Azərbaycan miLLİ elmlər akademiyasi məHƏMMƏd füzuli adına Əlyazmalar institutu



Yüklə 1,33 Mb.
Pdf görüntüsü
səhifə5/135
tarix01.08.2018
ölçüsü1,33 Mb.
#60455
1   2   3   4   5   6   7   8   9   ...   135

hüznlə,   sanki   dövrünün   bütün   kədərini   öz   üzərinə   toplayaraq,   gözəllik   və   səadət 

həsrəti ilə yaşayır.

Geniş oxucu kütləsi üçün nəzərdə tutulan bu kitab hər bir söz xiridarına Haşım 

bəy   Saqib   irsi   ilə   yaxından   tanış   olmaqda,   Saqib   şeirini   duymaqda,   öyrənməkdə 

yardımçı ola bilər.

Ümid   edirik   ki,   dövrün,   rejimin   siyasəti   ucbatından   vaxtilə   unudulan, 

xatırlanmayan cavidan şairimiz Haşım bəy Saqib adına ədəbiyyat dərsliklərində də rast 

gələcəyik. 

Şikayət eyləmə çox, e`tibarımız getdi,

Tələsmə, səbr elə, xoşbəxt bir zəmanə yetər. 



Hacı Mustafa Mailoğlu

 

13




QƏZƏLLƏR

14



Əgər zatun nihandur, heç nihan etməz əyan peyda,

Əyandur, bəs olubdur ol əyandan asiman peyda.

Əyansan, qabiliyyət yoxdu bu ayinə göstərsün,

Bu zatun göstərür, olmış bu əbruyi-kəman peyda.

Səni Məcnuni-rüsva görməseydi Leyli hüsnində,

Dəmadəm ney kimi eylərdi heç ahü fəğan peyda?

Bir şuxun vermisən eşqin mənə, bu fitnəsindəndür,

Şəbi-hicran gözümdən eyləmiş dəryayi-qan peyda.

Qılanda şanə zülfin ney kimi könlüm fəğan eylər,

Məbada olmasun sərfitneyi-axirzəman peyda.

Gəhi zünnar olur zülfün, gəhi zənciri-divanə,

Gəhi Zöhhak duşində olub əf`i ilan peyda.

Kəsad etmiş cəmali-Yusifi bazari-hüsn içrə,

O gün ki oldı, Saqib, ol büti-namehriban peyda.

* * *

Vəsfi-rüxsarun oxur “leylətül-əsra”, əsra,



Göz sərün xəstəsidür, nərgisi-şəhla, şəhla.

Kimdür aləmdə gözəl kim, sora Məcnun-Məcnun,

Deyəcək bu sözi Məcnun genə: Leyla-Leyla.

Demə, Yə`qub, bu qədr hicrdə Yusif-Yusif,

Eylədi eşqi Züleyxanı da rüsva-rüsva.

Ey kəlim, gəl bu məhün kuyinə heyran-heyran,

Ehtiyat eylə, degül vadiyi-Sina, Sina. 

Desə Fərhad, nə oldı, hanı Şirin-Şirin,

Bisütun dad eləyür özi bu dünya-dünya.

Getdi əğyar evinə Leyli də xəndan-xəndan,

Dutma, Məcnun, bu qədər daməni-səhra, səhra.

Nə qədr eyləyüm hicran güni nalə-nalə,

Göz yaşım qərq elədi aləmi dərya-dərya.

 Məhəmməd Peyğəmbərin (s) meraca getdiyi gecə



15


Sərhədi-məqsədə, Saqib, nəyin olmaz-olmaz,

Özüvə qılma sitəm boş yerə, bica-bica.

* * *

Hüsn bazarinə çıxma, göz vırar o-bu sana,



Rəşkdən çak eylərəm dil, dursa kim qarşu sana.

Bağə girsön, durma, keç, göstərmə ariz laləyə,

Mən kimi pabənd olur, ey sərvnazım, u sana.

Dutmuş əldə sünbüli-tər min bəla peykanların,

Lafi-həmrəngi uranda ol güli-şəbbu sana.

Rubəru durma, gözəlsən çox, düşərsən heyrətə,

Hüsnüvün ayatını göstərsə gər güzgu sana.

Çin-çin et, sal boynuma, divanələr zənciridür,

Tab qılmazsan, ağırdur bu qəra giysu sana.

Ləblərün fikrilə, zalim, bağrımi qan eyləmə,

Verməgə əğyarə dil, ögrədməsün bədgu sana.

Qıl təhəmmül bari-qəm çəkməkdə, ey dil, naqə tək,

Gəlmə ney tək naləyə, gər açsa möhnət ru sana.

Vermə dil qal əhlinə, axır edər rüsva səni,

Guşeyi-meyxanələrdə olsa həmzanu sana.

Saqiba, e`raz qıl əhli-həsəddən, müxtəsər,

Guşeyi-viranda bəsdür söhbəti-bayqu sana.

* * *


Mübtəla, kaş, olmayeydim, ey kəmanəbru, sana,

Kim verür meyxanədə mənsiz şərab ağu sana.

Badə içdikdən sora, gör, bir nə rəngə düşmisən,

Birbəbir, dur bir müqabil, göstərür güzgu sana.

Etmisən bədməstlik izharını, ey qönçələb,

Min işarə eyləmiş barmaq ilə bu, u sana.

16



Qədrüvi bil, heyfsən, sındırma gül tək qədrüvi,

Hər yetən meyxanələrdə oldı həmzanu sana.

Badələr sağər içində lə`li-nabun məstidür,

Nəş`əsən başdan-əyağə, bəs degülmi bu sana?

Pərtövi-şəm`ə günəş möhtac olsa, eybdür,

Şəm` gündən pərtöv almış, mən genə bədgu sana.

Ləhzə-ləhzə çak qıldun bu dili-viranəmi,

Xəsm ola, ey tiri-qəmzə, türreyi-giysu sana. 

Olmaz hiç səyyadidə ahuni kim, seyd eyləmək, 

Ram olmaz, Saqiba, ol dilbəri-bədxu sana.

* * *

Könül, verəndə bu məhvəş şərabi-nab sana,



Al içgilən, desə də xanimanxərab sana.

Ayılma, yıx özüvi, durma xüm əyağından,

Görüm ki, neynəyəcəkdür bu inqilab sana.

Şərabxanədə nisyə şərabə meyl etmə,

Piyalənün yerinə xüm olur hesab sana.

Əzab olmayacaqdur sana qiyamətdə,

Verür bu mahvəşün firqəti əzab sana.

Məni bir ah ilə, qoy, zülfüvi edim əfşan,

Vırar göz, açma yüzün, mahü afitab sana.

Sual eyləmə məndən, nədür mey, ey zahid,

Çətindür, anlamasan,

 nə verüm cəvab sana.



Cəhandə, get, oxı eşqün risaləsin, Saqib,

Fəqihi-mədrəsə, qoy, açmasun kitab sana.

* * *

  

Yaraşmaseydi bu qamət, bu gülüzar sana,



Əsir olmaz idim, nə belə düçar sana.

 Anlamazsan 



17


Müqabil olmagilən, güzgu oğrayar hüsnün,

Niqabdur, yüzə tök, zülfi-müşki-mar sana.

Qaşun qılıncı da can qəsdin eyləyər, ey məh,

Bu tiri-qəmzədə qalmış hər ixtiyar sana.

Dolanma kuyinə ol sərvqamətün, ey dil,

Olub rəqibə bu məhvəş, dəxi nə var sana.

Nə məqsədün ola könlündə, yetməmiş yerinə,

Əman verərmi məgər çərxi-kəcmədar sana?

Gətürmə xatirə, dildar kuyinə yetərəm,

Şəbi-fəraqdə, bəsdür min ahü zar sana.

Bu ahu gözliyə, Saqib, əgərçi heyransan,

Olan degül, yemə xuni-cigər, şikar sana.

* * *

Eyləməz tə`sir neyçün ahü əfğanlar sana,



Ehtiraz et, açılur çaki-giribanlar sana.

Sərvqədlər vadiyi-heyrətdə sərgərdanidür,

Vəsfi-hüsnündə qul olmaz mahi-Kən`anlar sana.

Üzməsən


 əğyardən dil zərrəcə, ey səngdil,

Gündə min dəf`ə fəda etsəm əgər canlar sana.

Bilmədim mən, sən haçan seyd eylədün könlüm quşın,

Gör, necə nüsrət verüb bu tiri-müjganlar sana.

Türreyi-pürpiçi-yarə mübtəlasən, ey könül,

Göstərür dami-cünun zülfi-pərişanlar sana.

Bu gözəl rüxsar ilə gülzarə qoyson gər qədəm,

Lalənün bərgin nisar eylər gülistanlar sana.

Etgilən əş`arə diqqət, kimsə irad etməsün,

Afərinlər söləsün



, Saqib, qəzəlxanlar sana.

* * *


 Üzməzsən



 Söyləsin



18



Yüklə 1,33 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   135




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə