Azərbaycan miLLİ elmlər akademiyasi naxçivan böLMƏSİ



Yüklə 4,01 Kb.
Pdf görüntüsü
səhifə14/33
tarix30.12.2017
ölçüsü4,01 Kb.
#18332
1   ...   10   11   12   13   14   15   16   17   ...   33

40 
 
таблица  VI,  7]  Neolit  dövrünün  xüsusiyyətlərini  özündə  əks  etdirir.  Abidə 
çoxtəbəqəli  olması,  arxitektura  və  digər  artefaktların  timsalında  arxeoloji 
mədəniyyətlərin  varislik  qanunauyğunluğu  baxımından  diqqəti  cəlb  edir. 
Aparılan  tədqiqatlar  Neolit  mədəniyyətinin  mənşəyi,  istehsal  təsərrüfatının 
formalaşması  və  təkamülü  prosesini  sistematik  olaraq  izləmək  baxımından 
abidənin xüsusi əhəmiyyətə malik olduğunu göstərir. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


41 
 
 
Şəkil 11. Kültəpədə qazıntı sahələrinin planı (2015). 
 
 
Şəkil 12. Qazıntı sahələrinin ümumi görünüşü. 


42 
 
 
Şəkil 13. F və D sahələrinin ümumi görünüşü. 
 
 
Şəkil 14. F sahəsində aşkar olunan manqal tipli qab. 


43 
 
 
Şəkil 15. F sahəsində aşkar olunan dairəvi binanın qalıqları. 
 
 
Şəkil 16. D sahəsində aşkar olunan dairəvi binanın qalıqları. 


44 
 
 
Şəkil 17. F sahəsində aşkar olunan divarın və ocağın qalıqları 
 
 
Şəkil 18. E sahəsində aşkar olunan tikinti qalıqları və ocaqlar. 


45 
 
 
Şəkil 19. E sahəsində aşkar olunmuş təsərrüfat çuxuru. 
 
Şəkil 20. E sahəsində aşkar olunmuş daşla çevrili ocaq. 


46 
 
 
Şəkil 21. İçərisində qırmızı boyaq olan gil qab. 
 
 
Şəkil 22. E sahəsindən aşkar olunmuş gil qablar. 


47 
 
 
Şəkil 23. D sahəsindən aşkar olunmuş gil qab. 
 
 
 
Şəkil 24. E kvadratının relyef  bəzəməli keramikası. 


48 
 
 
Şəkil 25. G sahəsinin planı.  
 
Şəkil 26. A sahəsində döşəmə qalıqları. 


49 
 
 
Şəkil 27. I Kültəpənin Neolit dövrünə aid dəfn adəti. 
 
Şəkil 28. Kültəpədə yoxlama qazıntısı. 


50 
 
IV FƏSİL. KÜLTƏPƏ YAŞAYIŞ YERİNDƏ 2016-CI İLDƏ APARILAN 
AXEOLOJİ ARAŞDIRMALAR 
 
 
2016-cı ildə A,  D,  F, J, G  və E sahələrində araşdırmalar aparılmışdır. 
D  və  F  sahələrində  başlıca  olaraq  təmizləmə  işləri  aparılmış  A,  G,  J  və  E 
sahələri isə geniş tədqiqatlarla öyrənilmişdir.  
 
A sahəsi 
A  sahəsində  aparılan  qazıntıların  məqsədi  əvvəlki  illərdə  aşkar 
olunmuş  iki  binanın  strukturunu  müəyyən  etməkdən  ibarət  idi.  Birinci  bina 
qazıntının cənub tərəfində yerləşirdi və onun yalnız bir hissəsi aşkar olunmuş, 
digər hissəsi isə qazıntı sahəsindən kənarda qalmışdı. Bu binaya aid divarların 
bir  qismi  2013-cü  ildə  aparılan  qazıntılar  zamanı  aşkar  olunmuşdu.  İkinci 
bina  2013-cü  ildə  sahənin  şimal  hissəsində  kəsik  təmizlənərkən  müəyyən 
edilmişdi.  2015-ci  ildə  bu  binaya  aid  divarların  yalnız  üst  qismi  aşkar 
olunmuşdu.  
           
 
         Şəkil 29. A sahəsində döşəmə qalıqları. 
2015-ci  ildə  bu  sahədəki  qazıntılar  içərisinə  daş  döşənmiş  böyük 
ocağın  qazıntısı  ilə  başa  çatmışdı  (A165).  Bu  ocaq  binaların  xaricində 


51 
 
yerləşirdi və xronoloji baxımdan bu iki binadan sonrakı dövrə aid idi. 2016-cı 
ildə  bu  ocaq  götürülərək  ondan  aşağıdakı  təbəqə  qazılmağa  başladı.  Qazıntı 
zamanı müəyyən olundu ki, ocaq təqribən 15 sm qalınlığı olan gil təbəqənin 
üzərində  inşa  olunub.  Bu  qalın  gil  təbəqədən  altda  biz  yeni  məskunlaşma 
təbəqəsi  ilə  rastlaşdıq.  Bu  məskunlaşma  sahəsi  üzərinə  kül  dağılmış,  ağac 
kömürünün  qalıqları  səpələnmiş  tünd  rəngli  döşəmə,  əmək  fəaliyyətinin  əks 
etdirən  xüsusiyyətlərlə,  məsələn  kiçik  ocaqlar,  döşəməyə  basdırılmış 
küpələrlə xarakterizə olunurdu. Belə hesab edirik ki, bu sahə evdən kənarda 
qurulan iş yeri olmuşdur (Şəkil 29).  
                   
 
                      Şəkil 30. 
Qazıntı  zamanı  müəyyən  olundu  ki,  bu  sahə  uzun  müddət  istifadə 
olunmuş    və  bir  neçə  dəfə  təzələnmişdir.  Bu  həmçinin  bir  birini  kəsən 
ocaqlardan  və  yan  yana  basdırılmış  üç  küpənin  vəziyyəti  ilə  də  müəyyən 
olunurdu.  İkinci  küpə  basdırılarkən  ilk  məskunlaşma  zamanı  basdırılmış 
küpənin  bir  tərəfi  dağıdılmışdı.  İkinci  banka  isə  bu  sahədəki  döşəmənin 
təmizlənərək  yenidən  qurulması  və  üçüncü  küpənin  basdırılması  zamanı 


52 
 
dağıdılmışdı.  Ona  görə  də  biz  deyə  bilərik  ki,  bu  iş  sahəsi  uzun  müddət 
istifadə  olunmuş  və  ən  azından  üç  mərhələdən  keçmişdir.  Stratiqrafiq 
baxımdan dəyərləndirsək bu evdən kənar iş sahəsinin iki bina ilə eyni dövrdə  
fəaliyyət göstərdiyini demək olar.  
            
 
                 Şəkil 31. 
Bu iş sahəsindən aşağıda əvvəlki təbəqəni örtən gil təbəqədə qazılmış 
qəbir  aşkar  olundu  (A229).  Bu  qəbir  iki  binaya  aid  yaşayışın  kəsilməsindən 
sonrakı dövrə aiddir (Şəkil 30). Bu qəbirdəki skelet yeniyetmə insana aid idi 
və yaxşı saxlanmamışdı.  
Qazıntı  sahəsinin  şimal  tərəfində  əsas  məqsəd  binanın  içəri  tərəfini 
araşdırmaq  idi.  İlk  tədqiqatlar  zamanı  arxitektura  qalığı  olmayan  bir  neçə 
məskunlaşma  mərhələsi  binanın  tərk  edildiyi  dövrdən  sonrakı  mərhələyə  aid 


Yüklə 4,01 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə