Azərbaycan miLLİ elmlər akademiyasi məHƏMMƏd füzuli adına Əlyazmalar institutu



Yüklə 1,33 Mb.
Pdf görüntüsü
səhifə3/135
tarix01.08.2018
ölçüsü1,33 Mb.
#60455
1   2   3   4   5   6   7   8   9   ...   135

Musa və b. kimi böyük din xadimləri çıxmışdır. Haşım bəy Saqib məslək və qələm 

dostu Məşədi Azər Buzovnalını özünün ustadı saymış, bir çox şeirlərində onunla fəxr 

etdiyini və ona hədsiz minnətdarlığını bildirmişdir:

 

Saqib, cəhanə fəxr elə, ustadi-şe`rsən,



Tə`lim aldun Azəri-alicənabdən.

Və ya,


Çox təəccüb etmə, Saqib, mən qəzəl ustadiyəm,

Aləmə fəxr eylərəm, ustad Azərdür mana.

Başqa bir yerdə deyir:

Təfaxür Azər ilə eylə, Saqib, Azəristandə,

Təməllüq rəngi yox məndə, qəzəl təxtində sultandur...

Saqib həmçinin böyük ustad şair Əbdülxalıq Yusiflə də həm möhkəm dost olmuş, 

həm də onu özünə müəllim və ustad bilmişdir. Qəzəllərində Yusifə çox yer vermiş, 

şeirlərinə   nəzirələr   yazmış,   yeri   gəldikcə   ona   öz   ehtiramını   və   minnətdarlığını 

bildirmişdir:

Saqib, gər istəsön qəzəlün tərhini nədür,

Hər ləhzə şe`ri-Yusifi-alicənabə bax.

Və ya,


...Yusif qəzəlin al nəzərə şe`ri yazanda,

Saqib, bu sana fəxr, süxəndanlığun artar.

...Dedim: Saqib, neçün şe`rün belə peyvəstə şürbidür,

Dedi: Yusif kimi ustadə dərban oldığımdandur.

...Şe`ri kəsb eylədi Saqib rəvişi-Yusifdən,

O səbəbdən qəzəli lə`l kimi kandədür.

...Bica demüb bu şe`ri şirinkəlam Yusif:

“Ya fındığa dügün vır, ya qandur əhli-qalə”... 

Yaş fərqinə baxmayaraq, Haşım bəy Saqib dövrünün bir çox ədib, şair və ziyalıları 

ilə – Səməd Mənsur, Əlabbas Müznib, Mikayıl Müşfiq, Əlağa Vahid, Orucov qardaşları, 

sənət və musiqi aləmindən Sidqi Ruhulla, Hüseynqulu Sarabski, Mirzağa Əliyev, Mirzə 

Mənsur Mənsurov, Mirzə Fərəc, Qurban  Pirimov, Cabbar Qaryağdıoğlu ilə səmimi 

dostluq etmişdir. Onların bir çoxu ilə yaradıcılıq münasibətində olmuş, şeirlərinə nəzirə 

yazmış,   bəzilərinə   şeir   həsr   etmişdir.   Səməd   Mənsurun   məşhur   “Rəngdir”,   Əlağa 

8



Vahidin “Dəlidir” rədifli qəzəllərinə nəzirələri və s. bunlara misal ola bilər. Məşhur 

tarzən Mirzə Fərəcin vəfatı münasibətiılə yazdığı şeir onun nə qədər musiqi həvəskarı 

və muğam bilicisi olduğunu göstərməklə yanaşı, dostluqda möhkəm olmasına da bariz 

nümunədir:

Genə dövran sitəmi musiqiyə çəkdi Həsar,

Dutdı matəm eləyüb çaki-giriban Qətar,

Nitqdən düşdi cərəs, ağladı çəngü neyü tar,

Yardən gizlədüb ayinəsini ayinədar,

Tökdi əfşan yüzə giysulərini ol məhrüxsar,

Saqinün sağər əlində eləyür əşk nisar,

Dedim, ey saqi, əmandur, genə aləmdə nə var,

Verməyürsən meyi, öldürdi məni rənci-xumar,

Sağəri vırdi yerə sölədi, get, ol huşyar,

Fərəcün canını səyyadi-əcəl etdi şikar.

Yadə düşməz dəxi nə Şur, nə bir də Şəhnaz,

Pərdədən xaric olub rəsmi-Bəyati-Şiraz,

Əldə dəf xəstə müğənni eləməz əzmi-Hicaz,

Verdi səccadə meyə, tərk elədi razü niyaz,

Çıxdı mehrabdən hər zahid edüb tərki-nəmaz,

Salmayur yadinə hərgiz dəxi Məhmudi Əyaz,

Dəxi, heyhat, görə misli-Fərəc vəqti-diraz,

Yerü gög cüft ola, almaz əlinə tar nə saz,

Kim ilən fəxr edəcəkdür genə ol çərxi-fəraz,

Azəri kişvərini eylədi ənduhə düçar...

Haşım bəy Saqib Azərbaycan dövri mətbuatında da çıxış etmiş, “Yeni yol” qəzeti 

və “Maarif və mədəniyyət” jurnalı ilə əməkdaşlıq etmişdir. 1914-cü ildə “İqbal”, 1924-

cü ildə isə “Qızıl qələm” qəzetlərində şeirləri dərc edilmişdir.

Haşım   bəy   Saqib   eyni   zamanda   xeyriyyəçi,   maarifpərvər   bir   şəxs   olmuşdur. 

Buzovnadakı şəxsi mülkündə təmənnasız savad kursları açmış, kəndlilərinə ərəb, fars, 

türk,  rus  dilləri və  ədəbiyyatından,  Qur`ani-kərimdən,  habelə  klassik   ədəbiyyatdan 

dərs demişdir. Bu vacib və xeyirxah işə həyat yoldaşı Xoşsima xanımı da cəlb etmişdir. 

Xeyriyyəçi   şairin   maarifpərvərliyindən   danışarkən   bir   faktı   da   qeyd   edək   ki,   milli 

mətbuatımızın və nəşriyyatımızın təşəkkül tapmasında Haşım bəy Saqib qaynı Ruhulla 

Axundova maddi və mənəvi köməklik göstərmişdir. Xalqın maariflənməsinə və təhsilə 

çox önəm verən şair “Məarif söyləyir...” adlı şeirində deyir:

Məarif söyləyür, insan get ol, gəl,

Cəhalət söyləyür, nadan ol, gəl.

Məarif söyləyür, mövhumdən qaç,

Cəhalət yox deyür, mövhumə göz aç.

9



Məarif eyləyür insanı kamil,

Cəhalət məhv edüb yüz min qəbayil.

Məarif sərbəsər ruhi-rəvandur,

Cəhalət sərbəsər adı ziyandur.

Məarif xeyr işə eylər dəlalət,

Cəhalət göstərür rahi-zəlalət.

Məarif kimi aləmdə fən olmaz,

Cəhalət kimi heç düşmən olmaz...

 

Haşım bəy Saqib 1931-ci ilin dekabrında qəflətən vəfat etmişdir. Məzarı Bibiheybət 



qəbiristanlığındadır.

* * *


Haşım bəy Saqibin adına ilk dəfə olaraq, 1960-cı ildə nəşr olunan “Azərbaycan 

ədəbiyyatı   tarixi”   kitabında   rast   gəlirik.   Həmin   kitabda   “Məcməüş-şüəra”   ədəbi 

məclisinin bir üzvü kimi adı çəkilir və doğum tarixi 1868-ci il göstərilir.

Haşım bəy Saqibin bədii irsi ötən əsrin 80-cı illərindən nəşr edilməyə başlamışdır. 

1981-ci ildə mərhum şair və ədəbiyyatşünas Cəfər Rəmzinin böyük zəhmətlə toplayıb 

tərtib etdiyi “Deyilən söz yadigardır” (“Yazıçı”, 1981) kitabının I nəşrində Saqibin 20 

qəzəli və hər biri dörd misralıq 2 şeiri, 1987-ci ildə həmin kitabın II nəşrində isə 2 qəzəli, 

1  məsnəvisi  çap  edilmişdir.  Daha  sonra   mərhum  tədqiqatçı-filoloq  Məmməd   Nuru 

oğlunun nəşr etdirdiyi “Azərbaycan qəzəlləri” (Azərnəşr, 1991) kitabında şairin 2 qəzəli 

yer   almışdır.   Mərhum   tədqiqatçı-alim   Nəsrəddin   Qarayevin   tərtib   etdiyi   “Poetik 

məclislər”   (“Yazıçı”,   1987)   kitabında   da   Haşım   bəy   Saqib   haqqında   məlumat 

verilmişdir. Bundan əlavə, 1996-cı ildə Rəhimağa İmaməliyev tərəfindən Saqibin eyni 

adlı şeiri ilə adlanan “Kim-kimədir” (“Boz Oğuz”, 1996) kitabı işıq üzü görmüşdür. 

Qeyd edək ki, bu kitab Haşım bəy Saqibin adı xatırlanan kitablar sırasında məlumat 

baxımından daha zənginidir. Bu kitabda Haşım bəy Saqibin şeir və novhələri ilə yanaşı, 

onun haqqında filologiya elmləri doktoru Ağarəfi Zeynalovun məqaləsi, Saqibin qızı 

Nuriyyə xanımın xatirələri, akademik Ziyad Səmədzadənin anasının əmisi Haşım bəy 

Saqib   haqqında   xatirələri   və   saqibşünas   Cabbar   Baxşıyevin   yazıları   yer   almışdır. 

Tədqiqatçı-alim Axund Hacı Soltan Hüseynqulu oğlunun tərtib etdiyi “Azərbaycan 

dərvişləri və  rövzəxanları” (Bakı, 1995) və  “Gizli xəzinələrdən  incilər”  (Bakı, 2002) 

kitablarına   da Saqibin  şeirlərindən   nümunələr  daxil edilmişdir.   Haşım   bəy   Saqibin 

həyat   və   yaradıcılığı   haqqında   bilgi   verən   mənbələr   sırasında   Tomris   Babanlının 

“Haşım bəy Saqib haqqında” (Elm” qəzeti, 21 noyabr 2000-ci il) və AMEA Məhəmməd 

Füzuli adına Əlyazmalar İnstitutunun əməkdaşı, gənc tədqiqatçı Xatirə Yusifovanın 

“Haşım   bəy   Saqib   və   onun   əlyazmaları”   (“Elm”   qəzeti,   5   aprel   2002-ci   il)   adlı 

məqalələrinin də adını çəkmək lazımdır.

10



Yüklə 1,33 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   135




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə