Azərbaycan miLLİ elmlər akademiyasi məRKƏZİ elmi Kİtabxana



Yüklə 23,47 Kb.
Pdf görüntüsü
səhifə5/51
tarix29.09.2017
ölçüsü23,47 Kb.
#2431
1   2   3   4   5   6   7   8   9   ...   51

dövrün  imkanları  baxımmdan  sadə,  o  dövrün  tələbləri  ba- 
xımından  isə  çox  müşkül  olan  texniki  çətinliklərlə  qarşı- 
laşırdılar.  Yeni  tipli  ilk  kataloqları  yaradanlarm  ən  böyük 
problemi  kompyuterlərin  və  maqnit  lentlərin  həddindən 
artıq  baha  olması,  kompyuter  interfeysinin  qəlizliyi  və 
şəbəkə infirastrukturunun yoxluğu idi.
60-cı  illərin  sonu  70-ci  ilin  əw əllərində  ABŞ  Müda- 
fiə Nazirliyinin  sifarişi  ilə  müxtəlif kompyuterlər arasmda 
məlumatlann  ötürülmə  şəbəkəsinin  yaradılması  məsələsi 
müzakirə  olunmağa başladı  və  1979-cu  ildə  İntemetin  sə- 
ləfi  hesab  olunan ARPANet  inteqral  şəbəkə  infrastrukturu 
meydana gəldi.
Bu tarixi hadisə maşmlaoxunan kataloqlarm daha ge- 
niş  oxucu auditoriyasma çatdırılmasına,  bir  deyil,  bir neçə 
kitabxana  tərəfindən  ortaq  şəkildə  istifadə  edilməsinə  və 
müxtəlif kitabxanalarda  eyni  kartoçka  kataloqunun  təkra- 
rən  (dublikat)  maqnit  lentlərə  köçürülməsinin  qarşısmm 
alınmasma  imkan  yaratdı.  Beləcə,  maşmlaoxunan  kataloq 
“ümumistifadəli kataloq”a, yəni OPAC-a çevrildi.
OPAC-larm  inkişaf  etməsi  onların  idarə  olunması 
üçün  xüsusi  proqram  təminatınm-Avtomatlaşdırılımış  Ki- 
tabxana-İnformasiya  Sisteminin  (AKİS)  yaradılması  zəru- 
rətini meydana gətirdi və  1981-ci  ildə ABŞ-m  Ohayo Uni- 
versitetinin  kitabxanası  tərəfındən  zəruri  tələblərə  cavab 
verən AKİS  istismara buraxıldı  [185,  s.  388].
1982-ci  ildə  Ohayo  Universitetinin  kitabxanası  dün- 
yada  ilk  dəfə  oxuculara  ənənəvi  kataloq  üzrə  xidmət  da-
20  | 
C.A.Cəfərov
yandırdı  və  bütövlükdə  elektron  kataloq  vasitəsilə  biblio- 
qrafık  xidmət  sisteminə  keçdi.  Bu  səbəbdəndir  ki,  mütə- 
xəssislər  EK-in yaradılması  tarixini  ötən  əsrin  60-70-ci  il- 
lərindən deyil,  1982-ci  ildən hesablayırlar.
Bunun  ardmca, ABŞ-m müxtəlif universitet kitabxa- 
nalarmda  “CARL”,  “MELVYL”,  “LIAS”,  “VTLS”  və 
“NOTİS” kimi  AKİS-lər yaradıldı və  elektron kataloq  sis- 
temi  məhz  həmin  proqram  təminatları  vasitəsilə  qurulma- 
ğa başlandı.
1970-80-ci  illərdə İngiltərə  kitabxanalarmda elektron 
kataloqların  yaradılması  işi  xeyli  sürətləndi.  1979-cu  ildə 
Derbişir  Dövlət  Kitabxanası  ilk  smağı  1967-ci  ildə  Frank 
Qumey  tərəfmdən  həyata  keçirilmiş  “ALS”  (Automated 
Library  Systems)  AKİS  vasitəsilə  elektron  kataloq  siste- 
mini  yaratmağa başladı.
1982-ci  ildə  London  və  Birminqem  kitabxanaları 
birləşərək “BLCMP” (Birmingham Libraries  Co-operative 
Mechanization  Project)  adlı  elektron  kataloqlaşdırma 
layihəsinin icrasma başladılar [174,  s.  8].
Həm  ABŞ,  həm  də  İngiltərə  kitabxanaları  tərəfındən 
yaradılan  AKİS-lər  tezliklə  bütün  ingilisdilli  ölkələrə  ya- 
yıldı.  Əvvəlcə  Uels,  Şotlandiya,  İrlandiya,  daha  sonra  isə 
Kanada,  Avstraliya,  Yeni  Zelandiya və Hindistan  kitabxa- 
naları  ənənəvi  kataloqlarmı  elektron  kataloq  sistemi  ilə 
əvəzləməyə başladılar.
Lakin  sözügedən  inteqrasiya  uzun  çəkmədi.  Belə  ki, 
80-ci  illərin  sonlannda  Uels  “SLS-Libertas”,  Kanada
Kitabxana-informasiya xidmətində elektron kataloq  \
  21


“UTLAS”  və  “Geac”,  Avstxaliya  “URICA”  kimi  milli  e- 
kataloqlaşdırma  sistemlərini  yaradaraq  kataloqlaşdırma 
sahəsində  milli  texnologiyalann  tərbiqinə  başladılar[187, 
s.  272].
Bununla da İngiltərənin  “A LS” AKİS-nin qiyməti iki 
dəfə  ucuzlaşdı,  ABŞ  istehsalı  olan  “CARL”  və  “LIAS” 
maliyyə  çatışmazlığı  ilə  üzləşərək  AKİS  bazarmdan  çıx- 
malı  oldu.  Fürsətdən  istifadə  edən  Fransa,  Almaniya  və 
Hollandiya kitabxanalan “ALS” AKİS-i  əldə  edərək tətbiq 
etməyə başladılar [190,  s.  46;  191,  s.  51].  Kanada rəqabətə 
davam gətirmək məqsədilə “UTLAS” AKİS-i  (5  il müddə- 
tində  ödənişsiz  istifadə  etmək  şərti  ilə)  Norveç,  Finlandi- 
ya, Ukrayna,  Sinqapur və Malta kitabxanalarmda tətbiq et- 
məyə başladı.
1989-cı  ildə  Almaniya  (Dortmund  Universitetinin 
kitabxanası)  və  Belçika  (Luven  Universitetinin  kitabxa- 
nası)  qüwələrini  səfərbər  edərək  IBM  şirkətilə  müştərək 
DOBIS/LIBIS  elektron  kataloqlaşdırma  sistemini  yaratdı- 
lar  [191,  s.  68].  Sistemin  uğurlu  tətbiqi  nəticəsində  Dani- 
marka,  Polşa,  Türkiyə,  Macanstan,  Çexoslavakiya  (indiki 
Çex  Respublikası  və  Slovakiya),  İtaliya  və  Baltikyanı  öl- 
kələrin kitabxanalarında  elektron  kataloqlarm  yaradılması 
işinə başlanıldı.
90-cı  illərin  əwəllərindən  etibarən  1980-ci  ildə  Ye- 
rusəlim  Yəhudi  Universiteti  (İsrail)  tərəfindən  yaradılan 
və  sonradan  təkmilləşdirilən  “Ex-Libris-ALEPH”  ABŞ-m 
“VTLS”  sistemi  istisna olmaqla,  mövcud bütün e-kataloq-
22  | 
C.A.Cəfərov
laşdırma proqramlarmı  geridə  qoyaraq  Avropa  ölkələrinin 
kitabxanalanna nüfuz  etdi  [180,  s.  212].  Ə w əlcə Litva və 
Estoniya,  ardmca  isə  bütün  Mərkəzi  və  Şərqi  Avropa 
ölkələrinin  kitabxanalan  “Ex-Libris-ALEPH”i  tətbiq  et- 
məklə elektron kataloqun yeni platformaya köçürülməsinə 
nail oldular.
Hətta  Yaponiya,  Cənubi  Koreya,  Çin  və  İndonezi- 
yanm  kitabxanaları  da  tezliklə  “Ex-Libris”dən  faydalan- 
mağa başladılar [173,  s.  363].
1996-cı  ildən  etibarən  Rusiya  kitabxanalannda  bib- 
lioqrafık  kartoçkalann  elektronlaşdmlması  prosesi  vüsət 
aldı.  Qısa  zamanda  Rusiyanm  müxtəlif beyin  mərkəzləri 
milli AKİS-lər (Liber,  OPAC Global, Ruslan,  IRBİS  və s.) 
yaradaraq Mərkəzi Asiya və  Qafqaz regionu kitabxanaları- 
nm elektron kataloqla təminatma zəmin yaratdılar.  2000-ci 
illərin  əvvəllərində  Rusiya  istehsalı  olan  sistemlər  digər 
postsovet ölkələrində  olduğu kimi,  Azərbaycan  kitabxana- 
larınm  elektron  kataloqlaşdırma  fəaliyyətində  tətbiq  olun- 
mağa başlandı.
2001-ci  ildə  Yaponiya  və  Hindistan  kitabxanaları 
EK-in yaradılması  sahəsində  süni  intellektin tətbiqinə nail 
oldular  [162,  s.  534;  173,  s.  362].  Sonrakı  illərdə  Cənubi 
Koreya və İsrail mütəxəssislərinin iştirakı ilə dünyada EK- 
lərin  yaradılması  işinin  texniki  mahiyyəti  xeyli  dəyişdi 
[180,  s.  211;  186,  s.  16].  Bu ölkələrin texnoloqlan bir neçə 
dəqiqə  ərzində  yüzlərlə  kartoçka kataloqunu  EK-ə  çevirən 
yeni  tipli  cihazlar,  multiavtomatik  surəttanıyanlar (skaner)
Kitabxana-informasiya xidmətində elektron kataloq
  |  23


Yüklə 23,47 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə