Azərbaycan miLLİ elmlər akademiyasi məRKƏZİ elmi Kİtabxana


-  Klaviatura  ilə  daxiletmə  yolu  ilə  kataloqaşdır-



Yüklə 23,47 Kb.
Pdf görüntüsü
səhifə17/51
tarix29.09.2017
ölçüsü23,47 Kb.
#2431
1   ...   13   14   15   16   17   18   19   20   ...   51

-  Klaviatura  ilə  daxiletmə  yolu  ilə  kataloqaşdır-
ma.  Bu zaman  kartoçka  kataloqu  əl  üsulu-klaviatura  vasi- 
təsilə elektronlaşdırılır.
Birinci  üsul  həm  itirilən  vaxtı,  həm  də  izafi  xərcləri 
azaltmaq  baxımmdan  çox  əlverişlidir.  Lakin  bu  üsulla 
elektronlaşdınlan  kataloq  axtanş  aparmaq  üçün  yararsız- 
dır.  Çünki  bazadakı  informasiya  mətn  deyil,  şəkil  oldu- 
ğundan  onun  axtanşı  üçün paradiqma mövcud  deyil.  İkin- 
ci üsul  kitabxanadan  maksimum  vəsait  və  işçi  qüw əsi  tə- 
ləb  edir.  Alman  nəticə  elektron  kataloqun  yaradılmasınm 
ənənəvi  üsulu  (informasiyanm  klaviatura  vasitəsilə  daxil 
edilməsi)  ilə  əldə  olunan  göstəricilərə  yaxmdır.  Üçüncü 
üsul  isə kartoçka kataloqunu EK-ə konvertasiya  etmək ba- 
xımından  ən  optimalı  və  çətinidir.  Lakin bu üsulla yaradı- 
lan EK hərtərəfli və daha dolğundur.  Hazırda kitabxanala- 
nmızm  böyük  əksəriyyəti  üçüncu  üsulun  köməyilə  elek- 
tronlaşdırmaya üstünlük verir.
Amerika kitabxanaşünaslan  Beyd və Uelsin  fıkrincə, 
kitabxanalar  EK  sistemini  qurmaq  üçün  həm  birinci,  həm 
də  üçüncü  üsuldan  eyni  zamanda  istifadə  etməlidirlər 
[158,  s.  96;  185,  s.  393].  Yəni  kitabxanalar kartoçka  kata- 
loqunun həm təsvirini (tarixi əhəmliyyətlilik nöqteyi-nəzə- 
rindən),  həm  də  mətnə  çevrilmiş  (ikinci  və  ya  üçüncü 
üsulla)  variantmı  saxlamalıdırlar.  Bizim  qənaətimizcə  isə, 
informasiyanm  il  ərzində  dəfələrlə  çoxaldığı,  kitabxanala- 
ra daxil olan sənəd kütləsinin  durmadan  artdığı  bir şəraitdə 
sayı  minlərlə  deyil,  milyonlarla  ölçülən  ənənəvi  kartoçka
66  | 
C.A. Cəfərov
kataloqlarmm  hamısmm  rəqəmli  şəkil  formatında  infor- 
masiya daşıyıcılarma köçürülməsinə  ehtiyac  yoxdur.  Doğ- 
rudur,  gələcək nəsillərə  ənənəvi  kartoçka  kataloqunun  nü- 
munələrini  çatdırmaq  baxımından  onların  şəkil  kimi  sax- 
lanması ən düzgün  yoldur.  Lakin bu  heç də  o  demək deyil 
ki,  bütün kartoçkalar  şəklə  çevrilməlidir.  Ənənəvi  kartoç- 
ka  kataloqunun  eksponata  çevrilməsi  üçün  bir-neçə  belə 
nümunənin  qorunması  kifayət  edər.  Azərbaycan  kitabxa- 
nalannda  gec-tez  bütün  kartoçka  kataloqlannın  elektron- 
laşdırılacağmı  nəzərə  alaraq  artıq  indidən  sözügedən  nü- 
munələri yaradıb mühafizə etmək lazımdır.
Beyd  və  Uelsin  iddialarma  əks-fikrimizi  əsaslandır- 
maq  üçün  AMEA  Mərkəzi  Elmi  Kitabxanasmda  bir  eks- 
periment  apardıq:  ənənəvi  kartoçka  kataloqunu  surəttam- 
yan  qurğu  (skaner)  vasitəsilə  rəqəmli  şəklə  çevirdik  və 
müxtəlif  ölçülərdə,  dpi-lərdə  (ing.  dpi-  Dots  Per  Inch- 
düymdə  nöqtə)  “saxladıq”.  Şəkli  “oxuya”  biləcək  qədər 
minimum  ölçüdə  (75  dpi)  və  maksimum  həddə  (600  dpi) 
sərt  diskin  yaddaşına  köçürdük.  Müqayisə  aparıb  250  dpi 
ölçülü  şəkli  orta  həcmli  təsvir  kimi  qəbul  etdik.  250  dpi 
Ölçülü  bir  ədəd  rəqəmli  kartoçka  kataloqunun  optimal 
həcmi  təxminən  600  kilobayta  bərabər  oldu.  Daha  sonra 
həmin  kartoçka  kataloqunun  maşmlaoxunan  formatını- 
elektron  kataloqu  yaratdıq.  Kartoçka  kataloqunun  elek- 
tronlaşdırılmış  formada  həcmi  isə  30  kilobaytdan  artıq 
olmadı.  Beləliklə,  biz  fondu  təxminən  5  milyon  nüsxədən 
ibarət  olan bir kitabxananm  ənənəvi  kartoçka kataloqlarmı
Kitabxana-informasiya xidmətində elektron kataloq
  |  67


ABŞ-dan  olan  həmkarlanmızm  təklif etdiyi  formada  sax- 
lamalı  olsaq, yəni onlann hamısmı rəqəmlı  şəkil kimi  oxu- 
culann istifadəsinə  versək,  3000 qiqabayt və yaxud 3  tera- 
bayt həcmli  informasiya  daşıyıcısma  və  ya  yaddaş  qurğu- 
suna-serverə  ehtiyacımız olacaq.  Artıq Azərbaycanda yad- 
daş  tutumu  20,43  terabayt,  prosessorunun  gücü  1.4  tera- 
flops  olan  server mövcuddur.  AMEA  İTİ-də  qurulmuş  bu 
serverin  yaddaşmm  həcmi  yaxm  gələcəkdə  90  terabayta 
qədər  yüksələ  bilər.  Belə  serverə  bir neçə  kitabxanamızm 
fondunu  elektronlaşdıraraq  “yığmaq”  olar.  Lakin  heç  bir 
server  təhlükədən  sığortalanmadığı  üçün  kitabxanalann 
elektronlaşdırılmış  kataloq  sistemlərinin  surətinin  həm  də 
optik disklərdə  saxlanması  gərəkdir.  Əfsuslar olsun ki,  hə- 
ləlik  ümumi  istifadədə  yalnız  0,5  terabaythq  disklərə  rast 
gəlinir ki, bu da bizim tələblərimizə  cavab  vermir.  Doğru- 
dur, artıq Avstraliyanın Svinbum Texnologiya Universiteti 
“Samsung  Electronics”  şirkəti  ilə  birgə  10  terabaythq  in- 
formasiya  tutumu  olan  optik  disklər  hazırlayıb  [130,  s. 
34].  Lakin  bu  disklər ilkin  smaqdan  müvəffəqiyyətlə  keç- 
məyib.  Demək,  kitabxanalarm  tezliklə  belə  bir  informa- 
siya daşıyıcısı ilə təmin olunması məsələsi sual  altmdadır.
Əlbəttə ki,  AMEA MEK bizim misal üzrə  lazım olan 
3  terabaytlıq  informasiyanı  mühafizə  etmək  üçün  AMEA 
İTİ-nin  serverindən  istifadə  edə  bilər.  Amma  bütün  kitab- 
xanalanmızm  eyni  addımı  atması  nə  inzibati,  nə  də  fiziki 
baxımdan mümkündür.  Odur ki,  Azərbaycan  kitabxanaları
68  | 
C.A.Cəfərov
üçün biblioqrafik yazılan  məhz  əl  üsulu  ilə elektronlaşdır- 
maq daha əlverişlidir.
ABŞ-a  gəlincə  isə,  bu  ölkədə  orta  tutumlu  istənilən 
kitabxananm  fondu  20-30  milyon  nüsxədən  artıqdır.  Beyd 
və  Uelsin prinsiplərinə  əməl  etmiş  olsaq,  kartoçka  katalo- 
qunu rəqəmli şəkil kimi saxlamaq üçün nəinki,  terabaytlar, 
petabaytlar,  eksabaytlar,  bu  həcm  vahidlərindən  qat-qat 
üstün  olan  zettabaytlar  və  yottabaytlar  da  kifayət  etməz. 
Mütəxəssislər  isə  hələlik  sonxmcudan  artıq  tutum,  həcm, 
yaddaş mexanizmi  ixtira edə bilməyiblər.  Bu isə o demək- 
dir ki, həmkarlanmızın  iddiaları daha çox kazual xarakter- 
lidir,  dayamqlı  arqumentasiya  və  hesablamalara  söykən- 
mir.
Qeyd  olunanlan  ümumiləşdirərək  deyə  bilərik  ki, 
Azərbaycan  kitabxanalarında EK-in  daxili  biblioqrafik in- 
formasiya  təminatı  nümunəvi  qaydalara  uyğun  həyata  ke- 
çirilir  və  prosesin  bu  məcrada  inkişafı  elektronlaşdırma 
baxımmdan daha faydahdır.
Son  dövrlərdə  elektron  kataloqun  xarici  informasiya 
təminatı  məsələsi  də  xeyli  aktuallaşıb.  EK-in  xarici  infor- 
masiya  ilə  təmin  olunması  dedikdə,  digər  mənbələrdən 
elektron biblioqafik təsvirlərin  idxal  edilməsi  prosesi  başa 
düşülür.  Bu  proses  ənənəvi  kitabxanalararası  abonementi 
(KAA)  xatırladır.  KAA  vasitəsilə  kitabxana  oxucunu  in- 
formasiya  ilə  daha  əhatəli  şəkildə  təmin  etmək  imkanı  qa- 
zanır:  belə  ki,  oxucunun  müraciət  etdiyi  kitabxanada  ona 
lazım olan ədəbiyyat yoxdursa,  həmin  kitabxana KAA  va-
Kitabxana-informasiya xidmətində elektron kataloq
  |  69


Yüklə 23,47 Kb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə