Azərbaycan miLLİ elmlər akademiyasi iQTİsadiyyat institutu



Yüklə 2,55 Mb.
Pdf görüntüsü
səhifə8/48
tarix20.09.2018
ölçüsü2,55 Mb.
#69418
1   ...   4   5   6   7   8   9   10   11   ...   48

“AZƏRBAYCAN RESPUBLİKASINDA FOND BAZARININ FORMALAŞMASI VƏ
İNKİŞAF İSTİQAMƏTLƏRI”
MƏMMƏDOV YAŞAR ƏZİMAĞA OĞLU
24
Korporativ maliyyə yanaşması çərçivəsindəki tədqiqatdan asılı
olaraq, qiymətli kağızların emitenti müxtəlif maliyyə alətləri ara-
sından hansına üstünlük verə-cəyini özü müəyyən edir. Kapital
bazarı nəzəriyyəsi qiymətli kağızlar buraxılışının dəyərini və onun
maliyyə vasitəçisi kimi əhəmiyyətini əsaslı  şəkildə tədqiq etməyi
aktuallaşdırır. Bazarın mikrostruktur nəzəriyyəsində qiymətli ka-
ğızların satışı prosesinin və satış sisteminin bazarının müvəf-
fəqiyyətliliyinə təsirinin təhlili də vacib şərt kimi qəbul edilir [39,
95]. Belə yanaşmanı iqtisadçı Mirkin də müdafiə edərək qeyd edir
ki “qiymətli kağızlar bazarının başlıca funksiyası investisiya ça-
tışmazlığını aradan qaldırmaq, gələcək iqtisadi artımı təmin etmək
məqsədilə müvəqqəti sərbəst pul vəsaitlərini cəlb etmək və onları
lazımi istiqamətlərə yönəltməkdən ibarətdir  [61].
İqtisadi ədəbiyyatlarda qiymətli kağızlar bazarının funksiyası,
iqtisadiyyatın sahələri üzrə kapitalın bölüşdürülməsi və bu vəsait-
lərin müstəsna üstünlükləri barədə müxtəlif müəlliflərin fərqli ya-
naşmalarına rast gəlinir. Bir çox iqtisadçılar qeyd edirlər ki, qiy-
mətli kağızlar bazarın digər funksiyalarından, təsir amillərindən
asılı olur. Müasir dövrdə bunlara - informasiya təminatını, risklərin
bölüşdürülməsini, likvidliyə dəstəyi, tənzimləməni, qiymətqoyma-
nı və s. aid etmək mümkündür.
Mövcud nəzəri və konseptual yanaşmalardan, baxışlardan ye-
kun olaraq belə nəticə çıxarmaq olar ki, qiymətli kağızlar bazarının
əsas funksiyasına: kapital – investisiya resurslarının, vəsaitlərinin
mobilliyini təmin edib, gələcək iqtisadi inkişaf məqsədlərilə onla-
rın yenidən bölgüsünün təşkili aid edilməlidir. Qiymətli kağızların
digər vacib funksiyası isə: müxtəlif təsərrüfat subyektlərində mül-
kiyyət hüquqlarının dəyər və ya maddi formada bölüşdürülməsi və
təsdiqi ilə bağlı olmalıdır. Zənnimizcə, belə yanaşma müasir dün-
yada olduğu kimi, Azərbaycan Respublikasında da öz yeni inkişaf
dövrünü yaşayan fond bazarlarının fəaliyyəti və inkiaşfı baxımın-
dan daha mühüm əhəmiyyət kəsb edər.
Qeyd edilən fikir və yanaşmaların nəticəsi olaraq belə bir zəruri
fikirin irəli sürülməsi də  əhəmiyyətli olar: fond bazarlarının


“AZƏRBAYCAN RESPUBLİKASINDA FOND BAZARININ FORMALAŞMASI VƏ
İNKİŞAF İSTİQAMƏTLƏRI”
MƏMMƏDOV YAŞAR ƏZİMAĞA OĞLU
25
fəaliyyətini səciyyələndirən başlıca cəhətlərdən biri - kapital qoyu-
luşu, investisiya çatışmazlığı sahəsində yaranan problemlərin ara-
dan qaldırmasıdır. Məlum olduğu kimi, postsovet ölkələrində fond
bazarları bazar iqtisadiyyatına keçidlə  əlaqədar olaraq ötən əsrin
90-cı illərindən etibarən formalaşmağa başlamışdır. Təbii ki, planlı
təsərrüfat sistemindən bazar iqtisadiyyatına keçidlə bağlı bütün
infrastrukturun yeni sistemə və inkişaf etmiş ölkələrin təcrübəsinə
uyğun təşkili zərurəti məhz bu dövrdən başlayaraq aktuallaşmışdır.
Belə inkişaf meylinə uyğun olaraq müvafiq sahədə qanunvericilik
bazasının yaradılması, fond bazarında peşəkar fəaliyyətin təşkili,
qiymətli kağızların buraxılışı və dövriyyəsi, eləcə də səhmdar
cəmiyyətlərinin formalaşması və inkişafı kimi mühüm amillər qar-
şıya çıxmışdır.
Səhmdar cəmiyyətlərin meydana gəlməsində  əsas təkan
mənbəyini özəlləşdirmə və kooperativləşmə proqramlarının həyata
keçirilməsi təşkil etmiş, nəticədə keçmiş SSRİ respublikalarının mil-
li səhm bazarları formalaşmışdır. Əmək məhsuldarlığına olan tələ-
batın artması, bir çox istehsal sahələrinin texniki və iqtisadi cəhət-
dən yenidən qurulması, mülkiyyətin mövcud tələblərə uyğun bölüş-
dürülməsi və bunun əsasında yeni təsərrüfat formalarının təşkili
müxtəlif sahələrdə fiziki və hüquqi şəxslərin iştirakını zəruriləşdir-
miş, iri həcmdə investisiyalara tələbatı artırmış, qiymətli kağızların
fond bazarları vaitəsi ilə alqı-satqısını gündəmə gətirmişdir.
Təcrübə göstərir ki, dövlətin qiymətli kağızlar bazarına təsiri
hər zaman müsbət nəticə vermir. Özəlləşdirmə effektiv mülkiyyət-
çilərin artımına səbəb olmalı, yəni bu proses hər bir mərhələdə əha-
linin həyat səviyyəsinin yüksəlişini təmin edən “effektiv mülkiy-
yətçilər”i formalaşdırmalıdır. Lakin, bu həmişə belə olmur. “Effek-
tiv mülkiyyətçi” anlayışı altında biz elə mülkiyyətçi başa düşürük
ki, o demokratik normalar çərçivəsində istehsal sahələrinin genişlən-
dirilməsi nəticəsində  əhalinin həyat səviyyəsinin beynəlxalq stan-
dartlara uyğunlaşdırılmasını təmin etsin. Artıq təcürbə göstərir ki,
özəlləşdirmə heç də mülkiyyət effektivliyini avtomatik  təmin etmir.


“AZƏRBAYCAN RESPUBLİKASINDA FOND BAZARININ FORMALAŞMASI VƏ
İNKİŞAF İSTİQAMƏTLƏRI”
MƏMMƏDOV YAŞAR ƏZİMAĞA OĞLU
26
Effektivliyin təmin edilməsində informasiya təminatı başlıcı
amillərdən biri sayılır. Səmərəlilik yalnız informasiya təminatının
gücləndirilməsi və ondan məqsəuyğun olaraq istifadə edilməsilə
fəaliyyətinin təşkili nəticəsində baş verə bilər. Belə ki, azad bazar
şəraitində yüksək effektivliyə özünü tənzimləmə mexanizminə ma-
lik informasiya sisteminə keçidlə nail oluna bilər. Müasir dövrdə
dövlət kifayət qədər bazar tənzimləmə informasiyasına malik de-
yildir, həm də onun əldə edilməsi və ona operativ reaksiya ve-
rilməsi əsaslı xərclər tələb edir. Digər tərəfdən, böhranlı və qeyri-
mütənasib iqtisadi mühidə  fond bazarlarının orta gəlir norması ka-
pitalın xaotik hərəkəti nəticəsində dəyişkən olur. Yekunda isə, ba-
zarda mütənasibliyin təmini üçün ciddi tədbirlər həyata keçirmək
zərurəti yaranır. Bununla əlaqədar olaraq müxtəlif maraqların ob-
yektiv təmini üçün inhisarlaşmanın qarşısını alan özəlləşdirmə
prosesinin təkmilləşdirilməsi və prosesdə fond bazarnın fəal iştira-
kı məsələsi daim gündəmdə durur. İstehsal sahələrinə iri investisi-
yalar yönəltmək, beynəlxalq bazarda ölkənin reytinqini yüksəlt-
mək müəssisə və təsərrüfatlarda müasir idarəetmə sisteminin tətbi-
qini ön plana çəkir. Məhz belə yanaşma: müasir müəssisə - fond
bazarı qarşılıqlı və səmərəli əlaqəsinin təşkili məsələsinin əhəmiy-
yətini daha da artırır.
1.3. Fond bazarının təşkili və tənzimlənməsi məsələləri
Fond və qiymətli kağızlar bazarının təşkili və inkişafı baxımdan
önəmli əhəmiyyətə malik olan qiymətli kağızlar və onların təsnifa-
tını müəyyən etmək xüsusi zərurətdən irəli gəlir. Ümumilikdə,
qiymətli kağızları iki böyük qrupa ayırmaq mümkündür: birinci
dərəcəli əsas qiymətli kağızlar və ikinci dərəcəli törəmə qiymətli
kağızlar. Birinci dərəcəli əsas qiymətli kağızlara mülkiyyət hüququ
olan pul, əmtəə, əmlak, kapital və s. daxil edilirsə, törəmə qiymətli
kağızlar isə valyuta, faiz, indeks və opsionlar şamil oluna bilər.


Yüklə 2,55 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə