Azərbaycan miLLİ elmlər akademiyasi məHƏMMƏd füzuli adına Əlyazmalar institutu



Yüklə 1,33 Mb.
Pdf görüntüsü
səhifə14/135
tarix01.08.2018
ölçüsü1,33 Mb.
#60455
1   ...   10   11   12   13   14   15   16   17   ...   135

Yaralu ahu kimi bir baxanda sən qıyqac.

Görüb cəmaluvi heyrətdə qalsa gün, nə əcəb,

Alursan hər səhər ondan yüzün açanda xərac.

Görüblə ayinəni əksi-arizün oğrar,

El oldı cəm` onı şəhrdən edüb ixrac.

Edərdi tövbə yəqin Kə`bənün təvafından,

Təvaf edəydi əgər kuyüvi sənün Həccac.

Əsir qıl xəmi-zülfündə daneyi-xalun,

Həzər bu danədən, hər din evün edüb tarac.

Təbib, nəbzimə əl urma, əl gətür məndən,

Çətindür, eyləmək olmaz bu dərdi-eşqə əlac.

Qəbul eyləmərəm, Saqiba, qiyamət ola,

Başimə qoysa əgər nanəcib qızıldan tac.

* * *


Əgər olseydi aləmdə süxənsənc,

Olurdı hər sözüm sərmayeyi-gənc.

Əgərçi mat edər şətrənc şahi,

Qəzəl şətrəncinə neylər bu şətrənc.

Çalışma gənc içün, rəncin çəkərsən,

Gedüb ol sərv tək azadü birənc.

Təğafül badəsindən huşyar ol,

Dönüb qəm-qüssədən et zövqi örgənc. 

Eşit ney naləsin, tarun sədasın,

Müğənni azdı, etdi tərki-Sarənc.

Vətən girdabi-qəmdə qərq olubdur,

Umursan nərddən gəh çar, gəh pənc.

Fəribi-dəhrə, Saqib, uyma hərgiz,

Təəllüq ondan üz, göstərsə min ğənc.

* * *

56



Bəsdür əfşan elədün ayineyi-rüxsarə saç,

Olmasun aləm təmaşasında aciz, hüsnin aç.

Ləxtə-ləxtə bağrımi qan eyləmə, ey qönçələb,

Ləbləründən eyləyəndə sağəri-peymanə maç.

Bilmədim mən hiç haçan oldum əsiri-kakilün,

Düşməyeydi gözlərim sən tək gözəl cananə kaç.

Dil verüb əğyarə, ey dil, ol pərivəş, əl gətür,

Seyl tək xunabi-həsrət hicrdə rüxsarə saç.

Bərqi-aləmsuzdür, eşqün odından, qıl həzər,

Eşq olan yerdə dolanma, ehtiyat et, durma, qaç.

Saqiba, tərk etgilən, rəsmi-müsəlmanlıq nədür,

Olgilən asudə, get, dut daməni-zünnarü xaç.

* * *

Gec açılmaz, ah neylim, ah, kəcrəftar sübh,



Qıldı yarı ayrı məndən mərdümi-azar sübh.

Qıl giriban çak, göstər sübhi-sadiq zahidə,

Dutmasun məscid yolın, bilsün nədü asari-sübh.

Görməsün əğyar gəldim kuyüvə, ey qönçələb,

Yetməmiş açıldı, qıldı könlümə azar sübh.

Gün də açsun arizin hər sübh vəqti, sən də aç,

Eylər əlbət ki, gözəllikdə səni iqrar sübh.

Sübh vəqti qarşu dursa hüsnüvə xurşid əgər,

Rəşkdən rüxsarıni açmaz, özin yırtar sübh.

Qamətim kimi xəm olmuşdur, hilalü məh degül,

Sinəsində qaşlarun tərhin qılur izhar sübh.

Səndən ayrı sübhədək hicründə fəryad eylərəm,

Bir də gəl, ayrılma məndən, halıma ağlar sübh.

Bəsdür, ey bülbül, qəfəs küncində fəryad eylədün,

57



Eyləmə bidar, naz ilə yatubdur yar sübh.

Etmərəm ol mahvəşdən kam hasil, Saqiba,

Atəşi-hicranə yan, bəsdür, nə qədri var sübh.

* * *


Ya hüsnüvə və ya məhə, ya aftabə bax,

Yox fərqi, birdür, ya süvərü dörd kitabə bax.

Divanə könlümün yerini bilmək istəsön,

Giysuləründə əf`i ilan tək tənabə bax.

Hüsnündə baxma daneyi-xali-siyahüvə,

Rahət yatub, gözündəki bir inqilabə bax.

Ey söləyən, səndə bu nə piçü tabdür,

Çıxsun gözün, bu türreyi-pürpiçü tabə bax.

Baxma rəqibə ol səri-kuyin təvaf edər,

Yandım fəraqüvə, məni-xanəxərabə bax.

Hər ləhzə tiri-qəmzön hücum eyləyər mənə,

Qıllam sipər bu sinəmi, bir məndə tabə bax.

Çox tul vermə nəğmeyi-Mahurə tar ilə,

Gəl şurə, ey müğənni, bir az da Rəhabə bax.

Nadan əlində, gör, necə fəryad edər müdam,

Hər sübhü şam naleyi-çəngü rübabə bax.

Saqi, ki dinü dil sana verdüm şərab içün,

Gör borclı kimdür, naz ilə həqqü hesabə bax.

Baxma kitabə çox, başuva tez həva gəlür,

Zahid, əlimdə sağərü camü şərabə bax.

Saqib, gər istəsön qəzəlün tərhini nədür,

Hər ləhzə şe`ri-Yusifi-alicənabə bax.

* * *


Ey dil, demə bu sərvqədi-gülüzarə bax,

 Ustad şair Əbdülxaliq Yusifə (1853-1924) işarədir.



58


Hicründə məndə naleyi-biixtiyarə bax.

Əğyarə sevgili o pəriçöhrə yar olub,

Ney kimi nalə ilə şəbi-intizarə bax.

Hərgiz dolanma kuyinə ol sərvqamətün

Həsrət gözilə, çək özüvi bir kənarə, bax.

Qoymur rəqib kuyüvi bir dəm təvaf edim,

Çeşmün fədası, məndəki bir ixtiyarə bax.

Divanə könlümün xəbərin məndən alma, əl gətür,

Olmuş bu tiri-qəmzəyilən parə-parə bax.

Təklif etmə mana, ey saqi, cami-mey,

Məstəm həmişə mən ki, bu çeşmi-xumarə bax.

Bir göz yumub-açınca, gədazadə şah olub,

Şahi gəda edən fələki-kəcmədarə bax.

Ağü qəra nədür, ona heç fərq qoymayan,

Başında taci-zər oturub, şəhriyarə bax.

Könlüm degül yerində, demə bir də, Saqiba,

Olmuş əsir zülfinə yarun, dübarə bax.

Verrəm müdam kam ləbimdən, dedün mana,

Verdün rəqibə, səndəki bu e`tibarə bax.

Çeşmün işarə eylədi düşdi əsiri-dil

Giysulərün kəməndinə, zalim, şikarə bax.

Ney kimi nalə eyləsəm hicründə, incimə,

Yarından ayrı neydə olan ahü zarə bax.

* * *


 

Bir dərdə düşmişəm, ona heç yerdə çarə yox,

Əl çək, təbib, mən kimi bir bəxti qarə yox.

Eyvay, eşqdən saldı məni min bəlalərə,

Yandım, əmandur, heç belə od yox, şərarə yox.

Ey dami-zülfi könlümi birdən əsir edən,

59



Bir dəf`ə al bu canımi, zalim, dübarə yox.

Qəmzön oxilə imdi ki, qanım həlaldür,

Qoyma can üstə, xeyr işə bir istixarə yox.

Kuyin gədasın istəsəm öpmək əyağıni,

Can nəqdi əldədür demə, ey mahparə, yox.

Biganə görməsün səni hərgiz içəndə mey,

Xəlvətdə al piyalə ələ, aşikarə yox.

Dəryayi-eşqə qərq olusan, girmə, Saqiba,

Kim düşsə, qərq olur ona, hərgiz kənarə yox.

* * *


Fərəh verüb kimə, ey dil, bu dəhri-bədbünyad,

Sitəmlərindən anun kimdür etməsün fəryad.

Nəfəs çəkəndə o da zəhmət, əziyyətdür,

Əziz ömr gedir fovtə dəmbədəm naşad.

Gələndə bilmisən gəldigün yerün haradur,

Gedəndə həm genə bilmisən, ey evi bərbad!

Ədəb mülahizə eylə alanda sağər ələ,

Əqiq tək ləbi-şirindür dili-Fərhad.

Qaçan yerün haradur, heç yerə yolun yoxdur,

Kəmin edüb sana min yerdə tiğ ilən cəllad.

Piyalə etməgə meyxanələrdə mey içənə,

Gəzər dalunca sənün, yatma, kuzəgər ustad.

Nə qədr vəqt var əldə, mey iç, meyalud ol,

Ayılma nəş`ədən aləmdə, hərçi badabad.

 

Hanı Skəndərü Daravü Xosrovü Cəmşid?



Xəyalə yox gətürən, aqibət nə oldı Qubad?

Qayə uçan güni toz qalxacaq, məsəl vardur,

Behiştü duzəx fikrini etmə hərgiz yad.

Bıraxma daməni-sağər əlündən, ey Saqib,

 

Hər nə olur olsun 



60


Yüklə 1,33 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   135




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə