Azərbaycan miLLİ elmlər akademiyasi məRKƏZİ elmi Kİtabxana



Yüklə 23,47 Kb.
Pdf görüntüsü
səhifə14/51
tarix29.09.2017
ölçüsü23,47 Kb.
#2431
1   ...   10   11   12   13   14   15   16   17   ...   51

Bütün  qeyd  olunanlan  ümumiləşdirərək  deyə  bilərik 
ki,  2003-2004-cü  illərdən  etibarən  iri  kitabxanalarımızda 
elektron  kataloqlann  yaradılması  müasir  AKİS-lərin  kö- 
məyilə  həyata keçirilir.  Belə AKİS-lərdən  istifadə növünə, 
səviyyəsinə  görə  kitabxanalarımız  həm  oxşar,  həm  də 
fərqli nəticələr əldə ediblər.  Bəzi kitabxanalarımız AKİS-ə 
malik  olsalar  da  ondan  çox  məhdud  şəkildə  yararlanır 
(Respublika  Elmi  Texniki  Kitabxanası,  Respublika  Elmi 
Tibb  Kitabxanası  və  s.),  bəziləri  hələ  də  avtomatlaşdırma- 
nm  etibarlılığma  şübhə  ilə  yanaşaraq,  yalnız  ənənəvi  pro- 
sesləri  davam  etdirir  (əsasən  uşaq  kitabxanaları  və  regio- 
nal kitabxanalar), bəzi  kitabxanalanmız  isə yaxın gələcək- 
də  bütün  prosesləri  elektronlaşdırmaq  üçün  texniki  infra- 
struktur yaradır.
Kitabxanaşünas-alim  A.Əliyeva-Kəngərli  İKT-dən 
istifadə  səviyyəsinə  görə  kitabxanaları  müxtəlif  qruplara 
ayırır.  Yuxandakı  bölgü  üzrə  birinci  qrup  kitabxanalar 
inersiyalı  (ətalətli),  ikinci  qrup  kitabxanalar dinamik (inki- 
şafda olan)  (belə  kitabxanaları  hibrid kitabxanalar da ad- 
landırırlar-C.C.),  üçüncü  qrup  kitabxanalar  isə  mühafızə- 
kar  kitabxanalardır.  Alimin  fıkrincə,  informasiya  texnolo- 
giyalannm  tətbiqi  fonunda  müasir  kitabxanaların  inkişafı 
3  əsas  fazada özünü biruzə verir:
1. 
Fondu əsasən kağız üzərində formalaşan və ənənə- 
vi  kitabxana  texnologiyasımn  hakim  olduğu-kağız  fondlu 
kitabxanalar;
54  | 
C.A.Csfərov
2.  Fondu kağız üzərində qalan, lakin bir çox texnolo- 
ji  prosesləri  kompyuterləşmiş  formada  həyata  keçirilən- 
avtomatlaşdırılmış kitabxanalar;
3.  Fondunun əksər hissəsi elektron formatda qorunan 
və  istifadə  olunan,  texnoloji  prosesləri  bütövlükdə  avto- 
matlaşdırılmış-elektron kitabxanalar [42,  s.  17].
Hazırda  iri  kitabxanalanmız  bu bölgüyə  əsasən  ikin- 
ci mərhələdən üçüncü mərhələyə doğru irəliləyirlər.
Tədqiqatlanmız  göstərir  ki,  Milli  Kitabxana  istisna 
olmaqla,  iri  kitabxanalarımızın  böyük əksəriyyətində  “İR- 
BİS  64”  AKİS-in  tam  komplekti  tətbiq  olunur.  Bu  sistem 
fondun  komplektləşməsindən  tutmuş,  kitab  verilişinədək 
bütün  kitabxana proseslərinin  avtomatlaşdmlmasım  təmin 
edir.  Sistem  həm  də  oxuculara kitabxanalarda hazırlanmış 
tammətnli  verilənlər  bazasmdan  istifadə  etməyə  imkan 
verir.
Milli  Kitabxana  Rusiyanm  “IRBİS-64”AKİS-indən 
deyil  ABŞ-m  “VTLS”  sistemindən  istifadə  etməklə,  digər 
kitabxanalar  tərəfindən  EK  yaratma  sahəsində  aparılan 
ümumi  işlərdən  kənarda qalır.  İri  kitabxanalarımız  EK-lə- 
rin  qarşılıqlı  mübadiləsini həyata  keçirdiyi halda AMK bu 
imkandan  istifadə  edə  bilmir.  Bu  isə  AMK-in  respublika 
kitabxanalan  ilə vahid şəkildə toplu EK yaratmasına mane 
olur.  Doğrudur,  dünyanın  başqa  ölkələrində  də  belə  hallar 
müşahidə  olunur.  Məsələn,  Rusiya  Dövlət  kitabxanası  ilə 
Rusiya  Milli  Kitabxanası  EK  sistemlərini  qurmaq  üşün
Kitabxana-informasiya xidmətində elektron kataloq
  [  55


heç  də  eyni  proqram  təminatlarmdan  istifadə  etmirlər 
[156,  s.  140].  Həmçinin,  məsələn,  Paris  Milli  Kitabxanası 
ilə  Fransa Elmlər Akademiyasınm  Kitabxanası  EK-i  müx- 
təlif  AKİS-lərdən  istifadə  etməklə  yaradıblar.  Lakin  bu, 
onların  elektron  toplu  kataloq  yaratmasına  mane  olmayıb. 
Çünki  bu  dövlətlərin  kitabxanalarmda  istifadə  olunan 
proqram  təminatlan  ad,  funksiya,  işləmə  mexanizmi  ilə 
fərqli  olsa  da  vahid  konvertasiya  prinsiplərinə  əsaslanır. 
Bu  mənada,  həmin  kitabxanalar heç  bir problem  olmadan 
oxuculara vahid elektron baza üzrə xidmət göstərə bilirlər 
Bununla yanaşı,  istər  Rusiyada,  istər Fransada,  istər- 
sə  də  dünyanm başqa  inkişaf etmiş  ölkələrində kitabxana- 
lar  oxuculara  vahid  üzvlük  bileti  təqdim  edirlər.  Bu  isə 
oxucuları  bu  və  ya  digər  kitabxananm  fondundan  istifadə 
etməkdə  bərabərhüquqlu  edir.  Oxucular  istənilən  kitabxa- 
nada  elektron  kataloq  sisteminə  daxil  olmaqda,  elektron 
sənəd  sifariş  etməkdə  (məxsusi  şifrələrini  verilənlər  baza- 
sma  xatırlatmaqla)  və  s.  bərabər  hüquqlara  malikdirlər. 
EK  sistemləri  arasmda  konvertasiya  problemlərinin  olma- 
ması,  oxucularm  vahid  oxucu  biletindən  istifadə  edərək 
“qruplaşmaması”  həmin  ölkələrdə  toplu  elektron  kataloq 
vasitəsilə  bütün  oxucu  qruplarma  xidmətin  səviyyəsini 
xeyli  artınr.  Gələcəkdə  Azərbaycanda  da  vahid  oxucu 
biletlərindən  istifadəyə  keçid  həm  mütaliə  səviyyəsinin 
artmasma,  həm də  kitabxanalarm  öz  oxucularına  vahid  in- 
formasiya  mərkəzi  şəkilində  xidmət  göstərməsinə  müsbət 
təsir edə bilər.
56  | 
C.A.Cəfərov
M.F.Axundov  adına  Milli  Kitabxana  ilə  digər  iri 
kitabxanalar  arasmda  EK-lərin  konvertasiya  probleminə 
diqqətimizi  bir  daha  yönəltmək  istərdik.  Məlumdur  ki, 
Milli  Kitabxana  təyinatı  üzrə  AR  Mədəniyyət  və  Turizm 
nazirliyinin  kitabxana  şəbəkəsinə  (5000-ə  yaxın  kitabxa- 
nanm  ittifaqı)  metodik  rəhbərliyi  həyata  keçirir.  Bir  neçə 
kitabxana  istisna  olmaqla,  şəbəkə  kitabxanalarmm  böyük 
əksəriyyətində  isə Rusiyanın  “İRBİS-64” AKİS-indən isti- 
fadə  olunur.  Belə  olan  təqdirdə,  həmin  kitabxanalara  me- 
todik  rəhbərliyi  həyata  keçirən  Milli  kitabxana  elektron- 
laşdırma  sahəsində  qarşıya  qoyulan  bir  sıra  məqsədlərə 
çatmaqda  çətinliklərlə  üzləşir.  İlk növbədə,  AR  Mədəniy- 
yət  və  Turizm  nazirliyinin  kitabxana  şəbəkəsinin  mərkəz- 
lə,  yəni  Milli  kitabxana  ilə  toplu elektron  kataloq  yaratma 
imkanları  məhdudlaşır.  İkincisi  isə,  həmin  kitabxanalarda 
ənənəvi  fəaliyyətlərin  avtomatlaşdırılması,  kağız  üzərində 
olan  sənəd  kütləsinin  elektronlaşdırılması  prosesləri  mə- 
lum səbəblərdən Milli kitabxananm metodiki rəhbərlik da- 
irəsindən çıxmış  olur.
Gələcəkdə  ölkə  üzrə  korporativ  elektron  kataloq  sis- 
temi  yaradılarsa,  heç  şübhəsiz  Milli  Kitabxana  ümumi 
prosesdən  kənarda  qalacaq.  Buna  baxmayaraq,  elektron 
kataloqlaşdırma  sahəsində  Milli  kitabxananm  başqa  kitab- 
xanalardan  üstün  cəhətləri  də  vardır.  Belə  ki,  Milli  Kitab- 
xananm  EK  yaratmaq  məqsədilə  istifadə  etdiyi  “VTLS” 
AKİS  (ABŞ)  digər kitabxanalarda  istifadə  olunan  “İRBİS- 
64” AKİS-dən  (Rusiya)  daha mütərəqqi proqram təminatı-
Kitabxana-informasiya xidmətində  elektron kataloq
  |  57


Yüklə 23,47 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə