Azərbaycan miLLİ elmlər akademiyasi naxçivan böLMƏSİ



Yüklə 4,01 Kb.
Pdf görüntüsü
səhifə17/33
tarix30.12.2017
ölçüsü4,01 Kb.
#18332
1   ...   13   14   15   16   17   18   19   20   ...   33

64 
 
946.82).  divarın  eni  32  sm  idi.  Bu  divarın  kərpiclərinin  hazırlanmasında 
təpənin  torpağından  da  istifadə  olunduğu  üçün  kərpiclər  boz  rəngdə  idi. 
Ümumiyyətlə,  araşdırmalar  göstərmişdir  ki,  alt  qatlarda  kərpiclərin 
hazırlanmasında  və  bərkidici  olaraq  küldən  istifadə  olunmuşdur.  Qazıntı 
zamanı  evin iç tərəfindən keramika, heyvan  sümükləri və  obsidian  parçaları 
aşkar olunmuşdur. Qazıntı davam etdirilərkən dairəvi formalı evin xaricində 
ağ  rəngli  çürüntü  qarışmış  döşəmə  qalıqlarının  olduğu  müəyyənləşdirildi 
(dərinlik  946.85).  Döşəmədən  bir  qədər  aralı  oval  formalı  ocağın  qalıqları 
müəyyənləşdirildi.  Onun  içərisi  boz  və  qara  rəngli  küllə  dolmuşdu.  Ocağın 
ətrafından keramika, obsidian parçaları və sümük alətlər aşkar olundu. 
 
  
 
             Şəkil 45. 
Avqust  ayının  28-də  qazıntı  mövsümünün  sonuna  az  qaldığı  üçün 
mədəni təbəqənin alt qatlarını öyrənmək məqsədi ilə E sahəsində 2.5x3m sahə 
ayrılaraq qazıntıların dərininə davam etdirilməsini qərara aldıq. Araşdırmalar 
zamanı bu sahədən (E234, E235) qara rəngli kül qalıqları, keramika, obsidian 
parçaları  aşkar  olunurdu.  Bəzi  yerlərdə  təbəqəyə  qızarmış  bad  qırıqları 
qarışmışdı.  Müəyyənləşdirildi  ki,  bu  tip  bad  qırıqları  dağılmış  ocaqların 
qalıqlarıdır  (946.50).  Bu  dərinlikdən  başlayaraq  mədəni  təbəqənin  rəngində 
dəyişiklik başlandı. Təbəqə daha çox qara-boz rəngli idi və tikinti qalıqlarına 
az rastlanırdı. 


65 
 
 
E236,  E237,  E238-ci  komplekslərdə  aparılan  qazıntılar  zamanı 
keramika, heyvan sümükləri, obsidian və sümük alətlər aşkar olundu. E238-ci 
kompleksdə  araşdırma  aparılarkən  sahənin  mərkəzində  kərpic  qalığı  aşkar 
edildi  (dərinlik  946.038).  Araşdırma  davam  etdirilərkən  məlum  oldu  ki,  bu 
kərpic  qalığı  sahənin  qərb  yarımhissəsində  yerləşən  yaşayış  binasına  aiddir 
(Şəkil  45).  E240-cı  kompleksdə  aparılan  qazıntılar  zamanı  həmin  binanın 
qalıqları  aşkar  olundu.  Məlum  oldu  ki,  tikintinin  yalnız  iki  divarının  bir 
hissəsi  qalmışdır  (dərinlik  945.61).  Divarlar  bir-biri  ilə  qövsşəkilli  formada 
birləşirdi.  Araşdırma  zamanı  bu  divardan  20  sm  dərində  möhrədən  inşa 
olunmuş  ikinci  divarın  qalığı  aşkar  olundu  (945.39).  Bu  divar  şimal-cənub 
istiqamətində  uzanırdı.  Sahə  kiçik  olsa  da  ehtimal  etmək  olar  ki,  bu  divar 
dairəvi formalı binanın qalığına aid olmuşdur. E240-cı kompleksdə qazıntılar 
zamanı  sahənin  şərq  hissəsində  möhrədən  inşa  olunmuş  divarın  qalıqları 
izlənilməsinə  başlanmışdı  (Şəkil  45).  Tədqiqat  zamanı  məlum  oldu  ki,  bu 
divarın  bünövrəsi  kiçik  həcmli  çay  daşlarından  inşa  olunmuşdur  (dərinlik 
945.70).  Bu  divar  düz  planlı  idi.  Araşdırma  zamanı  bu  tikinti  qalıqlarının 
ətrafından  obsidian  və  sümük  alətlər,  heyvan  sümükləri,  keramika  aşkar 
olunurdu.  
 
Araşdırma  zamanı  sahənin  şərq  hissəsində  aşkar  olunan  oval  formalı 
evin  içərisindən  gillə  suvanmış,  üzərində  ağ  bitki  qalığı  (həsir  izləri)  olan 
döşəmə  aşkar  olundu.  Döşəmənin  yalnız  az  bir  hissəsi  salamat  qalmışdı 
(dərinlik  945.54).  Döşəmə  qalıqlarına  əsasən  demək  olar  ki,  bu  binanın 
döşəməsi  tez-tez  yenilənərək  istifadə  olunmuşdur.  E247-ci  kompleks 
qazılarkən  yeni  bir  divar  qalığı  aşkar  olundu  (E249).  Lakin  o  kifayət  qədər 
yaxşı saxlanmamışdı. Ona görə bu divar qazıntının gedişində qaldırıldı. 
 
Qazıntı zamanı 944.97 m dərinlikdə keramika və daşla örtülü döşəmə 
aşkar  olunmuşdu  (E251).  Bu  döşəmə  qaldırılarkən  oval  formalı  ocağın 
qalıqları  aşkar  olundu  (E252).  Ocağın  ətrafı  bəzi  yerlərdə  palçıqla 
möhkəmləndirilmiş  daşla,  bəzi  yerlərdə  ensiz  badla  əhatə  olunmuşdu.  Onun 
yaxınlığında daşla çevrili ikinci bir ocaq da var idi (E253). Ondan bir qədər 
aşağıda  ətrafı  daşla  çevrili  üçüncü  bir  ocağın  qalığı  aşkar  olundu  (E255). 
Şübhəsiz  ki,  ocaqların  tez-tez  dəyişməsi  yaşayış  yerində  intensiv  yaşayışla 
bağlı olmuşdur. Ocağın əks tərəfində qazıntının şimal hissəsində xeyli sümük 
yığını  aşkar  olundu  (E256).  Tədqiqatın  getişində  bu  sümük  yığınının 


66 
 
ovlanmış  maral  buynuzları  və  kəllələrindən  ibarət  olduğu  müəyyən  olundu 
(Şəkil 46).  
Qazıntı sahəsinin qərb hissəsində sarı rəngli döşəmənin (E254, dərinlik 
944.804),  döşəmənin  cənub  qurtaracağında  dairəvi  formalı  ocağın  qalıqları 
aşkar olundu. Ocağın bir hissəsi çay daşları, bir hissəsi isə qalın badla əhatə 
olunmuşdu.  Ocağın  ətrafından  keramika,  heyvan  sümükləri  və  obsidian 
parçaları aşkar olunurdu. 
                     
 
 
 
Şəkil 46. 
 
Bu  səviyyədən  sonra  maral  sümüyünə  aid  qalıqlara  zərər  verməmək 
üçün
8
 qazıntı sahəsi iki hissəyə bölünərək onun yalnız cənub yarım hissəsində 
tədqiqatlar davam etdirildi. Araşdırma zamanı kül layları, heyvan sümükləri, 
keramika  və  obsidian    parçaları  aşkar  olunurdu.  Tədqiqat  zamanı  həmçinin 
bir-birini  izləyən  döşəmə  qalıqları  da  aşkar  olunurdu.  Döşəmələr  başlıca 
olaraq ağ rəngli bitki qarışığı olan döyəclənmiş gildən ibarət idi. Lakin bəzən 
zaman keçdikcə döşəmələr eroziyaya məruz qalaraq dağılmışdı. 
 
Tədqiqat  zamanı  buynuz  toplantısının  ətrafında  müxtəlif  səviyyələrdə 
saxlanmış  dirək  yerləri  aşkar  olundu.    Dirək  yerlərinin  diametri  8-14  sm 
                                                           
8
 
Qazıntı mövsümü başa çatdığında sümüklərin hamısını toplamaq mümkün olmadı.
 


Yüklə 4,01 Kb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə