Azərbaycan miLLİ elmlər akademiyasi məHƏMMƏd füzuli adına Əlyazmalar institutu



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə3/94
tarix14.06.2018
ölçüsü2,8 Kb.
#48873
1   2   3   4   5   6   7   8   9   ...   94

Azərbaycan Ģairləri Osmanlı təzkirələrində 
 

dəki bu xüsusa toxunan prof. H.Tolasa yazır: «ġairlerin gerek tez-
kireye alınıĢlarında, gerekse eser ve  ya Ģiirlerinden verilen örnek-
lerde bir seçme  durumunun  sözkonusu  olduğunu  ve  çeĢitli  etken-
lerin rol oynamasına rağmen bu seçimin tezkirecinin zevk ve terci-
hine dayandığını da bu arada belirtmiĢ olalım»
7
. Buraya təzkirəçi-
lərin istedad, qabiliyyət fərqlərini, Ģairə zaman və mühit baxımın-
dan yaxınlıq və uzaqlığı da əlavə etmək lazımdır.   
Təzkirələrin sonunda isə əsərin yekun bölməsi olan «xatimə» 
verilirdi. Xatimədə təzkirəçi əsərini yazarkən qarĢılaĢdığı çətinlik-
lərdən bəhs edir və əsərinin uğur qazanması, bəyənilməsi üçün Al-
laha yalvarır. 
Təzkirələri  məzmun  baxımından  bioqrafik  əsərlər  sırasına 
aid edən prof. Namiq Açıqgöz bu əsərləri üslub, məna və funksiya 
etibarilə ədəbi əsər hesab edir
8
. Alim təzkirələrin quruluĢu və spe-
sifikasını  öyrənərkən  çox  maraqlı  məqamlara  toxunur.  Belə  ki, 
alim təzkirələrdəki maddələrin strukturunu 3 qrupa ayırır: 
1.
 
kalliqrafik  tərtib  –  bəzi  əlyazmalarda  mənzum  və  mənsur 
hissələrin  qarıĢıq,  bəzilərində  isə  ayrı  verilməsi.  Yəni  nəsr 
hissəsini  təĢkil  edən  cümlələr  bir-birinin  ardınca  verilir, 
nəzm  hissəsini  təĢkil  edən  beyt,  qəzəl  və  s.  nümunələr  yeni 
sətirdə yer alırdı. Hər hansı bir Ģairdən iqtibas verilərkən “və 
ləhu, bu dəxi “ və s. ifadələrdən istifadə olunurdu.  
2.
 
kitab quruluĢu baxımından struktur – müqəddimə, əsas mətn, 
xatimə. 
3.
 
maddələrin müstəqil strukturu  –  təxəllüs, ad, məmləkət,  qo-
humluq,  təhsil,  peĢə,  sosial  mühit,  əsər,  lətifə,  vəfatı  və  s. 
haqqında məlumatlar. 
ġairlərin  həyatlarından  bəhs  edib,  Ģeirlərindən  nümunələri 
əks etdirən təzkirələr daima ədəbiyyatĢünasların diqqət mərkəzin-
də olan ilkin dəyərli mənbə hesab olunmuĢlar. 
Orta əsr təzkirələrində ancaq onu yazan müəlliflərin mənsub 
olduqları  xalqın  deyil,  qonĢu  xalqların  da  görkəmli  simaları  haq-
qında məlumatlara rast gəlirik. ġərq xalqlarının hər hansı bir dilin-
də  yazılmıĢ  təzkirələrin  demək  olar  ki,  əksəriyyətində  milli  məh-
                                                 
7
  Толаса  Щ.  Сещи,  Латифи,  Ашык  Челеби  тезкирелерине  эюре  едебийат 
араштырма ве елештириси. Измир, 1983, с. ВЫЫЫ. 
8
 Ачыкэюз Н. Тезкирелерде йапы ве йапы терминоложиси // Илми араштырмалар, 
№9, Истанбул, 2000, с. 7-23.  


Azərbaycan Ģairləri Osmanlı təzkirələrində 
 

dudiyyət  qoyulmamıĢdır
9
.  DövlətĢah  Səmərqəndinin  «TəzkirətüĢ-
Ģüəra»sında Əbül üla Gəncəvi, Əfzələddin Xaqani, Fələki ġirvani, 
Mücirəddin Beyləqani, Nizami Gəncəvi, Əsirəddin Əmani, Mara-
ğalı Əvhədi, Hümam Təbrizi, Zülfüqar ġirvani, Bədr ġirvani, Hə-
sənoğlu kimi Azərbaycan klassikləri haqqında məlumata rast gəli-
rik
10

«Məcalisün-nəfais»də ġah Qasım Ənvar, Ziyai, Xələf, Möv-
lana  Məsud,  Xülqi,  Ağqoyunlu  Sultan  Yaqub,  Qaraqoyunlu  Ca-
hanĢah Həqiqi kimi Azərbaycan Ģairləri xatırlanmıĢdır
11
.  
XVI  əsrdən  baĢlayaraq  XX  əsrin  əvvəllərinə  qədər  qələmə 
alınan  Osmanlı  təzkirələri  də  Azərbaycan  ədəbiyyat  tarixi  üçün 
çox önəmli qaynaqlardan hesab olunur. Çünki məhz bu təzkirələr 
vasitəsilə neçə-neçə azərbaycanlı Ģair haqqında məlumat əldə edi-
rik. Məhz bu səbəbdən tədqiqat obyekti kimi Osmanlı təzkirələrini 
seçərək,  bu  əsərlərdən  azərbaycanlı  Ģairlər  haqqındakı  məlumatı 
üzə çıxarmağı qarĢımıza məqsəd qoyduq. Tədqiqat obyektinin ak-
tuallığını  və  problemin  həllinin  zəruriliyini  Ģərtləndirən  səbəblər-
dən biri də Azərbaycan Ģairlərinin Osmanlı təzkirələri əsasında öy-
rənilməsinə duyulan ehtiyacdır. 
Mövzunun  tədqiq  tarixinə  gəlincə,  ilk  dəfə  akademik 
H.Araslı özünün  «Böyük Azərbaycan Ģairi Füzuli»  adlı monoqra-
fiyasında Füzuli dövrundə Azərbaycan və Azərbaycan ədəbiyyatı-
nı  tədqiqata  cəlb  edərkən  XV-XVI  əsrlərdə  Türkiyə  torpaqlarına 
köçmüĢ Azərbaycan Ģairlərindən bəziləri haqqında təzkirələr əsa-
sında məlumat vermiĢ və onların yaradıcılığını təhlil etmiĢdir.   
Fil.e.d.  A.Musayeva  «Əlyazma  kitabı  və  XV-XVI  əsrlər 
Azərbaycan ədəbiyyatı»  və  «XV-XVI  əsrlər  Azərbaycan mühaci-
rət  ədəbiyyatı  və  Xəlili  «Firqətnamə»si  adlı  monoqrafiyalarında 
XV – XVI əsrlərdə Azərbaycandan Türkiyəyə köçmüĢ Ģairlərimi-
zin həyat  və  yaradıcılığını geniĢ Ģəkildə  araĢdırmıĢdır.  Tədqiqatçı 
kitabında  haqlı  olaraq  yazır:  «ÇağdaĢ  ədəbiyyatĢünaslıqda  Azər-
                                                 
9
  Баьыров  Я.  «Тющфейи-Сами»  ясяринин  Бакы  нцсхяляри  //  Ялйазмалар 
хязинясиндя. ВЫЫЫ ъ., Бакы: 1987, с. 23. 
10
  Девлетшащ  тезкиреси  /  чевир.  Неъати  Луьал.  Истанбул:  Кцлтцр  Баканлыьы, 
1990, 495 с. 
11
  Али  Шир  Невайи.  Меъалисцн-нефайис  /  йайымлайан  Кемал  Ераслан.  1.-2.  ъ. 
Анкара: Тцрк Дил Куруму, 2001, 460с. 
 


Azərbaycan Ģairləri Osmanlı təzkirələrində 
 
10 
baycan mühacirət ədəbiyyatı deyərkən, nədənsə, daha çox XX əs-
rin əvvəllərindən bəri vətəni tərk edən və əsasən Türkiyəyə gedən 
sənətkarların  yaradıcılığı  nəzərdə  tutulur.  Halbuki  qədim  və  orta 
əsrlərdə də Azərbaycan mühacirət ədəbiyyatının varlığı bir reallıq-
dır»
12
.  Əsərin  «Azərbaycandan  Türkiyəyə  gedən  sənətkarlar  və 
onların  əlyazmaları»  bölümündə  ilkin  qaynaqlar  əsasında  Arifi, 
Bəsiri, Bidari, Səhabi, Qasımi Təbrizi, Matəmi, Mir Qədri, Pənahi, 
Süruri, Xəzani, Xəlifə, Hamidi, Hafiz, Niyazi, Həbibi və ġahi kimi 
on altı Azərbaycan Ģairi haqqında məlumat verilmiĢ və ilkin olaraq 
müxtəlif  əlyazma  xəzinələrindəki  nüsxələr  əsasında  Ģeirlərindən 
nümunələr təqdim olunmuĢdur.  
Prof. C.Kurnazın Türkiyəyə köçmüĢ bəzi Azərbaycan Ģairlə-
rindən bəhs edən tədqiqat əsəri vardir. Kitab «Türkiye – Orta Asya 
edebi  iliĢkileri»  adlansa  da,  burada  Orta  Asya  Ģairlərindən  baĢqa 
bəzi  azərbaycanlılar  da  xatırlanmıĢdır
13
.  Nədənsə  Nəsimi,  Füzuli, 
GülĢəni və s. kimi tanınmıĢ Azərbaycan Ģairləri kitaba daxil edil-
məmiĢdir.  
Bu monoqrafiyada isə tərəfimizdən ilk dəfə olaraq XVI - XX 
əsrdə  qələmə  alınmıĢ  Osmanlı  təzkirələrinə  əsasən  Azərbaycan 
Ģairləri  haqqındakı  məlumatlar  kompleks  Ģəkildə  tədqiqata  cəlb 
olunmuĢdur. Tədqiqat iĢində XVI əsrdən baĢlayaraq XX əsrin əv-
vəllərinə qədər yazılmıĢ Osmanlı təzkirələri bir-bir nəzərdən keçi-
rilərək, azərbaycanlı müəlliflər haqqındakı məlumatlar seçilmiĢ və 
təhlil olunmuĢdur.  
Monoqrafiyada  Azərbaycan  Milli  Elmlər  Akademiyası  Mə-
həmməd  Füzuli  adına  Əlyazmalar  Ġnstitutunda  və  Türkiyənin 
müxtəlif  kitabxanalarında  mühafizə  olunan  təzkirələrin  əlyazma 
nüsxələrindən,  təzkirələrin  elmi-tənqidi  mətnlərindən,  təzkirələrə 
həsr  olunmuĢ  dissertasiyalardan  və  mövzu  ilə  əlaqədar  müxtəlif 
elmi-nəzəri ədəbiyyatlardan istifadə olunmuĢdur. 
Monoqrafiyanın birinci fəslində Azərbaycan mühacirət ədə-
biyyatı və Osmanlı təzkirəçiliyi haqqında məlumat verilmiĢ, ikinci 
fəsildə təzkirələrə əsasən Azərbaycan və azərbaycanlı Ģairlər haq-
qındakı  bio-biblioqrafik  bilgilər  sistemi  tədqiqata  cəlb  olunmuĢ, 
üçüncü fəsildə Azərbaycan – Türkiyə ədəbi və mədəni əlaqələrin-
                                                 
12
  Мусайева  А.  ХВ-ХВЫ  ясрляр  Азярбайъан  мцщаъирят  ядябиййаты  вя  Хялили 
«Фиргятнамяси». Бакы, Елм, 2007, с. 3. 
13
 Курназ Ъ. Тцркийе – Орта Асйа едеби илишкилери. Анкара: Акчаь, 1999, 286 с. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   94




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə