Azərbaycan miLLİ elmlər akademiyasi məHƏMMƏd füzuli adına Əlyazmalar institutu



Yüklə 1,33 Mb.
Pdf görüntüsü
səhifə4/135
tarix01.08.2018
ölçüsü1,33 Mb.
#60455
1   2   3   4   5   6   7   8   9   ...   135

Ancaq   sadaladığımız   kitablarda   verilən   şeirlər,   aydın   məsələdir   ki,   Saqibin 

çoxşaxəli   yaradıcılığını   əhatə   etmir.   Haşım   bəy   Saqibin   əlyazmalarının   Azərbaycan 

Milli   Elmlər   Akademiyasının   Məhəmməd   Füzuli   adına   Əlyazmalar   İnstitutunda 

saxlandığı haqqında məlumatı ilkin olaraq, Sona Xəyalın 2000-ci ildə nəşr edilən “Əlli 

yaşlı xəzinədən əlli məqalə” adlı kitabından əldə etdik. Hal-hazırda fondda şairin 9 

əlyazması mühafizə olunmaqdadır. Bu əlyazmalardan daha çox diqqət çəkəni D-240 

şifrəsi altında saxlanılan, 121 vərəq həcmində olan, 21,5x33,5 sm. ölçülü dəftərdir. Bu 

əlyazmanın elmi təsvirini ilk dəfə Əlyazmalar İnstitutunun əməkdaşı tədqiqatçı-alim 

Sona   Xəyal   vermişdir.   Burada   mətn   müxtəlif   rəngli   qələmlərlə   nəstəliq   xətti   ilə 

yazılmışdır. Qəzəllər ardıcıl nömrələnmişdir. Qəzəllərin arasında ara-sıra tərkibbənd, 

tərcibənd, novhə, rübai kimi şeir nümunələrinə də rast gəlmək mümkündür. Şeirlərin 

ümumi sayı 479-dur. Əlyazmanın ilk vərəqi bu sözlərlə başlanır: “1347-ci ildə (1929) 

inşa olunan əşarlar Buzovna kəndinin sakini Haşım bəy Saqib tərəfindən”.

Diqqət   çəkən   əlyazmalardan   biri   də   Fr-173   şifrəli   fraqmentdir.   3  dəftər   və   62 

müxtəlif həcmli vərəqlərdə qəzəl, tərkibbənd və tərcibəndləri toplanmış, adi qələmlə 

yazılmışdır.   Vərəqlərin   birində   naməlum   şəxs   tərəfindən   Saqibin   ölüm   tarixi   qeyd 

edilib. Məlumata görə, “Haşım bəy Saqib 1931-ci ildə dekabrın 16-da dəfn olunmuşdur. 

Təxminən 63 yaşında”.

Digər bir nüsxə Fr-948 şifrəli əlyazmadır. Müxtəlif ölçülərdə olan əlyazma 144 

vərəqdən ibarətdir. Burada şairin müxtəlif illərdə yazdığı qəzəl, qəsidə, tərkibbənd, 

tərcibənd, novhə, mərsiyə, 1 məktubu və fars dilində bir sıra qeydləri mövcuddur.

Mənbələrdən biri də B-1454 şifrəsi altında mühafizə olunan əlyazmadır. Ölçüsü 

17,5x22 sm., həcmi 14 vərəqdir. Nəstəliq xətti ilə qara mürəkkəblə yazılmış əlyazma 

sonradan   sarı   rəngli   dəri   ilə   cildlənmişdir.   Bu   nüsxəyə   12   bənddən   ibarət   olan 

“Müsibəti-övladi-Fatimə (ə)” başlıqlı novhə və 5 digər novhə daxil edilmişdir.

Fr-1149 şifrəli əlyazma bir dəftər vərəqi həcmindədir. Adi qələmlə iki sütunda bir 

qəzəl yazılmışdır. Fr-1192 şifrəli əlyazmada isə nəstəliq xətti ilə yazılmış bir tərkibbənd 

vardır.


Səlman Mümtazın arxivindəki (fond 24) s/v 604-də 14x22 sm. ölçülü iki vərəqdə 

Saqibin bir qəzəli və bir mürəbbesi mövcuddur.

D-357 şifrəsi altında saxlanılan cüngdə 221-225-ci səhifələr arasında 5 qəzəli, Fr-

108-də bir dəftər vərəqi həcmində 2 qəzəli saxlanılır.

Bunlardan başqa şəxsi evlərdə də Haşım bəy Saqibə aid əsərlər saxlanılır. Axund 

Hacı   Soltan   Hüseynqulu   oğlunun   şəxsi   arxivində   qorunan   cüng   çox   dəyərlidir. 

Aşağısında   fabrikin   xüsusi   möhürü   vurulmuş   rus   kağızında   yazılmış   cüngün   cildi 

kartondan   olub,   üzərinə   mil-mil   parça   çəkilmişdir.   Qara   mürəkkəblə   yazılmış   330 

səhifədən ibarətdir. 32   şairin, əsasən novhə şairlərinin mərsiyələri toplanmışdır. Son 

50-60   səhifə   göy   rəngli   mürəkkəblə   yazılmışdır.   Xətti   şikəstə   ünsürlü   nəstəliqdir. 

Burada   Saqibin   biri   farsca   olmaqla   22   mərsiyəsi   vardır   ki,   bunlardan   da   bir   çoxu 

əlimizdə olan nüsxələrdə mövcuddur.

Başqa bir şəxsi arxiv mərhum Aydın Qaradağlının arxividir. Tədqiqatçı-alim, Bakı 

Dövlət   Universitetinin   baş   müəllimi,   filologiya   elmləri   namizədi   Vüqar   Qaradağlı 

tərəfindən bizə təqdim olunan əlyazma Aydın Qaradağlının xətti ilə kiril əlifbasında 

yazılmışdır. “Hər kəs öz keyfindədir” adlanan bu şeir Rəhimağa İmamverdiyevin tərtib 

11



etdiyi “Kim-kimədir” (“Boz Oğuz”, 1996) adlı kitabdakı şeirlə cüzi fərqləri vardır. Bizdə 

olan Saqibin avtoqrafı ilə bu nüsxənin arasında olan böyük fərqi nəzərə alıb hər iki 

variantı “Divan”a daxil etdik.

Digər bir nüsxə Hacı Mailin arxivində olan “Cünuni-əsr mənəm, keçdi növbəti-

Məcnun” rədifli qəzəldir. Kiril əlifbası ilə Hacı Mailin xətti ilə müxtəlif şairlərin şeirləri 

toplanmış dəftərə yazılmışdır. Bizdə olan nüsxə ilə cüzi fərqi vardır. Həmin dəftərdə 

Hacı Mail Haşım bəy Saqibə aid bir neçə beyti “laədri” (müəllifi məlum olmayan) 

imzası ilə vermişdir.

Sadalanan   bu   əlyazmalarda   şairin   Azərbaycan   və   fars   dillərində   klassik 

ədəbiyyatın müxtəlif janrlarında yazdığı əsərləri toplanmışdır. Burada qəzəl, qəsidə, 

müxəmməs, təxmis, tərkibbənd, tərcibənd, rübai, novhə, qitə, saqinamə və sair şeir 

nümunələrinə rast gəlmək mümkündür.

Əsər   üzərində   işlədiyimiz   zaman   bütün   bu   şeir   nümunələrinin   klassik   divan 

ədəbiyyatı üslubunda yazıldığını nəzərə alaraq Saqibin “Divan”ını tərtib etməyi qərara 

aldıq. Əvvəlcə qəzəlləri əski əlifbanın qaydalarına müvafiq olaraq sıraladıq. Sonra isə 

digər şeir növlərini ardıcıllıqla “Divan”a daxil etdik. Fikrimizcə, şairin özünün də nə 

vaxtsa əsərlərini “Divan” halında görmək arzusu olmuşdur. Lakin keşməkeşli zəmanə 

onu bu fikrini həyata keçirməyə qoymamışdır. Qəzəllərindən birində şair bir “mişkin 

qələm”in gəlib bu işi görəcəyinə ümid bəslədiyini yazır:

Əş`ar cəm`in etmək içün qorxma, Saqiba,

Təşvişə düşmə zərrəcə, mişkin qələm gəlür.

Haşım bəy Saqibin poeziyası zərif duyğular poeziyasıdır, həyata, insana böyük 

məhəbbətin ifadəsidir, vətənpərvər və humanist bir şairin könül nəğmələridir. Saqib 

şeiri xalqın sevinci, kədəri, bir sözlə, həyatının bədii əksidir. Bu şeirlər bayatılar kimi 

təsirli, nağıllar kimi əsrarəngiz, dastanlar kimi təravətlidir.

Saqibin yaradıcılığında qəzəl janrı üstünlük təşkil edir. Bu da təbiidir. Lirikanın 

mühüm qolu olan bu janr vasitəsilə şair duyğu və düşüncələrini, arzu və istəklərini 

oxucuya, dinləyiciyə daha tez və daha yığcam çatdırmaq imkanı tapır. Şair klassik şeir 

növlərinin, xüsusən qəzəlin əleyhinə olanlara cavab olaraq yazır:  

Qəzəl zəmani degül, hər yetən deyür, Saqib,

Qulaq verməgilən, dinü dil ver əş`arə.

Haşım bəy Saqibin qəzəlləri son dərəcə sadə, səmimi və anlaşıqlıdır. Təbiiliyi, 

lirizmi, bədii gözəlliyi ilə qəlblərə yol tapır. Saqibin qəzəlləri dövrünün mənfi aləminin 

güzgüsüdür, gözəllik və səadət haqqında şairanə duyğuların ifadəsidir. 

Saqibin bədii irsində özünəməxsus yer tutan novhələri, əsasən Kərbəla faciəsinə və 

bu   faciənin   əsas   qəhrəmanı   İmam   Hüseynə   (ə)   həsr   olunmuşdur.   Bu   novhələrdə 

duyulan   ah   və   fəğan   şairin   kədər   və   acılarıyla   bərabər,   eyni   zamanda   dövrün 

haqsızlıqlarına etiraz səsidir. Ümumiyyətlə, Vətənini, millətini böyük məhəbbətlə sevən 

şairin   yaradıcılığı   boyu   kədər,   hüzn   onu   müşayiət   edir.   Saqib   şeirlərində   olan   bu 

12



Yüklə 1,33 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   135




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə