Azərbaycan miLLİ elmlər akademiyasi məHƏMMƏd füzuli adına Əlyazmalar institutu



Yüklə 1,33 Mb.
Pdf görüntüsü
səhifə135/135
tarix01.08.2018
ölçüsü1,33 Mb.
#60455
1   ...   127   128   129   130   131   132   133   134   135

Mənfəət sən kimə verdün, de görüm, bir həbbə,

Xahişi-nəfsüvə bəzl eylədün əmvali-kəsir.

Kim ki, ustadinə kəc baxsa, gözi qan ağlar,

Doğrı sözdür deyirəm, olmagilən heç dilgir.

Gələcək günlərivün fikrini bir ləhzə, get et,

Yetəsən sərhədi-məqsudə dağılmub bu ömir.

Cigərim yandı, bizə heç şeyi layiq bilmə,

Bizə kim versə, edüb mə`siyəti, nanü pənir.

Çox dedim mən sənə, get, həmnişin bab eylə,

Sözümi başimə vırdun, dedün, it, it yerə gir.

Həmədan eşşəgi işlər, bu məsəl var, yeyər at,

Nökərün layiqi bezdür, ağanun ətləs hərir.

Külli-İslam zəlalət çölünün çör-çöpidür,

Odı yox, tüstisi yox, beylə yola yolçı nədir?

Sən, sən olseydun əgər təfriqə mən` eylərdün,

İxtilafun sözinə getdi vətənmiz axir.

Başuva vurmagilən, heç demə aləm nə olub,

Sən qılan köprüni sındırmaq olurmı, mahir?

Saqiba, dut rəhi-meyxanəni, sərməsti-mey ol,

Qoy, dağılsun belə millət, yox olsun bir-bir.

  

“GERİ ALLAM VƏTƏNİ...”

Geri allam Vətəni, söləmə, boş fikrdür ol,

İflici qoy qəbirə, salmagilən yağlı xəmir.

Əliyə(ə) verdi xilafət elmin Peyğəmbər(s),

Yetməyübdür sənə aya xəbəri-Xümmi-Qədir?

İxtilafun sözi saldı araya min fitnə,

Güli kim əkdi, dərən kimdi, çəkən kimdi ətir.

İxtilafun sən həman rişəsisən verdi Şimr,

Xəlqə göstərdi nələr, yum küpüvi, çalma nəfir.

624



Arizumuz bu idi biz sənə aya çataruq,

Nə bilüm sən çatacaqsan bizə, eylə səbir.

Bu həman və`dədü vermiş sana Qur`ani-şərif,

Əlüvi at cibüvə, gör, nə yazubdur təfsir.

Yığdığun dövləti sən sərf elədün yaxşı yerə,

Çəkilür yol biri Bəğdadə, biri Şamə gedir.

Loğmanun yağlısı qaldı boğazunda yemədün,

Boğuşur it onun içün hərə bir yanə çəkir.

Sən mənim şe`rimi təhqir eləmə, təhsin elə,

Tülkinün həddi nədür qışqıra, ey şir, ey şir!

Çıraq öz təhtinə salmaz işığı, var bu məsəl,

Eyləyürsən məni hər yerdə qərəzlə təhqir.

Həqlisən sən, məni təhqir edəsən hər yerdə,

Görsə xəffaş qaçar lanəsinə, mehrü münir.

Xələf övladı mənəm Azərinün, səhv etmə,

Ləqəbim Saqibi-bibak, dəmir daşı deşir.

Düşmənə baxma həqarət gözilə, Rüstəmdür,

Söləyürsən mənə hər ləhzə nə var, tülki Nəsir.

Əsrün, əlbəttə, Füzulisi gərək Azər ola,

Qərəzün yoxdısa təsdiq elə, ey naşı müşir.



QOCAMAN ŞƏRQÜN ŞİRLƏRİ

Qocaman Şərqün ayılmış deyəsən şirləri,

Salub əndişəyə xunxar cəhangirləri.

Məğrib əhli, bu qədr qanları tökdüz, bəsdür,

Süngi qurbanları etdüz cocuqü pirləri.

Yağlıdur loğması Şərqün, yügürürsüz yeməgə,

Görmüsüz

, eyləməyün boş yerə tədbirləri.



Gündə bir qonfrans açmaqlığuvuz iş verməz,

 Görməzsiniz



625


Bilüb əbnayi-bəşər süzdəki təzvirləri.

 

Bu qədr qanı tökərlərmi, tökürsüz yəmtək,



Eşidərsüzmi haçan naleyi-şəbgirləri.

Sınmaz həqqün qolı, rahət yaşasun xəlqi qoyun,

Dutsoz əldə nə qədr zəhərli şəmşirləri.

İntiqamun dəmi yetmiş, alacaqlar süzdən,

Bağlar həqq boynuvuza qəhrlə zəncirləri.

Axıdursuz füqəra qanıni seylab kimi,

Nə olubdur bularun zərrəcə təqsirləri.

Kim tələb eyləsə həqqini dögərlərmi məgər,

Bəs degülmi ki, verüblər süzə iksirləri.  

Saqibün pəndi süzə zərrəcə tə`sir etməz,

Yağdıra süzlərə gər seyl kimi tirləri.

 

“MƏARİF SÖYLƏYÜR...”

Məarif söyləyür, insan get ol, gəl,

Cəhalət söyləyür, nadan ol, gəl.

Məarif söyləyür, mövhumdən qaç,

Cəhalət yox deyür, mövhumə göz aç.

Məarif eyləyür insanı kamil,

Cəhalət məhv edüb yüz min qəbayil.

Məarif sərbəsər ruhi-rəvandur,

Cəhalət sərbəsər adı ziyandur.

Məarif xeyr işə eylər dəlalət,

Cəhalət göstərür rahi-zəlalət.

Məarif kimi aləmdə fən olmaz,

Cəhalət kimi heç düşmən olmaz.

Yetim oldur yox onda elmü irfan,

Atadən mehribandur, həm nigəhban.

Məarif nurdür başdan-əyağə,

Cəhalət tirəni sürtər dəmağə.

626



Məarifdən yaranmış mahi-taban,

Məarif zühasi xurşidi-rəxşan.

Cəhalətdən yaranmış nəfsi-şeytan,

Cəhalət eylədi dünyanı viran. 

Cəhalət kimdədür, alson xəbər gər,

Sana kəşf eylərəm, ey nikmənzər.

Firəngistan edibdür elmə şöhrət,

Gərək etmək ona izhari-nifrət.

Tökür öz növ`inün qanın dəmadəm,

Ki, rudi-Nil tək həmvarə xürrəm.

Neçün dövlətdən ötri sərvət içün,

Qurı bir boş həvayi şöhrət içün.

Bilüb kim yağlıdur Şərqün həvasi,

Nəinki yağlıdur ruhun qəzasi.

Ki, min təşviş ilə düşmiş təlaşə,

Vırur başıni hər saətdə daşə.

Yesün ol loğmanı şirin-şirin,

Aparsun həzz, tapsun qəlbi təskin.

Dəxi bilmür kim ol xunriz cəllad,

Boğazında qalur heç etməsün yad.

Məarif ziddidür xunxarlıqlan,

Əziyyətlən, bəli, azarlıqlan.

Məarifdür fəqirün pasibani,

Məarif zalimə verməz əmani.

Cəhalət yandurur ağü qərani,

Cəhalət düşməni-elmü məani.



 

“AT ÖLÜBDÜR, İTLƏRÜN BAYRAMIDUR”

Əhli-halun söhbəti gərçi könül aramıdur,

Xəlqi-aləm can ilə başdan-əyağə ramıdur,

Bir sözüm var sölərəm, sanma cəhan düşnamıdur,

627



Əhməq ol, əhməq görün, əhməqlığun əyyamıdur,

Bir məsəl var: “At ölübdür, itlərün bayramıdur”.

Neyləyürsən əqlü fəhmi, əqldən divanə ol,

Hörmətün artar cəhandə, fəhmdən biganə ol,

Məstlikdən heç ayılma, düşkini-meyxanə ol,

Qorxma heç kəsdən, gedüb əfsanəyə peymanə ol,

Zahidün fe`lin unutma, talibi-səddanə ol.

Əhməq ol, əhməq görün, əhməqlığun əyyamıdur,

Bir məsəl var: “At ölübdür, itlərün bayramıdur”.

Qanmaz ol qanmaz, sənün hər dərdüvün dərmanıdur,

Bilmisən heç qəm nədür, asudə olmaq kanıdur,

Ehtirazi-əqldən əl çək, bəla peykanıdur,

Əqldən kim dəm vırubdur, it-pişik qurbanıdur,

Qanmaza canım fədadur, aləmün sultanıdur.

Əhməq ol, əhməq görün, əhməqlığun əyyamıdur,

Bir məsəl var: “At ölübdür, itlərün bayramıdur”.

Paymal oldı, nə eyb eylər, unut milliyyəti,

Çəkmə hərgiz fikrini, izhar eylə nifrəti,

Var-yoxı, tərk eylə, ver, tərk etmə eyşü işrəti,

Fikrüvi namusa vermə, neyləyürsən qeyrəti,

Biqəm ol, kəsb et özünçün harda var can rahəti.

Əhməq ol, əhməq görün, əhməqlığun əyyamıdur,

Bir məsəl var: “At ölübdür, itlərün bayramıdur”.

 

Əl gətürmə ruzü şəb meyxanələrdə camdən,



Bixəbər ol, neyləyürsən, gərdişi-əyyamdən,

Eylə sərməsti-mey ol, dəm vırma niku namdən,

Başə düşmə, anlama tə`siri-sübhü şamdən,

Uf demə, min tiğü nizə keçsə gər əcsamdən.

Əhməq ol, əhməq görün, əhməqlığun əyyamıdur,

Bir məsəl var: “At ölübdür, itlərün bayramıdur”.

 

Baxma aləm dutsa od, dildari-məhrüxsarə bax,



Rəşki-baği-huri-cənnət, gözləri xümmarə bax,

Qaməti sərvi-xuraman, türrəsi tərrarə bax,

Daneyi-xali-fəribi-zahidi-dindarə bax,

Saqiyi-gülrüx əlində sağəri-sərşarə bax.

628



Əhməq ol, əhməq görün, əhməqlığun əyyamıdur,

Bir məsəl var: “At ölübdür, itlərün bayramıdur”.

Qalmasun hörmət, nə eyb eylər, bütün Qur`andən,

Qiyməti yox zərreyicə, vırma dəm imandən,

Zalim ol, zalim, nə nəf` var sənə vicdandən,

Dərdsərdür, əl gətür bu milləti-nadandən,

Dərbədər olsun, qırılsun tiği-bədərkandən.

Əhməq ol, əhməq görün, əhməqlığun əyyamıdur,

Bir məsəl var: “At ölübdür, itlərün bayramıdur”.

 

Ver hərifə qeyrətü namusuvi, qeyrət nədür,



Qeyrətün vəqti keçübdür, daməni-iffət nədür,

Əhməq olma, ver yelə, bu pərdeyi-ismət nədür,

Baxma təqva əhlinə, heç bilməyür ləzzət nədür,

Dilbəri-məhparə ilə ruzü şəb işrət nədür.

Əhməq ol, əhməq görün, əhməqlığun əyyamıdur,

Bir məsəl var: “At ölübdür, itlərün bayramıdur”.

 

Saqibün pəndin qulağə algilən, ol huşyar,



Kim nə səndən istəsə, ver, etmə heç bir kəsdən ar,

Neyləyürsən qeyrəti, rəngin dəgişmiş ruzigar,

Sahibi-qeyrətdə qalmub zərreyicə ixtiyar,

Var-yoxı getmiş əlindən, qalmub onda bir mədar.

Əhməq ol, əhməq görün, əhməqlığun əyyamıdur,

Bir məsəl var: “At ölübdür, itlərün bayramıdur”.



“ƏHMƏQ OL, ƏHMƏQ...”

 

Əhməq ol, əhməq, bu gün əhməqlığun əyyamıdur,



Görməyürsən at ölübdür, itlərün bayramıdur.

Ver tərəqqi, rahət ol, əhməqlığa, nadanlığa,

Qədri yoxdur, xidmət etmə zərrəcə insanlığa,

Meylüvi bayqusifət, get, vergilən viranlığa,

Seyl kimi qıl həvəs hər ləhzə xunəfşanlığa,

Mənfəət yoxdur, nə lazım da çevür irfanlığa, 

Həqqi dan, təhrik elə xəlqi nafərmanlığa.

Əhməq ol, əhməq, bu gün əhməqlığun əyyamıdur,

629



Görməyürsən at ölübdür, itlərün bayramıdur.

Can kimi əhməqlığı tərk eyləmə, sərmayədür,

Bilməmək çün qədrini, bil, sərbəsər pirayədür,

Vermək olmaz əldən anı, arsıza həmsayədür,

Vermə əldən damənin,  hərgiz demə kim, mayədür,

Xaki-payin öp, sana ruzi-əzəldən rayədür,

Bilməgi sən neyləyürsən, həq dilindən ayədür.

Əhməq ol, əhməq, bu gün əhməqlığun əyyamıdur,

Görməyürsən at ölübdür, itlərün bayramıdur.

Vəhşilik etsün tərəqqi qoygilən hər sübhü şam,

Badeyi-gülfam ilə, ey sərvqəddü niknam,

Aləmi bərbad etsün, saqi, qıl ləbriz cam,

Məstü bixud ol, yıxıl, heç dutmasun dövran nizam,

Kim alubdur əql ilə, göstər görüm, dünyadə kam,

Vermə dil danalığa, ləzzət sana eylər həram.

Əhməq ol, əhməq, bu gün əhməqlığun əyyamıdur,

Görməyürsən at ölübdür, itlərün bayramıdur.

Kim həqiqət əhli olsa, qabili-insan degül,

Bir pula dəgməz vücudi, çunki biiman degül,

Nəfsinə qul olmayubdur, tabe`i-şeytan degül,

Vadiyi-rahi-cəhalət içrə sərgərdan degül,

Etməyür təkzib Həqqi, münkiri-Qur`an degül,

Xəlq içində zərrəcə yox hörməti, nadan degül.

Əhməq ol, əhməq, bu gün əhməqlığun əyyamıdur,

Görməyürsən at ölübdür, itlərün bayramıdur.

Neynəyürsən isməti sən, xəlq sevməz isməti,

Keçmişün rəsmin unut, çox vəsf etmə iffəti,

Kim sana nə eyləsə, heç dinmə, boşla qeyrəti,

Xabi-qəflətdən ayılma, açma çeşmi-ibrəti,

Qaç kəmal əhlindən, etmə onlar ilə ülfəti,

Növ`üvə təqsirsiz hər bir nəfəs vır zərbəti.

Əhməq ol, əhməq, bu gün əhməqlığun əyyamıdur,

Görməyürsən at ölübdür, itlərün bayramıdur.

Qoyma tapsun yol sana qəm, məsti-camü badə ol,

Çəkmə millət fikrini bilmərrə, get, azadə ol,

630



Guşeyi-meyxanələrdə məst olub üftadə ol,

Mahvəşlər damənin dut, eşqinə dildadə ol,

Həqq sözin hərgiz eşitmə, söhbəti-bicadə ol,

Elmü irfandan sana hasil nəlur, get, sadə ol.

Əhməq ol, əhməq, bu gün əhməqlığun əyyamıdur,

Görməyürsən at ölübdür, itlərün bayramıdur.

Keçdi vəqti, vırma dəm, biar ol, namusdən.

Qeyrətün dərsini eylə kəsb, qövmi-rusidən,

İttihadun tərhin umma, milləti-dəyyusdən,

Heç xəbər dutma, nə gördün dinmə, şəhri-Tusdən, 

Nə sitəmlər çəkmisən, səbr etgilən  Petrusdən,

Heç nə verməzlər sana, boş naleyi-əfsusdən.

Əhməq ol, əhməq, bu gün əhməqlığun əyyamıdur,

Görməyürsən at ölübdür, itlərün bayramıdur.

Qoy, desün aləm sana, ey millətin xar eyləyən,

Çarəsiz min dərdü ənduhə giriftar eyləyən,

Hər vətən övladinə bihədd azar eyləyən,

Saqibi avarə-sərgərdan xunbar eyləyən,

Sölə, eyb etməzsən hərdəm yoxı var eyləyən,

Xabi-qəflətdən ayılma, getdi bidar eyləyən.

Əhməq ol, əhməq, bu gün əhməqlığun əyyamıdur,

Görməyürsən at ölübdür, itlərün bayramıdur.



 

KİM-KİMƏDÜR

Qoydı qan bağrıma ol zülfi-qəra, kim-kimədür,

Nə qədr qılsa mənə cövrü cəfa, kim-kimədür.

Sən də, ey dil, eləmə ahü fəğanın tərkin,

Yandur aləmləri, ey bəxti qəra, kim-kimədür.

Dəgişüb dövrü zəmanə hərə bir nəğmə oxur,

Hökmranlıq eləyür şahə gəda, kim-kimədür.

Yaxşı ilə yamanə fərq qoyan yoxdur heç,

Ya Hüseyn olgilə, ya Şimri-dəğa, kim-kimədür.

Sözün həqqin demə xəlqə əbəs, yox eşidən,

Qaranı ağ oxu, ağı qəra, kim-kimədür.

631



O sənündür, bu mənim, keçdi o günlər keçdi,

Varuvı kim aparur, olma riza, kim-kimədür.

Börküvi başdan alurlar, hanı imdadə yetən,

Eşidən yox, eləsün ahü nəva, kim-kimədür.

Dadü fəryad eləmə, pərdeyi-ismət getdi,

Düşdi əldən-ələ, məhv oldı həya, kim-kimədür.

Nanəciblər oturub təxti-xilafət üstə,

Tökülür seyl kibi xuni-Xuda, kim-kimədür.

Mərdi-baqeyrət özin öldürə, eyb eyləməyün,

Öldi sərdəftəri-aləm süfəha, kim-kimədür.



KİM-KİMƏDÜR - II

Çərx içirdür bizə gər badeyi-qəm, kim-kimədür,

Bir nəfəs çəkmərük asudəcə dəm, kim-kimədür.

Nur ilən zülmətə bir yerdə ki, yox fərq verən,

Cahil ol birdü və ya əhli-qələm, kim-kimədür.

Kim səhər tez oyanur əsrin odur sultani,

Ziri-payindəki Xosrovü Cəm, kim-kimədür.

Gavə tək nəsb elə aləmdə ədalət ələmin,

Ya ki, Zöhhak tək et xəlqə sitəm, kim-kimədür.

Rəncü zəhmət çəkəsən hər nə qədər Haman tək,

Olacaq hasilün axırda ədəm, kim-kimədür.

Qətlü qarətlə vur insanlığa mühlik tişə,

Ya ki, Hatəm kimi qıl bəzlü kərəm, kim-kimədür.

Məqdəmi-xəlqdə pamal et özin mur kimi,

Qoy fələk baminə yainki qədəm, kim-kimədür.

Ya Əbu Cəhl kimi cəhldə sabitqədəm ol,

Ya Mühəmməd(s) kimi ərbabi-hüməm, kim-kimədür.

Sən də vur kəndüvi, ey dil, dəxi divanəligə,

Aqil olma, çəkəsən dərdü ələm, kim-kimədür.

632



 

HƏR KƏS ÖZ KEYFİNDƏDÜR

Aləmi dutmış cəhalət, hər kəs öz keyfindədür,

Az qalıb olsun qiyamət, hər kəs öz keyfindədür.

Doğruluqdan qalmayub hər kimə birbəbir, 

Var adı, yoxdur əlamət, hər kəs öz keyfindədür.

Xəlqdə qalmub həyadən zərreyicə bir əsər,

Günbəgün artur şərarət, hər kəs öz keyfindədür.

Çoxlarun xəlqün görərsən əl çəküb namusdən,

Bilməyür hərgiz qiyamət, hər kəs öz keyfindədür.

Din yox, vicdan yox, insaf yox, namus yox,

Xəlqə dəb olmuş bu adət, hər kəs öz keyfindədür.

Çoxsı namusın hərifə müftə ehsan eyləyür,

Hatəmə eylər şəmatət, hər kəs öz keyfindədür. 

Hər kimə izhar qılson dərdüvi, yüz döndərür,

Məhv olub, yoxdur sədaqət, hər kəs öz keyfindədür. 

“Lailahə” söləsön, oğlun sana eyb eyləyər,

Təsdiqin eylər cəmaət, hər kəs öz keyfindədür. 

Din adın çəksön, deyərlər əl gətür, mövhumdür,

Dinsiz ol, et istirahət, hər kəs öz keyfindədür.

Bu sənündür, bu mənim yoxdur, nə etsön etgilən,

Söz deyən olmaz bəşarət, hər kəs öz keyfindədür. 

Dindən kim mənfəət görmüş, yapuşma dindən,

Boş sözə, get, ver nəhayət, hər kəs öz keyfindədür. 

Dindür aləmləri avarə, sərgərdan qoyan,

Fikrini çəkmək nə hacət, hər kəs öz keyfindədür. 

Qoy arayə varü yox, qismət aparsun hər yetən,

Bəd degül, xoşdur bu adət, hər kəs öz keyfindədür.

Naxələf tüxmi sən, ey kaş, əkmiyeydün, Bülbəşər,

Əkdigündən çək xəcalət, hər kəs öz keyfindədür. 

633



Səcdəni şeytan sana həqqində etmüb, incimə,

Etmə şeytandan şikayət, hər kəs öz keyfindədür. 

Nanəcib övladuvı görmüş nə tüğyan eyləyür,

Sahibi-kəşfü kəramət, hər kəs öz keyfindədür. 

Qəbrdən çıx, bir təmaşa etgilən övladuva,

Göstərür, gör nə şücaət, hər kəs öz keyfindədür. 

Sel kimi tökdi qanı qandan peşiman olmayan,

Mənbə`i-kinü ədavət, hər kəs öz keyfindədür. 

Düşməni-dini-Mühəmməd(s), əmri-həqdən bixəbər,

Hadiyi-rahi-zəlalət, hər kəs öz keyfindədür. 

Bilməyən aləmdə heç yaxşı-yəmanun fərqini,

Adətidür qətlü qarət, hər kəs öz keyfindədür.



HƏR KƏS ÖZ KEYFİNDƏDİR

Aləmi tutmış cəhalət, hər kəs öz keyfindədir,

Az qalıb olsun qiyamət, hər kəs öz keyfindədir.

Hər kəsə izhar etsən dərdüvi – üz döndərər,



Eyləyir yüz min məlamət, hər kəs öz keyfindədir.

Qolbaqol cananımız biganə ilə seyridə,

Bilməriz hərgiz qəbahət, hər kəs öz keyfindədir.

Ehtirami-şər`i getdi, inqilabı görmüşük,

Zərrəcə çəkməz xəcalət, hər kəs öz keyfindədir.

Gər müsəlmanlıq bu imiş, etmişik izharilər,

Qoy Yezid etsin imamət, hər kəs öz keyfindədir.

Dini yox, İslamı yox, eyni xilafət məhv olub,

Rəhmdən yoxdur əlamət, hər kəs öz keyfindədir.

Hər kəsə versən əmanət, əl götür, heç istəmə,

Eyləyir fövrən xəyanət, hər kəs öz keyfindədir.

  Bu şeir 1996-cı ildə “Boz oğuz” nəşriyyatı tərəfindən çap olunan “Kim-kimədir” adlı kitabda verilmişdir. Mərhum 



Aydın Qaradağlının arxivində də bu şeirin cüzi fərqlərlə əlyazma variantı mövcuddur.   

634



Yox hökumət, – var idi, əldən alıblar kəlblər,

Heç kimə etmə şikayət, hər kəs öz keyfindədir.

At ölübdür, bir məsəl var, itlərin bayramıdır,

Canuvu al qaç səlamət, hər kəs öz keyfindədir.

Doldu ciblər, canı çıxsın milləti-biçarənin,

Oldular asudə, rahət, hər kəs öz keyfindədir.

Qarət etməklikdi qəsdi malını xəlqin əgər,

Etdilər, ey dil, bəşarət, hər kəs öz keyfindədir.

Qorxuram bundan betər günlər yetişsin dəmbədəm,

Zahir olsun hər ədavət, hər kəs öz keyfindədir.

Əyləşib təxt üstə kimlər, hökmranlıq eyləyir,

Etməyə şərhin nə hacət, hər kəs öz keyfindədir.

Hər kimə üz döndərirsən, düşməni-candır sənə,

Umma oğlundan şəfaət, hər kəs öz keyfindədir.

Vəhşilik bir həddə yetmiş, şərhin etmək olmayır,

Adəm oğlundan bu saət, hər kəs öz keyfindədir.

Müxbiri-sadiq xəbər vermiş bizə bu günləri,

Dindən qalmaz əlamət, hər kəs öz keyfindədir.

Din gedib, iman gedib, vicdan gedib, Qur`an gedib,

Gəlmə hərgiz yox ənabət, hər kəs öz keyfindədir.

“Lailahə” zikrin etsən, xəlq səni təkfir edər,

Etmə çox Qur`an tilavət, hər kəs öz keyfindədir.

Ya Mühəmməd! Baş götür bir qəbrdən bax ümmətə,

Gör necə tapmış hidayət, hər kəs öz keyfindədir.

Heyf ol zəhmət ki, çəkdin illər ilə ruzü şəb,

Ümmətin tərk etdi adət, hər kəs öz keyfindədir.

Doğru sözdür bu, kişi eylər rücu öz əslinə,

Tutdular rahi-zəlalət, hər kəs öz keyfindədir.

Söyləmək olmur sözün həqqini hərgiz zərrəcə,

Günbəgün artır şərarət, hər kəs öz keyfindədir.

635



Xoş gəlir xəlqə əgər Qur`anı yandırsan oda,

Qəlblər tutmuş (kəsafət) qəsavət, hər kəs öz keyfindədir.

Və`dədir kim zahir olsun qaimi-mövlud üçün,

Vaxtı keçdi, qıl işarət, hər kəs öz keyfindədir.

İntiqam almaqlığa din düşmənindən tiğlər,

Səbri yox bir zərrə saət, hər kəs öz keyfindədir.

Nadürüstün toxmunu kaş əkməyəydin, ey bəşər,

Əkdiyindən çək xəcalət, hər kəs öz keyfindədir.

Dəmbədəm şiddətlənir dinsizliyin əndişəsi,

Din olur bilmərrə qarət, hər kəs öz keyfindədir.

Dini-İslamı vermə əldən, Saqiba, tutma rahi-küfr,

Mənfəət verməz boş adət, hər kəs öz keyfindədir.

 

 

HAŞIM BƏY SAQİB



636


DİVAN

Texniki redaktor:

Rauf Kərimov

Yığılmağa verilmişdir: 08.08.2009

Çapa imzalanmışdır: 10.10.2009

Nəşrin ölçüsü: 70x100 1/16

Fiziki çap vərəqi: 42,5

Sifariş: 62. Sayı: 500 ədəd



NURLAR

NƏŞRİYYAT-POLİQRAFİYA MƏRKƏZİ

Bakı, Az1122, Zərdabi pr. 78 / Tel.4977021

Faks:4971295 / E-poçtu: office@nurprint.com



637

Yüklə 1,33 Mb.

Dostları ilə paylaş:
1   ...   127   128   129   130   131   132   133   134   135




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə