Azərbaycan miLLİ elmlər akademiyasi məHƏMMƏd füzuli adına Əlyazmalar institutu



Yüklə 1,33 Mb.
Pdf görüntüsü
səhifə2/135
tarix01.08.2018
ölçüsü1,33 Mb.
#60455
1   2   3   4   5   6   7   8   9   ...   135

Təbriz,   Lənkəran,   Şuşa,   Səmərqənd   şəhərlərindən   din   xadimləri,   şair   və   ədiblər 

gəlmişdilər. Bütün yas məclislərində “Quran”ı şairin yaxın dostu, Əliağa Vahidin də 

ustadı olmuş Məşədi Azər oxumuşdur.

Haşım   bəyin   qızı   Nəcibə   xanım   da   Azərbaycanın   teatr   və   kino   sənətində 

özünəməxsus   iz   qoyub.   Bu   gün   də   Nəcibə   Məlikovanın   adı   teatr-kino   xadimləri 

sırasında hörmətlə çəkilir. Yaxşı xatirimdədir, onlar bizim bağa tez-tez gələr, keçmişin 

şirin xatirələrindən, ata-babalarımızın sənətə məhəbbətindən, sənətkara hörmətindən 

ürək dolusu danışardılar.

Etiraf etmək istərdim ki, dövrünün qüdrətli söz ustadı, müqtədir şair, “Məcməüş-

şüəra” ədəbi məclisinin üzvü, xeyriyyəçi Haşım bəy Saqibin əsərləri sovet dövründə 

demək olar ki, nəşr olunmamışdı. Bu biganəliyi ilk dəfə Rəhimağa İmaməliyev aradan 

qaldırdı.   O,  1996-cı  ildə   “Boz  oğuz”  nəşriyyatında   Haşım  bəy   Saqibin  şeirlərindən 

ibarət   “Kİm-kimədir”   adlı   kitabı   nəşr   etdirdi.   Lakin   bu   kitab     Haşım   bəy   Saqibin 

yaradıcılığının çox az bir hissəsini əhatə edirdi.

Nəhayət,   Haşım   bəy   Saqibin   əsərlərini   Azərbaycan   Milli   Elmlər   Akademiyası 

Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun elmi işçisi Hacı Mustafa Əliyev bir 

yerə   toplayaraq   klassik   “Divan”   üslubunda   tərtib   etdi.   Ümumiyyətlə,   AMEA 

Məhəmməd   Füzuli   adına   Əlyazmalar   İnstitutunun   mədəni   irsimizin   qorunmasında 

rolu müstəsnadır. 

Qeyd   edim   ki,   Hacı   Mustafa   Əliyev   şair-qəzəlxan,   füzulişünas-alim,     klassik 

ədəbiyyatımızın   və   muğamlarımızın   gözəl   bilicisi,   unudulmaz   dostum   Hacı   Mail 

Əliyevin oğludur. Atalar misalı var: ”Ot kökü üstündə bitər”.

Mən belə bir gözəl əsərin araya-ərsəyə gəlməsinə görə kitaba əmək sərf edən hər 

bir   kəsi   təbrik   edir   və   öz     dərin   təşəkkürümü   bildirirəm.   Milli   mədəniyyətlərə 

qloballaşma, xarici amillərin təsirinin gücləndiyi bir şəraitdə milli-mənəvi dəyərlərimizi 

qoruyan insanlara hər zaman minnətdar olmalıyıq.

Sanki şair “Qalmaz” rədifli qəzəlinin son beytini bu günü görərək yazmışdır:

                   Təng olsa cəhan mülki sana, səbr elə, Saqib,

                   Dut fəqrü fənani, kişi təşvişdə qalmaz.

Ziyad Səmədzadə

akademik

 

5




ÖN SÖZ

Qədim və zəngin tarixə malik Azərbaycan ədəbiyyatının inkişafında və xalqımızın 

mədəni   həyatında   ədəbi   məclislərin   çox   böyük   rolu   olmuşdur.   XII   yüzillikdə 

Eldəgizlərin,  Şirvanşahların,  XVI yüzillikdə  Şah   İsmayıl  Xətainin   sarayında  dövrün 

görkəmli sənətkarlarının toplandığı ədəbi məclislər mədəniyyət tarixinə düşmüşdür.

XIX   yüzillik   ədəbi   məclislər   tarixində,   belə   demək   mümkünsə,   intibah   dövrü 

sayıla bilər. Həmin yüzillikdə Tiflisdə Mirzə Şəfi Vazehin və Gəncədə Mirzə Mehdi 

Nacinin   başçılıq   etdikləri   “Divani-hikmət”,   əsrin   30-cu   illərində   Qubada   A.A. 

Bakıxanovun   rəhbərliyi   ilə   “Gülüstan”,   yüzilliyin   ortalarından   etibarən   Ordubadda 

Hacağa   Fəqirin,   onun   vəfatından   sonra   isə   M.   Sidqinin   başçılığı   ilə   “Əncümənüş-

şüəra”, 1850-1900-cu illərdə Lənkəranda Mirzə İsmayıl Qasirin rəhbərlik etdiyi “Fövcül-

füsəha”, 1867-ci ildən Şamaxıda əvvəlcə Seyid Əzimin, sonra isə Molla Ağa Bixudun 

başçılığı ilə “Beytüs-səfa”, 1864-cü ildən Şuşada əvvəlcə Hacı Abbas Agəhin, daha sonra 

X.B. Natəvanın rəhbərlik etdikləri “Məclisi-üns”, 1872-ci ildə Mir Möhsün Nəvvabın 

təşəbbüsü ilə yaradılmış “Məclisi-fəramuşan” və nəhayət, əsrin 60-cı illərində Bakıda 

Məhəmmədağa Cürminin rəhbərliyi ilə “Məcməüş-şüəra” kimi ədəbi məclislər fəaliyyət 

göstərmişdir. Qeyd edək ki, klassik irsin öyrənilməsində, söz sənətinin xalq arasında 

təbliğ olunmasında, həmçinin yeni-yeni istedadların üzə çıxmasında ədəbi məclislərin 

böyük əhəmiyyəti olmuşdur. Bu ədəbi məclislərin iştirakçılarının əksəriyyəti əsasən 

Füzuli   ədəbi   məktəbinə   mənsub   olmuşlar.   Onlardan   bir   çoxu   öz   yaradıcılığında 

nəzirələrə daha çox yer ayırsalar da, hər biri özünəməxsus bədii ifadə tərzi, sözü və 

dəst-xətti   ilə   seçilmişdir.   Məclis   şairlərinin   çoxu   klassik   ədəbiyyatın   görkəmli 

nümayəndələri   səviyyəsinə   yüksəlməsələr   də,   onlar   klassik   ədəbi   janrların 

əksəriyyətində qələmlərini sınamış, ədəbi prosesin gedişində bu və ya digər dərəcədə 

iştirak etmişlər.

XIX   əsrin   ikinci   yarısından   XX   yüzilliyin   20-ci   illərinə   kimi   mövcud   olmuş 

“Məcməüş-şüəra” ədəbi məclisi təqribən yarım əsrdən çox fəaliyyəti dövründə bir çox 

nüfuzlu, qüdrətli şairlər yetirmişdir. Məhəmmədağa Cürmidən sonra Məşədi Azərin 

sədr olduğu bu ədəbi məclis eyni zamanda muğam, musiqi ocağı kimi təkcə Bakı və 

Abşeronda deyil, Şamaxı, Şuşa, Dərbənd, Lənkəran, Təbriz şəhərlərində də tanınmış, 

onun ayrı-ayrı üzvləri həmin şəhərlərdəki ədəbi məclislərlə əlaqə saxlamışlar. Təsadüfi 

deyil ki, “Məcməüş-şüəra” üzvü Haşım bəy Saqib “Məclisi-üns”ü təşkil edənlərdən biri 

Mirzə Rəhim Fəna ilə yaxından dostluq etmiş, onun vəfatından çox kədərlənmiş, bu 

münasibətlə şeir yazmışdır: 

Bivəfadür bu cəhan əhli, bütün mafiha,

Ey könül, eyləmə bir zərrəcə meyli-dünya.

Qəmə aludə ikən, gəldi genə qəm xəbəri,

Qapumi açdı xəbər verdi mana badi-səba.

Səfəri-axirətün dutdı yolın, fəryad et,

Ney kimi şamü səhər Mirzə Rəhim, yə`ni Fəna...

6



Həmin illərdə Ağakərim Salik, Əbdülxalıq Yusif, Əbdülxalıq Cənnəti, Məşədi Azər 

Buzovnalı, Ruhulla Qafil, Əbdülhəmid Mina, Məhəmmədağa Cürmi, Mikayıl Seydi, 

Qüdrətəli Qüdrət, Ağadadaş Müniri, Ağadadaş Sürəyya, Hacı Dadaş Qaib, Məhəmməd 

İsmayıl Asi, Mirzağa Dilxun və digər şairlərin əsərləri geniş oxucu kütləsi içərisində 

dərin rəğbət qazanmış, sevilə-sevilə oxunmuşdur. Məhz o dövrdə məşhurlaşanlardan 

biri də Haşım bəy Saqib olmuşdur.

Haşım bəy Hacı bəy oğlu Heybətbəyov 1870-ci ildə Bakının Buzovna kəndində 

tacir ailəsində dünyaya gəlmişdir. Yeri gəlmişkən, Heybətbəyovlar təkcə Buzovnanın 

deyil, eyni zamanda Bakının ən məşhur və qədim nəsillərindən biridir. Haşım bəy bir 

şeirində özü barədə belə deyir:

...Kişiyəm, türkdür əslim, nə farsam nə ərəb,

Əgərəm baş nə şəhü xanə, nə də ağayə.

Nokərəm türkə, təmizlikdə onun qanı hələ,

Salmayubdur özini rəngə, çıxub arayə.

Namımız Haşimdür, leyk təxəllüs Saqib,

Bildirübdür özin ədna ilə, həm ə`layə...

Məlum olduğu kimi, klassiklər dərin mənalı təxəllüslər seçməyə böyük əhəmiyyət 

vermişlər. Haşım bəyin təxəllüsü də bu baxımdan istisna deyildir. Belə ki, bir mənası 

“nüfuz edən, yarıb  keçən”, digər  mənası isə  “çox parlaq, çox nurlu”  olan  “Saqib” 

təxəllüsü Haşım bəy şəxsiyyətinə, Haşım bəy isə öz təxəllüsünə layiq bir şair olmuşdur. 

Haşım bəy Saqibin atası Hacı bəy Heybət bəy oğlu Bakıda, Dərbənddə, Petrovsk-

portda (Mahaçqalada) və Səmərqənddə ticarət mərkəzləri ilə əlaqə yaratmışdı. Haşım 

bəy gənc yaşlarından, xüsusilə atasının vəfatından sonra həmin şəhərlərdəki ticarət 

kontorlarının sahibi olmuş, hətta bir çox xarici ölkələrdə olan ticarət mərkəzləri ilə 

sərbəst alış-veriş etmişdir.

Haşım bəy ibtidai təhsilini hərtərəfli savada malik olan atasından, daha sonra 

atasının dostu və kəndlisi Kərbəlayi Əziz İmaməliyevin öz şəxsi mülkündə təsis etdiyi 

mədrəsədə   almışdır.   Məhz   bu   təhsilin   sayəsində   ərəb,   fars,   türk   dillərini,   Şərq 

ədəbiyyatını və tarixini, ilahiyyat elmini mükəmməl öyrənmişdir. Deyilənlərə görə, 

Haşım bəy Saqib iti hafizəsi və yüksək qavrama qabiliyyəti nəticəsində hətta özbək-

cığatay, rus dillərini və ədəbiyyatını da mükəmməl surətdə öyrənmişdir.

Təhsil aldığı illərdə atasına ticarət işlərində kömək etməyə başlamış, ilk şeirlərini 

də   həmin   dövrdə   yazmış,   sonralar   “Məcməüş-şüəra”   mühitində   bir   şair   kimi 

püxtələşmiş   və   “Saqib”   təxəllüsü   ilə   tanınmışdır.   Şübhəsiz,   onun   bir   şair   kimi 

yetişməsində   ilk  növbədə  Buzovna  ədəbi   mühitinin  və   Məşədi  Azər   Buzovnalının, 

sonralar isə Əbdülxalıq Cənnəti, Əbdülxalıq Yusif kimi şairlərin böyük təsiri olmuşdur. 

Ümumiyyətlə, Bakı kəndlərinin həmişə özünəməxsus ədəbi, mədəni və dini mühiti 

olmuşdur.  Buzovna  kəndi   də  bu  cəhətdən  istisna  deyil.  Bu   kənddən   Əliağa  Şərqi, 

Məhəmməd İsmayıl Asi, Hacıdadaş Qaib, Qüdrətəli Qüdrət, Ağasəlim Fədayi, Məşədi 

Azər və b. kimi məşhur şairlər, Şeyx Kamiyab, Şeyx Mirzəli, Axund Şeyx Cavad, Şeyx 

7



Yüklə 1,33 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   135




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə