Azərbaycan miLLİ elmlər akademiyasi məRKƏZİ elmi Kİtabxana



Yüklə 23,47 Kb.
Pdf görüntüsü
səhifə15/51
tarix29.09.2017
ölçüsü23,47 Kb.
#2431
1   ...   11   12   13   14   15   16   17   18   ...   51

dır.  Təzadlı  olsa  da,  “VTLS”  AKİS-in  üstünlüyü  ondadır 
ki,  bu  sistem vasitəsilə  yaradılmış  elektron  kataloqun  son- 
radan  kartoçka kataloqu kimi  çap  edilməsi  mümkün  deyil. 
"VTLS”  sisteminin  yaradıcıları  belə  qənaətdədirlər  ki, 
EK-i  yenidən  kartoçka  kataloquna  çevirməyə  lüzum  yox- 
dur, başqa sözlə yenini köhnə ilə əvəzləmək heç bir mənti- 
qə  sığışmır.  Arqumentasiya  belədir  ki,  bu  və  ya  digər  ki- 
tabxana  AKİS  vasitəsilə  ənənəvi  kataloq  sistemini  elek- 
tronlaşdırmaq  qəranna  gəlibsə  yenidən  köhnə  prosesləri 
təkrarlamağa  ehtiyac  qalmamalıdır.  Bu  isə  EK-lərin  yara- 
dılması  sahəsində ən optimal və mütərəqqi  iddiadır.
“İRBİS-64”  AKİS-ə  gəlincə  isə,  deyə  bilərik  ki,  bu 
proqramda rusiyalı həmkarlarımız EK-in yenidən kartoçka 
kataloquna  çevrilə  bilməsi  üçün  çox  əlverişli  şərait  yara- 
dıblar.  Məhz bu  imkan  sayəsində  hazırda bir  çox  kitabxa- 
nalanmız  kataloq  şəklində  rüblük  bülletenlər  nəşr  edirlər. 
Sözsüz ki, hələ də EK-dən istifadə  edə bilməyən yaşlı nəs- 
lin  nümayəndələri  üçün  bu  tip  bülletenlərin  nəşri  olduqca 
vacibdir.  Lakin  dünya  təcrübəsində  bu  gediş,  kitabxanala- 
nn  tam  şəkildə  EK  sistemindən  istifadəsini  məhdudlaşdı- 
ran amil kimi  qiymətləndirilir.
Göründüyü  kimi,  Azərbaycan  kitabxanalarmda  EK- 
lərin yaradılması üçün  əsas  vasitə  olan  müxtəlif AKİS-lər, 
başqa  sözlə,  “VTLS”  və  “İRBİS-64”ün  həm  mənfı,  həm 
də  müsbət tərəfləri  var.  Azərbaycanda kitabxana proseslə- 
rinin  avtomatlaşdırılması işinin  ilk tədqiqatçılarmdan olan, 
müvafiq  sahədə  tanınmış  alim,  BDU-nun  Kitabxanaçılıq-
58  | 
C.A.Cəfərov
İnformasiya  fakültəsinin  müəllimi,  t.e.n  A.Rüstəmov 
“Azərbaycan  Respublikası  kitabxanalarmda yeni  informa- 
siya  texnologiyalarmm  əsas  inkişaf  istiqamətləri”  adlı 
məqaləsində bu məsələ ilə bağlı fikirlərini bölüşür.  Alimin 
fikrincə,  Azərbaycan  kitabxanalannda  “VTLS”,  “ALE- 
PH”,  “LIBER”,  “URICA” kimi  apancı AKİS-lərin tam şə- 
kildə  tətbiqi  hələlik  mümkün  deyil  və  bunun  üçün  ən  azı 
15-20  il  vaxt  lazımdır.  A.Rüstəmov  iddia  edir  ki,  bu  vaxt 
ərzində  “IRBİS-64”  sistemi  kifayət  qədər  inkişaf  edərək 
Azərbaycan  kitabxanalarmm  və  oxuculann  tələbatım  tam 
şəkildə  ödəyə  biləcək və  bütün  kitabxanalanmız  üçün  ən 
məqbul AKİS hesab olunacaq [145,  s.  13].
Biz  isə  düşünürük  ki,  Qərb  istehsalı  olan  həmin 
AKİS-lər  daha  yaxın  gələcəkdə  postsovet  ölkələrinin  ki- 
tabxanalannda  dominantlıq  etməyə  qadirdilər.  Demək, 
qarşıdakı  illərdə  milli  AKİS-imiz  istifadəyə  verilməzsə, 
Azərbaycan  kitabxanalannda  EK-lərin  yaradılması  sahə- 
sində,  daha  doğrusu  bu  sistemləri  yaratmaq  üçün  tətbiq 
edilən  AKİS-lərin  seçilməsi  məsələsində  rəqabət  qaçıl- 
mazdır.
Fikrimizcə,  yaxın  bir  neçə  il  ərzində  kitabxanaları- 
mız  sahib  olduqları  sistemləri  tam  mənimsədikdən  və  tət- 
biq etdikdən,  smaqdan çıxardıqdan  sonra bu məsələyə tam 
aydınlıq  gələcək.  Lakin  nə  qədər  vaxtm  ötməsindən  asılı 
olmayaraq  Milli  Kitabxana,  gec-tez  bugün  istifadə  etdiyi 
“VTLS” proqrammı,  ölkə kitabxanalarmda ümumən istifa- 
də  olunan  AKİS-lərdən  biri  ilə  (proseslər  bu  cür  inkişaf
Kitabxana-informasiya xidmətində elektron kataloq  \  5 9


edərsə  bu  AKİS  A.  Rüstəmovun  iddia  etdiyi  kimi,  məhz 
“İRBİS”  ailəsinə  aid  olacaq)  əvəz  edəcək  və  ya  MAKİS 
yaradılana qədər “VTLS”dən istifadəni davam etdirəcək.
Bir neçə  il  öncə  analoji  hadisə  İsraildə  də  təkrar olu- 
nub:  uzun  illər  ərzində  ölkənin  bütün  kitabxanaları  Yeru- 
səlim  Yəhudi  Universitetinin  “Ex-libris  ALEPH”  AKİS- 
indən  istifadə  etdiyi  halda,  Tel-Əviv  Universitetinin  Elmi 
kitabxanası  öz istehsalı olan proqram təminatmdan istifadə 
edirdi.  Lakin  qeyd  etdiyimiz  kimi,  gec-tez  ayrı-ayn  kitab- 
xanalar tərəfindən  yaradılan  müxtəlif EK-lərin  vahid  mər- 
kəzdə  cəmlənməsi  zərurəti  meydana  gəlir.  Məhz  belə  bir 
zərurət  2005-ci  ildən  Tel-Əviv  Universitetinin  kitabxana- 
smı  digər kitabxanalar kimi,  “Ex-libris  ALEPH”dən istifa- 
dəyə  məcbur  edib  [180,  s.  213].  Bunun  üçün  kitabxana 
təxminən 4  il hazırlıq işi aparıb və bugün İsrailin milli top- 
lu  elekton  kataloqu  bir  çox  kitabxanalara  müvafıq  sahədə 
nümunə  ola bilər.
Rusiyada  isə  mövcud  sahədəki  problemlər  bir  qədər 
fəqlidir.  2008-ci  ildə  bu  ölkədə  “Kitabxana  işi  haqqmda” 
Qanuna  əlavə  və  dəyişikliklər  edilərkən  kitabxana  ictima- 
iyyətinin  gözlədiyinin  əksinə  olaraq,  vahid  AKİS-dən  isti- 
fadəyə  keçid  məsələsi  öz  həllini  tapmadı.  Buna  baxmaya- 
raq,  Rusiya  kitabxanaları  texniki  çətinliklərə  məhəl  qoy- 
madan müstəqil  şəkildə  güclərini  səfərbər  etdilər və  2008- 
ci  ildə  “Rusiya  Toplu  Kataloqu”  adlanan  vahid  məlumat 
bazası yaratdılar [136,  s.  48].
60  | 
C.A.Cəfərov
Beləliklə,  Azərbaycan  kitabxanalarmda  EK-lərin  ya- 
radılması,  kitabxana-biblioqrafiya  proseslərinin  avtomat- 
laşdırılması  işinin  tarixini  araşdırarkən  belə  bir  nəticəyə 
gəlirik  ki,  əsası  hələ  ötən  əsrin  70-ci  illərində  AMEA 
MEK  və  Respublika  Elmi-Texniki  Kitabxanası  tərəfmdən 
qoyulan  maşmlaoxunan  kataloqlaşdırma  fəaliyyəti  bir ne- 
çə  illik  fasilədən  sonra-1993-cü  ildən  etibarən  dirçələrək 
yeni inkişaf mərhələsinə qədəm qoyub;  1999-cu ildən baş- 
layaraq  müasir  elektronlaşdırma  işləri  aparılıb  və  2011-ci 
ilin  göstəricilərinə  görə  Azərbaycan  kitabxanalannda  ümu- 
milikdə  1, 5 milyona yaxın biblioqrafik yazı elektronlaşdınhb. 
Dünya  kitabxanalarmm  qabaqcıl  nəticələrilə  müqayisədə 
bu göstərici  yüksək olmasa da,  prosesin  inkişaf etdirilməsi 
baxımmdan qənaətbəxş hesab oluna bilər.
1.2.2.  Kitabxanalarda biblioqraflk yazıların 
elektronlaşdırılması və elektron  kataloqun xarici 
informasiya ilə təmin  olunması vəziyyəti
Dünya  və  Azərbaycan  kitabxanalarınm  elektron  ka- 
taloqunu  nəzərdən  keçirərkən  məlum  olur ki,  indiyə  qədər 
kitabxanalar  ən  yaxşı  halda  ümumi  biblioqrafik  yazı  mas- 
sivlərinin  yalnız  10%-ni  elektronlaşdırmağa  müvəffəq 
olublar.  Bu  isə XXI  əsrdə  informasiya  axınınm  hədsiz  də- 
rəcədə  güclənməsi,  informasiya kanallanmn genişlənməsi, 
sənəd-məlumat  kütləsinin  artması  ilə  izah  olunur.  Prosesi 
ləngidən  digər səbəblərdən biri  isə  son 50  ildə elektron  ka-
Kitabxana-informasiya xidmətində elektron kataloq
  |  61


Yüklə 23,47 Kb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə