Azərbaycan miLLİ elmlər akademiyasi naxçivan böLMƏSİ



Yüklə 5,32 Mb.
Pdf görüntüsü
səhifə8/205
tarix06.05.2018
ölçüsü5,32 Mb.
#42063
1   ...   4   5   6   7   8   9   10   11   ...   205

T A R İY E L   TALIBO V  

A M E  A  Naxçıvan  Bölməsi


Bioresurslar İnstitutu

NAXÇIVAN MR ƏRAZİSİNDƏ  BOTANİKİ 

TƏDQİQATLAR TARİXİ

Bitkilər  aləmi  Yer  kürəsində  canlılar  aləminin 

təşəkkülündə,  onun  formalaşmasında  və  yaşayışında  çox 

mühüm  rol  oynamışdır.  Təkcə  xlorofıl  piqmentinin  yaran­

ması  canlılar  aləmində  ən  böyük  bir  möcüzə,  ən  böyük  bir 

inqilab kimi qiymətləndirilir.

Məlumdur  ki,  insan  da  digər  canlılar  kimi  ilk  olaraq 

öz  qida  rasionunda  bitki  mənşəli  məhsullardan  daha  çox 

istifadə  etmiş,  onu  tanımağa  başlamışdır.  Məskunlaşandan 

sonra  əkinçilik  mədəniyyəti  formalaşmış,  yabanı  növlər 

becərilərək  yavaş-yavaş  stabil  qida ehtiyatı  əldə  edə  bilmişlər. 

Bu  proses  vəhşi  heyvanların  saxlanılması,  əhlilləşdirilməsi  ilə 

də  davam  edilərək,  yenə  qida  ehtiyatı  xatirinə  heyvanları  diri 

-  "canlı  konserv"  formasında saxlamışlar,  insan  təkmilləşdik­

cə,  elmi  təfəkkür  formalaşdıqca  o  nəinki  öz  əhatə  dairəsini, 

eyni  zamanda  bütün  əraziləri,  qitələri  gəzərək  yeni  təbii 

ehtiyat bazası əldə etməyə və öyrənməyə çalışılmışdır.

Naxçıvan  MR-in  torpaq-iqlim  amilləri,  relyef və  digər 

fiziki-coğrafi  xüsusiyyətləri  burada spesifik ekosistemin əmələ 

gəlməsi  və  formalaşmasında  xüsusi  rol  oynamış,  müasir 

biomüxtəlifliyin  yaranmasına  səbəb  olmuşdur.  Bu  zənginliyin 

yaranmasının  digər  səbəbi,  ərazinin  genezisi  ilə  bərabər,  həm 

də  onun  bir  neçə  botaniki-coğrafi  rayonlar  sərhəddində 

yerləşməsidir  ki,  bu  zaman  növlərin  miqrasiya  imkanları 

hesabına biomüxtəliflik daha da zənginləşmişdir.

Biomüxtəliflik  tükənməyən  təbii sərvətlərdən  biri  olub, 

hər  bir  ölkənin  iqtisadi  həyatında  çox  vacib  rol  oynayır. 

Biomüxtəlifiiyi  təşkil  edən  növlər  qida,  yem,  dərman,  texniki, 

dekorativ  və  s.  məqsədlərlə  istifadə  edilə  bilir.  Bacarıqla  və 

məqsədyönlü  istifadə  edildikdə,  eyni  zamanda  növün

23



təbiətdəki  populyasiyasının  say  dinamikasına  nəzarət  olun­

duqda,  bioresurslardan  istifadə effektli  olmaqla yanaşı,  istifa­

də edilən  canlının  təbiətdəki  normal fəaliyyəti  də bərpa  oluna 

bilər.


Naxçıvan  MR-də  biomüxtəlifliyin  zənginliyi  dedikdə 

onu  nəzərə  almaq  lazımdır  ki,  ərazimiz  bəşəriyyətin  əsas 

qidasını  təşkil  edən  buğdanın  təkdənli  və  ikidənli  növlərinin, 

insanların  ilk  əhlilləşdirdiyi  keçi  (bezoar  keçisi)  və  qoyunun 

(muflon),  nadir,  endemik  və  relikt  növlərin  vətənidir.  Bu 

zənginlik  içərisində  ərazinin  florası  da  özünəməxsus  olub, 

öyrənilmə  tarixi  qədim  zamanlara  gedib  çıxır.  Məhz  bu 

səbəbdəndir  ki,  biz  ərazinin  floristik  tədqiqi  tarixindən 

danışdıqda  mütləq  xalq  təbabəti,  səyyah  və  təbiətşünasların 

və  s.  müxtəlif  səpkili  məlumatları  ilə  kifayətlənməli  oluruq. 

Ərazimizin  "İpək  Yolu"  marşrutu  üzərində  yerləşməsi  (8,12) 

təbii  ki,  bu  bölgədən  keçən  səyyah,  tacir,  təbiətşünas  və 

başqalarının  yazdıqları  xatirələrdə,  əsərlərdə  və  s.  öz  əksini 

tapmış  olmalıdır.  Belə  mənbələr  az  da  olsa  vardır  və  onlar 

müəyyən fikirlərin irəli sürülməsinə imkan  verir (  10,  19).

Naxçıvan  mahalında  xalq  seleksiyaçıları  tərəfindən 

qiymətli  meyvə  sortları  yaradılmış,  dərman  bitkilərindən 

müvəffəqiyyətlə  istifadə  edilmişdir.  Lakin  bu  haqda  yazılı 

məlumatlar  çox  az  olmuşdur.  Hələ  keçən  əsrin  əvvəllərində 

Azərbaycanda  tədqiqat  mərkəzlərinin,  muzeylərin  və  s. 

yaradılması  ilə  əlaqədar  olaraq,  elmi-tədqiqat  işlərinin  həcmi 

və  miqyası  artmağa  başlamış,  floraya  aid  dəqiq  yazılar 

meydana  çıxmışdır.  1920-ci  illərin  əvvəlində  yaradılmış 

"Azərbaycanı  Tədqiq  və  Tətəbbö  Cəmiyyəti" 

1931-ci  ildə 

Azərbaycan  Dövlət  Elmi-Tədqiqat  İnstitutuna  (Az.  DETİ) 

çevrilir.  1932-ci  ildə  Az.  DETİ-nin  tərkibində  Bakı  Sektoru 

yaradılır  ki,  ona  da  A.A.  Qrossheym  rəhbərlik  edir.  Az  bir



ш

müddətdən  sonra  bu  'İnstitut  Azərbaycan  Dövlət  Təbii

İstehsalat  Gücünün  Öyrənilməsi  İnstitutuna  çevrilir.  1932-ci

•  


__ 

ilin  noyabr  ayından  etibarən  bu  institut  SSRİ  EA 



Zaqafqaziya  Filialının  Azərbaycan  şöbəsinə,  Bitki  Ehtiyatı 

seksiyası  isə  Azərbaycan  şöbəsinin  Botanika  sektoruna




çevrilir.  Bu  sektorun  müdiri  A.A.  Qrossheym  olur.  1936-cı

• 

__



ildə  bu  sektor  SSRİ  EA  Azərbaycan  Filialının  Botanika 

institutuna çevrilir.

1931 -1936-cı  illərdə  Azərbaycanda  və  o  cümlədən 

Naxçıvan  MR  ərazisində  intensiv  tədqiqat  işləri  aparılmışdır. 

Qarşıya  qoyulan  məqsəd  bitki  ehtiyatını  müəyyənləşdirmək, 

kauçuklu,  efir yağlı  və dərman əhəmiyyətli  bitkiləri  öyrənmək 

olmuşdur  (1,4,16,17).  Qeyd  edildiyi  kimi  Naxçıvan  MR-in 

iqlim  faktorları  burada  kserofıt  bitki  qruplarının  formalaş­

masına  səbəb  olmuşdur.  Bu  bitki  qruplarının  içərisində çoxlu 

efir  yağlı,  kauçuqlu,  kitrəli,  dərman  əhəmiyyətli  və  s. 

istiqamətli  bitki  növləri çoxdur.

Əraziyə  edilən  planauyğun  ekspedisiyalar  nəticəsində 

elm  üçün  çoxlu  miqdarda  yeni  bitki  növləri  aşkar  edilmiş, 

bitki  ehtiyatı  öyrənilməyə  başlamışdır.  A.A.  Qrossheym  bu 

dövrdə  Azərbaycan  dilində  ilk  dəfə  olaraq  3  cildlik 

"Azərbaycan  florası"  əsərlərini  nəşr  etdirir  (3).  Azərbaycan 

dilində  yazılan  bu  əsərlər  botanik  alimlərin,  xüsusən  siste- 

matiklərin  yetişməsində  mühüm  rol  oynamışdır.  Bu  əsərlərdə 

Naxçıvan  MR florası haqqında da məlumatlar verilir.

Bu  ərəfədə  L.İ.  Prilipko  Naxçıvan  MR-in  bitki 

örtüyünü,  eyni  zamanda  əsas  sistematik  qrupları  şərh  edən 

"Naxçıvan  MSSR-də  bitki  münasibətləri  haqqında"  əsərini 

nəşr  etdirir  (18).  Naxçıvan  MR-in  bitkiliyinə  həsr  edilən  bu 

qiymətli  tədqiqat  əsəri  bu  gün  də  öz  dəyərini  itirməmişdir.



ш

L.I.  Prilipko  Muxtar  Respublikada  tədqiqat  işi  aparan 

mütəxəssislərin  bütün  əsərlərini  öz  kitabında  qeyd  etməklə, 

gələcək  tədqiqatçılara  düzgün  istiqamət  tapmaqda  kömək 

etmişdir.  O,  ərazidə  1148  növ  ali  bitki  növünün  yayıldığını 

qeyd edir.

A.A.  Qrossheym  özünün  "Флора  Кавказа"  adlı  funda­

mental  əsərlərini  bu  müddətdə  nəşr  etdirməyə  başlayır.  Çox 

təəssüf ki,  onun  ölümü  ilə  əlaqədar  olaraq  yalnız  7  cild  nəşr 

edilmiş  və  Qafqaz  florasına  həsr  ediləsi  digər  3  cild  bu  günə

25



Yüklə 5,32 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   205




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə