Azərbaycan miLLİ elmlər akademiyasi məHƏMMƏd füzuli adına Əlyazmalar institutu



Yüklə 1,33 Mb.
Pdf görüntüsü
səhifə7/135
tarix01.08.2018
ölçüsü1,33 Mb.
#60455
1   2   3   4   5   6   7   8   9   10   ...   135

Bir qiyam ilə qədün yüz min qiyamət göstərür,

Yüz açur heyhat, bir də məhşəri-digər mana.

Ah, neylüm, qərqi-xunabi-sirişkəm hicrdə,

Hər tərəf döndükcə qəm olmış hücumavər mana.

Zahida, meyxanə dut, gəl, vəsfi-cənnət etmə çox,

Dur, gedək cənnət dalıyca, hardadur, göstər mana.

Saqiba, əhsən, fəsahət mülkinün sultanisən,

Yox ləyaqət Sə`diyi-Şiraz ola çakər mana.

* * *

      


Rubəru ayinəyə durma, degülsən tay ona,

Oğrar əksi-hüsnüvi, ey şux, vermə ray ona.

Arizünlə gül necə həmrənglik lafın vırar?

Rəng bu hüsnündən almış, zərrə yetmiş pay ona.

Qaf tək xəm etməz idi qəddimi, ey sərvqəd,

Qaşlarun ta verməseydi gözlərün fitvay ona.

Dutmaq olmaz, gün dutuldı, düşmə, ey dil, heyrətə,

Durmaseydi gər müqabil naz ilə bu ay ona.

Qətlimə səf-səf düzübdür navəki-müjganların,

Məst olub nəqqaş, çəkmiş, gör, nə əbru yay ona.

Xalə bax, düşmiş necə mabeyni-əbru xaldə,

Biədəb yer tapmıyur, gör, harda olmış cay ona.

Eşq dəryasinə hər kim düşdi, əl çək, qərqdür,

Qıl həzər, divanə könlüm, girmə, yoxdur say ona.

Çöllərə el tə`nəsindən qaçdı Məcnun, Saqiba,

Daməni-səhradə xoşdur naleyi-eyvay ona.

Asəfa



, ver Nadirə sınmış qəzəl gəhvarəsin,



Guşeyi-viranədə bayqu oxur lay-lay ona.

 

* * *



 

Şair Əliheydər Asəf (1874-1930) Haşım bəy Saqibin yaxın dostu, “Məcməüşşüəra” ədəbi məclisinin üzvü olmuşdur. 



24


Şərabi-nabdən insan kimi iç, can olar peyda,

Əgər can olsa peyda, canidən insan olar peyda.

Dağıtma əqlüvi, əl çək, ərəqdən ictinab eylə,

Səni rüsva edər, rüsvadən hər heyvan olar peyda.

Meyi-əngurdən saf olsa, iç meyxanə küncində,

Səbu küncində bəh-bəh qətrəsindən qan olar peyda.

Gədayə vırma tə`nə, əl gətür, ey düşkini-şərbət,

Anı təhqir qılma, əqldən sultan olar peyda.

Özüvi mübtəla çox etmə, zahid, qeydi-təsbihə,

Məgər ondan sana bir zərrəcə iman olar peyda?

Gözəlsən, yox sözüm, beş günlik içün çox də fəxr etmə,

Təfaxür eyləməkçün Yusifə zindan olar peyda.

Təhəyyürdə qalıbdur xəlq kim, Saqib qəzəlgudur,

Nə müşkil əmr ola insan içün asan olar peyda.

* * *

 

Gəzəndə zülfin içrə şanə eylər müşki-tər peyda,



Dili-divanəm əmma nalə ney tək eyləyər peyda.

Ləbündən kami-dil almaqlığun, ey şux, müşkildür,

Müyəssər müft olmaz, etməsəm xuni-cigər peyda.

Qan etmə bağrımı bir ləhzə dil əğyarə verməkdə,

Həzər qıl ah odından, etməsün ahi-səhər peyda.

Cəhani fitnə dutmuşdur, girürsən gündə bir rəngə,

Kəlimə kim edübdür Turdən nari-şəcər peyda?

Degül zatun nihan, göz yox ki, görsün şəm`i-rüxsarun,

Kim etsün mən kimi görməkligə kəsbi-hünər peyda.

Nə bipayan cəlali-basəfadur səndə kim, vardur,

Qəra toprağdən kim sən tək eylər simübər peyda.

Fəqihün bəzminə yüz dutma, Saqib, badə aludə,

Məbada mey içə təsbih ilə, eylər kədər peyda.

25



* * *

Mənimçün necə oldı bilmədim bu simübər peyda,

Qoyub qan bağrıma, hər ləhzədə min naz edər peyda.

Gələndə ləblərün göftarə hər dəm, ey kəmanəbru,

Edər Qarun içün gənci-sədəf, dürrü gühər peyda.

Xəcil qıldun üzari-laləni gülzar seyrində,

Kəlimə eylədün bu hüsn ilə nari-şəcər peyda.

Əsüb badi-səba rədd eyləyəndə zülfi-pürçinün,

Yüzündən zahir oldı gah şəmsü gəh qəmər peyda.

Kəman dut, gözlərimdə məskən etsün tiri-müjganun,

Məbada dildə məskən eyləyə, eylər xətər peyda.

Cəmali-Yusifə Yə`qub hərgiz fəxr eyləməzdi,

Əgər olseydi sən tək sərvqəd, gülrüx pəsər peyda.

Qəfəsdə tutini lal eylədi göftari-şirinün,

Edüb Harun bu lə`li-ləblərün qəndü şəkər peyda.

Çətindür, ey pərivəş, bir nəfəs kim, səndən ayrılmaq,

Rüxi-alundən olmış bağ ara gülbərgi-tər peyda.

Nihali-zəhrə versön su əsəldən baği-cənnətdə,

Həman zəhrün verür, qılmaz dəxi şirin səmər peyda.

Qalubdur xəlqi-aləm vadiyi-heyrətdə sərgərdan,

Qəzəldə, Saqiba, sən etmisən mö`ciz məgər peyda?

* * *


Xəm qaşun tək bari-eşqün eyləmiş qəddim düta,

Qaf qəddin xəm edüb, qəddim nədür, ey məhliqa.

Xəlq təklif eyləyür mən səndən, ey məh, əl çəküm,

Eyləmək asan degül Məcnuni Leyladən cüda.

Eşq bir dəryayidür, kim düşsə, fövrən qərq olur,

Əvvəlü axir yox onda, həddinə yox intəha.

26



Yanə-yanə eşq rəsmin kəsb qıl pərvanədən,

Kuyi-eşqə getməgə pərvanə tək yox rəhnüma.

Eylə sərməst eylədi Məcnuni-zari cami-eşq,

Bilmədi, başında tikdi ah ilən quşlar yuva.

Eşq odunın zərrəsi bir bərqi-aləmsuzdür,

Hər yerə bir zərrə düşsə, yandırar, eylər fəna.

Cami-eşqün məsti bilməz zərrəcə can qədrini,

Şövq ilə cananinə minnət çəkər, eylər fəda.

Eşq uymaz bu fəqihi-mədrəsə fitvasinə,

Mürşidi-meyxanəyə sərməst eylər iqtida.

Eşqüvün sövdasıdur bu Saqibi rüsva edən,

Türreyi-mişkinüvə etmiş özini mübtəla.

* * *

                     



Dutma, Məcnun, bu qədər daməni-səhra, səhra,

Tökülüb üstüvə möhnət yüki dərya, dərya.

Vergilən fikrüvi bir ləhzə cərəs naləsinə,

Nə deyür, gör nə salub aləmə qovğa, qovğa.

Quş yuva tikdi başunda, genə yoxdur xəbərün,

Getdi əğyar evinə naz ilə Leyla, leyla.

Lə`nət olsun bu kəmanqaşlu məhparələrə,

Yox vəfa, rəhm bularda dəxi əsla, əsla.

Bəsdür, ey dil, elədün nalə şəbi-hicranda,

Özüvi eyləmə bica yerə rüsva, rüsva.

Dedi, gəlləm o pəriçöhrə, öpərsən ləbimi,

Gəlmədi, bir də dəxi gözləmə bica-bica.

Qəmi-hicranə əlac eyləmək olmaz, Saqib,

Verə saqi sana gər badəni mina-mina.

* * *

27



Yüklə 1,33 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   135




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə