Azərbaycan miLLİ elmlər akademiyasi naxçivan böLMƏSİ



Yüklə 5,32 Mb.
Pdf görüntüsü
səhifə7/205
tarix06.05.2018
ölçüsü5,32 Mb.
#42063
1   2   3   4   5   6   7   8   9   10   ...   205

Danılmaz  həqiqətdir  ki,  bütün  fəaliyyəti  ərzində  Milli 

Elmlər  Akademiyasının  ən  yüksək  təşəkkülü  və  inkişafı 

ümummilli  liderimiz  Heydər  Əliyevin  hakimiyyəti  illərinə 

aiddir.  Görkəmli  dövlət  xadimi  Heydər  Əliyev  həm  Elmlər 

Akademiyasını  elmin  inkişaf etdirilməsinin  əsas  hərəkətverici 

faktoruna -  mərkəzinə  çevirdi,  həm  də  Azərbaycanın  inkişafı 

və  tanıdılması  naminə  Akademiya  faktorundan  faydalanmaq 

vəzifəsini  böyük  bacarıqla  həyata  keçirdi.  Azərbaycan 

tarixində  Akademiyanın  imkanları  və  nüfuzu  heç  vaxt 

dövlətçiliyinin  Heydər Əliyev  mərhələsindəki  səviyyədə  olma­

mışdır.  Məhz  Heydər  Əliyev  dövründə  Azərbaycan  aliminin 

və  elminin  nüfuzu  Milli  Elmlər  Akademiyasının  konkret 

tarixi  şəraitdə  malik  olduğu  nüfuzla  ölçülmüş,  müəyyən 

olunmuşdur.  Sovet  hakimiyyəti  illərində  Elmlər  Akademii- 

yasını  keçmiş  İttifaq  məkanında  əsas  elmi  mərkəzlərdən  biri 

kimi  tanıtmağa  nail  olmuş  Heydər  Əliyev  müstəqillik 

mərhələsində  bu  böyük  elmi  qurumu  xalqın  milli  sərvətinə 

çevirməklə  yanaşı,  dünya  elminin  tərkib  hissəsi  səviyyəsində 

qəbul edilməsi  üçün də düşünülmüş əməli addımlar atmışdır.

Milli  Elmlər  Akademiyasının  Naxçıvan  Bölməsinin 

yaradılması  uzaqgörən  qüdrətli  dövlət  xadimi  Heydər 

Əliyevin  Azərbaycan  elminə,  yeni  tipli  Akademiya  quruculu­

ğuna  sanballı  töhfəsidir.  Akademiyanın  Naxçıvan  Bölməsi 

ideyasının  gerçəkləşdirilməsi  milli  elmin  coğrafiyasının  geniş­

ləndirilməsi  və  respublikanın  əsas  ərazisindən  ayrı  salınmış 

bir  regionda  elmi  qüvvələrin  qorunub  saxlanılması,  daha  da 

inkişaf etdirilməsi baxımından  mühüm əhəmiyyətə malik olan 

düşünülmüş  uğurlu dövlət  tədbiridir.  Naxçıvanda Akademiya 

yaratmaq  müstəqil 

respublikamızın  üzvi  tərkib  hissəsi  olan 

Naxçıvan  diyarında  qədim  oğuz-türk  mədəniyyətinin,  dili­

mizin,  milli  tariximizin  və  ədəbiyyatımızın  köklərinin, 

təşəkkülü  və  inkişafı  yollarının  daha  əsaslı,  tutarlı,  dəlilli- 

sübutlu  şəkildə  araşdırılıb  ümumiləşdirilməsinə  geniş  meydan 

açmaq  deməkdir.  Bu  akademik  qurumun  təşkili  eyni 

zamanda  Cənubi  və  Qərbi  Azərbaycanı,  Şərqi  Anadolunu

20



kəzin  yaradılması  kimi  uzaqgörən  strateji  məqsədlərə  də  xid­

mət  edir.  Qısa  müddətdə  Azərbaycan  Milli  Elmlər  Akademi­

yası  Naxçıvan  Bölməsinin  maddi-texniki  bazasının  möhkəm­

ləndirilməsi,  kadr  potensialının  formalaşdırılması  istiqamə­

tində  görülmüş  genişmiqyaslı  işlər,  əldə  edilmiş  ilkin  müsbət 

elmi  nəticələr 

ümummilli  liderin  siyasi  kursunun  uğurla 

yerinə yetirilməsinə əyani  sübutdur.

Naxçıvan  Dövlət Universiteti  ilə Milli Elmlər Akkade- 

miyasınm  Naxçıvan  Bölməsinin  qarşılıqlı,  işgüzar  fəaliyyə­

tinin  təmin  olunması  respublikamızda  elmlə  cili  təhsilin 

inteqrasiyasına 

bariz  nümunələrdən 

biri 


sayıla 

bilər. 


Bakalavr,  magistratura  və  aspirantura  pillələri  üzrə  Naxçı­

van  Dövlət  Universitetinin  qəbul  planlarının,  Dissertasiya 

Şurasının  fəaliyyətinin  Milli  Elmlər  Akademiyası  Naxçıvan 

Bölməsinin  zəruri  ehtiyaclarına,  əsas  tələbatlarına  doğru 

istiqamətləndirilməsi,  yeni  elmi  qurumun  elmi  dərəcəli  kadrla 

təminatı  sahəsində  qayğıkeş  addımların  atılması,  birgə  elmi 

konfransların  və  seminarların  keçirilməsi,  müştərək  nəşrlərin 

hazırlanması  regionda  vahid  elmi  mühitin  formalaşdml- 

masına  və canlandırılmasına  normal  şərait  yaratmışdır.  Elmi 

və  ali  təhsili əhatə  edən  bu  iki  qurum  arasında  inteqrasiyanın 

daha  da  dərinləşməsi  və  möhkəmləndirilməsi  qısa  müddətdə 

regionda  yeni  və  mükəmməl  elmi  məktəblərin  yaranmasına, 

nüfuzlu  alimlərin  yetişib  formalaşmasına  özünün  sanballı 

töhfəsini verəcəkdir.

Azərbaycanın  dünya  şöhrətli  alimləri  əsasən  Milli 

Elmlər  Akademiyasından  çıxmışdır.  Bu  mənada  Milli  Elmlər 

Akademiyası  təkcə  Azərbaycan  üçün  deyil,  geniş  mənada 

bəşəriyyət  üçün  faydalı  olan  ideyaları,  ciddi  kəşfləri,  nadir 

ixtiraları  meydana  çıxaran,  ərsəyə  gətirən  böyük  elmi 

mərkəzdir.  Yer  kürəsinin  müxtəlif qütblərində  qəbul  olunan 

görkəmli  Azərbaycan  alimləri -  Yusif Məmmədəliyev,  Həsən 

Abdullayev,  Həsən  Əliyev,  Cəlal  Əliyev,  Mahmud  Kərimov, 

Ziya  Bünyadov,  Fəraməz  Maqsudov,  Həbibbulla  və  Toğrul 

Şahtaxtinskilər,  Mustafa  Topçubaşov,  Azad  Mirzəcanzadə,

21



Arif  Mehdiyev,  Əhməd  Mahmudov,  Budaq  Budaqov, 

Əlisöhbət  Sumbatzadə,  Cəmil  Quliyev,  Bəkir  Nəbiyev,  Akif 

Əlizadə,  Məmmədcəfəı*  Cəfərov,  Asəf  Nadirov,  Ağamusa 

Axundov,  Yaşar  Qarayev,  Kərim  Kərimov  və  başqaları  Milli 

Elmlər  Akademiyasının  elmi  mühitində  və  zəngin  ənənələri 

zəminində  yetişib  formalaşmış,  tanınıb  məşhurlaşmışlar. 

Uzun  illər  Milli  Elmlər  Akademiyasına  uğurla  rəhbərlik 

etmiş,  böyük  elmi  kəşflərin  müəllifi,  neft  kimyası  elmi 

məktəbinin  yaradıcısı,  görkəmli  alim  -   təşkilatçı,  beynəlxalq 

aləmdə  qəbul  olunan  akademik  Yusif  Məmmədəliyevin 

xidmətləri  bütövlükdə  əhalisinə və ərazisinə  görə  respublika­

mıza  uyğun  gələn  digər  ölkələrin  Akademiyalarının  fəaliy­

yətinə bərabərdir.

Azərbaycan  dünyada  həm  də  böyük  elmi  və  görkəmli 

alimləri ilə tanınmışdır.

Müstəqillik  dövründə  Azərbaycan  Milli 

Elmlər 

Akademiyası  özünü  yenidən  bərpa  etmiş  və  yeni  inkişaf 



mərhələsinə  qədəm  qoymuş  güclü  elmi  mərkəz  kimi 

fəaliyyətini  uğurla  davam  etdirir.  Hazırki  tarixi  mərhələdə 

Akademiyamız  müstəqil  Azərbaycanın  elm 

üzrə 


Baş 

Qərargahı  funksiyasını  həyata  keçirməyin  məsuliyyətini  və 

şərəfini  bütün  ciddiliyi  və  ləyaqəti  ilə  nəinki  gerçəkləşdirir, 

həm  də  böyük  qətiyyətlə  və  inamla  daha  böyük  gələcəyə 

doğru aparır.

22



Yüklə 5,32 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   205




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə