Azərbaycan miLLİ elmlər akademiyasi məRKƏZİ elmi Kİtabxana



Yüklə 23,47 Kb.
Pdf görüntüsü
səhifə4/51
tarix29.09.2017
ölçüsü23,47 Kb.
#2431
1   2   3   4   5   6   7   8   9   ...   51

tik  təminat  məsələsini  ləngidir.  Bütün  bunlara  baxmaya- 
raq,  beynəlxalq  elmi-texniki  tərəqqinin  nailiyyətlərindən 
istifadə  etmək  məsələsi  öz  aktuallığmı  itirmir  və  bizdən, 
bu  yenilikləri  aktiv  şəkildə  mənimsəyərək  öyrənmək,  tət- 
biq  etmək  və  yalnız  bundan  sonra  “özümüzkünü”  yarat- 
maq tələb  olunur.  Bu nöqteyi-nəzərdən,  Azərbaycan kitab- 
xanalarmda  elektron  kataloqlann  yaradılmasmdan,  onun 
tarixindən,  inkişaf yolundan  damşarkən  bu  tip  sistemlərin 
yaradılması  sahəsində  dünya  təcrübəsinin  araşdırılması, 
ümumiləşdirilməsi  zərurəti  meydana  gəlir.  Kitabxanalan- 
mızda  yaradılan  elektron  kataloqlarm  mənşəyini,  işləmə 
mexanizmini,  sosial-kommunikativ  funksiyasını  anlamaq 
üçün  indiyəqədərki  elmi  araşdırmaların,  təcrübələrin,  elmi 
nəticələrin öyrənilməsi olduqca vacibdir.  Məhz bu prinsip- 
dən çıxış  edərək,  I fəslin müvafiq bölməsində  elektron ka- 
taloqun yaradılması tarixinə,  inkişaf mərhələlərinə yerli və 
xarici  mənbələrin  tarixi  xronotipindən  nəzər  salacaq,  elmi 
ədəbiyyatm  təhlili  əsasmda  elektron  kataloqun  mənşəyini 
araşdıraraq  paralellər  aparacağıq  ki,  bu  da  monoqrafıya 
boyunca bəhs etdiyimiz mövzunun tam açılmasma, nəticə- 
lərin müqayisə olunmasma şərait yaradacaq.
Həmçinin,  təcrübə məqsədilə  səfər  etdiyimiz  Fransa, 
İtaliya,  Çex  Respublikası,  Litva,  Rusiya,  Türkiyə,  Tunis 
və  s.  ölkələrin kitabxanalarmda topladığımız  təcrübəyə və 
əldə  etdiyimiz  məlumatlara  da  bu  bölmədə  yeri  gəldikcə 
istinad edəcəyik.
16  | 
C.A.Cəfarov
/f
&
f
Beləliklə,  ilk  növbədə  qeyd  etməliyik  ki,  elektron 
kataloq admdan da göründüyü kimi,  ənənəvi kataloqun rə- 
qəmsallaşdırılmış,  genişləndirilmiş,  müasirləşdirilmiş  və 
təkmilləşdirilmiş  texniki  formasıdır  və  onun  yaradılması 
kitabxanaçılıq  sahəsində  bilavasitə  informasiya texnologi- 
yalarmm  tətbiqi  ilə  bağlı  olan  çoxfunksiyalı  və  ağır  zəh- 
mət tələb edən proseslərdən biridir.
“Elektron  kataloq”  anlayışı  ötən  əsrin  60-cı  illərin- 
dən  müasir  dövrümüzədək  bir  sıra  terminlərlə  ifadə  olu- 
nub.  Onu  “maşmlaoxunan  kataloq”  (machine  access  rea- 
dable  catalogue-MARC),  “kompyuter  kataloqu”  (com- 
puter  catalogue),  “onlayn  kataloq”  (online  public  access 
catalog-OPAC),  “e-kataloq”  (e-catalogue),  şəklində  elmi 
ədəbiyyatda istifadə ediblər [185,  s.  391].
Azərbaycanda  isə  müasir  EK-lərin  prototiplərinin 
ilkin  adı  “biblioqrafık-sənədli  avtomatlaşdınlmış  informa- 
siya-axtarış  sistemi”  olub.  Hələ  Sovet hakimiyyəti  illərin- 
də  rus  filosoftı  Delir Qasemoviç  Laxuti  SSRİ,  o  cümlədən 
Azərbaycan  kitabxanaçıları  tərəfindən  istifadə  olunan  bu 
anlayışı  qeyri-interaktiv,  birtərəfli  prosesin  təcəssümü  ki- 
mi tənqid obyektinə çevirib  [128.  s.  75-76].
1966-cı  ildə-ABŞ  Konqres  Kitabxanasının  əməkdaş- 
ları  ənənəvi  kitabxana-biblioqrafıya  proseslərini  avtomat- 
laşdırmaqla  elektron  kataloqun  ilk  prototipini-maşınla- 
oxunan kataloq  formatmı  (MARC)  yaratmağa  nail  oldular 
[157,  s.  120].  Maşmlaoxunan  kataloqun  yaradılmasında 
məqsəd  oxuculara  xidmət  işinin  keyfıyyətini  yüksəltmək
Kitabxana-infoım,QSj.y#xifim3lindd ele 
i  P R E 2 İD E N T   KİTABXANASI
ktron kataloq
  | 
17


deyil,  kartoçka kataloqlarım  daha  təkmil  formada  (maqnit 
lentlərdə) mühafizə etmək idi.
Həmin  dövrdə  kitabxana  işçisi  ənənəvi  kartoçka  ka- 
taloqunu  III  nəsil  IBM  360  markalı  kompyuterin  yaddaş 
qurğusuna-maqnit  lentli  kassetə  daxil  etmək  üçün  MARC 
formatından,  başqa  sözlə  biblioqrafık  yazı  dilindən  istifa- 
də edirdi.

dövrdə  Konqres  Kitabxanasma rəhbərlik edən Ku- 
insi  Mamfordun  göstərişi  ilə  kartoçka  kataloqları  maqnit 
lentlərə  köçürülərək  kitabxananm  zirzəmisinə  yığılırdı. 
Məlum  olduğu kimi,  1814  və  1851-ci  illərdə  Konqres  Ki- 
tabxanası  yanmış  və yüzminlərlə kitab  və  kartoçka katalo- 
qu məhv olmuşdu.  Mamford üçüncü dəfə kitabxananm be- 
lə  bir  aqibətlə  üzləşəcəyi  təqdirdə  tələfatdan  daha  az  itki 
ilə  çıxmaq  niyyətində  idi.  Məhz  bu  səbəbdən  ilk maşmla- 
oxunan kataloqlar (lentlər) cox ciddi şəkildə mühafızə olu- 
nur,  oxuculann  istifadəsinə  verilmədən  muzey  eksponatı 
kimi  qorunurdu.
60-cı  illərin  sonlarma  doğru  ABŞ-m  16  universiteti 
Konqres  Kitabxanasma  müraciət  edərək  MARC  formatmı 
əldə etdi və  eyni  qayda ilə  kitabxana kartoçkalarmı maşm- 
laoxunan  lentlərə  köçürdü.  Lakin  Konqres  Kitabxanasm- 
dan  fərqli  olaraq  həmin  universitetlərdə  maşmlaoxunan 
kataloq  təkcə  mühafızə  obyekti  deyil,  həm  də  oxucularm 
istifadə  etdiyi  ilk  elektronlaşdırılmış  biblioqrafık yazı  for- 
ması idi  [172,  s.  285].  Beləcə, ilk vaxtlar yalmz universitet 
kitabxanalarmda  istifadə  üçün  nəzərdə  tutulan  həmin  ma-
18
  | 
CA.Cəfərov
şmlaoxunan biblioqrafık yazılar sonrakı illərdə bütün ingi- 
lisdilli  ölkələrin  ortaq  biblioqrafık  yazı  konqlomeratma 
çevrildi.
70-ci  illərin  əvvəllərində  MARC  formatmm  kitabxa- 
naçılar  tərəfindən yekdilliklə  qəbul  olunaraq rəsmi  qayda- 
da kitabxana-biblioqrafiya işlərinə tətbiq olunması,  2-ci və 
3-cü  ci  nəsil  IBM  seriyalı  EHM-lərin  yaradılması,  ABŞ 
universitetlərinin  yeni  tipli  kataloqlaşdırma  işinə  dəstək 
verməsi  və  ən nəhayət,  kitabxanalann  avtomatlaşdmlması 
sahəsində  ilk  standartlarm  qəbulu  maşmlaoxunan  katalo- 
qun  imkanlarmı  genişləndirdi  [175,  s.  119].  Bütün bunlara 
baxmayaraq, kitabxanalar maşmlaoxunan kataloqa hələ  də 
köməkçi  vasitə kimi yanaşır və kartoçka kataloqlarmm ya- 
radımlası işini davam etdirirdilər.
Artıq  ötən  əsrin  60-cı  illərində  biblioqrafık yazıların 
maşmlaoxunan  formata  keçirilməsini,  kitabxana  proseslə- 
rinin kompyuterləşməsini tədqiq edən bir sıra əsərlər mey- 
dana  gəlmişdi.  ABŞ  Massaçusets  Texnologiya  İnstitutu- 
nun  əməkdaşı,  elektron  kitabxanaşünaslığm  banilərindən 
hesab  olunan  Jozef  Liklider  həmin  dövrdə  nəşr  olunan 
“Gələcəyin  kitabxanaları”  adlı  əsərində  [171]  1994-cü  ilə- 
dək  müasir  tipli  elektron  kataloq  və  elektron  kitabxanala- 
rm yaradılacağım proqnozlaşdmrdı.
Ənənəvi  kataloq  sistemini  maşmlaoxunan  formata 
keçirməklə  ilk  dəfə  iri  informasiya  massivlərini  - 
kompyuterləşdirməyi  bacaran  ABŞ  kitabxanaçıları  proses 
zamanı  bir  sıra  problemlərlə  də  üzləşir,  həlli  müasir
Kitabxana-informasiya xidmətində elektron kataloq
  |  19


Yüklə 23,47 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə