyyatlarda fond bazarının əsas iqtisadi funksiya-
larına dair müxtəlif yanaşmalar, baxışlar mövcuddur. Bəzi mənbə-
lərdə qeyd edilir ki, fond bazarı müvəqqəti sərbəst pul vəsaitlərinin
toplanmasına və dövlət borclarına xidmət edir, maliyyə axınılarını
tənzimləyir, mülkiyyət hüquqlarının yenidən bölgüsünü təmin edir
[48, 132]. Fond bazarı haqqında digər mənbələrdə isə bu bazarın
funksiyaları ümumibazar yanaşmalarına görə təsnifləşdirilir: kom-
mersiya, qiymət, informasiya, tənzimləyici və spesifik, bölüşdürü-
cü, maliyyə və qiymət risklərinin sığortası [39, 153].
Aparılan tədqiqatların müqayisəli qiymətləndirilməsi göstərir
ki, təklif edilən yanaşmalar bu bazarların təbitinə məntiqi baxım-
dan zidd deyildir. Statistik uçota müvafiq olaraq iqtisadi subyekt-
lərin 4 əsas kateqoriyası fərqləndirilir: əhali, müəssisələr, dövlət,
xarici bölmə. İqtisadiyyatda fond bazarının rolunun tədqiqinə ayrı-
ayrı ölkələrdə müxtəlif cür yanaşmalar da mövcuddur [39; 42; 55].
Fond bazarlarının fəaliyyətinin müasir tələblər baxımdan təşkli və
tədqiqi məqsədilə aşağıdakı funksiyaların əsas götürülməsi daha
məqsədəuyğundur:
v Təsərrüfat subyektlərinin uzunmüddətli maliyyələşdirilməsi;
v Təsərrüfat subyektlərinin qısa müddətli  maliyyələşdirilməsi;
v Bank kreditləri ilə borc alətləri emissiyası arasındakı qar-
şılıqlı asılılıq;
v Qiymət risklərinin sığortası.
Fond bazarının funksiya və vəzifələrinin təkmilləşdirilməsi bu
bazarın dəyişən fəaliyyət dairəsinə daim ciddi diqqət yetirilməsini
zəruriləşdirir. Aparılan əməliyyatlardan asılı olaraq hər bir bazarın
özünəməxsus spesfiq funksiyaları mövcud olur. Müasir iqtisadi
şəraitdə fond bazarının funksiyalarını aşağıdakı formada da sis-
temləşdirmək mümkündür:
v Qiymətli kağızların buraxılışının təşkili;


“AZƏRBAYCAN RESPUBLİKASINDA FOND BAZARININ FORMALAŞMASI VƏ
İNKİŞAF İSTİQAMƏTLƏRI”
MƏMMƏDOV YAŞAR ƏZİMAĞA OĞLU
19
v Qiymətli kağızların yerləşdirilməsi;
v Qiymətli kağızların uçotu;
v Tələblə-təklif arasında tarazlığın təmin olunması.
Fond bazarının əsas vəzifələrinə isə aşağıdakıların şamil olun-
ması zəruridir:
v Müvəqqəti sərbəst maliyyə resurslarının cəlb olunması;
v Bazarda maliyyə əməliyyatlarının fəallaşdırılması;
v Ölkə üzrə investisiya təminatının artırılması;
v İnflyasiya proseslərinin maksimal səviyyədə zəifləməsi.
Emitent tərəfindən qiymətli kağızların buraxılması haqqında
qərar qəbul olunandan sonra emissiya prospekti tərtib olunur və
emissiya prospekti fond bazarının təşkilində çox mühüm funksiya-
lar yerinə yetirir. O, bir tərəfdən ali idarəetmə orqanına qiymətli
kağızların buraxılmasının mümkünlüyü haqqında qərar çıxarmaq
imkanı verir, digər tərəfdən isə emitentin fəaliyyəti haqqında
müfəssəl informasiyaya ehtiyacı olan investorların maraqlarını
müdafiə edir. Emissiya prospekti eyni vaxtda yerləşdirilən
müxtəlif növlü səhmlərin, müxtəlif seriyalı istiqrazların bir və ya
bir neçə buraxılışı üzrə hazırlana bilər. Emissiya prospekti üç
bölmədən: emitent, emitentin maliyyə durumu və yerləşdirilən
qiymətli kağızlar haqqında məlumat bölmələrindən ibarət olur.
Artıq müasir fond bazarının əsas vəzifəsinə həmçinin  kapitalın
daha səmərəli istehsal sahələrinin xeyrinə yenidən bölüşdürülməsi
və təsərrüfat subyektlərinin inkişaf məqsədlərindən ötrü investisi-
yaların cəlb olunması da aid edilməlidir. Bu bazarın vəzifələrinə
hüquqi və fiziki şəxslərin maliyyə fəallığının gücləndirilməsi, ma-
liyyə fəaliyyətinin yeni formalarının inkişafı, mövcud normativ-
hüquqi bazanın təkmilləşdirilməsi, bazarın infrastrukturunun inki-
şaf etdirilməsi, qəbul edilmiş qayda və standartlara riayət olunma-
sının təmin edilməsi də şamil olunmalıdır.
İkinci bazarın fəaliyyətinin ən mühüm cəhəti onun likvidliyi ilə
bağlıdır. Burada məzənnələrin cüzi tərəddüdü və aşağı satış
xərcləri ilə müvəffəqiyyətli və geniş fond ticarəti mümkündür.


“AZƏRBAYCAN RESPUBLİKASINDA FOND BAZARININ FORMALAŞMASI VƏ
İNKİŞAF İSTİQAMƏTLƏRI”
MƏMMƏDOV YAŞAR ƏZİMAĞA OĞLU
20
Həmin bazarların mümkün təşkilati formaları birja və birja-
dankənar bazarlardır.
Birjadan kənar ticarətin əsas iştirakçıları, göstəriciləri birjanın
təkrar qeydiyyat tələblərinə uyğun gəlməyən müəssisələrdir. Məhz
buna görə də həmin müəssisələr birja ticarətinin alternativi olaraq
birjadankənar ticarət yaradır, onların maliyyə əməliyyataları bura-
da həyata keçirilir. Həmçinin, müasir beynəlxlq təçrübədə kiçik və
orta müəssisələrin səhmlərinin əksər satışları birjadan kənar for-
mada, bir növ küçə ticarəti vasitəsilə həyata keçirilir ki, bunu da
üçünçü bazar adlandırırlar. Azərbaycan təcrübəsində hələ ki, belə
bazar növü təşəkkül tapmamışdır.
Ölkənin iqtisadi inkişafının sürətləndirilməsində, aparılan isla-
hatların geniş müstəvidə həyata keçirilməsində fond bazarının rolu
da daha artır,  artıq bu bazar investisiya tələbatlarının ödənilməsi
kimi mühüm funksiyanın icraçısı kimi çıxış etməkdədir. Azərbay-
can Respublikası Prezidentinin 2012-ci il 29 dekabr tarixli Fərma-
nı ilə təsdiq edilmiş “Azərbaycan 2020: Gələcəyə Baxış” İnkişaf
Konsepsiyasında “Qiymətli kağızlar bazarının institusional inkişaf
səviyyəsinin yüksəldilməsi və onun beynəlxalq standartlara uy-
ğunluğunun təmin edilməsi, ölkə iqtisadiyyatında kapitallaşma
dərəcəsinin yüksəldilməsinə nail olunması və iqtisadi layihələrin
maliyyələşdirilməsində fond bazarı vasitəsilə cəlb olunan qeyri-
inflyasiya mənşəli investisiya vəsaitlərindən istifadənin genişləndi-
rilməsi məqsədi ilə tədbirlər də nəzərdə tutulmuşdur. Eyni zaman-
da, iqtisadi subyektlərin və  əhalinin yığımlarının fond bazarında
səmərəli yerləşdirilməsi üçün və ölkənin qiymətli kağızlar bazarı-
nın tədricən beynəlxalq kapital bazarlarına inteqrasiya olunması
məqsədi ilə müvafiq şərait yaradılması daim diqqət mərkəzində
olacaqdır” kimi müddəanın olması da bir daha fond bazarının
ölkənin perspektiv inkişafında oynayacağı mühüm rolu bir daha
təsdiq etməkdədir [2].
 İqtisadiyyatın perspektiv inkişafı baxımından istehsal güc-
lərinin artırılması və müvəqqəti sərbəst əmək resurslarının istehsal
proseslərinə cəlb edilməsi amili daha çox aktuallıq kəsb etmək-


Yüklə 2,55 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə