Azərbaycan miLLİ elmlər akademiyasi məRKƏZİ elmi Kİtabxana



Yüklə 23,47 Kb.

səhifə6/51
tarix29.09.2017
ölçüsü23,47 Kb.
1   2   3   4   5   6   7   8   9   ...   51

istehsal  etməklə  yenicə  inkişaf etməyə  başlamış  dövlətlə- 
rin  kitabxanalarmı  müştəri  qismində  prosesə  cəlb  etdilər. 
Yeni yaranan qurğular həm imkanlanmn genişliyi, həm də 
satış  qiymətinin  münasibliyi  ilə  özündən  əw əlkiləri  xeyli 
qabaqlayırdı.
2005-ci  ildən  etibarən  dünyanm  bir  çox  ölkələrində 
EK-in  yaradılması  üçün  milli  AKİS-lərin  yeni  versiyaları 
tətbiq  olunur.  Fransa  kitabxanalannda  “ACADEMUS”, 
İngiltərədə vahid EK sistemi  olan  “ALICE”,  Hollandiyada 
“PICA”,  Hindistanda  “DELNET”,  Yaponiyada  “CiNii”, 
İtaliyada  “REICAT-SBN”  (ITAMARC  əsasmda)  kimi 
elektron  kataloq  yaratma  proqramlarmdan  geniş  şəkildə 
istifadə edilir.
Son illərdə  Qərb  ölkələrinin  kitabxana fondlarmı  əks 
etdirən  EK-Iərin  sayı  milyonlarla  ölçülür.  Həm  Avropa 
Elmi  Kitabxanalar  Assosiasiyasmm  (LIBER),  həm  Bey- 
nəlxalq Kitabxana Assosiasiyalan Federasiyasmm (IFLA), 
həm  də  kitabxana  işi üzrə  ixtisaslaşmış  digər  nüfuzlu  təş- 
kilatlarm  hesabatlarmda  bir  qayda  olaraq,  EK-lərin  yara- 
dılması sahəsində inkişaf göstəriciləri  önə  çəkilir, bu sahə- 
dəki  uğurlarm  ötən  illərlə  müqayisədə  dəfələrlə  çox  oldu- 
ğu vurğulanır.
2003-2010-ci  illər  ərzində  Afrika  kontingeti  kitabxa- 
nalarmda  da  EK-lərin  yaradılması  işi  yüksələn  xətlə  inki- 
şaf edib  [160,  s.  216].  Hazırda Cənubi Afrika Respublikası 
və  Misir  Ərəb  Respublikasmdan  fərqli  olaraq  Mərakeş  və 
Tunis  kitabxanalannda  EK-in  yaradılması  işi  daha  zəif
24  [ 
C.A. Cəfərov
şəkildə apanlır.  2005-ci ildə Ümumdünya İnformasiya Cə- 
miyyəti  üzrə  Tunis  Sammiti  çərçivəsində  Tunis  Milli  Ki- 
tabxanası  və  Elm  Mərkəzinin  kitabxanasmda  EK-in  yara- 
dılması  prosesilə  tanışiığımız  və  daha  sonra  apardığımız 
qarşılıqlı  elmi  informasiya  mübadiləsi  bunu  deməyə  im- 
kan verir.
ABŞ,  Avropa Birliyi,  Asiya və Afrika kontingenti öl- 
kələrində  olduğu  kimi,  son  dövrlərdə  Baltikyam  ölkələrin 
kitabxanalarmda  da  EK-lərin  yaradılması  və  inkışaf etdi- 
rilməsi  işi  yeni  mərhələyə  qədəm qoyub.  Hazırda  Bal-tik- 
yam  və  MDB  ölkələrindəki  bütün  iri  kitabxanalarm  elek- 
tron kataloq  sistemi mövcuddur.  2004-cü ildə  Litva Kitab- 
xana Konsorsiumunun  iş  təcrübəsini  mənimsəmək  məqsə- 
dilə  Litva  Elmlər  Akademiyasmm  Kitabxanasında  apardı- 
ğımız  araşdırmalardan  bugünə  qədər  keçən  vaxt  ərzində 
həm  bu  ölkənin,  həm  də  Estoniya  və  Latviyanm  kitabxa- 
naları  EK-lərm  işlənib  hazırlanması,  oxuculara  yüksək sə- 
viyyəli  xidmətlərin  göstərilməsi,  yeni  informasiya  texno- 
logiyalarımn  kitabxana-biblioqrafıya  işinə  tətbiqi  sahəsin- 
də nümunəvi nəticələr əldə  ediblər.
Müşahidələrimiz  belə  deməyə  imkan  verir  ki,  son
10  ildə  EK yaratma kitabxanaçılıq  sahəsində  durmadan in- 
kişaf  edən  yeganə  prosesdir.  Bu  prosesin  başlamasmdan 
ötən  50  illik dövr  ərzində  əldə  olunan nəticələr kitabxana- 
şünaslıq  tarixində  özünəməxsus  yer  tutur.  Belə  ki,  məhz 
elektron  kataloqlarm  yaradılması  informasiyanm  akseolo- 
ji,  sosial mahiyyətinin üfıqi  (əhatəlilik  mənasmda)  və  şau-
Kitabxarıa-informasiya xidmətində  elektron kataloq
  |  25


quli  (elmi-nəzəri  dərinlik baxımından)  genişlənməsinə  sə- 
bəb olub.
EK  oxucu  üçün  açıq  istifadəli  (yaşmdan,  dilindən, 
milli  mənsubiyyətindən  asılı  olmayaraq),  mütəmadi  (za- 
man  və  məkanmdan  asılı  olmayaraq) yenilənəbilən  və  də- 
yişiləbilən  olması  ilə  nümunəvi  kitabxana  xidməti  vasitə- 
sidir.  EK  həm də  köçürüləbilən  (müxtəlif informasiya  da- 
şıyıcılarına  köçürülən),  çoxstandartlı  (müxtəlif biblioqra- 
fik  yazı  standartlanna  konvertasiya  olunan),  özü-özünü 
nüsxələyən  (öz  surətini  avtomatik  şəkildə  yaradan),  çox- 
mənbəli  istinadlar  sisteminə  malik  olan  (relevant  elektron 
biblioqrafik  yazılara  istinad  edən)  bir  sistem  kimi 
cəmiyyətin informasiya təminatında aparıcı rol oynayır.
Hələ çox  illər öncə  elektron kataloqun  ilk nümımələ- 
rini  yaradarkən  ABŞ  Konqres  Kitabxanasmm  əməkdaşı 
Henriyetta Devidson Avram EK-i  gələcəkdə iri  sənəd küt- 
ləsi  arasmdan  lazımi  (tələb  olunan)  və  yeni  məlumatı  tez 
bir zamanda üzə çıxanb  oxucuya təqdim edən,  güclü axta- 
rış  sisteminə  malik  olan,  idarəetmə  və  təhliletmə  aparatı 
ilə  təchiz  olunan,  uzaq  məsafədən  çoxistifadəli  əlyetərlik 
imkanı  verən  bir  sistem  kimi  görmək  istəyirdi  [157,  s. 
123].  Nəticədə bu proqnozlar özünü  doğrultdu və ötən  on- 
illiklər  ərzində  oxucu  sorğularmı  daha  effektiv  şəkildə  tə- 
min etmək baxımmdan kifayət qədər təkmilləşdirilmiş, ye- 
ni  funksiya  və  imkanlar  qazanmış  müasir EK-lər öz  arxe- 
tiplərini  ənənəvi  kartoçka  kataloqlarım  dəfələrlə  üstələyə 
bildilər.
26  | 
CA.Cəfərov
EK-lərin  yaradılması  tarixini,  problemlərini,  mexa- 
nizm  və  metodlarmı  araşdıran  alimlərin  [113,  152,  154, 
158,  185]  fıkrincə,  bu üstünlük özünü bir  sıra məqamlarda 
biruzə  verir  ki,  onları  da  aşağıdakı  kimi  təsnifləşdirmək 
olar:
a) 
Elektron  kataloq  ənənəvi  kartocka  kataloqundan 
daha funksionaldır.
- EK  yaradılarsa  kitabxanaların  müxtəlif  tip  (əlifba, 
sistemli,  mövzu)  kataloq  sistemləri  yaratmasına  ehtiyac 
qalmaz.  Çünki  EK  bütün  bu  fimksiyalan  avtomatlaşdml- 
mış formada yerinə yetirmək imkanlarma malikdir;
- EK kitabxanalarda ağır zəhmət tələb edən retro  isti- 
qamətli  (retrokonversiya,  retrospeksiya və  s.)  fəaliyyətləri 
aradan  qaldmr.  Çünki  EK  oxuculara xidmət  işinin  ən  mü- 
asir  atributu  kimi  bütün  fondlan  “görə  bilmək”  xassəsinə 
malik  olmaqla  bərabər,  həm  də  köhnə  ədəbiyyatı  yeni 
nəşrlərdən  və  əksinə,  yenini  köhnədən  tez  bir  zamanda 
ayırmaqda,  süni  intellekt  kimi  lazım  olan  ədəbiyyatla  la- 
zım  olmayam  müəyyənləşdirməkdə  əvəzolunmaz  texniki 
vasitədir.  Məsələn,  hər  hansı  bir kitabxana,  öz  fondundan 
bir neçə il  əvvəl qüvvədən  düşmüş normativ sənəd kütləsi- 
ni  çıxarmaq  qərarma  gəlir:  bunun  üçün  EK  sisteminə  sə- 
nədlərin  adım,  qüvvəyə  mindiyi  tarixi  daxil  etmək və əldə 
olunan  nəticələr  arasmdan  lazım  olmayanları  seçib  (ələl- 
xüsus,  sənədlərin  fondda  saxlanma  şifrəsini  müəyyənləş- 
dirdikdən  sonra)  həm  EK-dən,  həm  də  fonddan  çıxarmaq 
mümkündür.  Bu  zaman  sərf olunacaq  vaxt  günlərlə  deyil,
Kitabxana-informasiya xidmətində elektron kataloq
  |  27




Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   51


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2017
rəhbərliyinə müraciət

    Ana səhifə