Azərbaycan miLLİ elmlər akademiyasi məRKƏZİ elmi Kİtabxana



Yüklə 23,47 Kb.
Pdf görüntüsü
səhifə12/51
tarix29.09.2017
ölçüsü23,47 Kb.
#2431
1   ...   8   9   10   11   12   13   14   15   ...   51

böyük  təcrübəyə  malikdir.  Eyrıi  AKİS-i  sonradan  qəbul 
edən  Azərbaycan  Milli  Elmlər  Akademiyasmm  Mərkəzi 
Elmi  Kitabxanası  və Bakı  Dövlət Universitetinin Elmi Ki- 
tabxanası  ilk vaxtlarda məhz  Prezident kitabxanasmm  təc- 
rübəsindən faydalanıblar.
2008-ci  ildən  etibarən Prezident kitabxanası  “İRBİS- 
64”  vasitəsilə  oxuculara  məsafədən  xidmət  etməyə  başla- 
yıb,  kitabxanada  İntemet oxu zalı  yaradılıb.  15  oxucu yeri 
olan  və  İntemetə  daimi  çıxışı  olan  bu  zalm  xidmətindən 
oxucular geniş  şəkildə istifadə  edirlər.  2011-ci ildən  etiba- 
rən zalda Wi-Fi (Simsiz Intemet) xidməti göstərilir.
Kitabxanada  müasir  texnologiyalarla  əlaqədar  bütün 
işlər “Kitabxana  işinin avtomatlaşdırılması  və  elektron  re- 
surslar”,  “Komplektləşdirmə,  kitabişləmə  və  elektron  ka- 
taloq” şöbələri və “Elektron informasiya nəşrləri” adlı böl- 
mə  vasitəsilə  həyata  keçirilir.  2011-ci  ilin  göstəricilərinə 
görə,  Prezident  Kitabxanasmm  elektron  kataloqundakı 
biblioqrafik yazılann sayı 223500-dür.
Azərbaycanda elektron  kataloqlarm yaradılması  işin- 
də  ali  təhsil  müəssisələrinin  kitabxanaları  da  əhəmiyyətli 
rol  oynayırlar.  BDU-nun  Elmi  kitabxanası  ilə  yanaşı,  Xə- 
zər Universitetinin Kitabxana-İnformasiya Mərkəzi,  Azər- 
baycan  Dillər  Universitetinin,  Azərbaycan  Dövlət  İqtisad 
Universitetinin  və  Tibb  Universitetinin  kitabxanaları  da 
“İRBİS-64”  AKİS  vasitəsilə  EK  sistemlərini  qurub  istifa- 
dəçilərin ixtiyarma veriblər.
46  | 
C.A.Cafərov
Xəzər  Universitetinin  Kitabxana-İnformasiya  Mər- 
kəzinin  elektron  kataloqu.  Xəzər Universitetinin Kitabxa- 
na-İnformasiya  Mərkəzinin  (KİM)  elektron  kolleksiyası 
Azərbaycan,  ingilis,  rus, türk, ərəb, fars,  alman,  fransız,  is- 
pan,  italyan,  yapon,  çin  və  digər  müasir  Avropa  və  Şərq 
dillərində olan  iqtisadiyyat və menecment, mühəndislik və 
tətbiqi  elmlər,  təhsil,  sosial  elmlər,  siyasi  elmlər  və  bey- 
nəlxalq münasibətlər,  hüquq,  dil,  incəsənət, memarlıq,  fəl- 
səfə,  ədəbiyyat,  tarix,  tibb  və  digər  sahələrə  aid  çap  və 
elektron  materialları  əhatə  edir.  Kitabxana  materiallarmm 
təxminən  75%-i  ingilis  dilindədir.  Dünyada nəşr  olunmuş 
dərsliklər,  həmçinin  Xəzər  Universitetinin  Nəşriyyatmm 
nəşrləri  kitabxananm  elektron  məlumat bazasında əks  olu- 
nub.
KİM-in  birdilli  və  ikidilli  ensiklopediyalar  da  daxil 
olmaqla  zəngin  soraq-məlumat  kolleksiyası  var.  Mərkəz 
Azərbaycanda  ingilisdilli  dərslik və  digər  materiallara  gö- 
rə  ən  geniş  kitabxana  olmaqla  yanaşı,  həm  də  ən  böyük 
özəl  universitet  kitabxanasıdır.  KİM  1999-cu  ildən  etiba- 
rən  Dünya Bankınm,  2005-ci  ildən  isə  Asiya İnkişaf Ban- 
kımn  Azərbaycandakı  “Regional  depozitar  kitabxana”sı 
kimi  fəaliyyət göstərir.  Depozitar kitabxananm kolleksiya- 
sı  Xəzər  Universitetinin  müəllim-tələbə  heyətinin  daim 
artmaqda olan tələblərinə tam şəkıldə cavab verir.
Burada  istifadəçilər  elektron  kataloq  vasitəsilə  ingi- 
lis,  Azərbaycan,  rus  və  digər  dillərdə  olan  kitab,  jumal, 
dövri  mətbuat,  video  yazılar  və  CD-ROM-larm  axtanşmı
Kitabxana-informasiya xidmətində elektron kataloq
  |  47


apara bilirlər.  Universitet kitabxanası  öz  elektron kataloqu 
vasitəsilə dünya üzrə mövcud e-kitab,  e-jumal,  veb sayt və 
məlumat  bazalarma  onlayn  girişi  təmin  edir.  Xəzər  Uni- 
versitetinin  elektron  kataloqu  həm  çap  olunmuş,  həm  də 
çap  olunmamış  kitab,  jum al,  multimedia  və  elektron  re- 
surslar  kimi  materiallann  biblioqrafık  yazılarım  özündə 
əks etdirir.
Son bir  neçə  il  ərzində  tədqiqatçılara kömək  məqsə- 
dilə  KİM-in  Elektron  Arxivi  yaradılıb.  Arxivə  Universite- 
tin  və  onunla  əməkdaşlıq  edən  tədqiqatçılarm  birgə  apar- 
dıqları tədqiqat işləri daxil edilir.
2011-ci  ilədək  KİM-də  “İRBİS-64”  AKİS  vasitəsilə 
136 min biblioqrafik yazı  elektron kataloqa daxil edilib.
Azərbaycan Dillər  Universitetinin  Kitabxanasının 
elektron  kataloqu.  Azərbaycan Dillər Universitetinin Ki- 
tabxanasmda EK-in yaradılmasma  son bir neçə  ildə  başla- 
nılıb.  Kitabxananm “Avtomatlaşdırma və informasiya tex- 
nologiyalan” bölməsi bilavasitə EK-lərm yaradılması,  mü- 
hafizə  və  yenilənməsilə  məşğul  olur.  Bölmənin  qarşısmda 
duran  əsas  vəzifələr  kitabxanada  avtomatlaşdırma  işini 
yüksək səviyyədə  təşkil  etmək,  qlobal  və  lokal  şəbəkə  va- 
sitəsi  ilə  ölkədaxili və ölkədənkənar kitabxanalar,  müxtəlif 
təşkilatlar və dövlət  stmkturları  ilə əlaqələr yaratmaq,  yeni 
informasiya texnologiyalarınm  inkişafı  ilə  əlaqədar  ən  son 
yenilikləri  Universitet  kitabxanasında  tətbiq  etmək,  kitab- 
xanada  istifadəçi  sorğularmm  operativ,  sistematik,  obyek- 
tiv və  müasir səviyyədə  (İntemet,  tam mətnli  elmi  bazalar,
48  [ 
C.A.Cəfərov
müxtəlif informasiya-resurs  mənbələri vasitəsilə)  ödəmək- 
dir.  Ölkəmizdəki  bir çox kitabxanalar kimi,  Dillər Univer- 
sitetinin  Kitabxanasmda  da  EK-in  yaradılması  məqsədilə 
“İRBİS-64”  AKİS-dən  istifadə  olunur.  Kitabxananm əmək- 
daşlan  son  7  il  ərzində  67  min  kartoçka  kataloqunu  elek- 
tronlaşdırıblar.
Azərbaycan  Dövlət İqtisad  Universitetinin  Kitab- 
xana-İnformasiya  Mərkəzinin  elektron  kataloqu.  Azər- 
baycan  Dövlət  İqtisad  Universitetinin  Kitabxana-İnforma- 
siya Mərkəzi  də 2005-ci ildən etibarən yeni texnologiyala- 
nn  tətbiqi  nəticəsində  EK  sistemini  xeyli  genişləndirə  bi- 
lib.  Kitabxana-İnformasiya Mərkəzində EK-in yaradılması 
üçün “İRBİS-64” AKİS-dən  istifadə edilir.  Mərkəzin elek- 
tron kataloqu  bir neçə  aidiyyatı  kitabxananm birləşmiş  ka- 
taloqudur.  Kataloq,  iqtisadiyyat,  siyasət,  sosiologiya  və 
təhsil  üzrə  həm  çap  materiallannm,  həm  də  elektron  sə- 
nədlərin  biblioqrafık yazılarmdan  ibarətdir.  EK-də  axtanş 
nəticəsində  tapılan  sənədin  elektron variantma  (varsa)  bir- 
başa  keçid  mümkündür.  Hazırda  Mərkəzdə  53  min  ənə- 
nəvi  kataloq elektronlaşdmlaraq  həm lokal,  həm də  qlobal 
şəbəkə vasitəsilə oxucularm istifadəsinə verilib.
Mərkəzin EK-ində axtanşı asanlaşdırmaq üçün ETMDR 
(elmi-texniki  informasiyanı  sistemləşdirən  müxtəlif  bilik 
sahələri  üzrə  universal,  üç  səviyyəli  iyerarxik klassifıkasi- 
ya sistemi) mbrikatomndan istifadə olunur.
AMEA  MEK-in  elektron  kataloqu.  Ölkəmizdə  EK- 
in  yaradılması  üzrə  aparıcı  kitabxanalardan  biri  də  Azər-
Kitabxana-informasiya xidmətində elektron kataloq
  |  49


Yüklə 23,47 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə