Azərbaycan miLLİ elmlər akademiyasi naxçivan böLMƏSİ



Yüklə 4,01 Kb.
Pdf görüntüsü
səhifə12/33
tarix30.12.2017
ölçüsü4,01 Kb.
#18332
1   ...   8   9   10   11   12   13   14   15   ...   33

36 
 
daşların nisbətən iri nümunələrinə seyrək halda rast gəlinirdi. Evin divarının 
sağlam qalmış hissəsinin  eni 30 sm, hündürlüyü 29 sm idi. Evi interyerdən 
əhatə  edən  daş  çevrə  dağıntıya  məruz  qaldığından  yaxşı  saxlanmamışdı. 
Lakin bu nüans Neolit arxitekturasında daşlardan istifadə edilməsi faktorunu 
istisna  etmir.  Bu  cür  tikinti  qalıqları  Dağıstanın  Çox  adlı  yaşayış  yerinin 
Neolit  təbəqəsindən    aşkar  edilmişdir.  Buradakı  evlər  tikintisində  daşlardan 
istifadə edilməsi ilə yanaşı, içərisindən aşkar edilən ocaq, keramika, təsərrüfat 
alətləri  ilə  də  I  Kültəpənin  artefaktları  ilə  oxşarlıq  təşkil  edir  [Кушнарева, 
1997: 12; Амирханов, 1985: 98].  
Bu  evin  şimal  hissəsində  nizamlı  halda  düzülmüş  daş  çevrə  eyni 
zamanda  buradakı  ocağın  divarını  təşkil  edirdi.  Çevrəsi  daşla  əhatələnmiş 
oval şəkilli ocağın şimal tərəfdən interyerinin üçdə iki hissəsinə ölçüsü 10x15 
sm olan daşlar döşənmişdi. Onun diametri 40x75 sm-ə çatırdı. Daşla çevrəli 
ikinci ocaq  evin şimal-qərb küncündə  qeydə  alındı. Diametri 50 sm olan bu 
ocağın  digərlərindən  fərqi  daha  kiçik  ölçülü  və  çoxsaylı  dəyirmi  daşlardan 
ibarət olması və yumşaq küllə qarışıq halda olması idi. Üçüncü ocaq sahənin 
şərqindəki evin cənubunda qeydə alındı. Yarım dairəni xatırladan ocağın şərq 
yarısına yastı daşlar döşənmişdi (Şəkil 20). Onun cənub-qərbində interyerinə 
yastı daşlar döşənmiş daha bir ocaq qeydə alındı. Ocağın diametri 65 sm idi. 
Daşla  çevrəli  digər  ocaq  sahənin  şərqindəki  evin  cənub  hissəsində  qeydə 
alındı. Yarımdairəni xatırladan ocaqdan qəhvəyi rəngli, qalın divarlı iri qabın 
fraqmentləri  aşkar  edildi.  Ocaqların  çox  saydə  və  dəyişik  yerlərdə  olması 
onların  funksiyası  ilə  bağlı  olmuşdur.  Onların  bəziləri  saxsı  qabların 
bişirilməsi, bəziləri evin isidilməsi (içərisinə  daş düzülən ocaqlar),  bir qismi 
də ritual xarakterli məzmun daşımışdır. 
Dördüncü  mərhələnin  tapıntıları  çilli,  relyef  ornamentli,  qalın  divarlı 
qəhvəyi  və  narıncı  rəngli  keramika,  həmçinin  müxtəlif  rəngli  obsidian 
qalıqları  ilə  təmsil  olunurdu.  Keramika  nümunələri  qurşaq  şəkilli  relyefli 
(Şəkil  24).  daha  kobud,  təbəqələrin  birləşdirilməsi  yolu  ilə  hazırlanması, 
banka  tipli  və  nehrə  tipli  qabların  üstünlüyü    ilə,  həmçinin  düz  oturacaqları, 
bəzən  də  daban  şəkilli  çıxıntılı  olmaları  ilə  Neolit  dövrünün  spesifik 
xüsusiyyətlərini  özündə  əks  edir.  Nehrə  tipli  iri  həcmli  qablardan  biri 
kvadratın  cənub-şərqində  dağ  keçisi  buynuzu  ilə  birlikdə  qeydə  alınmışdı. 
Divarları arasında boz təbəqə olan bu tip qablar iri ölçüsü və möhkəm qalın 
divarlı olmaları  ilə  təsərrüfat məqsədi daşımışdır. Divarları  arasında boz  lay 
olan  və  xarici  səthi  xəfif  şəkildə  cilalanmış  qablar    vaxtı  ilə  O.Həbibullayev 


37 
 
tərəfindən  I  Kültəpənin  «1б»  təbəqəsindən  [Həbibullayev,  1959:  60]  aşkar 
olunmuş, həmçinin Şomutəpə keramikası içərisində də özünə geniş paralellər 
tapır  [Ахундов,  2012:  таблица  208,  8-258].  Üçüncü  fraqment  sarı-çəhrayı, 
qalın divarlı qaba aid olub ağız kənarının 3 sm aşağısında olan relyef qurşaqla 
diqqəti  cəlb  edirdi.  Bu  cür  qurşaqlar  özü  də  bir  neçə  formada  ortaya  çıxırdı: 
qabın  boğaz  hissəsini  konusvari  formada  çevrələmiş  halda;  eyni  yerdə  lakin 
kobud  dalğavari  şəkildə,  qabın  tam  ağız  kənarında  yuxarıya  doğru  qabarıq 
formada və qabın boğaz hissəsində aşağıya doğru qalınlaşdırılaraq qulp şəkilli 
forma  alan  relyef  qurşaqlar  şəklində  tətbiq  edilmişdi.  Bu  tip  rudimentar 
qulpları  xatırladan  ornamentasiyanın  Cənubi  Qafqazın,  o  cümlədən 
Azərbaycanın Neolit keramikası üçün xarakterik olması  onlara I Kültəpənın 
əvvəlki  materialları  arasında  [Абибуллаев,  1982:  таблица  IX,  1-4), 
Şomutəpə  [Ахундов,  2012:  56],  Arataşen  [Palumbi,  2007:  table  1,  6] 
Aknaşen-Xatunarx  [Badalyan  et  al.,  2010:  fig.  9-2,  22,  24]  və  digər 
abidələrdən  aşkar  edilən  keramika  üzərində  rastlanmasında  öz  təsdiqini 
tapmışdır.  Bu  tipli  ornamentlərin  Şomutəpə  keramikası  üzərindəki  oxşarları 
qabın ağız kənarından 3-4 sm aşağıda salınmasına görə eyni olsa da I Kültəpə 
keramikasından  fərqli  olaraq  onlar  qırıq-qırıq  üfüqi  xətlər  formasındadır.  I 
Kültəpə  keramikasında  bu  cür  bəzəklərin  müxtəlif  çeşidli  və  enli  olması, 
həmçinin daha primitiv formalarla təmsil olunması Naxçıvan Neolitinin lokal 
xüsusiyyətlərindən sayıla bilər. 
Beşinci tikinti mərhələsinə aid kiçik divar qalığı daşla çevrələnmiş evlə 
cənubdakı  ocağın  arakəsməsində  təqribən  22  sm  alt  səviyyədə  qeydə  alındı. 
Onun  eni  20  sm,  uzunu  1  m  olub  bir  hissəsi  cənub  divarına  bitişik  ocağın 
altında  qalırdı.  İkinci  divar  qalığı  qazıntı  sahəsinin  cənub-şərqində  qeydə 
alındı.  Eni  35  sm  olan  bu  divar  əvvəlki  mərhələlərdə  aşkar  edilmiş  evin 
cənub-şərq  divarının  altında  olub  şərq  istiqamətində  davam  edirdi.  Bu  evin 
içərisində  oval  şəkilli  ocaq  da  qeydə  alındı.  Diametri  45-65  sm  olan  ocağın 
içərisi  qazılarkən  yanmış  torpaq  və  kül  qalıqları,  həmçinin  az  miqdarda 
sümük qalığı götürüldü. İkinci ocaq qərb  yarısının mərkəzində qeydə alındı. 
Formaca  butanı  xatırladan  ocağın  interyeri  qazılarkən  daşla  çevrəli  yeni 
ocağın  divarları  izlənirdi.  Lakin  qazıntı  mövsümü  başa  çatdığından  onun 
davamını  araşdırmaq  mümkün  olmadı.  Bu  mərhələnin  ən  maraqlı  tapıntısı 
sahənin  cənubundakı  ümumi  divarla  şərqindəki  evin  divarı  arasında  qeydə 
alınan  boyaq    (oxra)  saxlanan  qab  oldu  (Şəkil  21).  Qabın  oturacağının 
diametri 16 sm olub içərisində qırmızı rəngli boyağın qalıqları qalmışdı (Şəkil 


Yüklə 4,01 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə