Azərbaycan miLLİ elmlər akademiyasi məHƏMMƏd füzuli adına Əlyazmalar institutu



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə9/94
tarix14.06.2018
ölçüsü2,8 Kb.
#48873
1   ...   5   6   7   8   9   10   11   12   ...   94

Azərbaycan Ģairləri Osmanlı təzkirələrində 
 
28 
 
 
 
 
 
 
 
 
Arifi. Vəqayi-yi Sultan Bayəzid mə Səlim xan. 
Topqapı Sarayı Muzeyi Kitabxanasındadır. Rəvan 1540.


Azərbaycan Ģairləri Osmanlı təzkirələrində 
 
29 
 
 
 
 
 
II FƏSİL 
 
 
OSMANLI TƏZKİRƏLƏRİNƏ GÖRƏ AZƏRBAYCAN 
AZƏRBAYCANLILAR 
 
 
2.1. Osmanlı təzkirələrinə görə azərbaycanlı Ģairlər haqqında 
bio-biblioqrafik məlumatlar 
 
2.2.  Osmanlı  təzkirələri  Azərbaycanın  tarixi  və  mədəni 
həyatı haqqında 


Azərbaycan Ģairləri Osmanlı təzkirələrində 
 
30 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


Azərbaycan Ģairləri Osmanlı təzkirələrində 
 
31 
 
 
2.1. Osmanlı təzkirələrinə görə azərbaycanlı şairlər 
haqqında bio-biblioqrafik məlumatlar 
 
XVI  əsrdən  XX  əsrin  birinci  yarısına  kimi  qələmə  alınmıĢ 
Osmanlı  təzkirələrinin  hər  birini  ayrı-ayrılıqda  araĢdıraraq  azər-
baycanlı müəlliflər haqqındakı məlumatları toplamıĢıq. Təzkirələr-
də elə Azərbaycan Ģairlərinin adlarına rast gəlirik ki, onlar ilk dəfə 
məhz bu əsərlərdə xatırlanırlar. 
Yuxarıda  adları  sadalanan  bu  təzkirələrə  istinadən  azərbay-
canlı Ģairlərin həyat və yaradıcılığı haqqında məlumatı üzə çıxar-
mıĢıq.  Təzkirələri  tədqiqata  cəlb  etdikdə  görürük  ki,  təzkirəçilər 
Osmanlı ölkəsinə getmiĢ azərbaycanlı Ģairləri tərifə layiq ifadələr-
lə öyürlər.  
Osmanlı  təzkirəçiləri  Azərbaycan  Ģairlərinin  bəzilərinin  
hansı səbəblə Osmanlı ölkəsinə gəlmələrini açıqlamıĢlar. 
Osmanlı təzkirələrini Azərbaycan təzkirələri ilə müqayisə et-
dikdə  bir  məqam  da  aydın  olur.  Belə  ki,  Osmanlı  təzkirəçilərinin 
Ģairlər  haqqında  verdiyi  məlumatlar  daha  geniĢdir.  Bunu  əsasən 
XVI və XIX əsr təzkirələrinə Ģamil etmək olar.  
Osmanlı təzkirəçilərinin Ģairlər haqqında verdiyi məlumatları 
bioqrafik (adı, təxəllüsü, ailə vəziyyəti, vəfat tarixi, təhsili, məslə-
yi, inanc dünyası, görünüĢü) və biblioqrafik (əsərlərinin adı, sayı, 
tərcümə  və  ya  orijinal  olması,  janrı)  olaraq  iki  qismə  ayırmaq 
mümkündür. Belə ki, təzkirəçilər ilk olaraq Ģairin adı, təxəllüsü və 
ləqəbi haqqında məlumat verirdilər.  
Təzkirəçilər  əsərlərində  Ģair  haqqında  məlumatı  məhz  onun 
adı, təxəllüsü və ləqəbi kimi bioqrafik bilgi ilə baĢlayırlar. Nəzər-
dən keçirdiyimiz təzkirələrin əksəriyyətində əsasən Ģairlərin təxəl-
lüsləri verilir. Daha sonra adı və ləqəbi yer alır. Əlbəttə bu məlu-
matların dolğunluğu təzkirəçinin məlumat toplama imkanına bağlı 
olmuĢdur.  Belə  ki,  bəzi  Ģairlərin  həm  təxəllüsü,  həm  adı,  həm  də 
ləqəbi  verilir.  Bəzi  tərcümeyi-hallarda  bu  məlumatlardan  biri  ol-
mur. Məsələn:  «Qəribi:  Mir Hüseyndir»  (AÇ s.  992). Və  ya  «Pə-
nahi  nəqqaĢ  ġah  Quludur»  (KIN  s.  199).    «Arif:  məxləsi  Arif  və 


Azərbaycan Ģairləri Osmanlı təzkirələrində 
 
32 
namı  Fəthullah  Çələbidir»  (AÇ  s.558).  «Hafiz  Əcəm:  «Ġsmi  Mə-
həmməd, babası namı Adil, ləqəbi Hafizdür» (AÇ s.296). 
Təzkirədə  Ģairin  təxəllüsünü  götürmə  səbəbi  haqqında  da 
məlumata rast gəlmək mümkündür. Məsələn, «ġəmsi: Təriq-i təri-
qətdə  qələndəran-i  mücərrədan  minvalində  dərviĢ-i  yek-cəhət  və 
bidayət-i  halində  abdal  ü  əbrarla  həm-məĢrəb  və  həm-söhbət  idi. 
Bu  səbəblə  ĠĢıq  ġəmsəddin  diməklə  məĢhur  ü  məzkur  idi»  (L  s. 
331). 
Bəzən Ģairin ləqəbinin verilmə səbəbinə də aydınlıq gətirilir. 
«Qəribi: sağ əlinün səbbabə barmağı əvvəl doğumından məqtu ol-
mağın  rumilər  «Barmaqsız  Əmir»  və  əcəmlər  «Mir  Barmaqsız» 
dirlərdi » (AÇ 920). 
ġairin  ad  və  təxəllüsündən  baĢqa,  atasının  kimliyi  və  digər 
qohumluq əlaqələri haqqında da məlumat verilmiĢdir. 
Tədqiq  olunan  dövrdə  qələmə  alınan  təzkirələrdə  Ģairlərin 
vəfatının və ya vəfat tarixinin göstərilməsinə də önəm verilmiĢdir. 
Təzkirələrin araĢdırılması zamanı məlum olmuĢdur ki, XIX və XX 
əsr təzkirələrində Ģairlərin vəfat tarixləri XVI əsr təzkirələrinə nis-
bətən daha çox yer almıĢdır. XVII əsr təzkirələri isə antologiya xa-
rakteri daĢıdığı üçün vəfat tarixlərinə çox az təsadüf olunur. Məsə-
lən:  «Süruri:  Sultan  Səlim-i  mazi  zamanında  fövt  olub  »  (KIN  s. 
474). Və ya «Ġzzi: Ərbab-i dövlət kitabəti xizmətində min yüz beĢ-
də fövt oldı»  (ĠB s.  270).  «Kamil  Ġshaqzadə: Bin  yüz qırx səkkiz 
sənəsində  mədine-yi  Əyribozda  zinətəfruz-i  səccade-yi  hökümət 
ikən sicill-i  ömri  rəside-yi  əncam  olub,  qəza-yi  axir-cinana xiram 
u əzimət itmiĢlərdir» (R s. 254).  
Mahmud  Kamal  Ġnal  təzkirəsində  Ģairlərin  vəfatına  dair  bil-
giləri  çox  geniĢ  Ģəkildə  Ģərh  edir.  Məsələn,  «Rəmzi:    Cəmaziyəl-
axir  1306-da  (ġubat  1889)  yaĢı  səksəni  mütəcaviz  olduğu  haldə, 
Nuru  ġeydanın  rivayətinə  nəzərən,  Məktəb-i  Tibbiyyə  xəstəxana-
sında, əhibbasından mülkiyə təqaüd sandığı  məzulun  qələmi mü-
diri Safi bəyin nəqlinə görə Yeni baxçada Qürəba xəstəxanasında 
vəfat edərək, Ədirnəqapısı qəbristanına və Ģair Bürhanəddin-i Bəl-


Azərbaycan Ģairləri Osmanlı təzkirələrində 
 
33 
xi əfəndinin ifadəsinə nəzərən, Üsküdarda Seyyid Əhməd dərəsin-
də iranilərə məxsus məzarlığa dəfn edildi (MK s. 1858)». 
Təzkirəçilər bəzən Ģairin soykökü, kiminlə qohum olması və 
s. kimi məsələlərə də diqqət yetirmiĢlər. «Nəbati:  Ağçaqoyınlıdan 
bir kiməsnə imiĢ» (AÇ s. 446). «Saib Təbrizi: ənva-yi ülum və əs-
naf-i fəzail ilə məcbul və maye-yi zatiyyəsinə əsər-i  ənvar-i eĢq-i 
ġəms-i  Təbriz  qüddisə  sirrihül-əziz  əks-əvkən  olmaqla  bariqe-yi 
xavər-i ənfəsiylə …» (ED s. 282). «Arifi: Ana canibindən ġeyx Ġb-
rahimün  nəbirəsi  və  nəfəsi  oğlı  olmaqla...»  (AÇ  c.  558).  Və  ya 
«Niyazi:  əcəm  Molla  Hafizin  oğludur»  (S  s.  220).  Və  ya  «Arifi: 
Baba canibindən əcəmi, ana tərəfindən Ərəbidür. Babasına DərviĢ 
Çələbi  dirlər»  (AÇ  s.  558).  «Məhəmməd  Əmin:  ġah  Təhmasbün 
zamanında mütəsərrif-i mənsəb-i vəziri olan Mirzə bəy Sabiqinün 
ki,  sisile-yi  intisabları  ġeyx  Bahəddin-i  Sührəverdi  həzrətlərinə 
müntəhidür fərzənd-i səadətməndidür » (KIN s.913). 
ġairin doğulduğu, yaĢadığı, yetiĢdiyi ölkə və Ģəhər haqqında-
kı  məlumatlar  da  müxtəlif  Ģəkildə  təqdim  olunur.  Təzkirəçilərin 
əksəriyyəti bu mövzuda birbaĢa və ya dolayısı ilə, qısa və ya geniĢ 
məlumat  vermiĢlər.  Təzkirələrdə  verilən  coğrafi  məkanın  əsasını 
Ģairin  doğulduğu  və  məskunlaĢdığı  yerlər  təĢkil  edir.  Bu  haqda 
məlumatı  əks  etdirən  ifadələr  əsasən  Ģair  haqqında  verilən  məlu-
matın əvvəlində gəlir. Təzkirəçilər azərbaycanlı Ģairlərin ya sadəcə 
Əcəmdən gəldiyini yazmaqla kifayətlənirlər, ya da konkret olaraq 
Ģəhərin  adını  qeyd  edirlər.  Məsələn,  «Qəribi:  Əsl  diyar-i  Əcəm-
dəndür» (AÇ s. 992). Və  ya  «Nütqi: Hilal-i vücudı üfq-i vilayət-i 
ġirvandan  zahir  ü  əyan  olub»  (KIN  s.  1044).  «Hakimi:  Büldan-i 
Əcəm içrə Ģöhre-yi Ģəhr ü məĢhur-i dəhr olan qəsəbat-i Qəzvindən 
qəsəbe-yi Əbhərdəndür » (KIN s. 308). 
Təzkirəçilər Azərbaycan  Ģairlərinin  Osmanlı  ölkəsinə  gəlmə 
səbəblərinə də aydınlıq gətirmiĢlər. Bu səbəbləri araĢdırdıqda mə-
lum olur ki, Ģairlər siyasi, sosial, səyahət və təhsil məqsədi ilə Os-
manlı  ölkəsinə  gəlmiĢlər.  Məsələn:  «Qəribi:  Sultan  Səlim-i  mər-
hum Əcəm səfərindən müqəddəm ġah Ġsmayıl tərəfindən risalətlə 
gəlüb» (AÇ s. 920). 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   94




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə