məşhur Bibiheybət türbəsi inşa edilmişdir (1, s.156).
Azərbaycan Səfəvi dövlətini yaradan Qızılbaş şeyxləri
öz məqsədlərini həyala keçirmək üçün islamın şiəlik məzhəbin
dən istifadə eldiklərindən idarə etdikləri ərazilərdə şiə imamları
ilə bağlı olan ziyarətgahlara - qəbirlərə diqqətlə yanaşmış,
onların üzərində gözəl memarlıq abidələri ucaltmışlar.
Təsadüfi deyildir ki, Naxçıvan şəhərində, Babək bölgəsinin
Nehrəm kəndində və Şərur bölgəsinin Xanlıqlar (Parçı) kən
dindəki imamzadələr məhz Səfəvilər dövründə inşa edilmişlər.
Naxçıvan Muxtar Respublikası ərazisində «imam
zadə» adı ilə tanınan ən məşhur ziyarətgahlardan biri
Naxçıvan şəhərində, yerli əhali tərəfindən «imamzadə»
adlandırılan memarlıq kompleksidir. Şəhərin cənub tərəfində
yerləşən və əhalinin böyük ehtiram bəsləyərək ziyarətə gəldiyi
bu kompleks üç binadan ibarətdir. Kompleksin əsas özəyini
cənub tərəfdə yerləşən türbə təşkil edir. Aşağıdan kvadrat
şəklində inşa edilən abidənin yuxarı hissəsində, silindr şəkilli
gövdəsində memar çox ustalıqla qırmızı rəngli bişmiş
kərpicləri üfüqi, tünd bənövşəyi rəngli kaşılı kərpicləri isə
şaquli şəkildə simmetrik düzərək Bərdə türbəsində olduğu
kimi xalını xatırladan bəzək ünsürü və kufi xətlə dəfələrlə
təkrarlanan epiqrafık motiv - «Allah» sözünü yaratmışdır.
Türbənin içərisində bir qəbir vardır. Qəbrin üstü
sənduqə formasında (uzunluğu 150 sm, hündürlüyü 88 sm,
eni 115 sm) düzəldilmiş, sementlə suvanmış, üstünə qara
parçadan
örtük
salınmışdır.
Şəhərin
yaşlı
əhalisinin
söylədiyinə görə bu qəbirdə şiələrin VIII imamı Rzanın oğlu
dəfn edilmişdir.
1926-cı ildə Naxçıvanc.a olan rus alimi V.M.Sısoyev
muxtar respublikaya səfərinin yekunlarına həsr olunmuş elmi
hesabatında bu imamzadədən danışarkən həmin qəbir
haqqında da bəhs edir. Alim qeyd edir ki, deyilənə görə
burada VIII imam Rzanın oğlu dəfn edilmişdir. Həmçinin
alim yazır ki, qəbrin yarımda müqəddəs sayılan və
dindarların öpdüyü iki ədəd iri, qara rəngli daş vardır. Yerli
əhali bu daşları «hərəkət edən daşlar» adlandırırlar (5, s. 107)
58
(Belə daşlara ərazidəki bəzi ziyarətgahlarda da rast gəlinir.
Yerli əhali arasında olan inama görə bu daşlar hərəkət edir,
gecələr qəbrin başına dolanırlar. Həmin daşların doğub
çoxalması fikrini söyləyənlər də vardır).
Qəbrin üzərində epitafıva - məzar kitabəsi olmadığı
üçün onun mənsubiyyəti, kimə aid olması haqqında dəqiq
fikir söyləmək mümkün deyildir. Ancaq abidənin xalq
tərəfindən «imamzadə» adlandırılmasından da göründüyü
kimi qəbirdə dəfn edilən şəxs şiə imamları ilə əlaqəlidir..
Görünür ki, Abbasilər xilafəti hakimlərinin təqibləri üzündən
didərgin düşmüş imam övladlarından h a n sı' isə
biri
Naxçıvana gələrək orada yaşamış, əhali arasında yüksək
nüfuza malik olmuşdur. Vəfatından sonra orada da dəfn
edilmişdir. Yerli əhali tərəfindən ziyarətgaha çevrilən həmin
qəbrin üstündə sonralar türbə inşa edilmişdir.
Bu memarlıq kompleksi, o cümlədən türbə tədqiqatçı
lar tərəfindən müxtəlif vaxtlarda qismən də olsa öyrənilmiş
dir. Mərhum akademik Ə.Salamzadə və sənətşünaslıq dok
toru K.Məmmədzadə Naxçıvan imamzadəsi kompleksinin
XVI-XVII əsrlərdə yaranması fikrini irəli sürürlər. Ancaq
kompleksə daxil olan binaların heç birinin üzərində inşaat
kitabəsi olmadığı üçün onun təyinatı və inşa tarixi haqda
dəqiq fikir söyləmək çətindir.
Keçən yüzilliyin 20-ci illərində «Azərbaycan Tədqiq və
Tətəbbö Cəmiyyəti»nin göndərişi ilə Naxçıvanda olmuş
epiqraf İ.Əzimbəyovun yazdığına görə türbənin şimal-qərb
tərəfində nəsx xətti ilə ərəb dilində yazılmış kitabə olmuşdur.
O, kitabənin mətnini və bəzi səhvlərlə rus dilində tərcüməsini
nəşr etdirmişdir (3, s. 310-311).
Təəssüf ki, tarixi baxımdan çox qiymətli olan bu
kitabə indiyədək qalmamış, yox olmuşdur. Onun sonrakı
taleyi də məlum deyildir. İ.Əzimbəyovun təqdim etdiyi
məlumata görə kitabənin mətninin tərcüməsi belə olmuşdur.
«Bu imarətin bina edilməsini böyük sultan, xaqan, hörmətli
əmir, ərəb və əcəmlərin hakimi, sultan Əbu Müzəffər şah
Təhmasib Bahadur xanın hakimiyyəti zamanında mərhum,
59
günahları bağışlanmış Hacı Fulad bəyin oğlu, zəmanənin
xeyirxahı Həzrət Rufai bəy əmr etmişdir».
Kitabədə tarix qeyd olunmamışdır. Ancaq orada qeyd
olunan «Əbu Müzəffər şah Təhmasib Bahadur xanın
hakimiyyəti zamanında» sözlərinə əsasən inşa ili dəqiq
olmasa da abidənin tarixini təxmini müəyyənləşdirmək
mümkündür. Kitabədə adı qeyd edilən Əbu Müzəffər şah
Təhmasib Bahadur xan Səfəvi şahı Sultan Hüseynin oğludur.
Tarixdə II şah Təhmasib adı ilə tanınan bu adam 1722-1732-
ci illərdə hakimiyyətdə olmuşdur. Kitabədə abidənin onun
zamanında tikilməsini qeyd edən xəttat bu vasitə ilə abidənin
inşa tarixini çatdırmışdır. Deməli türbə XVIII əsrin 20-ci
illərində inşa edilmişdir.
XIX əsrin
ortalarında Naxçıvanda
olmuş
rus
şərqşünası və diplomatı N.V.Xanıkov da türbəni Səfəvi şahı
II Təhmasibin dövrünə aid edir (4, s.15). Yəqin ki,
N.V.Xanıkov haqqında bəhs edilən kitabəni görmüş və bu
fikri də ona əsasən söyləmişdir.
Bu türbəyə bitişərək nisbətən böyük həcmə malik və
qərbdən giriş qapısı olan bina kompleksin mərkəz hissəsini
təşkil edir. V.M.Sısoyevin yazdığına görə kompleksin bu
hissəsi Naxçıvan xanlarının məqbərəsi hesab edilirmiş.
Alimin şəhadətinə görə burada Abbasqulu xanın hicri 1337-ci
il tarixdə (1918-ci il) vəfat etmiş oğlu Mustafaqulu xan
Naxçıvanskinin qəbri var imiş. Ancaq bu və orada olan digər
qəbirlər zaman keçdikcə dağılmış və məhv olmuşlar.
Kompleksin ikinci salonunda boz daşdan hazırlanmış
sənduqə formalı bir qəbirüstü xatirə abidəsi saxlanılır (ölçüsü
131 x 25x22 sm). Ortadan iki yerə bölünmüş bu abidənin
səthi təbii qüvvələrin təsiri nəticəsində güclü aşınmaya məruz
qaldığından
orada heç bir kitabə və ornament izi
qalmamışdır. Sənduqənin sağ və sol yanında lentvari haşiyə
şəklində kitabə həkk edilmişdir. Kitabənin bəzi yerləri
aşındığından bir neçə sözün oxunmasında çətinlik yaradır.
Kitabənin mətninin tərcüməsi belədir: «Onun (qəbrin) sahibi
mərhum Kəlkuta şahın qızı, mərhumə, günahları bağışlanmış,
60
Dostları ilə paylaş: |