Azərbaycan miLLİ elmlər akademiyasi iQTİsadiyyat institutu



Yüklə 2,55 Mb.
Pdf görüntüsü
səhifə9/48
tarix20.09.2018
ölçüsü2,55 Mb.
#69418
1   ...   5   6   7   8   9   10   11   12   ...   48

“AZƏRBAYCAN RESPUBLİKASINDA FOND BAZARININ FORMALAŞMASI VƏ
İNKİŞAF İSTİQAMƏTLƏRI”
MƏMMƏDOV YAŞAR ƏZİMAĞA OĞLU
27
Digər tərəfdən, əsas qiymətli kağızları iki qrup üzrə də sistemləşdir-
mək olar:
v İlkin qiymətli (aksiyalar, veksellər);
v İkinci dərəcəli qiymətli kağızlar (ilkin qiymətli kağızların
əsasında buraxılan kağızlar).
Müasir qiymətli kağızlar, əsasən də fond bazarında müddətli
qiymətli kağızlar da mövcud olub, dövr edə bilir. Belə qiymətli
kağızları üç yerə ayırmaq məqsədəuyğundur:
v Qısamüddətli qiymətli kağızlar;
v Ortamüddətli qiymətli kağızlar;
v Uzunmüddətli qiymətli kağızlar.
Müvafiq bazarlarda fəaliyyət göstərən qiymətli kağızları dövlət
və qeyri-dövlət qiymətli kağızlar baxımından da təsnifləşdirmək
əhəmiyyətlidir. Dövlət qiymətli kağızlarına müxtəlif növlü is-
tiqrazlar aid edilsədə, qeyri-dövlət qiymətli kağızlarına daha çox
müxtəlif subyektlərin, müəssisələrin və ya fiziki şəxslərin (onlar
tərəfindən tədavülə buraxılan) qiymətli kağızları daxil olur (https:
az.wikipedia.org).
Fond bazarında fəaliyyəti mümkün olan dövlət istiqrazları aşa-
ğıdakı kimi fərqləndirilir: dövlət ortamüddətli istiqrazları, emitent,
növlü, faizli sənədsiz adlı istiqraz. Mövcud qanunvericilikdə isə,
bu siyahıya daxil olan kağızlar bu şəkildə ayrırlır: səhmlər; istiqraz
vərəqələri; dövlət xəzinə öhdəlikləri; əmanət sertifikatları.
Qanunvericilikdə qiymətli kağızlar emissiya və qeyri-emissiya
növlərinə görə də fərqləndirilir. Emissiya qiymətli kağızları bu-
raxılışlarla yerləşdirilən və qiymətli kağızların əldə edilməsi vaxtın-
dan asılı olmayaraq bir buraxılış daxilində hüquqların həyata keçi-
rilməsinin həcmi və müddəti eyni olan qiymətli kağızlar hesab olu-
nur (məsələn: səhm və istiqraz).
Qeyri-emissiya qiymətli kağızlara isə buraxılışlarla yerləş-
dirilməyən və qiymətli kağızlar üzrə hüquqların keçməsinin həcmi
və müddəti müxtəlif olan qiymətli kağızlar aid edilir (məsələn:
veksel, çek, depozit sertifikatları, opsion, varrant, fyuçers, özəlləş-
dirmə payları və s.).


“AZƏRBAYCAN RESPUBLİKASINDA FOND BAZARININ FORMALAŞMASI VƏ
İNKİŞAF İSTİQAMƏTLƏRI”
MƏMMƏDOV YAŞAR ƏZİMAĞA OĞLU
28
Emissiya qiymətli kağızları  əsasən çox sayda və iri seriyalarla
buraxıldığı halda, qeyri-emissiya qiymətli kağızları isə tək-tək və
ya kiçik seriyalarla buraxıla bilər. Beynəlxalq baxımdan yanaş-
dıqda məlum qiymətli kağız növlərinin çoxluğu təsnifat meyarları-
nın, göstəricilərinin də çoxsaylı olmasını müəyyən edir. Belə ki,
qiymətli kağızları öz xüsusiyyətlərinə görə daha da çox növlərə və
yarımnövlərə ayırmaq olar.
Beynəlxalq təcürbə baxımdan yanaşdıqda qiymətli kağızları
xüsusiyyətlərinə görə geniş təsnifatda vermək mümkün olur: faiz
dərəcəli qiymətli kağızlar (adi səhmlər, üzən faizli istiqrazlar);
qəti-müəyyən olunmuş faiz dərəcəli qiymətli kağızlar (imtiyazlı
səhmlər, veksellər, depozit və  əmanət sertifikatları, qəti müəyyən
olunmuş faiz dərəcəli istiqrazlar); daimi gəlirli qiymətli kağızlar
(səhmlər, orta və uzunmüddətli istiqrazlar); birdəfəlik gəlirli
qiymətli kağızlar (veksellər, depozit və  əmanət sertifikatları); in-
vestisiya qiymətli kağızları (səhmlər, istiqrazlar, fyüçers müqavi-
lələri, opsionlar); qeyri-investisiya qiymətli kağızları (veksellər,
çeklər, konossamentlər); müddətli qiymətli kağızlar (qısamüddətli,
ortamüddətli və uzunmüddətli); adlı qiymətli kağızlar; təqdimatlı
qiymətli kağızlar (bir şəxsdən digərinə sərbəst şəkildə keçə bilər,
bu açıq bazarda alqı-satqı  əməliyyatları  şəraitində baş verir); or-
derli qiymətli kağızlar (ilk alıcının adına buraxılsada, onlar üzrə
hüquqlar sənədin blankı üzərində ötürmə qeydi, yəni indossomentə
əsasən digər şəxslərə keçə bilər); tədavül edən qiymətli kağızlar
(bazarda sərbəst tədavül edir, alınıb-satılır); tədavül etməyən
qiymətli kağızlar (bazarda ya məhdudiyyətlərlə tədavül edir ya da
hec tədavül etmir); pay qiymətli kağızları; törəmə qiymətli kağız-
lar; borc qiymətli kağızları.
Fond bazarının təşkili və inkişafı baxımından daha çox
əhəmiyyətli olan səhm qiymətli kağızları hesab olunur. Mövcud
korporativ baza əsaslarında yaradılmış və fəaliyyət olan müəssisə
və təsərrüfat subyektlərinin (açıq və qapalı səhmdar cəmiyyətlərin)
əsas maliyyə mənbəyini onların səhmlərinin emisiyası və satışın-
dan (fond bazarında yerləşdirilməsindən) əldə olunan vəsaitlər təş-


“AZƏRBAYCAN RESPUBLİKASINDA FOND BAZARININ FORMALAŞMASI VƏ
İNKİŞAF İSTİQAMƏTLƏRI”
MƏMMƏDOV YAŞAR ƏZİMAĞA OĞLU
29
kil edir. Və ölkə qanunvericiliyində səhm anlayışının belə  şərhi
verilir: “səhm - onun sahibinin (səhmdarın) səhmdar cəmiyyətin
mənfəətinin bir hissəsini divident şəkilində almaq, səhmdar cəmiy-
yətin idarə edilməsində iştirak etmək və o, ləğv edildikdən sonra
qalan əmlakın bir hissəsini əldə etmək hüqüqunu təsdiqləyən
sənəddir.” Fond bazarının struktur quruluşunda səhm bazarı daha
çox çəkiyə və əhəmiyyətə malikdir. Müvafiq bazar həm də ölkənin
iqtisadi inkişafının (qeyri-neft sektorunun), ümumilikdə iqtisadiy-
yatın və bazar münasibətlərinin inkişaf səviyyəsini qiymətləndirən
əsas indikatorlardan və amillərdən biri hesab olunur.
Mövcud səhmlərin aşağıdakı kimi özünəməxsus xüsusiyyətləri
vardır:
v Səhm mülkiyyət tituludur (səhm sahibi səhmdar
cəmiyyətində pay hüququna malikdir);
v Səhmin müddəti yoxdur (səhmdar cəmiyyəti fəaliyyət
göstərdiyi dövrdə səhmdə qüvvədə olur);
v Səhmin məsuliyyəti məhdud formada olur (müəsissə borclu
olarkən və ya iflasa uğrayarkən səhmdar, sahib olduğu səhmlərin
sayına görə məsuliyyət daşıyır); səhm parçalana və birləşə bilir.
Səhmlər hüququ baxımdan adi və imtiyazlı səhmlər kimi
fərqlənir. Adi səhmlər maliyyə-təsərrüfat fəaliyyətinin nəticələrinə
görə gəlir və ya dvident əldə edirlərsə, imtiyazlı səhmlərin belə
hüquqları digər formada təşkil olunur və onların buraxılmasında
əsas məqsəd əlavə kapitalın cəlbidir. İmtiyazlı səhmlərin sahibləri
səhmdarların yığıncaqlarında səs hüququna malik olmasalarda,
onlar bir növ kreditor kimi də funksional gücə malikdirlər.
Və belə səhmlər üzrə qəti müəyyənləşdirilmiş dividentlər əldə
edilir, həmin  səhmlərə sahib olan səhmdarların üstünlüyü ondan
ibarətdir ki, nizamnamədə bu səhm sahiblərinə ödəniləcək dividen-
tin həcmi və səhmdar cəmiyyət ləğv edildikdən sonra ödəniləcək
məbləğ göstərilməlidir.
Fond bazarının təşəkkül tapmadığı ölkələrdə bazar iqtisadiyyatının
mövcudluğu və inkişafı qeyri-mümkünləşir. Belə ki, bu bazar əvvəldə
qeyd edildiyi kimi - kapitalın məqsədyönlü və tələb olunan sahələrə


Yüklə 2,55 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə