Azərbaycan miLLİ elmlər akademiyasi məHƏMMƏd füzuli adına Əlyazmalar institutu



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə14/94
tarix14.06.2018
ölçüsü2,8 Kb.
#48873
1   ...   10   11   12   13   14   15   16   17   ...   94

Azərbaycan Ģairləri Osmanlı təzkirələrində 
 
46 
Yüzi döndü vü candan qaçdı, 
Dedi tarix ana ruh-i əmin. 
 
Buldı mənsur əsgər-i islam, 
Münhəzim buldı mürtəd ü bi-din (920)
78

 
Onun daha bir maddeyi-tarixi: 
 
Əbül-fəth qazi vü Sultan Səlim, 
Xirəd dəng ü heyranıdur rayınun. 
ġah-i tacdar, səlatin-i əhd, 
Sər-i kisrayan xakidür payınun. 
FiriĢtə-xisal u fələk-kövkəbə, 
Mələk hafiz ü xadimi cayınun. 
QızılbaĢın ceyĢin qırub sər ta sər, 
Sıdı baĢların, kəsdi alayınun. 
Dedi kim müvərrix doqquz yüz yirmi, 
Ġkinci günində rəcəb ayınun
79

 
Yetim  təxəllüslü  Ģair  bir  əsgər  kimi  iĢtirak  etdiyi  Çaldıran 
döyüĢünü belə xatırlayır: 
 
Ta anadək gəldi cəng-i Ġsmail, 
Ki nəbərd olmaz idi ol nəbərdə ədil. 
Ol səfərdə edüb qəza-yi vətər, 
Nəfsə qıldum həvalə tiğ ü təbər
80

 
Sücudi  “Sultan  Səlim  xan  mülkət-i  Ġran  u  Turan  qəsdin  et-
dükdə bu tarixi demiĢdür”: 
 
Nə turursun tur ey Ģəh-i adil, 
Yola gir zad ilə, zəvadə ilə. 
 
Azab ilə yeniçəri devĢür, 
Həddən, əndazədən ziyadə ilə. 
 
                                                 
78
 Ейдуран А. Кыналызаде Щасан Челеби. Тезкиретцш-шуара. с. 297-298. 
79
 Кылыч Ф. Мешаирцш-шуара. с.307-308. 
80
 Ейдуран А. Кыналызаде Щасан Челеби. Тезкиретцш-шуара. с. 1131. 


Azərbaycan Ģairləri Osmanlı təzkirələrində 
 
47 
Ta ki aləmdə ola bir tarix, 
ġahı mat eylə gəl piyadə ilə
81
.  
 
AĢiq  Çələbi  təzkirəsində  də  «tarix-i  səfər-i  ġah  Ġsmayıl» 
cümləsi ilə bu tarix qeyd olunmuĢdur
82

Tali,  Səlim  Əcəm  səfərinə  çıxarkən  bir  qəzəl  demiĢdir  ki, 
mətləsi budur: 
 
Olur, ey xosrov-i xuban, mübarək bu səfər bizə, 
YaĢum gülgüni çünki həm-inandur zülf-i Ģəbdizə
83

 
Rəfiqi:  «Sultan  Səlim-i  mərhum  ġah  Ġsmayılı  qırduğına  bu 
tarix də anundur
»

 
Misra 
Aldı Əcəm Ģahını sultan-i Rum
84

 
Kosovalı Osmanlı Ģairi Məsihi bəy Çaldıran döyüĢü haqqın-
da Ģeir  yazmıĢdı:  «Cümle-yi münĢəatından biri rəis-i rüs-i əhmər, 
ani ġah Ġsmail-i sürx-sər üzrə vaqe olan səfər-i zəfər-əsərün fəth-i 
fərrux  u  fərxundəsiyçün  imla  və  inĢa  etdügi  məktub-i  məslubul-
misaldur ki, bu mətle-yi mərğub ol inĢa-yi bəlağət-əfsada mündə-
ric ü mündəmicdür». 
 
Beyt 
Meydanı öylə tutmıĢ idi Ərdəbil leĢi, 
Zağ u kəlağ üĢüb üləĢdi birər leĢi
85

 
Ġznikli  Dəruni,  Sultan  Səlimin  Misir  sultanı  Qansu  Quri  və 
ġah  Ġsmayılla olan müharibələrini  «bəhr-i rəməl üzrə nəzm eylə-
                                                 
81
 Йеня орада, с. 467-468. 
82
 Кылыч Ф. Мешаирцш-шуара. с. 508.  
83
 Йеня орада,  с. 320. 
84
 Йеня орада, с. 772-773. 
85
 Латифи Тезкиретцш-шуара. с. 499. 


Azərbaycan Ģairləri Osmanlı təzkirələrində 
 
48 
miĢdi»
86
. Peyki «qızılbaĢ səfəri»ndə HaĢım adlı bir sipahi haqqın-
da həcv demiĢdir
87
.    
Osmanlı təzkirəçiləri 1514-ci ildə baĢ vermiĢ Çaldıran döyü-
Ģündən  sonra  Sultan  Səlimin  Azərbaycandan  çoxlu  sayda  sənət-
karları  və  ziyalıları  özü  ilə  birlikdə  Türkiyəyə  apardığı  haqqında 
məlumat  verirlər:  «Sultan  Səlim  təsxir-i  məmalik-i  Ġran  və  zəbt-i 
bəlad-i Azərbaycan etdükdə ol diyarun hər fəndə sahib-i iĢtiharla-
rın sərnigün etmiĢlər idi»
88
.  «Mərhum Sultan Səlim Əcəmdən hər 
sənətün  və  əksər-i  xirfətün  faiqlərini  və  haziqlərini  sürgün  et-
miĢdi»
89
. «Sultan Səlim Ġran və Azərbaycanı aldığında əcəmlərdən 
müəmma çözmək və söyləməkdə ünlü bir çox kimsələri Ruma gə-
tirmiĢdir»
90
.   
O  dövrün  mənbələrinə  görə,  Sultan  Səlim  Təbrizə  gəlib, 
«mahir  ustalardan  700  xanəni  Ġstanbula  göndərmiĢdi»
91
.  Bəzi  ta-
rixçilər isə Sultan Səlimin Azərbaycanın o zamankı paytaxtı Təb-
rizdən 1000 və hətta 3000 sənətkar ailəsi apardığını yazırlar
92
. 
AĢiq Çələbi təzkirəsində bəhs olunan Ģairlərimizdən ġah Qa-
sım və ġahini də məhz həmin zaman Təbrizdən Sultan Səlim özü 
ilə Osmanlı ölkəsinə aparmıĢdır. 
 Həmədandan olan azərbaycanlı Ģair Əbdülvəhhab əs-Sabuni 
NəqĢbəndiyyə təriqətinə mənsub olduğu üçün ġah Təhmasib döv-
ründə siyasi və ideolji səbəblər üzündən Səfəvilərin ərazisini tərk 
edib, Osmanlı ölkəsinə yollanmıĢ, ġamda və Qahirədə məskunlaĢ-
mıĢdı
93
.  
                                                 
86
 Кылыч Ф. Мешаирцш-шуара. с. 253. 
87
 Йеня орада, с. 214. 
88
 Ейдуран А. Кыналызаде Щасан Челеби. Тезкиретцш-шуара. с. 961. 
89
 Кылыч Ф. Мешаирцш-шуара. с. 429. 
90
 Бейани Мустафа бин Ъаруллащ Тезкиретцш-шуара. с. 77. 
91
  Эцндцз  Т.  Сеййащларын  эюзцйле  султанлар  ве  савашлар  (Эиованни  Мариа 
Анэиолло, Венедикли бир тцъъар ве Винъензо ДАлессандринин сейащатнамелери) 
Истанбул, Йедитепе, 2007, с. 101-102.  
92
 Петрушевский И. П. Восстание ремесленников и городской бедноты в Тебризе // 
Сборник статей по истории Азербайджана, вып. 1, Баку, 1949, с.218. 
93
 Ейдуран А. Кыналызаде Щасан Челеби. Тезкиретцш-шуара. с. 630; Есрар Деде. 
Тезкире-и шуарайи мевлевийе. с. 339-340. 


Azərbaycan Ģairləri Osmanlı təzkirələrində 
 
49 
Osmanlı  təzkirəçiləri  ġah  Təhmasib  və  Sultan  Süleyman 
dövründə  baĢ  vermiĢ  Səfəvi-Osmanlı  müharibələri  haqqında  da 
maraqlı  məqamlara  toxunurlar.  Məlumdur  ki,  Sultan  Süleymanın 
Azərbaycana ilk yürüĢü 1534-cü ildə olmuĢdur
94
. Qınalızadə yazır 
ki, «Sahib-qiran-i zaman mərhum Sultan Süleyman ahəng-i təsxir-
i  Azərbaycan  etmiĢdi»
95
.  O,  Təbrizi  aldıqda  Ģair  Səbatini  özü  ilə 
aparmıĢdır. 
Daha  sonra  Sultan  Süleyman  Təbrizdən  Bağdada  doğru  yü-
rüĢ etmiĢ və bu yürüĢ “Ġraqeyn səfəri” adını almıĢdır. Fikri DərviĢ 
Çələbi, Sultan Süleyman Ġraqeyn səfərinə gedərkən bu müsəmmə-
si yazıb, padĢaha təqdim etmiĢdi: 
 
Xosrovansan, davər-i Ġran u Turansan bu gün, 
Tiğün ilə malik-i mülk-i Xorasansan bu gün, 
 
Mir-i Azərbaycansan, Ģir-i ġirvansan bu gün, 
Tacdar u sərvər-i Təxt-i Sifəhansan bü gun, 
 
PadiĢah-i təxtgah-i Al-i Osmansan bu gün, 
Yüri Ģahum, yüri, afaqa Süleymansan bu gün
96

 
Bu  yürüĢ  nəticəsində  sultan  Bağdadı  qızılbaĢlardan  almağa 
nail  oldu:  «Sərdar-i  Əcəm  ki,  lalə-var  buy-i  rəĢad  u  Ģədaddan  bi-
bəhrədür,  ikill-i  sürx  ilə  xoruz-var  bi-vəqt  ötdigiçün  tac  yerinə 
baĢlarına  ərre-yi  möhnət  giydirüb,  börklərin  sultan  börki  gibi 
umac-i tir-i qəramət etdi və … dəvazdəh tərk-i tac yerinə tarikinə 
zəxm-i ĢeĢpərdən məzul börki giydirüb məlamət etdi… Darüs-sə-
lam Bağdad … fəth olundu»
97
. Sultan Süleyman Bağdada gəldik-
də Füzuli ona Ģeir həsr etmiĢdi. Sultan Süleyman Bağdad səfərin-
dən dönərkən ikinci dəfə Azərbaycanda oldu. 
                                                 
94
  Ефендиев  О.  Азербайджанское  государство  Сефевидов  в  XVI  веке.  Баку:  Элм, 
1981, с. 75. 
95
 Ейдуран А. Кыналызаде Щасан Челеби. Тезкиретцш-шуара. с.1110. 
96
 Йеня орада, с. 670. 
97
 Кылыч Ф. Мешаирцш-шуара. с. 59. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   94




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə