Azərbaycan miLLİ elmlər akademiyasi naxçivan böLMƏSİ



Yüklə 4,01 Kb.
Pdf görüntüsü
səhifə15/33
tarix30.12.2017
ölçüsü4,01 Kb.
#18332
1   ...   11   12   13   14   15   16   17   18   ...   33

53 
 
idi.  Tədqiqat  zamanı  burada  bir  qəbir  (A192)  də  aşkar  olundu  (Şəkil  31). 
Qəbir  bina  tərk  edildikdən  və  dağıldıqdan  sonra  qazılmışdı.  Skelet  yaşlı 
adama  aid  idi.  Qəbirdə  heç  bir  avadanlığa  rast  gəlinməmişdir.  Skeletin 
dişlərindən birində ip izi qalmışdı. Ehtimal ki, bu iz onun həyat tərzi ilə bağlı 
olmuşdu. 
                
 
                Şəkil 32.  
Daha sonra tərk edildikdən sonra binanın içərisinə dolan torpaq tədqiq 
edilməyə  başladı.  Bu  dolğu  təbəqəsi  başlıca  olaraq  kül  yığınlarından  ibarət 
idi.  
Araşdırma  zamanı  biz  binanın  iç  divarını  müəyyənləşdirdik.  Binanın 
böyük  bir  hissəsi  yanmış  və  divarlar  odun  təsirindən  qızarmışdı.  Müəyyən 
edildi ki, bu divar əvvəlcə düşündüyümüz kimi dairəvi planlı deyil düz planlı 
olmuşdur. Divar qərbdə düz bucaq altında şimala dönürdü. Lakin bu hissədə 
divar çox az qalmışdı. Həmçinin müəyyənləşdirildi ki, bu binanın girişi cənub 
tərəfdən olmuş və yanğından sonra bu giriş qapanmışdır (Şəkil 32; Şəkil 33). 


54 
 
         
 
        Şəkil 33. 
           
 
           Şəkil 34. 


55 
 
                 
 
                 Şəkil 35. 
            Sahənin cənub tərəfində dairəvi planlı binanın içəri tərəfində qazıntılar 
aparıldı.  Müəyyən  edildi  ki,  bu  binanın  da  qərb  tərəfdən  girişi  olmuş  və 
sonradan  qapanmışdır.  Binanın  iç  tərəfində  aşkar  olunan  qapı  daşı  divarda 
yerləşən girişin qapanmasından əvvəlki dövrə aiddir (Şəkil 34). 
Tədqiqat zamanı həmçinin bu binanın iki tikinti dövrü ərzində mövcud 
olduğu  müəyyən olundu. Birinci  mərhələdə  divarın tikintisində  kiçik həcmli 
gil bloklardan, ikincidə isə daha böyük bloklardan istifadə olunmuşdu. İkinci 
divar birincinin üzərində inşa olunmuşdu (Şəkil 35).  
G sahəsi 
Bu sahədəki tədqiqatların məqsədi 2015-ci ilin qazıntıları zamanı aşkar 
olunan  binanın  qalıqlarını  müəyyənləşdirməkdən  ibarət  idi.  Əslində  bu  sahə 
əvvəlki  dövrlərdə,  xüsusilə  də  Orta  əsrlərdə  aparılan  torpaq  işləri  zamanı 
böyük dağıntıya uğramışdır.  
Biz tədqiq etmək istədiyimiz Neolit dövrünə aid binaın bir qismi kərpic 
divarın uçub-tökülmüş qalıqları ilə örtülmüşdü (Şəkil 36).  


56 
 
 
Şəkil 36. 
Uçub-tökülmüş  kərpiclərin  üzərində  iki  qəbir  abidəsi  aşkar  olundu. 
Onlar binanın dağıldığı dövrdən sonrakı mərhələyə, ola bilsin ya Eneolit, ya 
da Erkən Tunc dövrünə aiddir.  
  
 
Şəkil 37. 


57 
 
Birinci  qəbirdə  (G069)  üç  skelet  var  idi  (Şəkil  37).  Onlar  yaşlı,  orta 
yaşlı  və  yeniyetməyə  aid  idi.  Yaşlı  adam  ilk  dəfə  dəfn  olunmuş,  digər  iki 
nəfər dəfn edilərkən yaşlı adama məxsus skelet qismən dağıdılmışdır.  
Qəbirlərdə  heç  bir  avadanlığa  rast  gəlinmədi.  Lakin  skeletlərdən 
birinin baş, digərinin isə ayaq tərəbində üç obsidian qəlpəsi aşkar olundu.  
İkinci qəbir (G107) daha dərin olub uçub-tökülmüş kərpic təbəqəsində 
qazılmışdı.  Qəbir  çuxuru  daşlarla  qapadılmışdı.  Qəbirdə  yeniyetməyə  aid 
skelet aşkar olundu. Onun  yanında  çaxmaqdaşı lövhəsi və  keramika var  idi. 
Skeletin  bir  hissəsi  oxra  ilə  örtülmüşdü.  Skeletin  əl  sümükləri  yaxınlığında 
kiçik ağ rəngli pastadan hazırlanmış qolbaq aşkar olundu (Şəkil 38).  
Neolit  dövrünə  aid  binanın  araşdırılması  zamanı  heç  bir  maddi-
mədəniyyət  qalığı  aşkar  olunmadı.  Qazıntılar  zamanı  binanın  şimal  divar 
müəyyənləşdirildi və onun dairəvi planlı olduğu müəyyən olundu. Bu binanın 
son dövrlərə aid arxeoloji materiallarla örtülməsinə baxmayaraq deyə bilərik 
ki,  bu  yaşayış  yerində  Neolit  dövrünə  aid  sonuncu  binanın  qalığı  olmuşdur. 
Buna  görə  də  demək  olar  ki,  binaların  dairəvi,  yaxud  dördkünc  olması 
xronologiya ilə bağlı deyil.  
Həmçinin müəyyən olundu ki, Neolit dövrünə aid binanın divarında iki 
tikinti  mərhələsi  var.  İlk  divar  kiçik  həcmli,  açıq  rəngli  kərpiclərdən  inşa 
edilərək  tünd  rəngli  məhlulla  bərkidilmişdir.  İkinci  divar  isə  onun 
yaxınlığında bir qədər yuxarıda iri həcmli kərpiclərlə inşa edilmişdi. Kərpiclər 
bərkidici məhluldan daha tünd rənglidir (Şəkil 39).  
E sahəsi 
E  sahəsində  aparılan  tədqiqatların  əsas  məqsədi  yaşayış  yerinin  alt 
qatlarındakı təbəqələri öyrənməkdən ibarət idi. Bunun üçün tədqiqat işlərinin 
dərininə  davam  etdirilməsi  əsas  məsələlərdən  biri  idi.  2016-cı  ilin 
mövsümündə  tədqiqatları  başa  çatdırmaq  üçün  2015-ci  ildə  seçilmiş  qazıntı 
sahəsi  bir  qədər  kiçildilərək  tədqiqatlar  5x5  m  sahədə  aparıldı.    İlk  olaraq 
seçilmiş  sahənin  kəsikləri  təmizlənərək  hamarlandı  və  təbəqələrin  arxeoloji 
komplekslərə  uyğun  olaraq  yuxarıdan  aşağıya  doğru  nömrələnməsinə 
başlandı.  Qazıntı  sahəsinin  cənub-qərbində  dairəvi  formalı  divarın  qalığı 
aşkar olundu (Şəkil 40). Divarın eni 80 sm, hündürlüyü 10 sm idi. Bu divarın 
ön tərəfində kiçik həcmlı daşların toplandığı oval formalı sahə aşkar olundu. 


58 
 
Bu  tip  daş  yığınları  digər  sahələrin  tədqiqi  zamanı  da  aşkar  olunmuşdu. 
Onların  yaşayış  yerində  nə  məqsədlə  istifadə  olunduğu  tam  müəyyən 
olunmamışdır.  Sahədə  aparılan  araşdırmalar  zamanı  keramika,  obsidian 
parçaları, sümükdən hazırlanmış alətlər aşkar olunmuşdur. Divardan bir qədər 
aralıda diametri 35 sm olan dirək yeri və onun ətrafında dairəvi daş düzümü 
aşkar olunmuşdur. 
                     
 
                    Şəkil 38. 
 


Yüklə 4,01 Kb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə