Azərbaycan miLLİ elmlər akademiyasi məRKƏZİ elmi Kİtabxana



Yüklə 23,47 Kb.
Pdf görüntüsü
səhifə2/51
tarix29.09.2017
ölçüsü23,47 Kb.
#2431
1   2   3   4   5   6   7   8   9   ...   51

laşan  həmin  tələblər,  yekunda  informasiyanın  daha  opera- 
tiv  çeşidlənmə,  toplanma və  ötürülməsinə təkan  verir.  Be- 
ləliklə,  əsas  məqsədə-oxucuya  real  vaxt  kəsiyində  ən  mü- 
nasib  xidməti,  məlumatı,  sənəd  kütləsini  təklif etmək  və- 
zifəsinə  daha  asan  yolla  nail  olmaq  üçün  elektron  katalo- 
qun yaradılması zərurəti meydana gəlir.
Elektron  kataloqlarm  ilk nümunələrinin  yaradılması- 
na ötən əsrin 60-cı  illərində Amerika Birləşmiş  Ştatlarında 
başlanılıb.  Həmin dövrdən keçən yarıməsrlik zaman  ərzin- 
də  elektron  kataloqun  yaradılması  metodologiyası  həm 
forma,  həm  də  məzmun  baxımmdan  əsaslı  modifıkasiya- 
lara  uğrayıb.  Lakin  ötən  illər  ərzində  kitabxanalarda  xid- 
mət  və  innovasiya prosesini  inkişaf etdirmək üçün  yaradı- 
lan  və  daim  yenilənən  elektron  kataloqlar  öz  funksiya  və 
məqsədlərini dəyişməyib.  Belə ki, biblioqrafık yazı və təs- 
virlərin  elektronlaşdırılması  bütün  dövrlərdə  oxucu-fond 
münasibətlərini inkişaf etdirmək, birincinin ikincidən daha 
sürətli,  həm də zaman və məkan fərqi  olmadan  istifadəsini 
təmin  etmək  məqsədi  daşıyıb.  Bu  mənada,  elektron  kata- 
loqlar müasir kitab  fondlarmdan  çoxistifadəliliyi  təmin  et- 
məklə  istifadəçi  kontingentini  dəfələrlə artırmağa,  ənənəvi 
kataloqun  zamana  və  məkana görə dəyişən  əlyetərlik prin- 
sipini yaxşı mənada pozmağa xidmət edir.
Elektron  kataloqlarm  yaradılması  məsələsi  həm  də 
ona  görə  aktualdır  ki,  prosesin  kitabxanalar  üçün  iqtisadi 
səmərəsi olduqca böyükdür. Ənənəvi  kataloqu elektronlaş- 
dırmaqla  onu  qlobal  şəbəkədə  dərc  edən  kitabxanalar,  ilk
6  | 
C.A.Cəfərov
növbədə  ödənişli  xidmət  üçün  real  imkanlar  əldə  etmiş 
olurlar.  Çünki  bütün  dünyada  qəbul  olunan  standartlar 
üzrə  elektron  sənədlərin  istifadəçiyə  elektron poçtla  və ya 
informasiya  daşıyıcısmda  çatdınlması  üçün  kitabxana  ilk 
növbədə  elektron  kataloq sisteminə malik olmalı,  istifadə- 
çisinin  seçim  imkanlarmı  genişləndirməlidir.  Kitabxana- 
larda sözügedən prosesləri həyata keçirə bilməküçün  güc- 
lü  maddi-texniki  bazaya,  makroinformasiya  mühitinə,  el- 
mi-təcrübi  proqramlara,  proqram  xarakterli  vəsaitlərə,  kö- 
məkçi vasitələrə böyük ehtiyac vardır.  Həm kitabxana pro- 
seslərinin  avtomatlaşdırılması,  həm də  biblioqrafık təsvir- 
lərin-ənənəvi  kataloq  sisteminin  elektronlaşdmlması  ki- 
tabxananm  müvafıq  istiqamətli  proqramlara  nə  dərəcədə 
əməl etməsindən bilavasitə asılıdır.
Bugün inkişaf etmiş  dünya ölkələrində elektron kata- 
loqlarm  ən  yeni  formada  realizə  imkanları  və  gələcək 
perpektivləri  əsaslı  şəkildə  təhlil  edilir,  lazimi  nəticələrin 
almması  üçün  prosesə  yüksəkixtisaslı  kadrlar,  modem 
texnika  və  texnoloji  vasitələr,  külli  miqdarda  vəsait  cəlb 
olunur.
Ölkəmizdə  də  kitabxanaçılıq  sahəsi  dövlətin  diqqət 
və  qayğısı  ilə  əhatə  olunub.  20  aprel  2007-ci  il  tarixdə 
Prezident cənab  İlham Əliyev “Azərbaycanda kitabxanala- 
rın  fəaliyyətinin  yaxşılaşdırılması  haqqında”  Sərəncam 
[12]  imzalayaraq  2008-2013-cü  illərdə  Azərbaycanda  ki- 
tabxanaların  inkişafı,  o  cümlədən  elektron  kataloqun  yara- 
dılması  ilə bağlı  müvafıq göstərişlərini  verib və  bunun nə-
Kitabxana-irformasiya xidmətində elektron kataloq  \
  7


ticəsi  kimi  “Dövlət  Proqramı”nm  [13]  icrasma  başlamlıb. 
Proqram  çərçivəsində  Azərbaycan  kitabxanalarında  elek- 
tron  kataloqlann  və  elektron  kitabxanalarm  yaradılması, 
milli  irsin  rəqəmsallaşdmlaraq  qlobal  şəbəkədə  təbliğ 
olunması,  kitabxana-biblioqrafiya  proseslərinin  avtomat- 
laşdırılması və s.  önəmli məsələlər öz əksini tapıb.
Sərəncamda və  Dövlət Proqrammda  qarşıya  qoyulan 
tələblər  imperativ  xarakter  daşıdığmdan  (belə  də  olmalı- 
dır),  başqa  sözlə,  müvafıq  strukturlardan  qarşıya  qoyulan 
vəzifələrin  icra  olunmasım  tələb  etdiyindən,  elektron  ka- 
taloqlarm və  elektron kitabxanalarm yaradılması  mexaniz- 
mi,  metodları,  texnologiyası  məhz kitabxanaçılar,  kitabxa- 
naçılıq üzrə mütəxəssislər tərəfindən müəyyənləşdirilməli, 
ən  yaxın  gələcəkdə  Azərbaycan  kitabxanalarmda  ənənəvi 
kataloq sistemi tamamilə elektronlaşdırmalıdır.
Dövlət başçısmm məsələyə bu cür diqqətlə yanaşma- 
sı  və  kitabxanalanmızı  ən  modem  formada  görmək  istəyi 
oxuculanmızm  müasir tələbləri  ilə  üst-üstə  düşür  və  elek- 
tron  kataloqlann  yaradılması  məsələsini  xeyli  aktuallaşdı- 
rır.  Bu  isə  öz növbəsində  milli  elektron  kataloqlarm  yara- 
dılması  sahəsində  elmi  tədqiqatlarm  meydana  gəlməsini 
zəruri edir.
Elektronlaşdırma  prosesini  həyata  keçirmək  üçün 
kitabxanaçılarımız  əvvəlki  illərdə  müxtəlif təcrübələr  əldə 
etsələr  də,  Azərbaycan  kitabxanalarmda  elektron  kataloq- 
larm  yaradılması  prosesi  elmi-nəzəri  cəhətdən,  tarixi  nöq- 
teyi-nəzərdən  yetərincə  araşdınlmayıb.  Kitabxanalarda
8  | 
C.A.Cəfərov
elektron  kataloqlarm  və  elektron  kitabxanalarm  yaradıl- 
ması  ilə  bağlı  vahid  elmi  araşdırmalarm,  fundamental  təd- 
qiqatlarm  yoxluğu,  nəticə  etibarilə  ölkə  kitabxanaları üzrə 
toplu  elektron  kataloqun,  milli  elektron  verilənlər  bazası- 
mn, milli  AKİS  (MAKİS), AZMARC  kommunikativ stan- 
dartınm  hazırlanmasmı,  milli  rəqəmsal  kitabxanalarm  in- 
kişafmı əsaslı  surətdə ləngidir.
Başlıca  məqsədimiz  bu  boşluğu  doldurmaq,  Azər- 
baycan  kitabxanalarında  elektron  kataloqlarm  yaradılması 
tarixini  araşdırmaq,  bu  sahədəki  cari  vəziyyəti,  kitabxana- 
larımızm  hazırki  maddi-texniki  durumunu  öyrənmək, 
problemləri  aşkarlamaq,  elektron kataloqlann inkışaf pers- 
pektivlərini  müəyyənləşdirmək,  prosesin  sürətlənməsi 
üçün  zəruri  olan  yenilikləri  təklif etməkdən  ibarətdir.  Bu- 
nun üçün aşağıdakı vəzifələr müəyyənləşdirilib:
-  Müvafıq  sahədə  dünya  təcrübəsini  öyrənmək  və
paralellər aparmaq.
- Azərbaycan  kitabxanalannda kommunikasiyalaşma 
və  kompyuterləşmənin  forma  və  səviyyəsini  aşkara  çıxar- 
maq;
-  Azorbaycan  kitabxanalarında  elektron  kataloqlarm 
yaradılması  tarixini,  mexanizmini,  prinsip  və  metodlarmı 
araşdırmaq,  meydana  gələn  problem  və  nöqsanları  müəy- 
yənləşdirib  aradan  qaldırmaq;
-  Ənənəvi  kataloq  sisteminin  elektronlaşdırılmasmın 
perspektivlərini  müəyyənləşdirmək,  prosesin  elmi-nəzəri 
konsepsiyasmı hazırlamaq;
Kitabxana-informasiya xidmətındə elektron kataloq
  j  9


Yüklə 23,47 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə