Azərbaycan miLLİ elmlər akademiyasi məHƏMMƏd füzuli adına Əlyazmalar institutu



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə8/94
tarix14.06.2018
ölçüsü2,8 Kb.
#48873
1   ...   4   5   6   7   8   9   10   11   ...   94

Azərbaycan Ģairləri Osmanlı təzkirələrində 
 
25 
XVIII  əsrdə  də  Türkiyə  ədəbiyyatında  təcrübəli  təzkirəçilər 
yetiĢmiĢdir.  Mücib Əfəndi,  Mustafa Səfayi,  Salim,  Ġsmayıl  Bəliğ, 
Ramiz,  Silahdarzadə  Mehmed  Əmin,  Safvət  Əfəndi,  Əsrar  Dədə, 
Əndərunlu Akif bu əsrin tanınmıĢ təzkirəçiləridirlər.   
XVIII  əsrdə  qələmə  alınmıĢ  təzkirələrdən  ilki  Mustafa 
Mücibin «Təzkireyi-Mücib»idir. Əsər h.1122/1710-cu ildə qələmə 
alınmıĢdır  və  XVI  əsrin  sonundan  baĢlayaraq  yazıldığı  dövrə 
qədər  yetiĢən 107 Ģairin  bioqrafiyası haqqında qısa bilgiləri əhatə 
edir. Təzkirə Riyazi təzkirəsinə zeyl olaraq yazılmıĢdır. IV Mura-
dın tərcümeyi-halı ilə baĢlayan əsərdə digər Ģairlər əlifba sırası ilə 
təqdim  olunmuĢdur.  Sadə  bir  dildə  qələmə  alınmıĢ  əsərdə  digər 
təzkirələrdə xatırlanmayan 11 Ģairin tərcümeyi-halına rast gəlmək 
mümkündür
32

«Nüxbətül asar min fəvaidil-əĢar» adlı təzkirə h.1132/ 1720-
ci  ildə  Səfayi  tərəfindən  Rza  təzkirəsinə  zeyl  olaraq  yazılmıĢdır. 
Təzkirə  ön  söz,  on  səkkiz  təqriz  və  əlifba  sırası  ilə  verilmiĢ  və 
1640-1720-ci illər arasında yaĢamıĢ 486 nəfər Ģair haqqında məlu-
matı əhatə etməkdədir
33
. Əsərdə daha çox  «Lalə  dövrü»ndə  yaĢa-
yıb-yaratmıĢ Ģairlər haqqında məlumata rast gəlmək mümkündür. 
Salim  tərəfindən  h.1134/1722-ci  ildə  tamamlanmıĢ  «Təzki-
rətüĢ-Ģüəra»  giriĢ  və  iki  fəsildən  ibarətdir.  Birinci  fəsildə  III  Əh-
məd  və  II  Mustafa  haqqında  məlumat  verilmiĢ,  ikinci  fəsildə  isə 
əlifba sırası ilə 423 Ģairdən bəhs olunmuĢdur. Mühtəvası və üslubu 
baxımından XVIII əsrin  ən diqqətəlayiq təzkirəsi hesab olunmaq-
dadır
34
.   
Bursalı  Bəliğ  tərəfindən  h.1139/1727-ci  ildə  tamamlanan 
«Nüxbətül-asar  li-zeyl-i  Zübdətil-əĢar»  adlı  təzkirə,  Faizinin 
h.1031/1622-ci ildə  bitirdiyi  «Zübdətül-əĢar»ına  zeyl  olaraq  qələ-
mə alınmıĢdır. Antologiya xarakteri daĢıyan bu əsərdə III Əhməd-
dən  sonra  413  Ģair  haqqında  məlumat  əlifba  sırası  ilə  sıralanmıĢ-
dır
35

                                                 
32
  Мцъиб  Мустафа.  Тезкире-и  Мцъиб.  Анкара:  Ататцрк  Кцлтцр  Меркези 
Башканлыьы, 1997, 84 с. 
33
  Мустафа  Сафаи  Ефенди.  Тезкире-и  Сафайи  /  щаз.:  П.Чапан.  Анкара:  Ататцрк 
Кцлтцр Меркези Башканлыьы Йайынлары, 2005, 750 с. 
34
  Салим  Ефенди.  Тезкиретцш-шцара.  Инъелеме-метин/  щаз:  А.Инъе.  Анкара: 
АКМЙ, 2005, 756 с. 
35
 Исмаил Белиь. Нущбетцл-асар ли-зейли Зцбдетил-ешар / щаз. Доч.Др. А.Абдул-
кадироьлу. Анкара: Эази Цниверситеси Йайынлары, 1985, ХХЫЫ +718с.  


Azərbaycan Ģairləri Osmanlı təzkirələrində 
 
26 
Ramiz  tərəfindən  h.1198/1784-ci  ildə  tamamlanan  və  Salim 
təzkirəsinə  zeyl  olan  «Adab-i  zürəfa»da,  h.1132/1720-ci  ildən  h. 
1198/1784-cü ilə qədər olan zamanda yetiĢmiĢ 375 nəfər Ģair haq-
qında məlumat verilmiĢdir
36
.  
Silahdarzadə  Məhəmməd  Əmin  tərəfindən  h.1204/1790-cı 
ildə tamamlanan və  Bəliğin təzkirəsinə zeyl olaraq qələmə alınan 
«TəzkirətüĢ-Ģüəra»  h.1164/1751  –  h.1204/1790-cı  illər  arasında 
yetiĢən  127  Ģairin  bioqrafiyasını  əhatə  edir.  Əsərdə  hər  bir  Ģair 
haqqında çox qısa bilgi verilmiĢdir.  
Mustafa Safvət Əfəndinin h. 1197/1783-cü ildə qələmə aldı-
ğı «Nüxbətül-asar fi-fəvaidil-əĢar» adlı əsəri müəllifin Səfayi təz-
kirəsindən  seçdiyi  326  Ģairin  bioqrafiyasının  xülasəsidir.  Safvət 
əsərdə Səfayinin bəzi yanlıĢlıqlarını düzəltmiĢ və bəzən də lətifə-
lər əlavə etmiĢdir.  
XVIII  əsrin  ikinci  yarısında  yetiĢən  Ģair  və  təzkirəçi  Əsrar 
Dədənin qələmə aldığı  «Təzkire-yi Ģüərayi-mövləviyyə»  adlı əsər 
h.1211/1796-cı ilə qədər yaĢayan 212 nəfər mövləvi Ģair haqqında 
məlumatı əhatə etməkdədir
37
. ġeyx Qalib mövləvi Ģairlərin Ģeirlə-
rini  toplayaraq  Əsrar  Dədədən  təzkirə  yazmasını  xahiĢ  etmiĢdir. 
Təzkirəçi də bundan sonra əsərini tərtibləməyə baĢlamıĢdır. Əsər-
dəki  Ģairlər  haqqındakı  məlumat  Əsrar  Dədəyə,  nümunələr  isə 
ġeyx Qalibə aiddir.  
XVIII  əsr  təzkirəçilərindən  olan  Əndərunlu  Akif  bəyin 
h.1211/1796-ci ildə qələmə aldığı «Mirat-i Ģeir» ön söz, dörd fəsil 
və xatimədən ibarətdir. Sadəcə Əndərun Ģairlərinin yer aldığı təz-
kirə olduqca təmtəraqlı bir dildə yazılmıĢdır.  
Əslən  bağdadlı  olan  ġəfqət  (?-h.1242/1826)  antologiya  xa-
rakteri daĢıyan təzkirəsində 1730-cu ildən 1814-cü ilə qədərki za-
man  içərisində  yaĢayan  125  Ģair  haqqında  məlumatı  əlifba  sırası 
ilə vermiĢdir. Əsər Bəliğ təzkirəsinin zeylidir.  
Əsad Əfəndinin h.1251/1835-ci ildə qələmə aldığı «Bağçe-yi 
Səfa-ənduz» adlı təzkirəsi h.1135/1722-1251/1835-ci illərdə yaĢa-
                                                 
36
 Рамиз ве Адаб-ы зурафасы / щаз: С.Ердем. Анкара: АКМЙ, 1994, ХЛВЫЫ+401 
с. 
37
  Есрар  Деде.  Тезкире-и  шуарайи  мевлевийе  /  щаз.  И.Эенч.  Анкара,  Ататцрк 
Кцлтцр Меркези Йайынлары, 2000, ВЫ+596. 


Azərbaycan Ģairləri Osmanlı təzkirələrində 
 
27 
yıb yaradan 209 Ģairin bioqrafiyasını əhatə edir
38
. Əsər Salim təz-
kirəsinə zeyl olaraq yazılmıĢdır.      
Dövrünün tanınmıĢ alimi və Ģeyxülislamı olan Arif Hikmətin 
tərtib  etdiyi  təzkirə  h.1000/1592-1252/  1837-ci  illərdə  həm  Os-
manlı ölkəsində, həm Azərbaycan, həm də Krımda yaĢayıb-yarat-
mıĢ 203 Ģair haqqında məlumatı əhatə edir. Əsərin dövrümüzə gə-
lib çatmıĢ yeganə nüsxəsi Millət Kitabxanası Əli Əmiri bölümün-
də 789 Ģifrəsi ilə mühafizə olunmaqdadır.  
XIX  əsr  Ģairi  Fatin  Əfəndinin  (1814-1866)  qələmə  aldığı 
«Xatimətül-əĢar»  adlı  təzkirəsində  h.1134/  1721-ci  ildən  h.1269/ 
1853-cü  ilə  qədər  yetiĢən  683  nəfər  Ģair  haqqında  məlumat  ver-
miĢdir
39
. Əsər Salim və Səfayi təzkirəsinə zeyl olaraq yazılmıĢdır.  
Əsərin əvvəlində təzkirənin tamamlandığına dair beĢ təqriz və altı 
tarix yer almıĢdır. Təzkirədə Ģairlər təxəllüslərinə görə deyil adla-
rına görə əlifba prinsipi əsasında sıralanmıĢdır. «Xatimətül-əĢar»ın 
digər təzkirələrdən fərqləndirən cəhəti əsərlərdən nümunələrin əv-
vəldə, tərümeyi-halların isə ondan sonra verilməsidir.     
Ədəbiyyat  tarixçisi  və  araĢdırmaçısı  Mahmud  Kamal  Ġnalın 
«KəmalüĢ-Ģüəra» adlı əsəri Fatin təzkirəsinə zeyl olaraq yazılmıĢ-
dır.  Əsər  1800-1941-ci  illər  arasında  yaĢayıb-yaratmıĢ  556  nəfər 
Ģairin tərcümeyi-halını və əsərlərindən örnəkləri əhatə etməkdədir. 
Ġndiyə  kimi  əsərin  dörd  cildi  nəĢr  olunmuĢdur
40
.  Sadəcə  beĢinci 
cild iĢıq üzü görməmiĢdir.    
                                                 
38
 Оьраш Р. Есад Мещмед Ефенди ве Баьçе-и сафа-ендузу. Бурдур, 2001, 275 с.  
39
 Фатин Давуд. Хатимятцл-яшар. Истанбул, 1271.  
40
 Инал Ибнцл-Емин Мащмуд Кемал. Сон асыр Тцрк шаирлери (Кемалцш-шуара) 
4 ъилдде. 1. ъ. Щаз: М. Ъунбур. Анкара:  АКМЙ, 1999, Х+678; 2.ъ., щаз: М.Кайа-
щан Юзэцл. АКМБЙ, 2000, 544; 3. ъ., щаз: Щ.Юзъан, АКМБЙ, 2000, ВЫЫ+493; 4. 
ъ., щаз: И.Баштуь, АКМБЙ, 2002, ВЫЫЫ+490. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   94




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə