2. Gətirilməsi qismən məhdudlaşdırılan mallar
3. Gətirilməsi qadağan olunan mallar
Gətirilməsi tam məhdudlaşdırılan mallara - duz,
mineral, su, kolbasa, süd məhsulları və sair daxildir. Çünki
regionda bu malların istehsalı genişlənmişdir və daxili tələbatı
ödəmək gücünə malikdir.
Qismən məhdudlaşdırılan mallara əsasən mövsümi
xarakter daşıyan kənd təsərrüfatı malları - xiyar (15 may-30
sentyabr), kartof (15 avqust-15 sentyabr), qarpız-qovun və s.
məhsulları aid etmək olar. Hər il bu məhsulların gətirilməsi
nin müvəqqəti olaraq qarşısının alınması, daxili bazara
nəzarət olunmaqla yerli məhsulların becərilmə vaxtına
uyğunlaşdırılaraq həyata keçirilməkdədir. Bu da muxtar
respublikada kənd təsərrüfatının, əkinçilik mədəniyyətinin,
fermer təsərrüfatlarının inkişaf etdirilməsinə müsbət zəmin
yaradır.
Gətirilməsi qadağan olunan mallara isə əsasən
sağlamlığa və mənəviyyata ziyan vura bilən mallar aiddir. Bir
qayda olaraq bu qəbildən olan malların siyahısı əvvəlcədən
müəyyən edilir və onların ölkəyə gətirilməsinin qarşısı ciddi
surətdə almır.
Beləliklə, Naxçıvan Muxtar Respublikasının gömrük
orqanları həm daxili bazarı qoruyub inkişaf etdirir, yorli
istehsala və sahibkarlığın dirçəldilməsinə dəstək olur, həm də
əhalinin sağlannğma dair əhəmiyyətli tədbirlər həyata
keçirirlər.
Bütün bunlarla bərabər, daxili bazarın tənzimlənməsi
və sahibkarlığın inkiafı naminə aşağıdakı məsələlərin həllinə
ciddi fikir verilməlidir:
1. Tam qorunan bəzi malların keyfiyyətini artırmaq və
rəqabət qabiliyyətini yüksəltmək məqsədi ilə yerli tələbatın
həcmi müəyyənləşdirilməklə bu malların qismən qorunan
vəziyyətə gətirmək lazımdır.
2.
M uxtar
respublikada
yerli
tələbatın
həcmi
araşdırılmaqla və müəyyənləşdirilməklə qorunmaya alınan
201
malların qorunma dərəcəsinin düzgün təyin edilməsinə nail
olunmalıdır.
Bütün bunlar regionda daxili bazarın qorunması və
tənzimlənməsinə, yerli istehsalın və sahibkarlıq fəaliyyətinin
inkişaf etdirilməsinə, yeni iş yerlərinin açılmasına özünün
müsbət töhfəsini verir.
M E H R İB A N Q A SIM О VA
Naxçıvan Dövlət Universiteti
İQTİSADİ ARTIM VƏ ƏHALİNİN RİFAHI -
SOSİAL-İQTİSADİ İNKİŞAFIN ƏSAS AMİLİ KİMİ
İqtisadi artım konsepsiyası sosial-iqtisadi inkişafın
ümumiləşməsi və sintetik nüvəsi olub, mövcud iqtisadi
imkanları davamlı və tarazlı struktur siyasəti və əhali
rifahının daim yüksəlməsi üçün əsas aparıcı rol oynayır.
İqtisadi artım və rifah arasında səbəb və nəticə əlaqələri
qarşılıqlı təsir və tarazlı inkişaf meylləri, perspektiv keyfiyyət
dəyişmələrinin ilkin şərtidir, ilkin növbədə iqtisadi artımın
optimal ölçüsü, onun tələbat sisteminə həm temp və struktur
baxımından uyğunluğu ilə ölçülür. Artımı təmin edən
amillərin məhz artımdan asılı dinamikası bölgü və yenidən
bölgü parametrlərinin seçilməsi və onların yenidən artıma
təsir gücü ilə qiymətləndirilir
İqtisadi artımın maddi rifahı təsiri və əksinə bir sıra
amillərdən və tənzimləmə siyasətinin həcmi və prioritetlərin
proqnoz səmərəsindən asılıdır.
İqtisadi artımın dinamikası, əhalinin həyat səviyyəsi və
onun sosial inkişafı üçün maddi zəmin resurs təminatı və
hüquqi baza yaratmaqla, alternativ və əməli qərar qəbulu
üçün zəmin yaradır. Sosial sahələrin əsas tərəfi olan istehlak
üçün ayrılan vəsaitin son istchlak resurslarının və transfert
gəlirlərinin formalaşmasına fəal təsir edir.
Sosialyönlü strategiya, əmək haqqı və transfert
gəlirləri arasında nisbətlərin tənzimlənməsi, əmək haqqının
daima artımı ilə pensiya təminatının və sosial müdafiə
məqsədlərinin ödənilməsi yolları arasında tarazlığı təmin edir.
Bazar
tipli
iqtisadiyyatda
sosial
inkişaf və
rifahın
tənzimlənməsində əmək haqqından başqa sahibkarlıq və fərdi
gəlirlər daha geniş yer tutur._____________________________
İqtisadi artım maddi rifah problemləri və onların həlli yolları
dövlət siyasətinin bir sıra tənzimləmə xarakterindən və
həmçinin onun xüsusiyyətlərindən asılı olaraq formalaşır.
İlkin növbədə dövlətin büdcəsi, onun sosial strukturları,
təminat sistemli, pul-kredit və gömrük siyasəti iqtisadi
artımın və onun sosial nəticələrinin üzvü və fəal təsir
momentlərini uyğunlaşdırır. Dövlət büdcəsində sahələrin və
ərazilərin
ayrı-ayrı
funksional
məqsəd
və
vəzifələrin
maliyyələşdirilməsi texnologiyası işlənib hazırlanır.
Regionun iqtisadi inkişaf səviyyəsi, həmin regionun
iqtisadi potensialı, əhalinin rifahı və regionun perspektiv
inkişaf istiqamətləri ilə ölçülür. Regionun iqtisadi potensialı
ölkə iqtisadiyyatında baş verən qlobal dəyişmələr, iqtisadi
sabitlik, dinamik inkişaf aparıcı sahələr olan neft və digər
karbohidrogenlərin istehsal həcmi, valyuta gətirən istehsal
sahələrin inkişafı və hökumətin təşkilati iqtisadi idarəetmə
prinsipləri və metodları ilə formalaşır və inkişaf edir.
Naxçıvan Muxtar Respublikasının regional iqtisadi
potensialı
başqa
inzibati
regionlardan
fərqli
olaraq
konstitusion hüquqlar, büdcə vəsaiti və yerli institusion
icraetmə mexanizmləri vasitəsilə reallaşır. Regionda inkişaf
üçün coğrafi, inteqrasiya sərhəd amilləri mövcud olduğu
kimi, onun xarici ölkələr və respublika ilə təsərrüfat
əlaqələrinin məhdud səviyyəsi və bir başa nəqliyyat
əlaqələrinin olmaması ilə izah olunur.
203
Dostları ilə paylaş: |