Azərbaycan miLLİ elmlər akademiyasi naxçivan böLMƏSİ



Yüklə 5,32 Mb.
Pdf görüntüsü
səhifə14/205
tarix06.05.2018
ölçüsü5,32 Mb.
#42063
1   ...   10   11   12   13   14   15   16   17   ...   205

yaradır.  Bu  kəşfə görə kimya lazerlər fizikasına və  konkret bu 

kəşfə görə  1999-cu  ildə Nobel mükafatına layiq  görülmüş  Л. 

Zevayla minnətdardır (5).

Spin  kimyası  yeni  az  öyrənilən  sahə  olmaqla  kimyəvi 

reaksiyalarda  spinin  saxlanması  kimi  fundamental  və  univer­

sal  prinsipə  əsaslanır.  Bütün  reaksiyalar  spinə  görə  seçicidir, 

başqa  sözlə  spinin  dəyişilməsi  tələb  olunan  reaksiyaların  baş 

verməsi  mümkün  deyil.  Bu  oblast  unikal  olmaqla  kimyəvi 

proseslərə  maqnit  qarşılıqlı  təsirini  daxil  edir  və  reaksiyanın 

maqnit ssenarisini yazır (6).

Fərdi  molekulun  tunel  spektroskopiyasının  kəşfi  son 

illərin  ən  mühüm  uğurlarından  biridir.  Özündən  əvvəlki 

metodlardan  əsaslı  şəkildə  fərqlənən  tunel  spektroskopiyası 

fərdi  molekul,  ion  və  klasterlərin  kimyasının  öyrənilməsində 

yeni  sərhədləri  açır.  Bunun  nəticəsində  fərdi  radikal,  ion  və 

paramaqn.it  molekulların  elektroparamaqnit  spektroskopiya- 

sının  müzakirəsi  gerçəkləşəcək,  nəticədə  maqnit rezonansının 

yeni  sahəsinə  daha  yaxından  baxmağa  imkan  yaranacaqdır



a,8).

Kiçik  bir  yazıda  Azərbaycan  kimyaçılarının  keçdiyi 

böyük yolu  təfərrüatı ilə işıqlandırmaq,  BÖYÜK  KİMYAnın 

nəhəng  panoramını  təqdim  etməyə  iddia  etmək  sadəlövhlük 

olardı.  Məqsədimiz  əsasən  kimyanın  məntiqini,  onun  qeyri- 

adi  gözəlliyini,  sonsuz  imkanlarını  göstərməklə  bu  sahənin 

mütəxəssisi  olmayan  insanlarda  belə,  bu  dərəcədə  parlaq, 

sehrli  bir  elmə  az  da  olsa  maraq  və  hörməti  artırmaq  istəyi 

olubdur.  İnanıram  ki,  mütəxəssislər  sətirlər  arasında  daha 

çox  mətləblər  duyacaq,  qeyd  edilməmiş  xeyli  məqamları, 

faktları  oxuyacaq,  adıçəkilən  kəşflərin  məntiqindən  duydu­

ğum  hissləri və təəccübü mənimlə bölüşəcəklər.

Eyni  zamanda  inanmaq  istərdim  ki,  çox  da  uzaq 

olmayan  gələcəkdə  adları  sadalanan  sahələrdə  Azərbaycan 

kimyaçılarının  da  imzalarına  rast  gələcək,  bundan  qürur 

duyacaq,  həmin  müəlliflərin  sevincini  bölüşmək  arzumu 

Azərbaycan  elminin  uğurları  ilə  sevinən  hər  kəslə  paylaşa­

cağam.


41


Ə d ə b i y y a t

1.  Rüstəmov  M.İ.,  Əzizov  A.H.  XXI  əsrdə  kimya  sənayesi  və 

elminin  strateji  inkişaf istiqamətləri  haqqında.  «Elm»  qəzeti, 

2003, №  1.9-20

2.  Бучаченко  А.Л.  Химия  на  рубеже  веков:  свершения  и 

прогнозы / Успехи химии,  1999, т. 68, с. 85-102

3.  Коровин Н.В. Общая химия. М. : Высшая школа, 2004, 557 с.

4.  Филиппов  Ю.В.,  Попович  М.П.  Физическая  химия.  М.  :  Изд- 

во МГУ, 2003,400 с.

5.  Zevvail A.H.  Femtochemistry /J. Physical Chemistry,  1996, v.  100, 

p.  12701

6.  Buchachenko  A.L.,  Frankevieh  E.L.  Chemical  generation 

of 

microvawes. New York,  1994, 234 p.



7.  Далидчик  Ф.И.,  Кобалевский  С.А.,  Гришин  M.А.,  Шуб  Б.Р. 

Туннельная  спектрос-копия  одиночных  молекул  /  Письма  в 

ЖЭТФ,  1997, т. 66, с. 37

8.  Далидчик  Ф.И.,  Ковалевский  С.А.  Наблюдение  одиночного 

парамагнитного центра / Письма в ЖЭТФ ,  1998, т. 67, с. 965

9



QULU H Ə Z İY E V  

A M  EA  Naxçıvan Bölməsi 

Batabat Astrofizika Rəsədxanası

XX ƏSRDƏ AZƏRBAYCANDA 

ASTRONOMİYA ELMİNİN İNKİŞAFI  HAQQINDA

XIX  əsrin  sonlarında  dünyaya  böyük  neft  ehtiyatlarına 

malik  olan  bir  ölkə  kimi  tanınan  Azərbaycan,  XX  əsrdə  çox 

dramatik  bir  inkişaf  yolu  keçmişdir.  Bu  yol  çoxşaxəli  və 

zidiyyətli  bir yoldur.

Danılmaz  faktdır  ki,  XX  əsrdə  meydana  gələrək 

təşəkkül  tapmış  Sovet  İttifaqında  fundamental  elmlərin  inki­

şafına  xüsusi  fikir  verilirdi.  Təbiidir  ki,  bu  tendensiya 

Azərbaycana  da  öz  təsirini  göstəpmişdir.  1945-ci  ildə 

Azərbaycanda  Elmlər  Akademiyasının  yaradılması  çox 

böyük  əhəmiyyətə  malik  bir  hadisə  idi.  Akademiyanın  yara­

dılması,  başqa  elm  sahələrində  olduğu  kimi,  astronomiyanın 

da  inkişafına  münbit  şərait  yaratdı.  Bildiyimiz  kimi  Azər­

baycanda  astronomiya  elmi  sarnballı  tarixi  ənənəyə  malikdir. 

İstər  Avropa  tədqiqatçılarının  [1],  istərsə  də  Sovet  [2]  və 

Azərbaycan 

[3]  alimlərinin  araşdırmalarında  şərqdə,  o 

cümlədən  Azərbaycanda  orta  əsrlərdə  astronomiya  elminin 

necə yüksək bir səviyyədə olduğu öz əksini tapmışdır.

Azərbaycanın  yerləşdiyi  ərazi  həm  təbii  iqlim  nöqteyi- 

nəzərindən,  həm  də  sırf  coğrafi  baxımdan  ən  müxtəlif 

astronomik  müşahidələr  aparmaq  üçün  çox  əlverişlidir. 

Təsadüfü deyildir ki,  hələ  1927-ci  ildə Azərbaycanda astrono­

mik  rəsədxananın  qurulması  məsələsi  ortaya  qoyulmuşdur 

4].  Həmin  il  Leninqrad Astronomiya İnstitutunun  əməkDaş- 

arı  Azərbaycana  gələrək,  yerli mütəxəssislərlə  birlikdə  müəy­

yən  zonaların  iqlimi  və  relyefi  ilə  tanış  olmaq  məqsədi  ilə 

ekspedisiyalar  təşkil  etdilər.  Alınan  nəticələr  1932-ci  ildə 

Moskvada  Astronomiya  İnstitutunun  bülletenində  çap 

olundu.  30-cu  illərin  məlum  hadisələri  və  ikinci  dünya 

müharibəsi  Azərbaycanda  rəsədxana  qurulması  prosesini 

ləngitdi.  1949-cu  ildə  bu  sahədə  işlərin  davam  etdirilməsi 

üçün  növbəti  ekspadisiya  yaradıldı.  Həbib  Məmmədbəylinin 

rəhbərlik  etdiyi  bu  elmi  ekspedisiya  rəsədxananın  qurulması 

üçün ən  əlverişli yer  olaraq  Şamaxı  rayonunun  Pirqulu  dağını

43



Yüklə 5,32 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   205




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə