Azərbaycan miLLİ elmlər akademiyasi məHƏMMƏd füzuli adına Əlyazmalar institutu



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə4/94
tarix14.06.2018
ölçüsü2,8 Kb.
#48873
1   2   3   4   5   6   7   8   9   ...   94

Azərbaycan Ģairləri Osmanlı təzkirələrində 
 
11 
dən bəhs olunmuĢ, dördüncü fəsildə isə Osmanlı təzkirələrində xa-
tırlanan  Azərbaycan  Ģairlərinin  həyat  və  yaradıcılığına  iĢıq  salın-
mıĢ və təzkirələrdəki məlumatlar orijinalda olduğu Ģəkildə təqdim 
olunmuĢdur. 
Sonda, araĢdırmalarımın hər bir mərhələsində bilgi və təcrü-
bəsiylə mənə elmi məsləhətlər verən prof. fil.e.d. Azadə Musaye-
vaya, Əlyazmalar Ġnstitutunun direktoru fil.e.d. Məmməd Adilova, 
təzkirələrin  böyük  qisminin  əldə  edilməsində  yardımçı  olan  Nev-
Ģehir  Universitetinin  Türk  dili  və  ədəbiyyatı  bölümünün  müdiri 
Yard.  Doç.  Dr.  Ömər  Bayrama  və  Dr.  Pərvanə  Bayrama,  Muğla 
Universiteti Türk dili və ədəbiyyatı bölümünün müəllimi Prof. Dr. 
Namiq Açıqgözə, Qazi Universitetinin Türk dili və ədəbiyyatı bö-
lümünün müəllimi Yard. Doç. Dr. Orhan Kurtoğluna, bu kitabı iĢ-
ləmə imkanı yaratdığı üçün çox dəyərli ailəmə öz dərin təĢəkkürü-
mü bildirirəm.  
 
 
 


Azərbaycan Ģairləri Osmanlı təzkirələrində 
 
12 
 
 
 
 
 
 
 
 
 
 
 


Azərbaycan Ģairləri Osmanlı təzkirələrində 
 
13 
 
 
 
 
 
I FƏSİL 
 
 
AZƏRBAYCAN MÜHACİRƏTİ VƏ OSMANLI 
TƏZKİRƏÇİLİYİ 
 
 
1.1. Azərbaycanlı mühacirlər Osmanlı dövlətində  
 
1.2. XVI – XX əsrlərdə Osmanlı təzkirəçiliyi 


Azərbaycan Ģairləri Osmanlı təzkirələrində 
 
14 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


Azərbaycan Ģairləri Osmanlı təzkirələrində 
 
15 
 
1.1. Azərbaycanlı mühacirlər Osmanlı dövlətində  
 
XV-XVI əsrlərdə bir  çox Azərbaycan Ģairi, rəssam və  alim-
ləri Türkiyə torpaqlarına köçmüĢdü. Bunların bir hissəsi öz ölkələ-
rində baĢ verən siyasi hadisələrlə razılaĢa bilmədiklərindən vətən-
lərini tərk edir, bir hissəsi isə zorla köçməyə məcbur edilirdi. XV 
əsrdə  Hamidi,  XVI  əsrdə  Süruri,  ġahi,  Həbibi,  Xəlili,  Matəmi, 
Arifi, Qasımi, GülĢəni, Bidari, Səhabi, Pənahi, Hafiz, Xəlifə, Əsi-
ri, Mir Qədri kimi Ģairlər Türkiyəyə köçüb,  yaradıcılığının müəy-
yən dövrünü orada davam etdirmiĢlər
14
. Bu sənətkarların çoxu bö-
yük  hörmət  qazanmıĢ,  yeni  mühitin  diqqətini  cəlb  etmiĢ  və  Os-
manlı ədəbiyyatına təsir göstərmiĢlər. Bəhs olunan bu azərbaycan-
lı Ģairlər haqqında məlumatı Osmanlı təzkirələrindən almaq müm-
kündür. Akademik H.Araslı bu xüsusa toxunaraq yazır: «Bu Ģair-
lərdən  (Türkiyəyə  köçmüĢ  azərbaycanlı  Ģairlər  -  V.M.)  çoxunun 
əsərləri itib-batmıĢ, bir hissəsi baĢqa Ģairlərə istinad edilmiĢ,  yal-
nız  xatirələri  təzkirələrdə  saxlanmıĢdır.  XV-XVII  əsrdə  yazılmıĢ 
Türkiyə  təzkirələrində  bu  Ģairlərin  əsərlərindən  nümunələr  veril-
miĢdir. Biz təzkirələrin verdiyi məlumata və təzkirədə təsadüf edi-
lən nümunələrə əsaslanaraq, bu Ģairlər haqqında fikir söyləyə bilə-
rik»
15
.  Filol.e.d.  A.  Musayeva  XV-XVI  əsrlərdə  Türkiyədə  yara-
nan Azərbaycan ədəbiyyatını təhlil edib, azərbaycanlılar haqqında 
məlumat  verərkən  göstərir:  «…təəssüf  ki,  bu  anılanların  çoxunun 
əsərləri,  topluları  əlimizdə  yoxdur.  Elələri  vardır  ki,  haqlarında 
təzkirələrdən bir cümlə, bir ifadə tapmıĢıq»
16
. Hər iki alimin fikir-
ləri  Türkiyəyə  köçmüĢ  azərbaycanlı  Ģairlər  haqqında  məlumatın 
məhz təzkirələrdə olduğunu təsdiqləyir.  
Fateh  Sultan  Mehmed  (1451-1481)  və  Yavuz  Sultan  Səlim 
(1512-1520) dövründə baĢqa ölkələrdən Ġstanbula axan beyin köçü 
yerli sənətkarları və Ģairləri narahat edirdi. Ləali Tokatdan olsa da, 
                                                 
14
 Араслы Щ. Бюйцк Азярбайъан шаири Фцзули. Бакы, 1958, с.46. 
15
 йеня орада, с.46 
16
Мусайева А. Ялйазма китабы вя ХВ-ХВЫ ясрляр Азярбайъан ядябиййаты: проб-
лемляр, арашдырмалар. Бакы, 2002, с.64. 


Azərbaycan Ģairləri Osmanlı təzkirələrində 
 
16 
Sultan  Məhəmməd  dövründə  Əcəmə  gedib  orada  təhsil  almıĢ, 
daha sonra Ruma qayıdıb əcəmli kimi sultanın xidmətinə daxil ol-
mağa nail olmuĢdu.  «Məgər ol zamanda tayife-yi Əcəmə qayətdə 
rəğbət ü hörmət ü riayət var imiĢ və anı eĢidüb, füzəla-yi Əcəmdən 
vilayət-i  Ruma  çox  kamil-vücud  kiməsnə  gəlür  imiĢ».  Lakin 
axırda onun əcəmli deyil, rumi olduğu üzə çıxmıĢ və onu padĢahın 
xidmətindən uzaqlaĢdırmıĢdılar. O da bu barədə aĢağıdakı beytləri 
demiĢdi: 
 
Olmaq istərsən etibarə məhəll, 
Ya Ərəbdən, yaxud Əcəmdən gəl. 
 
Əcəmün hər biri çün Ruma gəlür, 
Ya vəzarət, ya sancaq uma gəlür. 
 
Rumda kəllələnməsünmi Əcəm, 
Oldı bu izzət ilə çün əkrəm
17
 . 
 
ġair Məsihi zamanında Əcəm Ģairlərinə daha çox qiymət ve-
rildiyini bu beyti ilə bəyan etmiĢdir:  
 
Məsihi, göydən ensən, sənə yer yox, 
Yürü gəl ya Əcəmdən, ya Ərəbdən
18
.  
 
Prof. C.Kurnaz bu problemin  baĢqa bir tərəfini də qabarda-
raq yazır: «Doğu ülkelerinden gelen Ģairlere gösterilen bu ilgi bazı 
Osmanlı Ģairlerinin kendilerini “doğulu” gösterme gibi tuhaflıklara 
bile yol açmıĢtır»
19
.  
Akademik  H.Araslı  XV-XVI  əsrlərdə  Azərbaycan  Ģair,  rəs-
sam və almlərinin Türkiyəyə köçdüyünü yazır və bu cəhətə xüsusi 
olaraq toxunur: «…həmin Ģair, rəssam və alimlər bu mühitdə o qə-
dər hörmət qazanmıĢlar ki, həmiĢə saraylarda Ģahnamələr yazmaq 
                                                 
17
 Латифи Тезкиретцш-шуара. с. 473-474;  
18
 Кылыч Ф. Мешаирцш-шуара. с. 426. 
19
 Курназ Ъ. Тцркийе – Орта Асйа едеби илишкилери. Анкара: 1999, с. 45. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   94




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə