Azərbaycan miLLİ elmlər akademiyasi məRKƏZİ elmi Kİtabxana



Yüklə 23,47 Kb.
Pdf görüntüsü
səhifə7/51
tarix29.09.2017
ölçüsü23,47 Kb.
#2431
1   2   3   4   5   6   7   8   9   10   ...   51

dəqıqələrlə,  sərf olunan  əməyin  koffisienti  isə  çoxrəqəmli 
sistemlə deyil,  aşağı göstəricilərlə ölçülür;
- Ənənəvi  kataloqdan  fərqli  olaraq  EK,  coğrafi 
parametrlərinə  görə yerli,  regional,  milli və beynəlxalq ola 
bilər.  EK-dən  istənilən  sayda  kitabxananm  birgə  (toplu 
EK)  və  ayrı-ayrılıqda  istifadəsini  təmin  etmək  mümkün- 
dür.
b)  EK  daha senis axtarıs imkanlarına malikdir.
-  EK  vasitəsilə  kitabxana  fondlarına  yeni  daxilol- 
malar  barədə  daha  operativ  məlumat  almaq  mümkündür. 
Bu  həm kağız  sərfiyyatım,  həm  də  əl  əməyini  xeyli  azalt- 
maq deməkdir;
-  EK  vasitəsilə  sənəd  nümunəsini  daha  geniş  əla- 
mətlər  üzrə  axtarmaq  mümkündür.  Oxucu  öz  sorğusunu 
tam  müəyyən  etmədikdə  belə  (konkret  müəllif,  sərlövhə 
üzrə  axtarış  apara  bilməyəcəyini  təsbit  etdikdə)  EK-ə 
“açar sözlər” daxil  etməklə heç bir “informasiya itkisi” ol- 
madan lazımi ədəbiyyatla təmin olunur;
-  Oxucu  EK-də  əksini  tapmış  nüfuz  (avtoritet)  fayl- 
lan vasitəsilə başqa adla tanıdığı  hər hansı  bir müəllifin və 
ya  əsərin  ismi  adekvatlığım  da  təsbit  edə  bilər.  Məsələn, 
oxucu  məşhur  ingilis  yazıçısı  O ’Henrinin  yaradıcılığı  ilə 
maraqlanır.  Ənənəvi  kataloqda oxucu bu sorğusuna müva- 
fıq  olaraq  10-a  yaxm  əsər  müəyyənləşdirə  bilərsə,  EK-də 
bu say 2 dəfə  artıq olacaq.  Çünki  “O ’Henri” Uilyam  Sidni
28  | 
C.A.Cəfarov
Porter  adlı  yazıçımn  ədəbi  təxəllüsüdür.  Ənənəvi  kataloq- 
da isə ədibin bu adla yazdığı əsərlər tapılmayacaq.
Nüfuz  fayllarmı  yaratmaqda  məqsəd bu  kimi  nüans- 
ları  gözdən  qaçırmamaqdır.  Kitabxanaçı  EK-də  O ’Henri- 
nin  nüfuz  faylım  yaradarkən  onun  əsil  admı  da  qeyd  edir 
və  bu  ad  altmda  yazdığı  əsərlərə  keçid  verir.  Axtarış  za- 
manı oxucu yaradıcılığı ilə maraqlandığı şəxsin nüfuz fay- 
lmı  nəzərdən  keçirməklə  tez  bir  zamanda  relevant  infor- 
masiyalar alır və axtanş imkanlarmı genişləndirmiş olur.
Başqa bir misal:  Daniel  Defonun,  bəxtsiz bir dənizçi 
haqqmda  yazdığı  əsər  oxucular  arasmda  “Robinzon  Kru- 
zo”  adı  ilə  tanımr.  Halbuki,  Daniel  Defonun nüfuz  faylın- 
da  göstərilib  (göstərilməlidir)  ki,  əsərin  başqa  adı  "York- 
dan  olan  balıqçı  Robinzon  Kruzonun  özünün  həyatı,  ma- 
raqlı  və  təəccüblu  sərguzəştləri  barədə  yazdıqlan"dır.  Bu 
kimi hərtərəfli axtarış yalnız EK-də  mümkündür.
c) 
E K   həm  oxucu.  həm  də  kitabxanalar  ücün  daha 
əlverislidir.

oxucu  ənənəvi  kataloqdan  fərqli  olaraq  EK-dən 
istədiyi  vaxt,  istənilən  yerdən  istifadə  etmək imkanma ma- 
likdir.  Belə  ki,  EK  vasitəsilə  kitabxana  fondu  ilə  tanış  ol- 
maq  üçün  oxucuya  kitabxanada  olmaq  vacib  deyil.  İstifa- 
dəçi  kənar bir yerdən-işlədiyi,  təhsıl  aldığı,  istirahət  etdiyi 
məkandan  günün  istənilən  vaxtında  EK vasitəsilə  kitabxa- 
na fondunda axtanş  apara bilər;
Kitabxana-informasiya xidmətində elektron kataloq
  |  29


-  EK  ənənəvi  kataloqdan  fərqli  olaraq  7x24  (hər 
gün,  hər  saat)  rejimində  işlədiyindən  istifadəçilərə  xidmət 
işində fasilə yaranmır.
-  EK  ənənəvi  kataloq  sistemi  qədər  fiziki  yer  tələb 
etmir  (EK-in yaradılması  üzrə AMEA  MEK-də  son  10  ildə 
apardığımız işlər,  əldə  etdiyimiz təcrübə göstərir ki,  məsə- 
lən,  5 milyon fondu olan  bu kitabxananın kataloq sistemini 
elektronlaşdırıb  bir  neçə  optik diskə  və ya Fləş  karta yer- 
ləşdirmək mümkündür).
Buradan belə bir qənaət hasil  edirik ki,  öz  imkanlan- 
nm  genişliyi,  polifunksionallığı,  etibarlılığı  ilə  ənənəvi  ka- 
taloq  sistemini  çox geridə qoymuş  istənilən EK, bütün hal- 
larda özündən əw əlki sistemin məntiqi davamıdır.
Dünyanm  bir  çox  iri  kitabxanaları  fondlarım  illər 
əvvəl  maşmlaoxunan  kataloqlara  retrospektiv  şəkildə 
konvertasiya  etdikləri  halda,  əksər  kitabxanalar  üçün  bu 
məsələ  hələ  də  aktuallığmı  itirmir,  bəzi  kitabxanalar  üçün 
isə  ümumiyyətlə,  sözügedən  texnoloji,  tarixi  nailiyyətlər 
əlçatmaz olaraq qalır [113,  s.  204].
Azərbaycan  kitabxanalarmm  bu  sahədəki  fəaliyyəti- 
nə  gəlincə  isə,  qeyd  etməliyik  ki,  2004-cü  ildən  etibarən 
kitabxanaçılığm  müasir problemlərinə  həsr  olunmuş  müx- 
təlif  beynəlxalq  konfrans  və  görüşlərdə  İtaliya,  Fransa, 
Rusiya,  Türkiyə,  Hollandiya və  digər Avropa ölkələrindən 
olan  həmkarlarımızla  apardığımız  fikir  mübadiləsi,  təhlil 
və  müzakirələr  EK-in  yaradılması  sahəsində  dünya  təcrü- 
bəsindən yetərincə yararlandığımızı  və bu işi kifayət qədər
30  | 
C.A.Cəfərov
uğurla  həyata  keçirdiyimizi  deməyə  əsas  verir.  Mütəxəs- 
sislər  MDB  ölkələri  arasında  Qazaxıstan,  Özbəkistan  və 
Azərbaycan  kitabxanalarmm  kitabxana-biblioqrafiya  pro- 
seslərinin  avtomatlaşdırılması,  elektron  kataloqlarm  yara- 
dılması  istiqamətindəki  fəaliyyətlərini  daha  yüksək  qiy- 
mətləndirirlər.  Bu  onunla  əsaslandınlır  ki,  Azərbaycan  ki- 
tabxanalannda  EK-lərin  yaradılması  işinin  yeni  vüsət  al- 
masma baxmayaraq, bu sahədə xeyli müsbət nəticələr əldə 
olunub.
1.2.  A zərbaycan kitabxanalarında elektron 
kataloqların  yaradılm ası və inkişafı 
(1973-2011-ci illər)
1.2.1. Azərbaycan kitabxanalarında 
elektron kataloqlardan istifadə
Azərbaycan  ərazisində  ilk  kitabxanalarm  yaradılma- 
smdan ötən  1500 il ərzində cəmiyyət bir sıra quruluşlardan 
keçmiş,  daş,  gil,  dəri  kitabələr  kağız  vərəqli  kitablarla 
əvəzlənmiş,  insanlann  informasiyaya,  biliyə,  elmə  olan 
ehtiyacı  dəfələnə  çoxalmış,  sosial-mədəni,  infrastruktural 
dəyişikliklər  fonunda  yeni  maddi-mənəvi  dəyərlər  sistemi 
formalaşmışdır.  Bu  kontekstdə  Azərbaycan  kitabxanalan- 
mn inkişaf tarixi,  tərəqqi salnaməsi  həm də milli  mədəniy- 
yətimizin öyrənilməsi baxımmdan olduqca vacibdir.
Kitabxana-informasiya xidmətində elektron kataloq
  |  31


Yüklə 23,47 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə