Azərbaycan miLLİ elmlər akademiyasi naxçivan böLMƏSİ



Yüklə 5,32 Mb.
Pdf görüntüsü
səhifə53/205
tarix06.05.2018
ölçüsü5,32 Mb.
#42063
1   ...   49   50   51   52   53   54   55   56   ...   205

şirkətlərinin  əsas  prioritet  istiqamətinə  çevrilməsinə  səbəb 

olmuşdur.  Hu  dövrdə dünyanın  əsas neftçıxarma  rayonu  olan 

Şimali  Azərbaycan  Böyük  Britaniyanın  da  marağını  cəlb 

etmişdir.  Həmin  dövrdə  ingilis  kapitalı  ölkəmizə  fəal  daxil 

olaraq onun  neft sənayesində möhkəm  yer  tutmuşdur.

Eyni  zamanda,  1872-ci  ildə  Bakıda  neft  sənayesinə 

kapital  axınına  mane  olan  iltizam  sistemi  ləğv  olunmuş  və 

neft  verən  torpaqlar  qruplara  bölünüb,  ayrı-ayrı  kapital 

sahiblərinə  uzun  müddətli  icarəyə  verilmişdir. 

Bunun 


nəticəsində  1873-  cü  ildə  Bakı  rayonunda  cəmi  12  şirkət 

fəaliyyət göstərdiyi  halda,  əsrin  sonlarında  onların  sayı  140-a 

çatmışdır.

Neft verən torpaqların  icarəyə verildiyi vaxt və ondan  bir 

neçə  il  sonra  neft  sənayesində  aparıcı  qüvvə  əsasən  yerli 

kapital  nümayəndələri  idi.  Tezliklə  neft  sənayesinə  xarici 

kapital  axını  başlandı.  Belə  ki,  1880-cı  il  mayın  1-də  Çar 

Hökumətinin  Xüsusi  İclasında  xaricilərin  Bakı  rayonunun 

neft  yataqlarının  işlədilməsinə  dəvət  edilməsinin  təşviqi  ilə 

bağlı  qəbul  etdiyi  qərar  bu  axının  əsas  hərəkətverici  qüvvəsi 

olmuşdur.2  Xarici  sərmayəçilərin  arasında  fransız  və  onun 

ardınca  ingilis  kapitalı  mühüm  yer  tuturdu.  Artıq  1901-ci  ildə 

xarici  sərmayə  Bakı  neftinin  hasilatında  və  satışında  aparıcı 

mövqeyə  yiyələnmişdi.  Belə  ki,  həmin  ildə  ingilis  şirkətlərinin 

yataqlarında  neft  hasilatının  ümumi  həcminin  11  faizi 

yerləşirdi.  1903-cü  ildə  isə  Bakı  rayonunda  60  milyon  rubl 

kapitala  malik  12  ingilis  cəmiyyəti  mövcud  idi.  Bu  şirkətlər 

arasında  maliyyə  idarəsi  Londonda  yerləşən  və  kapitalının 

ümumi  məbləği  33,5  milyon  rubl  təşkil  edən  «The  Slıibaeff 

Petroleum», 

«Baku 

Russian  Company» 



və  «Russian 

Petroleum  Company»  xüsusilə  aktiv  fəaliyyət  göstərirdi.3 

Onlar  başlıca  olaraq  çətin  maliyyə  vəziyyətində  olar  köhnə 

müəssisələrin  aksiyalarının  əldə  edilməsi  yolu  ilə  fəaliyyətə 

başlayırdılar.  Bundan  əlavə,  Bakıda  fəaliyyət  göstərən  ingilis- 

holland  «Royal  Dutch/Shell»  qrupu  «Xəzər-  Qara  dəniz», 

«Mazut»,  «Şibavev»,  «Qafqaz»  cəmiyyətlərinin  səhmlərinin

161



xeyli hissəsinin sahibinə çevrilmişdir.  1917-ci  ildə  isə  Bakı  neft 

rayonunda  112,6  milyon  rubl  xarici  səhmlər  kapitalının  54,3 

milyon rublu  (48  faizi) ingilislərin payına düşürdü.

Ümumilikdə  XX  əsrin  əvvəllərində  ingilis  neft  şirkətləri 

Azərbaycanda  H.Z.Tağıyev,  M.Nağıyev,  Ş.Əsədullayev  kimi 

neft  maqnatlarının  timsalında  yerli  neft  kompaniyaları  ilə, 

eləcə  də  xarici  investorlardan  Nobel  Qardaşları  Neft  Şirkəti, 

Rokfeller  sindikatı,  Rotşildlərlə  rəqabət  aparırdı.  Bunun 

göstəricisidir  ki,  1914-cü  il  üçün  Rusiyanın  neft  hasilatı 

başlıca  olaraq  üç  şirkət  -   “Neft”  (Oil)  (28%),  “Şell”  (20%), 

“Nobel  Qardaşları”  (14%)  arasında  bölünmüşdür.  Bu 

şirkətlər  həmin  dövr  üçün  dünya  neft  istehsalının  62  faizini 

hasil  edirdi.4 Rusiya  neft sənayesində  “Şell”  şirkətinin  başlıca 

rəqibi  Nobel  Qardaşları  idisə,  dünya  miqyasında  əsas  rəqib 

ABŞ- m ’’Standart Oil” sindikatı idi.

Bakı  neft  yataqlarının  ilk  ingilis  alıcısı  məşhur  neft 

taciri  Alfred  Stüart  olmuşdur,  iri  neft  ticarəti  şirkəti  olan 

“Alfred  Stüart  və  Ko”  şirkətinə  rəhbərlik  edən  və  böyük 

kommersiya  əlaqələri  olan  bu  şəxs  1896-cı  ildə  Bakı  neft 

sənayeçisi  Çaturovun  neft  quyularını  almışdır.  A.Stüart 

həmin  neft  quyularının  əsasında,  eləcə  də  Qalisiya  və 

Rumıniyada  daha  əvvəl  əldə  edilən  neft  torpaqları  sayəsində 

1896-cı  ilin  iyulunda ümumi  kapitalı  1  mln.  funt sterlinq  olan 

“Avropa neft kompaniyası”nm əsasını qoymuşdur.5

XIX  əsrin  sonlarında  zəifləyən  Çar  Rus  imperiyası 

digər  müstəmləkəçi  imperiyaların  iri  neft  şirkətləri  üçün  əsl 

mübarizə  meydanına  çevrilir.  Belə  ki,  rus  neft  ticarətinin  ələ 

keçirilməsi  uğrunda  mübarİ

2

;ədə  bir  sıra  ingilis  şirkətləri 



liderliyi  ələ  alırlar.  “Semyuel  and  Со”  adlı  ingilis  şirkəti 

Rotşildlərlə  saziş  imzalayaraq  rus  neftinin  ticarəti  ilə  məşğul 

olmaq  barədə  razılığa  gəlir.  Həmin  sazişə  əsasən  Markus 

Semyuelin  rəhbərlik  etdiyi  “Semyuel  and  Со”  şirkəti 

Rotşildlərin neftinin satışı üzrə inhisarçı hüquqları əldə edir.

1890-cı ildə  Markus Semyuel  Bakıya səfər  etmişdir.  O, 

buradan  tanker  vasitəsilə  Cənub-Şərqi  Asiyaya  neftin

162



daşınması  haqqında  razılığa  gəlmişdir.  Buradakı  fəaliyyəti  ilə 

bağlı  M.Semyuel  1897-ci  ildə  “Şeir’  şirkətinin  əsasını 

qoymuşdur.  Artıq  XX  əsrin  əvvəllərində  dünya  neft 

sənayesinin  aparıcı  fiqurlarından  birinə  çevrilən  “ŞeH”  dünya 

miqyasında  əsas  rəqibi  ABŞ-ııı  “Standart  Oil”  sindikatı  ilə 

rəqabətdə  öz  qüvvələrini  birləşdirmək  məqsədilə  1907-ci  ildə 

“Royal  Dutch  Shell"’  transmilli  korporasiyasını  yaratmışdır. 

Bakı 


bu 

transmilli  şirkətin 

fəaliyyət  göstərdiyi 

əsas 


regionlardan  biri  idi.  Belə  ki,  1912-ci  il  üçün  “Royal  Dutch 

ShelP’-in  bütün  dünya  bazarları  üzrə  istehsal  etdiyi  neftin  1/3 

hissəsi  Bala  və  onun  ətrafının  payına  düşürdü.  1914-cü  ildə 

isə  korporasiyaya  daxil  olası  neft  şirkətləri  Bakı  neft 

yataqlarından  57  milyon  pud  neft çıxarmışdır ki,  bu  da həmin 

il  üçün  Rusiya  neft  hasilatının  1/5-ni  təşkil  edirdi.6  Hazırda 

da  Xəzər  regionunda,  xüsusilə  Qazaxıstan  və  Azərbaycanda 

iri  layihələrin  iştirakçısı  olan  bu  şirkət  1917-c.i  ilə  qədər 

Azərbaycanda fəaliyyət göstərmişdir.

Sovet  imperiyası  dağıldıqdan  -sonra  isə  Birləşmiş 

Krallıq  1991-ci  il  dekabrın  31-də Azərbaycanın  müstəqilliyini 

tanımış,  1992-ci  il  martın  11-də  isə  ölkələrimiz  arasında 

diplomatik əlaqələr qurulmuşdur.

Böyük  Britaniya  Azərbaycan  neftinə  maraq  göstərmiş 

ilk  Qərb  ölkələrindəndir.  Hələ  1989-cu  ilin  mayında 

Şotlandiyanın  Remko şirkətinin  Prezidenti  Stiv  Remp  Bakıya 

səfər etmişdir.  1990-cı ildə “Remko” şirkəti Xəzər dənizindəki 

“Günəşli”  yatağının  öyrənilməsinə  başlamışdır.  1992-ci  ildə 

“Remko”  və  Amerikanın  “ Penzoyl”  şirkətləri  arasında 

danışıqlar  başlanmış  və  oktyabrın  1 -də  iki  şirkət  ilə  layihənin 

başa çatdırılması üzrə saziş  bağlanmışdır.

Ölkələrimiz  arasında  ikitərəfli  münasibətlərin  inkişafı 

üçün  Azərbaycan  Respublikasının  Prezidenti  cənab  Heydər 

Əliyevin  1994-cü  il  fevralın  22-25-də  Böyük  Britaniyaya  ilk 

rəsmi səfəri  mühüm  əhəmiyyət  daşıyır.  Belə  ki,  məhz  bu  səfər 

zamanı  imzalanan  bir  sıra  müqavilələr  əsasında  müxtəlif 

sahələr üzrə əməkdaşlığın hüquqi bazası qoyulmuşdur.

163



Yüklə 5,32 Mb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   ...   205




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə