Azərbaycan miLLİ elmlər akademiyasi naxçivan böLMƏSİ



Yüklə 4,01 Kb.
Pdf görüntüsü
səhifə13/33
tarix30.12.2017
ölçüsü4,01 Kb.
#18332
1   ...   9   10   11   12   13   14   15   16   ...   33

38 
 
22). Qalın divarlı, qırmızı-qəhvəyi rəngli qabın çevrəsi 3 sm qalınlığında sərt 
təbəqə  ilə  əhatə  edilir  və  ətrafında  həsir  izləri  olan  küllü  döşəmənin  izləri 
görünürdü.  Görünür  ki,  qab  döşəmədə  basdırılmış  və  sonradan  çevrəsi 
bərkidilmişdi.  Bu  təbəqədən  aşkar  edilən  keramikanın  əsasən  qırmızı  rəngdə 
olması da eyni boyaqdan istifadə edildiyini göstərirdi. Onlarla yanaşı narıncı, 
qəhvəyi  rəngli  saxsı  fraqmentləri,  qəhvəyi,  sarı,  boz  rəngli  obsidian,  ağ, 
bənövşəyi  rəngli  çaxmaqdaşı  və  sümük  qalıqları  da  bu  mərhələnin 
tapıntılarına daxil idi.  
 
Beşinci mərhələyə aid saxsı nümunələri az 
miqdarda  götürülsə  də  onların  qəhvəyi,  qırmızı  və  boz  rəngli  qum  qarışıqlı, 
bəzən  də  samanlı  və  çox  kövrək  gildən  hazırlanan  məcməyi,  kasa  və  qazan 
tipli  qablardan  ibarət  olduğunu  qeyd  etmək  olar.  Boz-qəhvəyi  rəngli 
fraqmentlərin  üzəri  hisləndiyindən  bəzən  boz-qara  rəngə  çalırdı.  Bu  əlamət 
Hacı-Firuz  yaşayış  yerinin  keramikası  ilə  analogiya  yaradır  [Voigt,    1983: 
99]. 
Yuxarıda qeyd etdiyimiz kimi, Kültəpədən götürülən kömür analizləri 
e.ə.  VII-VI  minillikləri  göstərmişdi.  Kültəpədə  e.ə.  V  minilliyin  ikinci  yarısı 
və IV minilliyin əvvəllərinə aid təbəqələrin varlığını  yoxlamaq üçün A və G 
sahələrində  də  tədqiqatlar  aparıldı.  A  sahəsində  tədqiqatlar  2014-cü  ildə 
başlasa  da  burada  bir  neçə  qəbir  aşkar  olunduğu  üçün  qazıntılar  yarımçıq 
qalmışdı. Qəbir abidələri tədqiq edildikdən sonra sahənin ərazisi təmizlənərək 
səviyyəsi  düzəldilmiş  və  araşdırmalar  davam  etdirilmişdi.  Sahənin  cənub 
hissəsində  eni  1m,  uzunluğu  2,  8  m  olan  çuxurun  içərisi  müasir  dövrə  aid 
məişət qalıqları ilə dolmuşdu. Çuxur təmizləndikdən sonra bu sahənin tədqiqi 
davam  etdirilmiş,  bəzi  yerlərdə  divar  qalıqları  aşkar  olunmuşdu.  Sahənin 
mərkəzi hissəsində ətrafı çay daşları ilə çevrələnmiş, içərisinə isə çay daşları 
döşənmiş  ocağın  qalıqları  aşkar  olundu.  Ocağın  içərisi  qara  rəngli  küllə 
dolmuşdu.  Bu  sahənin  qərb  tərəfində  aparılan  araşdırmalar  zamanı  həm 
profilin  təmizlənməsi,  həm  də  maddi-mədəniyyət  qalıqlarının  öyrənilməsi 
nəzərdə tutulmuşdu. Araşdırma zamanı sahənin bu hissəsində insan skeletinin 
qalıqları  aşkar  olundu.  Skelet  qalıqları  antropoloqlar  tərəfindən 
təmizləndikdən sonra qazıntılar davam etdirildi. Burada kiçik bir sahədə evin 
döşəməsi və onun üzərində küpə tipli qabın parçaları aşkar olundu (Şəkil 26).  
G  sahəsində  aparılan  tədqiqatların  əsas  məqsədi  yaşayış  yerində  daha 
gec dövrlərin maddi-mədəniyyət qalıqlarını öyrənməkdən ibarət idi. Əvvəlcə 
avtopark olan bu sahə təpənin ən hündür yerlərindən biri idi (Şəkil 25). Onun 
yaxınlığında  A  sahəsində  aparılan  araşdırmalar  bu  sahədə  mədəni  təbəqənin 


39 
 
saxlandığını  göstərirdi.  Araşdırma  zamanı  müəyyən  oldu  ki,  sahənin  şərq 
hissəsi müasir dövrə aid böyük bir çuxurla kəsilmişdir. Çuxurun yaxınlığında 
Orta  əsrlərə  aid  daşdan  inşa  olunmuş  divar  qalıqları  aşkar  olundu.  Lakin  bu 
divarın  cənub  və  şərq  tərəfində  bəzi  yerlərdə  Kür-Araz  mədəniyyətinə  aid 
təbəqənin  az  da  olsa  saxlandığı  müəyyənləşdirildi.  Bu  sahədən  Kür-Araz 
mədəniyyətinə aid keramika parşaları və nalşəkilli ocaq qurğusunun qalıqları 
aşkar  olundu.  Bu  onu  göstərir  ki,  Kür-Araz  yaşayış  yeri  yalnız  təpənin 
mərkəzi hissəsində olmuşdur. Olduqca incə olan Kür-Araz təbəqəsinin altında 
Eneolit dövrünə  aid xeyli keramika,  heyvan  sümükləri  və  obsidian  parçaları 
aşkar  olundu.  Keramika  nümunələrinin  ilkin  analizi  onların  Son  Eneolit 
keramikası  ilə  bənzər  olduğunu  deməyə  imkan  verir.  Şübhəsiz  ki,  kömür 
analizlərinin  nəticələri  daha  dəqiq  fikir  deməyə  imkan  verəcək.  Qeyd  etmək 
lazımdır  ki,  Son  Eneolit  təbəqəsi  O.Həbibullayevin  qazıntıları  zamanı  aşkar 
olunmamışdır.  Yaşayış  yerində  Neolit  dövründəki  məskunlaşmanın  başa 
çatmasında sonra (təqribən e.ə. V minillik),  ehtimal ki, Son Eneolit dövründə 
burda  yenidən  məskunlaşma  olmuşdur.  Bu  Sirabçay  hövzəsinin  Son  Eneolit 
dövründə məskunlaşması ilə eyni dövrə təsadüf edir və şübhəsiz ki, regionun 
xammal  mənbələrinin  istismarı  ilə  bağlı  olmuşdur.  Yeni  tapıntılar  həmçinin 
Kültəpənin  Sirabçay  vadisinin  abidələri  arasındakı  yerini  müəyyən  etməyə 
imkan verəcəkdir.  
Beləliklə,  2015-ci  ildə  I  Kültəpə  yaşayış  yerində  aparılan  tədqiqatlar 
abidənin  stratiqrafiyasına  yenidən  baxılması  fikrini  zəruri  etməklə  bərabər, 
dünya arxeologiyasında onun xüsusi yeri olduğunu göstərməkdədir. Buradan 
aşkar  edilən  bəzi  arxitektura  qalıqları  Azərbaycanın  Neolit  [Абибуллаев, 
1982:  12]  və  Eneolit  [Археология  Венгрии,  1980:26]  abidələri,  həmçinin 
Şərqi  Avropanın  [Абибуллаев,  1982:  335]  sinxron  abidələrinin  tikinti 
qalıqları ilə analogiya yaratmaqla, abidənin Son Neolit dövrü üçün xarakterik 
olduğunu  nümayiş  etdirir.  Bu  xüsusiyyət  yaşayış  yerinin  digər  maddi-
mədəniyyət  nümunələrində  də  nümayiş  olunmaqdadır.  Belə  ki,  qazıntılar 
zamanı  buradan  aşkar  edilən  obsidian  və  çaxmaqdaşından  hazırlanmış  oraq 
dişləri,  sıyırğac  və  digər  kəsici  alətlər  Qafqazın  Neolit  abidələrindən  üzə 
çıxarılan alətlər arasında öz paralellərini tapır [Connor, Sagona, 2007: plate 2, 
10,  fig.  7,  I-3].    Qabların  üzərindəki  konusvari  qabarıq  çıxıntılar  da  öz 
paralellərini  Cənubi  Qafqazın  digər  həmdövr  abidələrinin,  o  cümlədən  o 
cümlədən  Azərbaycan  abidələrinin  materialları  arasında  tapmaqla 
[Həbibullayev, 1959: tablo 22, 3-4; Badalyan et al., 2010: fig. 9-2, 2, 3, 5; 8, 


Yüklə 4,01 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə