Məişət iqtisadiyyatın ardınca gedərək istehsala, ictimai
həyatın digər sahələrinə əks təsir göstərir, bu isə məişətin
nizamsız təşkil edilməsi ilə bağlıdır. Çünki yeni həyat tərzi
yaratmaq üçün iqtisadiyyatda dəyişiklik etmək və məhsuldar
qüvvələri inkişaf etdirmək vacib sayılır, beləliklə keçmişin
zərərli qalıqlarım aradan qaldırmaq lazım gəlir.
Məişət insanın həyatının maddi və mədəni şəraitinin tam
əsasını əhatə edir. O həm də son dərəcə çoxcəhətli, kompleks
hadisədir. Buna görə məişətə elmi tərif vermək çətinlik
törədir. Məişət çoxcəhətli ictimai hadisə olub ictimai həyatın
müxtəlif cəhətləri ilə üzvü sürətdə əlaqədardır. O cümlədən
mənzil şəraiti, ailənin təşkili, ev avadanlığı şeyləri, insanın
maddi tələbatının ödənilməsi və s. sahələri əhatə edir.
••
iqtisadi təməllə və ideologiya ilə bağlı şəkildə yaranan
və daimi inkişaf edib təkmilləşən məişət mövcud cəmiyyətin
ümumi tələblərinə hökmən uyğun gəlməlidir. Təbiidir ki, yeni
cəmiyyətin iqtisadiyyatında, mədəni həyatında, məfkürəsində
inkişaf artdıqca, ictimai şüuru inkişaf edib formalaşdıqca
adamların da, məişətində, o cümlədən, mənəvi aləmində
irəliyə doğru müəyyən dəyişikliklər baş verir. Deməli, köhnə
məişət qaydaları yeni meydana gələn cəmiyyətin tələblərinə
uyğun gəlmədiyi və bu tələbləri ödəyə bilmədiyi kimi, həmin
cəmiyyətin üzvlərinin də yeniləşən arzu və istəklərinə, ümumi
inkişaf səviyyəsinə uyğun gəlmir. Başqa sözlə desək, köhnə
məişət tərzi ilə yeni yaranan məişət arasında müəyyən
ziddiyyət və mübarizə gedir. Lakin məişət sahəsində olan
ziddiyyət və mübarizə həmişəlik olaraq qalmır, bunlar yeni
məişətin inkişaf edib formalaşması prosesində tədricən
aradan qalxır, əlbəttə, yeni yaranan məişətin özü də zaman
keçdikcə dəyişir və təkmilləşir.
Məişətin yenidən qurulması insanların şüuruna təsir
göstərib və şüur da məişətin yenidən qurulmasına, adamların
düzgün nəticələrə gəlməsinə, məişətdə yaxşı cəhətləri pisdən
ayırmağa və ictimai mənafeyə uyğun olaraq hərəkət etməyə
imkan yaradır.
106
«Məişətdə insanların bir-biri ilo əlaqə və münasibətləri,
həyat tərzi, əxlaqi, habelə adət və ənənələrə, əməyə, ictimai
yaşayış qaydalarına baxışları da özünü göstərir. Bütün bu
sahələrdə daha böyük nailiyyətlər qazanan, gənc nəsli tərbiyə
etmək, insanın əxlaqi cəhətdən düzgün formalaşmasından,
ailənin möhkəmliyndən, məişətin düzgün qurulmasından
asılıdır».
•
•
Ölkəmiz müstəqillik əldə edəndən sonra Muxtar
respublikamızda məişətin yaxşılaşdırılmasına diqqət daha da
artmış və buna geniş imkanlar yaranmışdır. Ona görə
insanlar yaranmış əlverişli şəraitdən istifadə edərək məişəti
yaxşılaşdırmağa, elm və mədəniyyətə yiyələnməyə, texnikanın
sirlərini öyrənməyə, siyasi cəhətdən inkişaf etməyə səy
göstərirlər.
Bununla yanaşı Naxçıvan Muxtar Respublikasında
yaradılmış şəraitlə əlaqədar İran və Türkiyə ilə əlaqələrin
genişlənməsi hesabına xalqın maddi imkanları xeyli artmışdır.
Digər tərəfdən dövlət qayğısı ilə əlaqədar 1994-cü ildən
etibarən geniş miqyasda həyata keçirilən aqrar islahat
hesabına kənd zəhmətkeşlərinin də maddi imkanlarının daha
da artmasına və mənəvi tələbatların ödənilməsi imkanları
yaranmışdır.
Milli gəlirin xeyli artması hesabına Muxtar resmıblika
əhalisinin əksəriyyəti məişətdə istifadə olunan avadanlıqlar
almaq, mənzil şəraitini yaxşılaşdırmaq, məişət mədəniyyətini
yüksəltmək və zövqlə geyinmək imkanı da sidə etmişdi.
1996-2004-cü illərdə Muxtar respublikada aparılan
etnoqrafik tədqiqatımızdan aydın olur ki, ıcspublika
rəhbərliyinin diqqət və qayğısı nəticəsində zəhmətkeşlərin
yaşadıqları evlərin ətrafı, küçələr qaydaya salınır, səkilərdə
ağac əkilir, yeni salınmış park və meydançalarda təmizlik
işləri aparılır. 1996-2004-cü illərdə Naxçıvan respublika
rəhbərliyinin diqqət və qayğısı nəticəsində çoxlu miqdarda
park salınmış, I stadion yenidən köklü surətdə bərpa edilmiş,
şahmat evi tikilmiş, müəllimlər evi yeni simaya salınmış,
şəhərin bütün küçələri, bir sıra yaşayış evləri yenidən
107
quruculuq işləri aparılması nəticəsində yeni görünüşə malik
olmuşdur, həmçinin 4 ticarət bazarı, 2 məscid xalqın
istifadəsinə verilmişdir.
Muxtar respublikamızın Naxçıvan şəhərində aparılan
quruculuq və yaşıllaşdırma işi Sovetlər birliyi dövrünün
təxminən 50-60 il ərzində görülən işə bərabər hesab etmək
olar. Təkcə Muxtar respublikanın Naxçıvan şəhərində deyil
respublikanın Babək, Sədərək, Culfa, Ordubad, Şahbuz
rayonlarında və onların kəndlərində də yeni mədəniyyət evləri
tikilmiş və ya bərpa edilmiş, məktəblər bərpa olunmuş, və ya
yenisi tikilmiş, körpülər salınmış və sıradan çıxanlar bərpa
edilmiş, eləcə də kütləvi sürətdə yaşıllaşdırma işləri
aparılmışdır. Bir sÖ
2
:lə şəhərdə başlanan bu quruculuq işləri
rayonlarda və kəndlərdə də öz əksini tapmış, görülən
quruculuq işləri Muxtar Respublikanmın mətbuatında, radio
və televiziya verilişlərində təbliğ olunmuşdur. Xüsusi ilə qeyd
etmək yerinə düşər ki, təkcə 1998-ci ildə böyük öndərimiz
Heydər Əliyevin 75- illik yubileyi ilə əlaqədar Muxtar
Respublikanın təkcə Naxçıvan şəhərində 75-dən çox obyekt
tikilib istifadəyə verilmişdir. Ən başlıcası odur ki, 1980-ci ildə
Sovetlər birliyi dövründə bünövrəsi qoyulmuş və dağılıb
getmək üzrə olan universitet binası respublika rəhbərliyinin
şəxsi təşəbbüsü ilə yenidən tikilib. Yubiley münasibəti ilə
təhvil verilmiş və bu elm ocağının açılışnda 1999-cu ilin
oktyabr ayında xalqımızın ümummilli lideri Heydər Əliyevin
özü iştirak etmişdir.
Eləcə də yubiley münasibəti ilə Babək rayonun Qahab
kəndində orta məktəb binası əsaslı surətdə yenidən bərpa
edilmişdir. Sirab və Çalxan qala kəndlərində orta məktəb
istifadəyə verilmişdir.
Respublikamızın
müstəqillik
qazanması,
daxili
sabitliyin yaranması, hüquqi dövlət quruculuğu işlərinin
həyata keçrilməsi ilə əlaqədar, M'uxtar respublikamızda da
verilmiş qanunlar ardıcıl həyata keçirililərək əhalinin
məişətinin yaxşılaşdırılmasına ciddi təsir göstərir. Muxtar
Respublikada aqrar islahat həyata keçirilib başa çatdırılması,
108
Dostları ilə paylaş: |